Elmira Fikrətqızı
27
Fikrimizcə, M.Qansunun bölgüsü ədəbiyyatda
baş verən forma
və məzmun dəyişmələrini əks etdirdiyi üçün daha düzgündür.
Kıbrıs türk yazılı ədəbiyyatının ilk nümayəndələrinin kimliyi
məsələsi müəyyən mənada mübahisəlidir və bu baxımdan prof. dr.
Mustafa İsenin fikirləri maraq doğurur: “… kültürel gelişmeler si-
yasi gelişmeleri belli bir mesafeden izlemek durumundadır. Kıb-
rıs`ta da fethi takiben hemen ertesi gün bir yerli türk edebiyatından
söz etmek mümkün değildir.” (Üçüncü Uluslararası KAKB
10
, 2.
cilt, 2000: 156)
Əksər tədqiqatçıların qəbul etdikləri kimi, Osmanlı divan ədə-
biyyatı və Anadolu xalq şeiri Kıbrıs türk yazılı ədəbiyyatının özülü-
nü təşkil edir. Görkəmli ədəbiyyatşünas N.S.Banarlıya görə, XVI
əsrdə Osmanlı ədəbiyyatı üç istiqamətdə inkişaf etmişdir: yüksək
zümrə ədəbiyyatı, təsəvvüf ədəbiyyatı, xalq ədəbiyyatı. (Banarlı,
1.cilt, 1987: 216)
Kıbrıs türk ədəbiyyatının birinci mərhələsi də divan ədəbiyya-
tının yaranması, müxtəlif təriqətlərə mənsub söz sənətkarlarının ya-
radıcılıqları ilə xarakterizə edilir.
Məlumdur ki, yazılı ədəbiyyat nəzm və nəsr
üzrə inkişaf etsə də,
bir çox xalqların ədəbiyyatının ilk nümunələri şeirlədir. Nəsr ədə-
biyyat tarixində sonrakı dövrlərin məhsuludur. Nəzm-nəsr inkişa-
fındakı bu xüsusiyyət Kıbrıs türk ədəbiyyatında da özünü göstər-
mişdir; öncə nəzm, ondan bir neçə əsr sonra isə nəsr yaranmışdır.
Son dövr araşdırmalarında Kıbrısda günümüzə gəlib çatan ilk
türkcə şeirlər XVIII yüzilliyin əvvəllərinə aid edilir. Kıbrıs türk
ədəbiyyatında varlığı bilinən ilk şair kimi qazı vəzifəsində çalışan
Mehmet Zəkai Əfəndinin (?-1648) adı çəkilir. (Üçüncü Uluslararası
KAK, 2000: 157) Lakin onun şeirləri
dövrümüzə gəlib çatma-
mışdır
11
. Şair-araşdırıcı Harid Fədai Kıbrıs türk şerinin köklərini al-
tı şairin adı ilə bağlayır. Bunların sırasında əsli keçmiş Zağradan
10
KAKB –Kıbrıs Araştırmaları Kongresi Bildirileri
11
Harid Fedai “Kıbrıs Türk Edebiyatı” adlı məqaləsində Zəkaidən öncə Misalinin
(1607) adını qeyd edir. (Suya Düşen Sancak, 2007: 107)
Osman Türkayın poetik irsi
28
(Bolqarıstan) olub, Kıbrısa işi
ilə əlaqədar gəldikdən sonra
12
burada
bir divan tərtib edən Handinin, Hala Sultan təkyəsi şeyxlərindən
Mehmet Şeminin və Müftü Hilmi Əfəndinin davamçısı Raci Əfən-
dinin adlarını çəkir. (Birinci Uluslararası KBTES
a
, 1998: 139)
Türk divan ədəbiyyatının Kıbrısda ən ünlü nümayəndəsi Müfti
Hilmi Əfəndidir (1782-1847). O, Sultan II Mahmudun kıbrıslılara
bağışladığı kitabxana münasibəti ilə mədhiyyə yazmış və sultan
əsəri bəyənərək onu İstanbula çağırmış və sultanuş-şüəra adını ver-
mişdir.
“Qalib kimi mistik, Nəbi kimi həkimanə və Nədim kimi şux
olan” Hasan Hilmi Əfəndinin yaradıcılığı,
həqiqətən də, bu özəllik-
lərin sintezindən ibarətdir. Məsələn, aşağıdakı nümunələr onun ya-
radıcılığını səciyyələndirir. Bu misralarda təsəvvüf ədəbiyyatına xas
olan bir sıra qəlibləşmiş ifadələr, məcazlar mövcuddur:
Muhtelifdir Hazreti-Mansur hakkında kelam
Hakk cevab olmuş bir amma, sureti fetva iki.
(Fedai, 2000: 173)
Tekyesinde olalım biz de müridi sadık
Belki bir gün bize de ola atayı Tevfik.
(Fedai, 2000: 61)
Vüslatü firkat nedir bilmem, mücerred aşıkam,
Mebhası-aşk içre hergiz fikri-ham olmaz bana.
(Fedai, 2000: 66)
Türk, ərəb və farsca mənzumələri olan Hilmi Əfəndi qəzəllərin-
də real gözələ olan sevgisini də izhar etmişdir:
12
Mehmet Yaşın ingilis hakimiyyəti dövründə Osmanlı arxivlərindəki, şəxsi kitab-
xanalardakı, xüsusilə də Mövləvi təkyələrindəki sənədlərin aparılması nəticəsində
klassik ədəbiyyata dair ilk qaynaqların əlimizə çatmadığını və XVII-XVIII əsrlərdə
adları çəkilən divan şairlərinin əksəriyyətinin də başqa yerdən adaya iş üçün gəl-
diklərini vurğulayır. (Yaşın, 1994: 20)
Elmira Fikrətqızı
29
O ebruyı-mukavves büt, reviş eyler, gezer bakmaz
O arar kameti her gün beni böyle hecil eyler.
(Fedai, 2000: 70)
Şerə,
sənətə yüksək qiymət verən, şerin yalnız forma üzərində
qurulmadığı qənaətində olan, köhnəlmiş mövzularda əsər yazmağın
əleyhinə çıxan şair “Eylə” rədifli bir müsəddəsində həm elmin, həm
də sənətin qiymətdən düşdüyündən şikayət edir:
“Ne ilme reğbet
eyler kimseler, ne hüsni-imae” (Fedai, 2000: 126)
Klassik Kıbrıs türk ədəbiyyatında ikinci istiqamət təkyə ədəbiy-
yatının yaranması ilə bağlıdır. Bu ədəbiyyat təkyələrin meydana
çıxması ilə əlaqədardır. Türk xalqlarının ədəbiyyat
tarixində müx-
təlif təriqətlərə mənsub olan Əhməd Yəsəvi, Mövlanə Cəlaləddin
Rumi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi kimi dahi söz ustaları
vardır. Kıbrıs türk ədəbiyyatında bu səviyyədə tanınmış sənətkarlar
olmasa da, müxtəlif təriqətlərə məxsus şairlərin adlarını çəkmək
mümkündür.
Kıbrısda təkyə ədəbiyyatı öz inkişafına XVI əsrdən sonra, Os-
manlı təkyə və divan ədəbiyyatlarının süquta doğru getdiyi bir
dövrdə başlamışdır. Mövlana Cəlaləddin Ruminin adı ilə bağlı olan
mövləvilik, Harid Fədai və Mustafa Haşım Altana görə, 1607-ci il-
də Kıbrısda ilk təkyələrin qurulmasından sonra yayılmışdır. XVII
əsr Osmanlı təkyə ədəbiyyatının ən
məşhur nümayəndələrindən
olan Adəm Dədənin Kıbrıs təkyə ədəbiyyatının formalaşmasında
böyük rolu olmuşdur. Həmçinin 1650-ci illərdən sonra adaya gəl-
diyi ehtimal olunan və Adəm Dədənin müridlərindən sayılan Danişi
Ali Dədə (?-1683) Lefkoşa mövləvixanasının qurucularındandır və
yeni şairlər nəslinin yetişməsində xidmətləri vardır. Həmin şairlər
nəsli mövləvi idilər və onların ilk nümayəndəsi Siyahi Mustafa Də-
dədir (?-1710). Qaynaqlarda verilən məlumata görə,
Siyahi Mustafa
Dədə divan bağlamış və təkyə ədəbiyyatının təmsilçisi olmuşdur.