Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə12/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

 
36
monitorinq və qiymətləndirmə” (2003-cü il), A.Mehrabov 
“Azərbaycan təhsilinin müasir problemləri” 2007-ci il, Ə.Ağayev 
“Yeni təlim metod və texnologiyalarından istifadənin nəzəri və 
praktik məsələləri” (ARTPİ-nun elmi əsərləri, Bakı 2006), “ Uşağa 
istiqamətləndirilmiş proqram üzrə  işin təşkili”, Addım-Addım 
proqramı, Keyt Birk Uorş, Yeni nəsil NTM, Bakı 2000 və bir sıra 
digər  əsərlərdə bu problemlər təhlil edilmiş, onun həlli yolları 
göstərilmişdir. 
İdarəetmə baxımından, tədris prosesinin hər bir mərhələ-
sində  təhsilin keyfiyyətini qiymətləndirmək məqsədilə onun key-
fiyyət göstəricilərinin qruplaşdırılması, prosesin gedişində dövri, 
son və uzaq gələcəkdə  təhsil nəticələrinin qiymətləndirilməsi 
nəzərdə tutulmalı  və  məktəbin fəaliyyəti bu nəticələrə istiqa-
mətlənməlidir. Bu mərhələlər üzrə beş qrup göstərici nəzərə alınsa, 
qiymətləndirmə  məqsədyönlü olar. Bu qrup göstəricilər aşağıdakı 
kimi nəzərə alına bilər: 
I qrup göstəricilər. Deyək ki, məktəb kollektivi “təhsilin 
kеyfiyyətinin idarə olunması” mövzusunda layihə hazırlamışdır. 
Yəqin ki, bu proqramın keyfiyyəti müəyyənləşmiş  tələb və kri-
teriyalardan asılıdır. Bu da proqramın aktuallığından, səmərə-
liliyindən, reallığından, məqsədyönlülüyündən, nəzarətə yatma-
sından, əyintilərə dözümlülüyündən asılı olmasıdır. 
II qrup göstəricilər.  Təhsilin idarə olunması  səviyyəsində 
prosesin optimallıq göstəricilərinin nəzərə alınmasıdır. İdarəetmənin 
subyekti layihədə  nəzərdə tutulanla həyata keçirdiyini müqayisə 
edir. Həyata keçirilmiş tədbirlərin yerinə yetirilməsinə sərf edilmiş 
vaxtı, istifadə edilmiş resursları, planda nəzərdə tutulanlara uyğun 
olmasını müəyyənləşdirir. Bu məsələdə məqsədlər üzrə idarəetmə o 
zaman müvəffəqiyyətli olur ki, planda nəzərdə tutulanlardan kənara 
çıxanların həlli və bu məqsədlə korreksiya xarakterli tədbirlərin qiy-
mətləndirilməsi və  gələcəkdə belə halların baş verməməsi üçün 
görülən işlərdir. 
III qrup göstəricilər  ilkin nəticələrin  əldə edilməsinin 
optimallığıdır. Təhsil müəssisəsində  hər bir məzun səviyyəsində 
müəyyən nəticələrin  əldə edilməsi planlaşdırılırsa, o zaman bütün 
siniflər üzrə  əvvəlki siniflə müqayisədə  nəticələr qiymət-


 
37
ləndirilməlidir. Beləliklə, bu göstəricilər qrupu özündə cari 
qiymətləri, tərbiyəlilik, inkişaf səviyyəsini, sağlamlıq səviyyəsini 
hər bir təhsil mərhələsində (sinif, yarımil və s) istifadə edilmiş 
cəzalar, təriflənmələrin və s. birlikdə müqayisəli  şəkildə  nəzərə 
alınmasıdır. Məhz bu səbəbdən də təhsilin nəticələrinin monitorinqi 
adlanan fəaliyyət böyük əhəmiyyət kəsb edir. 
IV qrup idarəetmə  hər bir səviyyəsinin son nəticələrinin 
göstəriciləridir.  Əgər bu təhsil müəssisəsinin səviyyəsidirsə, onda 
məzunun  əldə etdiyi nəticələr müəyyənləşdirilmiş – seçilmiş gös-
təricilər və  təhsil praktikası  çərçivəsində proqnozlaşdırılmış 
nəticələrin müqayisəsi nəticəsi də qiymətləndirilir. 
V qrup uzaq gələcək və ya təxirə salınmış  nəticələrdir. 
Nəzərə alsaq ki, məktəb “ailə  həyatına hazırlıq” kimi bir göstərici 
planlaşdırıb. Bu hazırlıq səviyyəsini məktəb şəraitində ancaq nəzəri 
baxımdan qiymətləndirmək olar. Praktiki olaraq bu nəticə 
məzunların məktəbi qurtardıqları dövrdən xeyli sonra özünü büruzə 
verir. Belə hal özünü əməyə hazırlıq, vətəni müdafiə, təhsilin davam 
etdirilməsinə, hətta istirahətin təşkilinə də aiddir. 
Təhsilin keyfiyyətinə idarəetmə baxımından yanaşsaq, qeyd 
etmək lazımdır ki, idarəetmə ümumiyyətlə, tədqiqat xarakteri 
daşıyır və son zamanlar monitorinqin tətbiqi onun bu xarakterini bir 
az da artırır. O, imkan yaradır ki, gündəlik, son və uzaq gələcəkdə 
əldə ediləcək təhsil nəticələri təhlil edilsin, nöqsanlar və müsbət 
tərəflər üzə  çıxarılıb, inkişafı  təmin etmək məqsədilə  tədbirlər 
görülsün. Belə olduqda təhsil müəssisəsinin rəhbərləri məktəbi qur-
taranların gələcəkdə  nə  işlə  məşğul olduqları, onların həyatı 
haqqında məlumat  əldə edə bilirlər. Hətta təhsillərini davam 
etdirirlərmi, hansı ixtisası seçmişlər, orduda xidmət ediblərmi, ailə 
vəziyyətləri necədir, siyasətə, dinə münasibətləri haqqında zəngin 
məlumat əldə edə bilirlər. Bu da imkan yaradır ki, məktəbin təhsil 
fəaliyyəti haqqında zəngin material toplasın, təhlil etsinlər və 
inkişaf istiqamətlərini müəyyənləşdirsinlər.  İşi çətinləşdirməmək 
üçün çox faktlara, suallara sadəcə olaraq “hə”, “yox” cavabları 
verməklə vəziyyəti təhlil etmək olar. 
Beləliklə, təklif olunur ki, təhsilin nəticələri – kompleks 
şəkildə  əvvəlcədən hazırlanmış proqram və proqnozlar əsasında 


 
38
gündəlik, son və yaxın-uzaq gələcəkdə əldə edilmiş nəticələr – araş-
dırılsın, qiymətləndirilsin. 
Təklif olunan beş qrup göstəricilər ilk nəzərdə oxuculara 
bəlkə  də çox mürəkkəb görünəcək. Ancaq son zamanlarda 
məktəblərdə aparılan monitorinqlər sübut edir ki, belə yanaşma heç 
də çətin deyildir. Onu həyata keçirmək olar. Bu metodun müsbət və 
mənfi (nöqsanlı) cəhətlərini araşdırsaq görərik ki, onun tətbiqini 
təhsildəki son illərdə yaranmış vəziyyət özü tələb edir.     
Qeyd etmək lazımdır ki, bu kompleks metod bir sıra 
mərhələlərdən ibarətdir. Onlar əlaqəli və dinamik xarakter daşıyır. 
İnkişafda olub inkişafı görməyə imkan yaradır. 
Mərhələlərin əlaqəli olması imkan yaradır ki, əvvəlki qrupda 
əldə edilmiş  nəticələr, onların təhlili, nöqsanların aradan 
qaldırılması sonrakı qrupun müsbət nəticələr  əldə etməsinə  şərait 
yaradır, eyni zamanda sonrakı qrupun nəticələri  əvvəlki qrupun 
fəaliyyətində düzəlişlər etməyə  və bütövlükdə  fəaliyyətdə olan 
sistemin göstəricilərinə müsbət təsir göstərir. Xarici ölkələrdə bu 
sistemin tətbiqi və son zamanlar Təhsil Nazirliyi tərəfindən sınaq 
qiymətləndirmələrin təşkili, birinci mərhələnin nöqsanlarının aradan 
qaldırılması, ikinci mərhələdə  nəticələrə müsbət təsiri bunu 
təsdiqləyir. 
Bu kompleksin dinamizmi isə ondadır ki, real həyatda 
göstəricilər daima dəyişir, biri digərinə təsir göstərir və bu prosesdə 
üzə çıxmış ziddiyyətlərin aradan qaldırılmasına şərait yaradır.  
Dinamizm eyni zamanda prosesin daima hərəkətdə olmasına, 
onun hissələrinin əlaqəsinə də təsir göstərir. Bu qruplar bir tərəfdən 
çox konkret məzmun və vaxtı müəyyənləşdirir, digər tərəfdən onun 
sərhədlərini bir-birindən, demək olar ki, ayırmır. Hətta bəzi hallarda 
yerlərini dəyişə bilərlər. Və ya müəyyən qrupların cari nəticələri 
digər qruplar üçün istifadə edilə bilər və s. 
Bu metodun – modelin sadəliyi ondadır ki, onun kom-
ponentləri, ayrı-ayrı hissələri xüsusi formalar tələb etmir. Onlar 
məktəb rəhbərlərinin daimi fəaliyyətində özünün professional-ida-
rəedici vəzifələrindən məktəblilərin bilik, bacarıq və  vərdişlərinin 
qiymətləndirilməsi prosesinin həyata keçirilməsində istifadə edirlər. 
Bu prosesə biliklərin tematik uçotu, sorğular, məqbullar, biliklərə 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə