Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə4/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   2   3   4   5   6   7   8   9   ...   52

 
11
dirilib, nəticələr araşdırılmalıdır. Belə olarsa, məktəb təhsilinin real 
nəticələri aşаğıdаkı kimi qiymətləndirilir: 
a)
 
təhsilin nəticələrinin  şagirdin özü tərəfindən qiymətləndi-
rilməsi; 
b)
 
təhsilin nəticələrinin başqaları  tərəfindən (o cümlədən 
müəllim, təhsil orqanları, sosial sifarişçilər tərəfindən) qiymətlən-
dirilməsi. 
Araşdırmalar göstərir ki, Azərbaycanda belə  tədqiqatlar 
aparılmamışdır. Aparılsaydı, hansı nöqsanlara görə kimlərin 
məsuliyyət daşımalı olduğu aydınlaşardı. 
Beləliklə, təhsilin subyekt-subyekt məsələləri aydınlaşar, 
təhsil institutları uşaqları öyrədə bilərlər ki, onlar subyekt olaraq öz 
gələcəkləri üçün məsuliyyət daşımalıdırlar. Məktəb və  digər ictimai 
orqanlar isə bu işdə onlara yol göstərən köməkçi olmalıdırlar. Bu 
həqiqəti  hamıdan  əvvəl müəllimlər, məktəb rəhbərləri başa 
düşməli, onun həyata keçirilməsinə məsuliyyət daşımalıdırlar. 
 
2. Təhsilin məqsədləri 
 
Müasir idarəetmə elmində  təhsil menecmentində  məqsəd 
dedikdə  əldə ediləcək nəticənin obrazı anlanışır. Ancaq bu anlayış 
arzu, istək, sosial sifariş, vəzifə, istiqamət sözləri ilə üst-üstə düşür, 
çünki onların hamısı bu və ya digər  şəkildə arzu olunan nəticəyə, 
məqsədə yaxındırlar. Qeyd etmək lazımdır ki, təhsilin məqsədi ilk 
baxışda çox sadə görünsə də, məktəbdə təhsil prosesinin məqsədinə 
gəldikdə o həm mürəkkəb, həm də əldə edilməsi çətin bir prosesdir. 
O, məqsədin aydınlığı, məktəb qarşısında qoyulacaq və  həll 
edilməsi böyük əhəmiyyət kəsb edən mühüm vəzifələr birliyidir. 
Özü də pedaqogika və psixologiya elmlərində az araşdırılmış kate-
qoriyadır. O ki qaldı məktəbin idarə edilməsinə, bu problem, demək 
olar ki, öyrənilməmişdir. Təhsil sisteminin qarşısında duran məq-
sədə məktəb səviyyəsində müvəffəqiyyətlə nail olmaq üçün gələcək 
məktəb rəhbərləri təhsil məqsədlərini müəyyənləşdirmək sahəsində 
obyektiv və subyektiv  


 
12
çətinlikləri bilməlidirlər.  
Müasir pedaqoji ədəbiyyatda və müxtəlif xarakterli dövlət 
sənədlərində bu məsələyə münasibət müxtəlif xarakter və 
məzmunda izah olunur. Məktəblərimizdə illər uzunu təkrar- təkrar 
üzü köçürülən illik təlim-tərbiyə  işləri üzrə  fəaliyyət planlarında 
“məqsəd - hərtərəfli  inkişaf etmiş gənclərin formalaşdırılması” və 
ya bunun üçün şəraitin yaradılmasıdır. Heç şübhəsiz, vəzifə belə 
müəyyənləşirsə, hesabatda da belə verilir: bu qədər  şagird orta 
məktəbi bitirmiş, bu qədər ali məktəblərə  qəbul olmuşdur. Belə 
çıxır ki, məqsəd bir, nəticə isə başqadır. Bəzən də yazılır: “Mək-
təbin məqsədi  şagirdi həyata hazırlamaqdır”. Ancaq onu hansı pa-
rametrlər üzrə həyata hazırlamağın lazım olduğu açıqlanmır. 
Əslində yuxarıda açıqlanan bu məsələlər məktəbin qarşı-
sında duran böyük məqsədin ayrı-ayrı hissələridir. Onlar da əslində, 
hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasını tam təmin edən 
şəraitin yaradılması müddətini və s. müəyyənləşdirmir.  
Məqsəd və nəticə, onların arasındakı münasibət onların idarə 
olunması üçün aparılаn  əməliyyatları, təhsilin keyfiyyətini müəy-
yənləşdirməyə imkan yarada bilər. Bu tələblər həyata keçirilmirsə, 
təhsilin keyfiyyətinə  verilən tələbləri, sadəcə olaraq, müəyyənləş-
dirmək qeyri-mümkündür.  
Elmi-pedaqoji  ədəbiyyatda məktəbdə  təhsilin keyfiyyəti 
anlayışı adətən məktəbin qazandığı müvəffəqiyyət və məktəbdaxili 
idarəetmə sisteminin fəaliyyəti ilə  əlаqələndirilir. Təhsilin 
keyfiyyəti təhsilin nəticələrini xarakterizə edən mühüm xüsusiy-
yətlərin cəmi kimi qəbul edilir. Bu nəticələr cəmiyyəti, sifarişçiləri 
və  şagirdlərin tələbatlarını ödəməlidir. Təhlil olunan bu anlayış 
durğunluq illərində hökm sürən təhsil keyfiyyətinin eyni deyil. O 
vaxtlar keyfiyyət şagirdlərin sayının  attestasiya zamanı yaxşı və əla 
qiymətlər almış  şagirdlərin ümumi sayına bölünməklə müəyyənlə-
şirdi, keyfiyyəti belə müəyyənləşdirmək düzgün deyil, onların 
ümumi sayını faiz ilə eyniləşdirmək olmaz. Son zamanlar təhsilin 
keyfiyyəti haqqında hamı narahatlıq keçirirsə, bu özü müsbət haldır. 
Qeyd etmək lazımdır ki, təhsilin keyfiyyətinə  


 
13
verilən bəzi mühüm tələblər təhsil standartlarının əsasını təşkil edir. 
Bu da aydındır ki, standartların formalaşdırılmasına adətən kəmiy-
yət baxımından yanaşırlar. Bu açıqladıqlarımız ümumi münasibət-
lərdir. Fikrimizcə, ümumi münasibətlərdən savayı, bir də  hər bir 
təhsil müəssisəsi tərəfindən arzu olunan keyfiyyət nəticələrini  əldə 
etmək məqsədilə bir sıra kompleks məqsədlər müəyyənləşdirilməli 
və onların həyata keçirilməsi təmin edilməlidir. Bunlar aşağıdakı-
lardır. 
1. Hazırda  əldə edilmiş nailiyyətlərin, həll edilməmiş 
problemlərin və perspektiv tələbatların proqnozu əsasında arzu 
olunan təhsilin keyfiyyət səviyyəsinin modelləşdirilməsi. (Bu, fakti-
ki olaraq məktəbi bitirəcək məzunların modelidir). 
2. Təhsil sisteminin və bütövlükdə  məktəbin fəaliyyətinin 
təmin edilməsi. Bu da müəyyənləşdirilmiş (planlaşdırılmış) keyfiy-
yət səviyyəsinin təmin edilməsidir. (Bu isə özlüyündə  hədsiz qa-
baqlayıcı mənada, təhsilin keyfiyyətinin operativ şəkildə planlaşdı-
rılmasından kənara çıxmanın qarşısının alınmasıdır). 
      
3.  Keyfiyyətin  əldə edilməsinin təmin edilməsi. (Bu da 
özlüyündə  təhsil nəticələrinə  və  məzunların müəyyənləşdirilmiş 
modellərinə tələbatların yeniləşməsi, onların yeni keyfiyyət əldə et-
məsi deməkdir).    
4.  Əldə edilmiş  təhsil keyfiyyətinin diaqnozlaşdırılması. 
Müasir məktəb təcrübəsində bu vəzifələr hələlik eyni səviyyədə və 
sistematik  şəkildə  həll edilmir. Xüsusən də keyfiyyətin yüksəlmə-
sinə lazımi diqqət yetirilməyir. O ki qaldı diaqnostika və 
monitorinqin həyata keçirilməsinə, bu sahəyə diqqət lazımi 
səviyyədə deyildir və hər yerdə o qədər də yüksək səviyyədə həyata 
keçirilmir. Keçirililənlər də daha çox tədbir naminə həyata keçirilir. 
Buna görə də monitorinqlərin keçirilməsi heç də həmişə keyfiyyətin 
yüksəlməsinə kömək etmir.   
Bütün bunlarla yanaşı, təhsilin keyfiyyətindən söz getdikdə 
araşdırılmalıdır ki, müəyyən edilmiş  məqsədlə  nəticə arasındakı 
mütənasiblik yəqin ki, təhsilin keyfiyyəti kimi müəyyənləşdirilir, 
həm də  məqsədin həyata keçirilməsi, nəticənin  əldə edilməsi üst-
üstə düşürsə, deməli, müəyyənləşmiş məqsədin əldə olunması üçün 
aparılan əməliyyatlar məktəblinin potensial  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə