Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə15/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

 
45
təminatı; 
VII modul – təlim-tərbiyə prosesinin təşkili xüsusiyyətləri-
nin,  şagirdlərin təlim formalarının, yeni pedaqoji texnologiyaların 
təsviri; məktəblilərin tədris ili boyu qiymətləndirilməsi; innovasiya 
fəaliyyətinin xəritəsi; 
VIII modul – proqramın həyata keçirilməsinin idarə 
olunması. 
Təhsil proqramlarının hazırlanmasında müəyyən mənada 
əlavə təkliflər də ola bilər, əgər olarsa, onlar da nəzərə alınmalıdır. 
Bu mənada əlavə tədris proqramlarında aşağıdakıları nəzərə almaq 
olar: 
1.  Proqram nə üçün hazırlanıb, onun hazırlanmasında 
məqsəd nədir. 
2. Proqramın analitik əsasları: 
2.1. Şagirdlərin sağlamlığı. 
2.2.  Təhsil (fənn) kurikulumları baxımından  şagirdlərin 
bilik, bacarıq səviyyəsinin qiymətləndirilməsi 
2.3. Şagirdlərin dərketmə marağı, dinamikası və davamlılığı. 
2.4. Tədris bacarıq və vərdişlərinin inkişaf səviyyəsi. 
2.5. Məktəblilərin tərbiyəlilik səviyyəsi. 
2.6.  Məktəb məzunlarının sosial mühitə uyğunlaşması  və 
özünütəyini. 
2.7.  Məktəblilərin təhsil tələbatlarının təminatı  və onların 
valideynlərinin sosial sifarişlərinin öyrənilməsi. 
3.  Şagirdlərin inkişafına mane olan problemlərin həlli 
yolları: 
3.1.  Hər bir istiqamət üzrə problemlərin həllinə elmi 
münasibətin xarakteristikası; 
3.2.  Həll ediləcək məsələlərin praktiki baxımdan xarak-
teristikası; 
- şəxsiyyətin ümummədəni səviyyəsinin formalaşdırılması; 
- şəxsiyyətin müаsir cəmiyyətin həyatına uyğunlaşması; 
- proffesonal təhsil proqramlarının şüurlu seçiminə şərait və 
imkanların yaradılması; 
3.3. Təhsil səviyyələri və onların əsas xarakteristikası. 
4. Məktəbin tədris planı: 


 
46
4.1.  Tədris planının ümumi xarakteristikası. Planın məktəb 
komponentinin və əlavə təhsilin xüsusiyyətlərinin izahı; 
4.2. Müxtəlif elm sahələri üzrə  tədris proqramlarının 
inteqrasiya olunması istiqamətləri; 
4.3. Məktəbdə əlavə təhsilin xüsusiyyətləri
4.4. Bazis tədris plаnlаrı; 
4.5. Siniflər; 
4.6. Məktəb komponentinin predmetləri; 
4.7. Əlavə təhsil; 
4.8. Metodik təminat; 
4.9. Üstünlük veriləcək təlim-tərbiyə üsulları; 
4.10. Proqnozlaşdırılan nəticə; 
5. Təhsilin ümumi səviyyəsinin monitorinqi: 
5.1. Qiymətləndirmə, biliklərə nəzarət sistemi; 
5.2. Şəxsiyyətin inkişaf diaqnostikası və testlər sistemi; 
-  biliklərə yiyələnmə  səviyyəsinin müəyyənləşdirilməsi 
metodikası; 
tərbiyəlilik səviyyəsinin müəyyənləşdirilməsi metodikası; 
-  şəxsiyyətin psixi keyfiyyətlərinin inkişaf səviyyəsinin üzə 
çıxarılması metodikası. 
6. Proqramın həyata keçirilməsinin idarə olunması: 
6.1. Kadr təminatı; 
6.2. Metodik təminat; 
6.3. Maddi-maliyyə təminatı. 
(Bu problemlərin daha ətraflı izahı ilə “Məktəbdaxili 
idarəetmədə yeniliklər” adlı kitabda tanış olmaq olar. Müəlliflər 
A.M.Moiseyev, A.E.Kanto, O.T.Xomeçiki, M.1998, səh.109-115. 
İzah edilən struktur oradan götürülmüşdür). 
Təşkiletmə 
Planlaşdırılmış  işləri, görüləcək tədbirləri həyata keçirmək 
üçün adamlar müəyyənləşdirilməli, subyektin həyata keçirəcəyi 
tədbirlər formalaşdırılmalı, onun funksional vəzifələri 
müəyyənləşdirilməlidir. Çox zaman bir qrup məktəb rəhbərləri 
bununla da kifayətlənirlər. Subyektin üzərinə düşən vəzifələrin 
həyata keçirilməsi üçün o müəyyən səlahiyyətlərə malik olmalıdır. 
Ona görə də vəzifələrlə yanaşı onun hüquqları da müəyyənləşdiril-


 
47
məlidir. Bu da onun səlahiyyətlərini müəyyənləşdirəcək. Bu zaman 
pis olmaz ki, məsuliyyətin predmeti də müəyyənləşsin. Nəhayət, 
fəaliyyətin son məhsulu və ya subyekt tərəfindən görüləcək işin 
növü qeyd edilməlidir, çünki o bu işdən və onun keyfiyyətindən 
ötrü məsuliyyət daşıyır. Funksional vəzifələr, hüquq və vəzifələrdən 
aydın olmalıdır ki, nəzərdə tutulmuş  tədbirlərin yerinə yetirilməsi 
və ya keyfiyyətsiz yerinə yetirilməsi digər subyektlər – şagirdlər 
üçün nə nəticələrə gətirib çıxara bilər. 
İdarəçilik fəaliyyətini təşkilati baxımdan həyata keçirmək 
üçün aşağıdakı cədvəl köməkçi rolunu oynaya bilər: 
 
vəzifələri hüquqları 
məsuliyyəti 
1.hazırlamaq... 
 
2.həll etmək... 
3.nəzarət etmək... 
 
4.öyrənmək... 
5.həyata keçirmək...
6.diqqətdə 
saxlamaq... 
7.hazırlamaq... 
8.təmin etmək... 
9.təhlil etmək... 
10.tələb etmək... 
1.təklif vermək... 
 
2.müəyyənləşdirmək... 
3.qiymətləndirmək... 
 
4.düzəliş etmək... 
5.tələb etmək.. 
6.məsələ qaldırmaq... 
7.yoxlamadan 
keçirmək... 
8. həyata keçirmək... 
9.nəzarət etmək... 
10.məsləhətlər vermək... 
1.proqramın 
hazırlanması üçün... 
2.nəzarətin 
ardıcıllığı üçün 
3.vaxtında təqdim 
edilməsi üçün ... 
4.işə  cəlb etmək 
üçün... 
5.kriteriyaların 
hazırlanması.. 
6.təmin olunması 
üçün... 
7.diaqnostika 
üçün... 
8.həftəlik 
informasiya üçün... 
9.monitorinq üçün  
10.hazırlamaq 
üçün... 
 
Daha sonra müəyyənləşdirmək lazımdır ki, təhsilin 
keyfiyyətini idarəetmə prosesində subyektlərin hər biri ilə  əlaqələr 
yaradılacaq, onlar prosesə cəlb ediləcək. 
Təhlil edilən idarəetmə funksiyalarının mühüm son məhsulu 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə