AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
AKADEMIK ZİYA BÜNYADOV adına ŞƏRQŞÜNASLIQ İNSTİTUTU
Elmira FİKRƏTQIZI
OSMAN TÜRKAYIN
POETİK İRSİ
BAKI – “ELM” – 2010
Osman Türkayın poetik irsi
2
Azərbaycan Milli Elmlər Akademiyası akad. Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunur.
Elmi redaktorlar: Gövhər Baxşəliyeva
professor, filologiya elmləri doktoru
Səadət Şıxıyeva
filologiya elmləri namizədi
Rəyçilər: Əsgər Rəsulov
professor, filologiya elmləri doktoru
Azadə Musayeva
filologiya elmləri doktoru
Nazim Muradov
filologiya elmləri namizədi
Osman Türkayın poetik irsi. Elmira Fikrətqızı.
Bakı, “Elm ”, 2010, 256 səh.
ISBN-978-9952-453-20-1
Çağdaş Kıbrıs türk ədəbiyyatının dünya səviyyəsində məşhur, iki
dəfə Nobel mükafatına namizəd göstərilən, «Kosmos əsri şairi» epi-
tetli təmsilçisi Osman Türkay (1927-2001) türk və ingilis dillərində
bir çox kitabların, tənqidi məqalələrin müəllifidir. Simvolizm və mo-
dernizm kimi cərəyanların təsiri altında klassik şeir ənənəsindən ya-
rarlansa da, novator şair kimi özünü təsdiqləyən şairin poeziyası Şərq
və Qərb dünyagörüşünün sinkretik ifadəsinə çevrilmişdir. Monoq-
rafiya Azərbaycanda Osman Türkayın həyat və yaradıcılığının öyrə-
nilməsinə həsr olunmuş ilk tədqiqat işidir
.
4603000000
655(07)-2010
© – Elmira Fikrətqızı, 2010
Elmira Fikrətqızı
3
Dostum Big Ben’le bir uzay şarkısında baş başa yıldızlarla
Değişen durumlarınızı çizeriz gökyüzü tutanaklarına
O, zamanda bir uzak dalgayı gösterir tik‐tak parmağıyla
Ben, uzayda bir noktaya koşar, dururum
Osman Türkay
Osman Türkayın poetik irsi
4
İÇİNDƏKİLƏR
Kainat ozanı...................................................................... 6
“Ozanın ruhu qalasıdır...”............................................. 12
I Fəsil. Kıbrıs türk ədəbiyyatının təşəkkül
tarixindən ....................................................................... 19
1.1.Kıbrıs türk ədəbiyyatının inkişaf mərhələləri ..... 19
II Fəsil. Müasir Kıbrıs türk ədəbiyyatında
yeniləşmə prosesi və Osman Türkayın poeziyası ........ 40
2.1.Həyatı. Yaradıcılığının ilk dövrü: klassik poeziya
və simvolist türk şerindən bəhrələnmə ............... 40
2.2.Kosmik əsr şairinin yaradıcılığında yeni
mövzu və üslub axtarışları ................................. 74
2.3.Türkayın söz sənətkarlığı.................................. 133
2.4.Çağdaş Kıbrıs türk şerində Türkay ənənələri ... 151
III Fəsil. Osman Türkayın ədəbi-tənqidi və
estetik görüşləri ............................................................ 176
3.1.Kıbrıs türk ədəbiyyatı və çağdaş ədəbi
cərəyanlara münasibəti ..................................... 176
3.2.Ədəbi-nəzəri, estetik və fəlsəfi görüşləri .......... 184
Elmira Fikrətqızı
5
Nəticə............................................................................. 196
Son söz əvəzi ................................................................. 199
Резюме .......................................................................... 202
Summary.......................................................................204
İstifadə edilmiş ədəbiyyat ............................................ 206
Adlar göstəricisi ........................................................... 226
Əsər və qaynaq adları.............................................. 226
Şəxs adları ............................................................... 232
Coğrafi və astronomik adlar.................................... 239
Terminlər................................................................. 242
Osman Türkayın poetik irsi
6
KAİNAT OZANI
Türk dünyasının “yavru vətəni” sayılan Şimali Kipr Türk
Cümhuriyyətinin müasir poeziyasının formalaşması və inki‐
şaf yollarının araşdırılması kimi mürəkkəb prosesin elmi‐
nəzəri təhlilinə həsr olunmuş monoqrafiyanın mövzusu son
dərəcə aktual və yenidir.
Məlumdur ki, uzun müddət ərzində müxtəlif qadağalar,
siyasi‐ideoloji maneələr Kipr xalqının gerçək soykökünü,
milli‐mənəvi dəyərlər sistemini öyrənməyə, qədim tarixə və
zəngin mədəniyyətə malik və türk sivilizasiyasının ayrılmaz
hissəsi olan bu etnosun öz halalca ədəbiyyatını araşdırmağa
imkan verməmiş, türkologiyamızı bu zəngin ədəbi‐bədii mi‐
rasdan bixəbər buraxmışdır. Əvvəllər daha çox keçmiş SSRİ
məkanında yaşayan türkdilli xalqların və Türkiyə türklərinin
ədəbiyyatı tədqiqata cəlb edildiyi halda, ölkəmiz öz dövlət
müstəqilliyini yenidən bərpa etdikdən sonra həm Türkiyə
ədəbiyyatı daha geniş və dərindən tədqiq olunmağa, həm də
onun sərhədlərindən kənarda – Bolqarıstan, Makedoniya,
Misir, İraq, Kipr və s. ölkələrdə təşəkkül tapan türk ədəbi‐
estetik
fikrinin
öyrənilməsi
və
tədqiq
edilməsinə
başlanılmışdır. Bu baxımdan, Azərbaycan şərqşünaslığında
kiprşünaslığın bir elm sahəsinə çevrilməsi işində Elmira
xanım Məmmədovanın böyük xidməti qeyd olunmalıdır.
Çox müxtəlif məqalələrdə (müəllifin bu sahədə ölkəmizdə,
Kiprdə, Türkiyədə, İranda və Qazaxıstanda iyirmidən çox
elmi məqaləsi və konfrans materialları nəşr edilmişdir)
Dostları ilə paylaş: |