Elmira Fikrətqızı
111
O, Qərb dünyasının – Günbatanın insanı intihar səviyyəsinə gəti-
rən bir çox problemlərindən ölməkdənsə, üzünü Şərqə çevirərək,
burada rahat can verməni daha üstün tutur:
Dedim: Keşke ölebilseydim altın döşeğinde tanyerinin
Ölüm yan gele rahat bir mutluluktur
Yiten yıldızların izinde
Çünki ne zaman uzansam iki açık deniz arasına
Yüreğim büyür, bir ulu kaya olur: Tıpkı Asya!
(Türkay, 1990: 176)
Bu dünyada (Qərb nəzərdə tutulur) hər şey xaosdan xəbər verir.
İlk kitabında texnikanı mədh edən Türkay son kitabında onun bəşə-
riyyətə vurduğu zərərləri görərək, başını götürüb Şərqin kimsəsiz,
yoxsul, ancaq heç olmasa Tanrıya inamını saxlayan səhralarına qaç-
maq istəyir.
“Ölümü bir dar ağacında sonsuzlaşan” şerində də eyni motivlər
müşahidə olunur. Hədsiz sənayeləşmə, ailə münasibətlərində aşınma
və cinslərin “sevgi davranışlarında” sərhədsizlik, özgələşmə, laqeyd-
lik və s. məsələlər zehniyyəti Şərqin mənəvi-mədəni dəyərləri üzrə
formalaşmış şairin “həzm edə bilmədiyi” şeylərə çevrilir. Lakin Şərq
göylərində də şimşəklər çaxmaqda, dar ağacları qurulmaqdadır...
O. Türkayın “Hər gecə bu sularda” şerində də gələcək “Qiya-
mət”in real mənzərələri yer almaqdadır. Yaşadığı çağdan xeyli irəli
zamanlara yönələn şairin üzərinə nüvə başlıqlı raketlər şığıyır və:
İşte o an beni konuşan sularda kıyamet kopar…
Kentin sokaklarında gölge olan Kim?
Dünyamız nereye göçmüş, bu yer bizim gezegenimiz değil,
Bu canlı yaratık hangi ateşten kopmuş?
Kadını kadın, çocuğu çocuk degil!
Sorarım yaşlı sulara ben neydim
Tanıtır kendini tüplerde satılan döl!
(Türkay, 1990: 180)
Osman Türkayın poetik irsi
112
- deyərək bu mənzərələrdən dəhşətə gələn Türkay küçələrdə qatil-
ləri humanist, oğruları ləyaqət mücəssəməsi kimi gördükdə özün-
dən şübhələnir və fikirləşir ki, bəlkə, Vyetnamı da mən bombard-
man etmişəm?..
Buna baxmayaraq, o, üzərinə götürdüyü müqəddəs vəzifəni ye-
rinə yetirərək və ədəbiyyatın tərbiyəedici rolunu unutmayaraq, in-
sanların beyinlərində köklü dəyişikliklər yaratmaq qərarından əl
çəkməyəcəyini deyir:
Bense beyin düzeninizi değiştirmekteyim
Yaşatmak istiyorsak, yeni bir ad bulmalıyız
Tanrıya, insana, Evrene!
(Türkay, 1990: 181)
“Çağdaş insan üstünə çeşidləmələr” əsəri də müasir insan haq-
qında maraqlı təqdimatları ilə diqqəti cəlb edir. Birinci hissədə föv-
qəladə bir insanla, daha doğrusu, yad planetli ilə mükaliməyə girən
Türkay ondan insanlar arasında qardaşlıq, dostluq, sevgi barəsində
soruşduqda sükutdan başqa heç nə eşitmir:
...Bu bir evren diliydi, duyduğumu
Annem konuşsaydı, bu kadar anlamazdım
Aradım o sözlerde sizi, siz neredesiniz yeni çağ insanları?
Sevgi nerede, yürek tellerine vuran çelik duyarlık?
Ben sustum, gökyüzü çınladı sessizliğinizden...
(Türkay, 1975: 20)
İkinci hissədə isə bu cür dialoqu hər gün yaşadığı nağıl dünyası
adlandıran şair müasir insanın həyatından digər gerçəkləri qələmə
alır:
Nüfus patlamaları, nükleer savaş, silahlanma yarışı
Hava-su kirlenmesi, azar-azar zehir
Hep bugünün gerekleri, hep bu günün gerçekleri.
(Türkay, 1975: 22)
Elmira Fikrətqızı
113
Şair müasir dünyanın hər növ problemlərinin kökünü müəyyən
dərəcədə də elmlə, Eynşteyn, Freyd, Marks kimi filosofların təlim-
ləri ilə bağlayır. Xüsusilə freydizmin mənəviyyat sahəsində açdığı
boşluq çağdaş insanın bütün dəyər sistemlərini öldürmüş və dep-
ressiyalar, intiharlar dünyanı başına götürmüşdür. Bəşər tarixi nəin-
ki qızıl, gümüş dövrlərini, hətta adi yaşam tərzini də itirərək qaran-
lıq sonsuzluğun qoynuna gömülmüşdür.
Bir çox mifoloji mətnlərdə bəşəriyyətin “uşaqlıq” və ya qızıl
dövrü haqqında məlumatlar vardır. Bu aspektdən yunan mifologiya-
sında itmiş ölkə hesab olunan Atlantislə bağlı rəvayətlər diqqəti
cəlb edir. Əslində bu mifin yaradıcısı Platon hesab olunur. Onun
“Timaios” və “Kritias” dialoqlarında utopik bir ölkədən bəhs edilir.
Yunan allahlarından Poseidona məxsus olan bu ölkə yüksək sivili-
zasiyaya malik olmuş, lakin zəlzələ nəticəsində tamamilə yoxa
çıxaraq insanlıq tarixində itmiş səadət simvoluna çevrilmişdir. Os-
man Türkayın “Açıq dənizlər ağısı” adlı üç hissəli əsəri pərakəndə,
soyuq beton rəngli və ölü üzlü dünyadan qeyb olan nizamlı və bərə-
kətli aləmə həsrət hissi ilə yazılmışdır.
Kosmos şairi, təbii ki, özünəməxsus şəkildə yoxa çıxmış ölkənin
insanlarını göy övladları hesab etməkdədir:
Hep benim başka dünyalarımın en güzel insanları
Oralarda gök daha mavi
Kadınlar kristal avizelerde hem nasıl daha bir ince aydınlık,
Mor bir özleyişte düştükçe sulara pembemsi saçları.
(Türkay, 1975: 11)
O.Türkayın mifologiya və məhv edilmiş şəhər haqqında daha bir
əsəri “Sodom-Homorra” adlanır. Şerin mövzusu müqəddəs kitab-
lardan götürülür. “İncil”in “Müqəddəs Həvari Peterin ikinci mək-
tubu” adlanan hissəsinin ikinci fəslində Allahın qoyduğu yoldan
çıxıb əxlaqsızlığı və bir çox günah işləri ilə məşhur olan şəhərlərin
Osman Türkayın poetik irsi
114
– Sodom və Homorranın sakinlərindən bəhs edilir: “Sodom və Ho-
morra şəhərlərini də kül halına gətirərək, yerlə yeksan olmağa
məhkum etdi və allahsızların başına gələcək şeyləri göstərən bir
ibrət verdi” (“İncil”, 1991: 366). Rəvayətə görə, məhv edilmiş
şəhərdən yalnız İbrahim peyğəmbərin qardaşı oğlu Lut qaçıb xilas
ola bilmişdir. O.Türkayın əsərində mifik deyil, kosmos dövrü inşa-
nının günah əməllərindən söhbət açılmışdır. Yeni insan nəsli ya-
ratmaq üçün Yer üzünə enən kosmos adamlarının bu təşəbbüsləri,
təəssüf ki, uğursuzluqla nəticələnmişdir. Başqa sözlə desək, “Göy-
lər”in kamil insan yaratmaq cəhdi baş tutmamışdır. İçindəki şeytan
və ondan qaynaqlanan ehtiras insanın məhvini yaxınlaşdırmışdır:
Kızıl bir buluta büründü yeryüzüne düşen gölgeleri
Bastılar çölün kumuna, kulakları kendi gezegenlerinde
Bir yeni dünya yaratacaklardı, yeni insan soylarını
Lut gölünde buğudur kösnü
Bilim, insan usu, tutku, hınç, üstünlük duygusu
Gelgeç isteklerde yıkımla şeytanca ışın.
(Türkay, 1975: 31)
Mifoloji mənbələrdə qeyd edildiyinə (Mifoloqiçeskiy, 1991:
505) görə, bu əhvalat nə vaxtsa Ölü dəniz sahilində baş vermiş bəd-
bəxtliyi simvollaşdırır və Türkayın bu motivə müraciətindən məq-
sədi real dünyada baş alıb gedən günahları bir daha nəzərə çarp-
dırmaq, yalnız bir şəhəri deyil, bütün dünyamızı dəhşətli cəza göz-
lədiyini söyləməkdir:
Bilimden hangi gizlerimizi saklayacağız
Neyi vereceğiz, vere-vere neyimiz kaldı?
Eger insansak, yakalanıp iki kıskaç arasına
Durup erkekçe bir sabah tan atarken öleceğiz.
(Türkay, 1975: 31)
Dostları ilə paylaş: |