Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə6/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   2   3   4   5   6   7   8   9   ...   52

 
17
fəaliyyətini həyata keçirmək bacarığı və nəhayət, özünütəhsil; 
- tərbiyə - dəyərlər funksiyası; bunun nəticəsində  məktəb-
lilərin dünya görüşlərinin  əsasları, həyata baxışları, inamları, 
dəyərlərə istiqamətlənməsi formalaşır. Bütövlükdə  şagirdin “Mən” 
konsepsiyası və bütövlükdə şüurluluq səviyyəsi, şəxsi həyat və fəa-
liyyət təcrübəsi, ünsiyyət mədəniyyəti, əxlaqi münasibətlər, mühüm 
əxlaqi vərdişlər, seçim təcrübəsi və nəhayət, xarakterinin əlamətləri 
və şəxsiyyətin davamlı xüsusiyyətləri yаrаnır; 
- psixi inkişafın xüsusiyyətləri;  şagirdlərin intelektual sə-
viyyəsində yeni münasibətlərin formalaşmasının (başqa sözlə, 
onların diqqəti, qavrayışı, təfəkkürü, təxəyyülü, nitqiözünü göstər-
məsi; 
-  şagirdlərin yaradıcılığının inkişaf funksiyaları, ümumi və 
xüsusi istedadlarıın formalaşması
- sağlamlıq funksiyaları;       
- uşaqların psixi inkişafında xoşa gəlməyən somatiq-anormal 
xüsusiyyətlərin aradan qaldırılması və onların sağlam həyat tərzinə 
hazırlıq səviyyəsinin təmin edilməsi 
Bütün bu və digər istiqamətlərin məqsədlərin müəyyən-
ləşdirilməsi prosesində  əsas kimi qəbul edilməsi məktəb və onun 
idarəetmə sisteminin müxtəlif istiqamətləri arasında müəyyənləşdi-
riləcək münasibətlərin bu və ya digər təhsil nəticələrinin 
üstünlüyünü, bir-birinə tabeçiliyini sübut edir. 
Təhsil məqsədlərinin elmi baxımdan düzgün müəyyənləş-
dirilməsinin mühüm əhəmiyyətinə baxmayaraq, onun nəticəliliyi, 
əlbəttə ki, hər  şeydən  əvvəl, təhsil prosesinin keyfiyyətindən 
asılıdır. Yüksək nəticələr məqsədin müəyyənləşdirilməsi ilə 
başlayırsa, onun həyata keçirilməsi adekvat vasitələrin seçimi və 
tətbiqi ilə həyata keçirilir. 
Təhsil prosesi və onun ümumi istiqamətləri, xüsusiyyətləri 
təhsilin tipindən, onların arasındakı münasibətlərin səviyyəsindən 
asılıdır. Təhsilin tipi, ona uyğun məzmunu, təlimin texnologiyası, 
təşkili, müəllimin mövqeyi və  şagirdlər tərəfindən müəyyən bilik, 
bacarıqlar kompleksinin mənimsənilməsi, tərbiyənin humanist 
məqsədi və məktəblilərin psixi inkişafının  


 
18
səviyyəsinə uyğunluğu bizi narahat etməyə bilməz. 
Ona görə  də  təhsil prosesinin məqsədyönlü planlaşdırılma-
sında irəli sürülmüş  məqsədlərin realizə olunacağını sübut etmək 
üçün tədris plan və proqramının köməyilə mühüm məqsədyönlü isti-
qamətlər, real imkanlar, metodlar, arzu olunan nəticələrin  əldə 
edilməsi pеdаqоji kadrların səviyyəsindən asılıdır. Bu problem isə bu 
gün təhsilə rəhbərlik edənləri narahat etməlidir. 
 
3. Təhsilin nəticələrinin qiymətləndirilməsi 
 
Təhsil prosesinin nəticələrinin qiymətləndirilməsindən 
danışdıqda,“təhsilin nəticələri nədən ibarətdir və onlar necə ölçülür” 
problemini izah etmək lazımdır. Təhsildə ölçü dedikdə, hər şeydən 
əvvəl, ölçüləcək və ya öyrəniləcək hadisələrin,  əməliyyatların say 
baxımından xarakteristikası açıqlanmalıdır. Geniş  mənada təhsildə 
ölçü-qiymətləndirməni həyata keçirmək üçün qiymətləndiriləcək-
ölçüləcək  əməliyyatın onu say baxımından xarakterizə edən cəhət-
ləri ilə müəyyənləşdirilməlidir. Ölçü rəqəmləri obyektə  və onun  
xüsusiyyətlərinə uyğun qaydalar əsasında müəyyənləşdirilməlidir. 
Müəyyən obyektə  və ya onun bir hissəsinə ölçü vahidi kəmiyyət 
baxımından müvаfiq rəqəmlə aid edilir. Birbaşa və ya dolayısı yolla 
da ölçü həyata keçirilə bilər. Məsələn, hər hansı bir əşyanın 
uzunluğunu birbaşa ölçmək mümkün olur, bunun üçün uzunluq 
ölçüsündən (metr) istifadə etmək olar. Ancaq yaxşı münasibət, 
əməyin nəticələrindən razılıq hissini birbaşa ölçmək, sadəcə olaraq, 
qeyri-mümkündür. Elm nə qədər mürəkkəb hadisələrlə məşğul olur-
sa, birbaşa ölçü bir o qədər az əhəmiyyət kəsb edir. Hadisə  və ya 
əməliyyatları say baxımından apardığımız müayinələr vasitəsilə 
qiymətləndirə bilərik. Belə hallarda rəqəmlər vasitəsilə  nəticələri 
qeydə alıb, öyrənilən hadisəni və ya əməliyyatı qiymətləndirmək 
mümkündür. Bu öyrənilən hadisənin və ya əməliyyatın göstəricisi, 
indikatoru adlanır. Belə  təsəvvür olunur ki, öyrənilənin ölçüsü ilə 
onun həqiqi ölçüsü arasında müəyyən  əlaqələr mövcuddur. 
Təsəvvür olunan bu əlaqələr vasitəsilə  məktəblinin bilikləri haq-
qında onun aldığı qiymətlər vasitəsilə fikir irəli sürürük.  


 
19
Təhsildə ölçünün (qiymətləndirmənin) üç aspekti fərq-
ləndirilir: 1) kəmiyyət, yəni maraqlandığınız hadisənin nəzərə 
çarpan xüsusiyyətləri, məsələn, biliyin həcmi, müxtəlif maraqların 
miqdarı, testdə düzgün cаvаbların miqdarı  və  s;  2)  bizi 
maraqlandıran, narahat edən hadisənin baş verməsi hallarının sayı; 
3) hər hansı bir hadisənin, narahatlığa səbəb olan halın həcmi, baş 
vermə qüvvəsi, intensivliyi. Aydındır ki, baş verən hadisə tez-tez 
təkrar olunursa, sayca çoxdursa, intensivdirsə deməli təsdiq olunan 
cəhət daha böyükdür. (“Uprаvlеniе  şkоlоy” slоvаrc-sprаvоçnik 
rukоvоditеlə  оbrаzоvаtеlcnоqо uçrеjdеniə. Pоd rеdаküеy  А 
.M.Mоisееvа, А.А.Хvаnа, Mоskvа, 2005) 
Müasir məktəb müxtəlif xarakterli diaqnostik metodika-
lardan istifadə edir. Hətta müəllimlər özləri müxtəlif diaqnostik 
formalar hazırlayıb tətbiq edirlər. Ona görə qiymətləndirmə nəzəriy-
yəsinin  əsas anlayışlarını bilmək müəllimlər və  məktəb 
rəhbərlərinin professional mədəniyyətinin  əsas  şərtlərindən biridir. 
Digər tərəfdən buraxılan pedaqoji nöqsanların profilaktikası 
deməkdir.  
Diaqnostik metodikaları istiqamətindən asılı olaraq iki 
hissəyə - pedaqoji və psixoloji hissələrə bölmək olar. Aydındır ki, 
psixoloji diaqnostik metodikalar insan şəxsiyyətinin psixi xüsusiy-
yətlərini öyrənirsə, pedaqoji diaqnostik metodikalar şəxsiyyətin 
fəaliyyətinin pedaqoji aspektlərini araşdırır.  
Bu baxımdan təhsil prosesinin diaqnostikası təlim prosesinin  
və 
tətbiq edilən proqramların effektivlik səviyyəsinin 
qiymətləndirilməsinin üzvi hissəsidir. Təlim prosesində əldə edilmiş 
hər bir nəticə  fəaliyyətin keyfiyyətinin göstəricisidir. Təlimdə mü-
vəffəqiyyət  əldə etmək üçün son zamanlar xüsusi metodlar və ya 
nailiyyətlərdən geniş istifadə olunur.  Bəzi testlərdən təlim-tərbiyə 
prosesində  tətbiq edilən təlim proqramlarının və ümumiyyətlə, 
müxtəlif sahələrdə qazanılmış biliklərin qiymətləndirilməsində 
geniş istifadə olunur. 
Təlim prosesinin hər cür formasında düzgün seçilmiş testlər 
təlim prosesinin üzə  çıxarılmasını asanlaşdırır. Belə testlər keçmiş 
təlim prosesinin nöqsanlarını üzə çıxarır, şagirdlərin  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə