Elmira Fikrətqızı
135
huiiyyyyy
huiiiyy - huiiyy
huiiiyy -huiiyy- huşş
tra – tra –
tra - traaaaaakk
tiki - tak – tak - traaaakkkkkk
i n d i s o n d ü ğ ü m ü b a ş la r ı n a
m u m y a - ı ş ı k Açıldı en renk
li aynasında saçakları ey
en güzel dum-dum Girdum u
zun moleküle sizi buldu
ğum. Vampa - trampa. Hui
Bir kapısı açıldı ı
şığa öteki kapısı
boş bir uyku-
lara!
(Türkay, 2003: 68)
Romb şəklində olan bu şeirdən başqa, onun yaradıcılığında pira-
mida, spiral və digər formalarda olan nümunələr də mövcuddur.
Dünya ədəbiyyatında daha çox formalizm kimi dəyərləndirilən və o
qədər də geniş yayılmayan bu cür formaya Türkay poeziyasında
məzmunu tamamlamaq üçün müraciət edilir. Məsələn, “Dünyəvi
simfoniya” poemasının “Afrika” adlı hissəsinin sonu forma baxı-
mından piramidadır. Ən son pillədə Günəş Allahı Ranın adı çəkilir.
Ümumiyyətlə, Türkay yaradıcılığının
birinci mərhələsində olan
şeirlər də forma baxımından rəngarəngdir. “Toroslara baxış”,
“Alov”, “Canım bahar, ömrüm bahar”, “Bayraqdarda”, “Məcnuna
salam” şeirləri məsnəvi şəklində, yəni qoşa-qoşa qafiyələnən ikilik-
lərdən ibarətdir.
“Yaşıl dünya”, “Canan” kimi şeirlər üçlük formasında yazılmış-
dır. Bu mənzumələrin ölçüləri fərqli olsa da, qafiyələnmə quruluş-
ları eynidir. Hər iki şeir əvvəldən sonadək
bir-birilə qafiyələnən üç
misralıq bəndlərdən ibarətdir.
Osman Türkayın poetik irsi
136
Təbii ki, dördlük şəklində olan şeirlər daha çoxdur. Bu şeirlərin
bəziləri (“Ninni”, “Haraya?” (“Nereye?”), “Fəğan” (“Figan”), “İl-
lər” (“Yıllar”), “İldən-ilə” (“Yıldan Yıla”)) on bir, bəziləri (“Şərqi”,
“Dənizə şərqi”, “Ruhumdan şərqi”) on dörd hecalıdır. “Bu limanın
qayıqları” (“Bu Limanın Sandalları”) mənzuməsi ölçüsünə görə da-
ha kiçikdir, səkkiz hecalı misralardan təşkil olunmuşdur.
14 hecalı şeirlər daha çox aaaa, bbba şəklində qafiyələnir. 11 he-
calı şeirlərdə iki cür qafiyələnmə müşahidə olunur:
•abab, cdcd (“Ninni”, “İldən-ilə”)
•abab, cccb (“Haraya?”, “Fəğan”, “Bu limanın qayıqları”)
Lakin Türkay poeziyasının forma rəngarəngliyi bununla bitmir.
“Düşüncə” şeri altılıq, “Titrək fənər”, “Balabayıs”, “Alovhisar”,
“İnciklik” (“İğbirar”) mənzumələri doqquzluq formasındadır. Bədii
düşüncələrini bu kimi müxtəlif şeir şəkillərində verməyə çalışan
şair sonradan sərbəst şeir formasını seçmiş və yaradıcılığının sonu-
na qədər bu vəzndən istifadə etmişdir.
Osman Türkay poeziyası bədii dil xüsusiyyətlərinə görə də seçi-
lir. Şeirlərində sözün məcazi mənalarından, poetik funksiyasından
özünəməxsus şəkildə yararlanmışdır. Müəllifin
istifadə etdiyi bədii
ifadə vasitələri mətnin bədiilik meyarıdır. Belə ifadə vasitələrindən
səbəbin poetik əsaslandırmasıdır. Məsələn:
Süzülürken enginden gurubun yanan alı,
Uyuyan engin deniz olur bir kızıl halı.
Sandalımız rakseder, dalgalar ninni söyler,
Canlı bir tablo gibi oynar suda hayaller.
(Türkay, 2002: 34)
Şerin ilk iki misrasında əvvəlcə səbəb – qürubun al rəngi, sonra
isə nəticə – həmin üfüqün fonunda qırmızı rəngli bir xalıya dönən
dəniz təsvir edilir. Sonrakı misralarda isə əvvəlcə nəticə,
sonra sə-
bəb verilir. Dalğalar “ninni söylədiyi”, yəni qayığı yırğaladığı üçün
o rəqs edir və suyun üzünə düşən əkslər oynayır.
Elmira Fikrətqızı
137
Səbəbin poetik şərhi
“Bahçelerde alev çiçek açtı nar” misrasın-
da da işlənmişdir. Yaz gəlmiş, nar ağacları çiçək açmış və sanki
bağçalara alov düşmüşdür.
Sənətkarlıq xüsusiyyətlərini araşdırdığımız zaman “məqlub” ad-
lanan poetik fiqurdan da bəhs etmək lazımdır. Aşağıda verilmiş nü-
munədə birinci misranın əvvəl və son hissəsinin yerdəyişməsi baş
vermişdir:
Bırakın beni rahat, rahat bırakın beni,
Kabus gibi çökmeyin, safsatalar, rüyalar
(Türkay, 2002: 35)
Birinci misra sanki ortadan bölünür və əksə-güzgüyə çevrilir.
Bundan başqa ikinci misranı da həmin yerdən bölüb əks sıra ilə
oxuduqda mənaya heç bir xələl gəlmir, əksdən istifadə edildiyi
üçün məzmun olduğu kimi qalır:
Bırakın beni rahat rahat bırakın beni,
Kabus gibi çökmeyin safsatalar, rüyalar
Əksə aid başqa bir nümunədə misranın əvvəlindəki söz sonunda
təkrarlanır:
“Dünyası kanlı bayrakların uzun boğuşmaların dünya-
sı”. (Türkay, 1969: 41)
Klassik Şərq şerində geniş yayılmış poetik fiqurlardan biri də
rəddul-əruz ələl-ibtidadır. Türkay şeirlərində də birinci misranın so-
nundakı sözün ikinci misranın əvvəlində təkrarlanmasından yeri
gəldikcə istifadə edilmişdir:
Kainat rüya gibi bürünmüş bir hayale,
Hayal içinde hayal aramakta gönüller.
(Türkay, 2002: 35)
Osman Türkayın poetik irsi
138
Burada “xəyal” sözü həlqə kimi iki misranı bir-birilə əlaqələndi-
rir. Şairin poeziyasında rəddüs-sədr ələl əcüz adlı poetik
fiqura aid
nümunələr də mövcuddur:
Yolcuların vardı yapmacık,
Sen de biriydin o yolcuların.
(Türkay, 1959: 13)
Bu bədii ifadə vasitəsində isə birinci misranın əvvəlindəki söz
ikinci misranın sonunda təkrar edilmişdir.
Klassik ədəbiyyatda geniş müraciət edilən yaxın mənalı və ya
bir-biri ilə əlaqəli sözlər üzərində qurulan “tənasüb” adlı bədii ifadə
vasitəsinə Türkayın mənzumələrində də rast gəlirik:
Bade, bahçe, bülbül, gül ve mutantan şanından
Lale, sünbül, menekşe, nergisler katmer-katmer.
(Türkay, 2002: 53)
Aşağıdakı parça yüksək poetizmi ilə diqqəti cəlb edir:
Buseler sunarak batan günüme,
Doğan günlerimden vefa bekledim
Macera peşinde koşan gönlüme,
Duyduğum sevgiden cefa ekledim.
(Türkay, 2002: 59)
İlk növbədə məzmun baxımından yanaşsaq,
batan günə öpüşlər
göndərərək ayrılma orijinal bir poetik tapıntıdır. Bundan əlavə, “ba-
tan” və “doğan” sözləri vasitəsilə bədii təzad yaradılmışdır. Həmçi-
nin şeirdə müxtəlif mövqelərdə yerləşdirilib qafiyə yaratmağa xid-
mət edən ifadələr də bədii gözəlliyi kamilləşdirir: batan – koşan,
vefa - cefa; günüme - gönlüme, bekledim – ekledim.
İkiqat qafiyədən başqa daxili qafiyələr də formanı tamamlayan
əlamətlərdəndir: