Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə9/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

 
26
ların böyük qismi bu anlayışa bu günkü münasibətlə yanaşdıqda, 
şəxsiyyətin inkişafı, müxtəlif baxımdan onun tərbiyəlilik səviyyəsi
adi və ya ekstremal şəraitdə necə  fəaliyyətdə olması  və sairənin 
qiymətləndirilməsi kimi başa düşülməlidir. Belə hallarda 
qiymətləndirmə keyfiyyətinin açıqlanması (kvalimetrik) yolu ilə 
həyata keçirilir. 
Əlbəttə, imkan varsa, artıq təcrübədən çıxmış, öz imkan-
larını sübuta yetirmiş, obyektiv metodikalardan qiymətləndirmədə 
istifadə etmək lazımdır. Yox, əgər belələri yoxdursa və ya yaramır-
sa, onda qiymətləndirməni həyata keçirənlər belə metodikaları 
özləri də hazırlaya bilərlər. Belə hallarda səviyyənin nomenklaturası 
yüksək, orta, aşağı, ideal, optimal, mümkün ola bilən, mümkün ol-
mayan, həddindən artıq, ortadan yüksək, orta, ortadan aşağı  və s. 
qiymətlər tətbiq edilə bilər. Sonradan göstəricilər seçilir ki, onlar 
qiymətləndirilən keyfiyyətin səviyyəsini, nəticəsini müəyyənləşdi-
rir. Qiymətləndirmənin bu seçim yığımı onun tamlığını, 
bütövlüyünü təmin etməli və eksperiment rejimində yoxlamadan 
keçirilməlidir.  
Düzdür, bu proses çətin prosesdir, ancaq çətinlik heç də  bu 
qiymətləndirmənin  əhəmiyyətini azaltmır.  Əlbəttə, burada 
proqnozlaşdırılmış  nəticələr təxmini xarakter daşıyır və burada 
məqsəd vasitə  və  nəticə arasında birbaşa  əlaqələrdən danışmaq 
çətindir. Ona görə  də bu zaman qiymətin təxminiliyi, təhsil 
prosesinin nəticələrinin keyfiyyət xarakteri, onun idarə olunması 
nəzərə alınır, ona uyğun olaraq proqnozlaşdırılır, layihələşdirilir və 
qiymətləndirilir. 
Burada yada salmaq yerinə düşər ki, tarixən təhsil 
müəssisələrində  təhsilin nəticə  və keyfiyyətini qiymətləndirmək 
məqsədilə kvalimetrik (təsviredici) metodikalardan istifadə olunub: 
- müəllimlər tərəfindən müəyyənləşdirilmiş proqnozun əldə 
edilməsi; 
-  şagirdin həyatında həmişə baş verən eksterimal 
situasiyalarda şagirdlərin əxlaqının qiymətləndirilməsi
- müəllimlər tərəfindən düşünülmüş  və  təşkil edilmiş 
diaqnostik situasiyalarda şagirdlərin əxlaqının qiymətləndirilməsi; 
- məktəbin özü tərəfindən hazırlanmış yüksək keyfiyyətlərin 


 
27
qiymətləndirilməsinin kriteriyalar şkalası üzrə  əldə edilmiş 
nəticələr; 
- psixoloji göstəricilərin,  şagirdin həyatında istifadə edilən 
hər cür hərəkətin, fəaliyyətin qiymətləndirilməsi: 
a) necə etməyi bilir (intellektual göstərici); 
b) həyata keçirməyi bacarır (iradi göstərici); 
c) realizə etmək istəyir (emosional göstərici); 
Son zamanlar dünyanın inkişaf etmiş ölkələrinin təcrübə-
sindən istifadə edərək  şagirdin özünüqiymətləndirməsi təcrübəsin-
dən məktəblərimizdə istifadə olunur. Şagirdin özünüqiymətləndi-
rməsi hərtərəfli qiymətləndirmənin mühüm hissələrindən biridir. 
Bu,  şagirdlərə öz irəliləyiş templərini müəyyənləşdirməkdə  və 
uğurlar əldə etməkdə, rol və məsuliyyətlərini aydınlaşdırmaqda kö-
mək edir və  hərtərəfli qiymət verilməsinə  şərait yaradır. Müəllim 
şagirdləri ozünüqiymətləndirmə 
işini həyata keçirməyə 
ruhlandırmaqla hər bir şagirdin qarşısında suallar qoyulur və onların 
cavabları  sənədləşdirilir (bax: “Uşaqlar üçün sinif otaqlarının 
yaradılması” Açıq Cəmiyyət  İnstitutu ilə birlikdə hazırlanmışdır. 
Yeni nəsil, səh. 6 -11-12, Addım-addım proqramı). 
Qeyd etmək yerinə düşər ki, son zamanlar məktəblərimizdə 
prezident fərmanı ilə  təsdiq edilmiş istedadlı  uşaqlarla iş 
proqramının həyata keçirilməsi ilə  əlaqədar belə psixoloji gös-
təricilərin istifadə edilməsi məqsədyönlü olardı.  
Qeyd etdiyimiz kimi, təhsilin müxtəlif cəhətlərini qiymətlən-
dirmək üçün müxtəlif metodikalar bəllidir. Bu metodikalar şagirdin 
birinci sinifdən başlayaraq on birinci sinfi qurtarana qədər 
intellektual və psixoemosional imkanlarının inkişaf dinamikasını 
nəzarətdə saxlamaq, lazım gəldikdə korrektə etmək və arzu olunan 
nəticəyə nail olmaq imkanlarını yaradır. Bu məqsədlə əldə edilmiş 
göstəriciləri kompyüterin bankına köçürmək və sonra isə sinif, pa-
ralel siniflər, bütövlükdə  məktəb üzrə inteqrativ göstəriciləri 
hesablamaq məqsədyönlü olardı. 


 
28
 
4. Təhsil standartları, milli kurikulum və 
     təlimdə keyfiyyət 
 
“Standart” sözü ingilis dilindən götürülüb norma, nümunə, 
ölçü deməkdir. Təhsil standartı dedikdə real şəxsiyyətin ictimai 
ideal səviyyəsinə qalxmasını  və bu idealın təhsil sistemində  əldə 
edilməsini təsvir edən dövlət normalarının  əsas parametrlər 
sistemidir. Təhsilin standartlaşdırılması müxtəlif ölkələrdə  tədris 
plan və proqramlarının hazırlanması, təhsilin səviyyəsinin mü-
əyyənləşdirilməsi və  təhsil sistemində  həyata keçirilməsi yolu ilə 
əldə edilir. Təhsil standartının əsas vəzifəsi insanların fəaliyyətində 
elə münasibətlərin təşkilidir ki, bu vasitə ilə məhsulun keyfiyyət və 
xüsusiyyətlərilə əldə edilməsi təmin olunur ki, bu da cəmiyyətin tə-
ləbatlarını təmin edir. 
Standartlaşdırma cəmiyyətin tarixən dəyişilən tələbatlarına 
uyğun olaraq praktiki baxımdan bu tələbatların həyata keçirilməsi 
fəaliyyətini tənzimləyir.  
Təhsildə standartlaşdırmanın  əsas obyektləri təhsilin 
strukturu, məzmunu, təhsil yükünün həcmi və  şagirdlərin hazırlıq 
səviyyəsinin müəyyənləşməsidir.  
Təhsil standartları Azərbaycan Respublikasının “Təhsil 
Qanunu”nun 6-cı  və 10-cu maddələri ilə  təsdiq edilmiş normativ 
sənəddir. Bu sənəd təhsil proqramlarının məzmun minimumunu
təhsil alanların maksimum tədris yükünü,  şagirdlərin hazırlıq 
səviyyəsinə  tələbatları müəyyənləşdirmiş  və digər normativ 
sənədlərin hazırlanması üçün əsas yaratmışdır. Təsadüfi deyildir ki, 
Azərbaycan Dövlətinin Təhsil sahəsində İslahat Proqramında Təhsil 
standartının hazırlanması  və  tətbiqinə xüsusi diqqət yetirilmişdir. 
İslahat Proqramında standartların olmаması ciddi tənqid obyektinə 
çevrilmişdir. Qeyd edilir ki, “bu günə qədər respublikamızda təhsil 
strategiyasına uyğun prioritet istiqamətlər müəyyənləşdirilməmiş
ümumi orta təhsilin dövlət standartları  və baza tədris planı  təsdiq 
edilməmişdir”. (Azərbaycan Respublikasının Təhsil sahəsində 
İslahat Proqramı, Bakı, 1999, səh 15). Nəticədə ümumi orta təhsilin 
standartları 1999-cu ildə hökümət tərəfindən təsdiq edilmişdir. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə