Osman Türkayın poetik irsi
30
Siyahi Mustafa Dədədən sonra təkyə ədəbiyyatında
həmin isti-
qamətin davamçıları simasında Hızır Handi Dədə (?-1724), Arif
Dədə (?-1725) və başqaları çıxış etmişlər. Hızır Handi Dədənin:
Koyma ayağı bir dem elünden ki iş budur
Nuşi-şarab-ı nab ide gör Cem-meniş budur.
(Üçüncü Uluslararası KAKB, 2. cilt, 2000: 158)
-mətləli qəzəli divan şeri ənənələrindən qaynaqlanır.
Arif Dədə də
“Şarab-ı zahir sanma, mesti-medhuşam”, - de-
yərək əslində bu şərabın ilahi eşq içkisi olduğuna işarə edir.
Klassik Kıbrıs türk ədəbiyyatında ələvi-bəktaşi ədəbiyyatının ta-
nınmış nümayəndəsi Aşıq Kenzidir (h. 1210-1255) və həmin ədə-
biyyatın xüsusiyyətləri onun yaradıcılığında da özünü göstərir:
Ebu Bekir, Osman, Ali damadı - peygamber,
O sahib zülfikaar virdi nizam dünyaya bir geldi.
Sakıya, sun camı kim rindaneler derler bize,
Zevk u şevk ü gerdişi -peymaneler derler bize.
(Kıbrıs Türk Edebiyatı, 1989: 35)
Kenzinin digər bir şerində isə sufizmdə insanın kamilləşməsinin
dörd başlıca mərhələsindən bəhs edilir
və müxtəlif dini şəxsiyyətlə-
rin, o cümlədən də bəktaşi təriqətinin yaradıcısı Hacı Bektaş Vəli-
nin adı çəkilir:
Hem şariat, hem tarikat, hem hakikat, marifet,
Sende hatm olmuş, efendim, varidatı-müşkilat.
Ya Hacı Bektaş Veli, Abdal Musa, Seyid Ali,
Kayğusuz Sultan, Meded Kenzi - nihanım er yetiş.
(Fedai, 1989: 14)
Elmira Fikrətqızı
31
Ümumiyyətlə, Aşıq Kenzi bir “meydan şairi” olsa da, divanında-
kı dastanlar və bir-iki şərqi istisna olmaqla bütün şeirləri əruz vəz-
nində yazılmışdır. Bu divan qəsidə, qəzəl və müxtəlif janrlarda ha-
disələrin inikasına çevrilən tarixlərdən ibarətdir.
Adı çəkilən şairlərdən başqa Kıbrıs türk klassik ədəbiyyatının
təmsilçiləri sırasında Mehmed Musib Əfəndi (?-1754), Hacı Hasan
Tahsin Bəy (1800-1861), İbrahim Nəcib Bəy (1822-1902) və do-
ğum-ölüm tarixləri bilinməyən Müftü Raci Əfəndi kimi şəxsiyyətlər
də vardır. Aşağıdakı nümunə sonuncu şairin qəzəlindəndir:
Kişveri - hüsnün şeha canana düşdü gönlümüz,
Bende oldum ol güzel sultana, düşdü gönlümüz.
(Kıbrıs Türk Edebiyatı, 1989: 40)
Qəzəlin misraları məşhur hürufi şair İmadəddin Nəsiminin
“Könlümüz” rədifli iki rübaisini xatırlatmaqdadır və ədəbi əlaqələr
baxımından da əhəmiyyət kəsb edir.
Klassik Kıbrıs türk ədəbiyyatının sonuncu məşhur nümayəndəsi
isə Kaytazzade Mehmet Nazimdir. (1857-1924)
Onun qəzəlləri for-
ma və məzmun kamilliyi ilə diqqəti çəksə də, divan ədəbiyyatının
süqut dövrünə təsadüf etdiyindən onda ənənəvilik daha qabarıqdır:
Ben rakiban ile bir yerde o yarı çekemem,
Neşe tahsili için derdi - humarı çekemem.
(Kıbrıs Türk Edebiyatı, 1989: 43)
Mehmet Nazimin ədəbiyyat tarixindəki xidmətləri daha çox
onun nasirlik fəaliyyəti ilə bağlıdır. Belə ki, Mehmet Nazim Əfəndi
Kıbrıs türk nəsrinin,
daha dəqiq desək, roman janrının yaradıcıla-
rındandır və “Yadigari-məhəbbət” adlanan əsəri 1893-cü ildə yazıl-
mışdır.
XIX əsrdən Türkiyə və müvafiq olaraq Kıbrıs türk ədəbiyyatın-
da yeni bir mərhələ başlanır. 1839-cu ildə Tənzimat Fərmanının ve-
Osman Türkayın poetik irsi
32
rilməsi bunun üçün əsas rolunu oynayır. Prof., f.e.d. Aydın Abı-
yevin qeyd etdiyi kimi, islahat fərmanları Türkiyənin iqtisadi və
mədəni həyatında böyük canlanmaya səbəb olur. Qərbi Avropa ilə
hərtərəfli əlaqələr üçün yol açılır və Türkiyə də yeni ədəbi prosesə
qoşulur. Ölkədə yeni tipli ədəbiyyat yaranmağa başlayır (Abıyev,
2001: 3).
Bu dövrdə cəmiyyətin
bütün sahələrində olduğu kimi, ədəbiy-
yatda da qərbləşmə meylləri nəticəsində divan şeri tənəzzül etməyə
başlayır. Bu, bir tərəfdən, ədəbiyyatda gedən yeniləşmə prosesi ilə
bağlı idisə, digər tərəfdən, divan şairlərinin sosial hadisələrə qarşı,
ümumiyyətlə, laqeyd olmaları, əsrlərcə qəlibləşmiş, şəkil
və ifadə
içində donub qalmış şeirlərlə çıxış etmələri (Kaplan, 1963: 158) və
beləliklə də, dövrün tələblərinə cavab verməyib, bir növ cəmiyyət-
dəki proseslərdən, “qaynar” hadisələrdən kənarda qalmalarından
irəli gəlirdi.
Tənzimatçı yazarların fəaliyyəti ilə türk ədəbiyyatında başlanan
yeniləşmə prosesi sonradan da ayrı-ayrı müəlliflər
və ya qruplar tə-
rəfindən davam etdirilir. “Sərvəti-fünun”, “Fəcri-ati”, “Milli ədə-
biyyat”, “Beş hecaçılar”, “Yeddi məşəl” kimi ədəbi hərəkatlar və
Tofiq Fikrət, Əhməd Haşım, Yəhya Kamal, Nazim Hikmət kimi
ədəbi şəxsiyyətlər bu baxımdan ədəbiyyat tarixində xüsusi yer tu-
turlar. “Qəribçilər”in yaradıcılığı isə yeniləşmə prosesində dil, məz-
mun və forma baxımından diqqəti cəlb edir. 1941-ci ildə Orxan
Vəli, Məlih Cövdət Anday və Oktay Rüfət
üçlüyü birlikdə nəşr et-
dirdikləri “Qərib” şeir toplusunun ön sözündə poeziyaya münasibət-
lərini aydın şəkildə bildirdilər. “Gənc şairlər açıq şəkildə bəyan et-
dilər ki, poeziya insanlara, xüsusilə də sadə insanlara xidmət etmə-
yə borcludur və ədəbiyyat, ümumiyyətlə, incəsənət haqqında yeni
fikirlər irəli sürdülər.” (Osmanova, 1979: 11)
Türk şerinin milli ruhda sadələşməyə doğru istiqaməti onlara qə-
dər daha çox Məmməd Əmin Yurdaqulun yaradıcılığında qabarıq
nəzərə çarpırdı. Hətta məşhur şərqşünas Gibb onun haqqında: “Türk