Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə8/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

 
23
vərdişlərinin qiymətləndirilməsində qeyri-ənənəvi sosial baxımdan 
dəyərli göstəricilərə müraciət olunur. Nəticə etibarı ilə yalnız 
ənənəvi bilik, bacarıq və  vərdişlərdən başqa təhsildə keyfiyyətin 
daha dəqiq qiymətləndirilməsi həyata keçirilir.  
Təhsilin nəticələrinin açıqlanması  məqsədilə istifadə 
olunmuş misallar təhsil müəssisələrinə aiddir. Unutmaq olmaz ki, 
nazirlik, regional təhsil idarələri yəqin ki, qiymətləndirmədə 
müxtəlif səviyyəli parametrlərdən istifadə edə bilərlər. 
Aşağıdakı  məsləhətlər, bizcə, məktəb rəhbərlərinə, 
müəllimlərə praktiki fəaliyyətlərində kömək edər: 
- təhsilin bütün istiqamətlər üzrə  nəticələrini müəyyən-
ləşdirmək üçün onların arasında asılılığı,  əlaqələri müəyyənləş-
dirmək, mənfi nəticələri imkanlar çərçivəsində aradan qaldırmaq, 
müvəffəqiyyətlərin nəyin bahasına başa gəldiyini aydınlaşdırmaq. 
Bir sözlə, nəticənin bütün istiqamətləri üzrə problemin təhlili həyata 
keçirilməlidir ki, təhsil prosesinin hansı nöqsanları hesabına nə-
ticələrin məzmununun və  səviyyəsinin bizi təmin etmədiyi aydın 
olsun. 
Alınmış  nəticələri vaxt baxımından da qiymətləndirmək 
lazımdır:  оnlаr son nəticədir, yoxsa həftəlik və ya aylıq və s. 
Açıqlanmış bu nəticələrin yığımı  təsadüf deyil. Onlar hamısı bir-
birilə əlaqəli, bütövün ayrılmaz hissələri, daxili struktur, funksional 
əlaqələrlə bir-birinə bağlıdırlar. Ancaq bu əlaqələr heç də həmişə ilk 
baxışdan gözə çarpmır, ona görə  də onlar hələ inteqrasiya 
mexanizminə yatmadığına görə, onları vahid bir göstərici kimi 
aydınlaşdırmaq mümkün deyil.  
Təhsilin nəticələrinin müəyyənləşməsində,  əlbəttə ki, 
nisbilik elementi vardır. Hamı gözəl bilir ki, məktəblər eyni şəraitdə 
işləmirlər, eyni imkanlara malik deyillər. Bəziləri şəhərdə, digərləri 
kənddə, hətta dağ  kəndlərində  fəaliyyət göstərirlər. Bəzilərində 
şagirdlərin sayı normadan artıq, digərlərində normadan az, bəzi 
məktəblər 2-3 növbədə, bəziləri zəngin maddi-texniki baza
kompüter siniflərinə malik olub, hətta internetə qoşulmuşlar, 
digərləri isə  hələlik bunlardan məhrumdurlar. Buradan belə bir 
nəticəyə  gəlmək olar ki, mürəkkəb  şəraitdə qazanılmış yüksək 
nəticələr daha dəyərli, daha qiymətlidir. 


 
24
Təhsilin keyfiyyət nəticələrinin qiymətləndirilməsi belə 
mürəkkəb prosesdirsə, bu proses necə  həyata keçirilməlidir, onu 
müəyyənləşdirmək üçün hansı üsullar, metodikalar mövcuddur? 
Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə təhsil problemləri ilə 
məşğul olan bir çox alimlər, təcrübəli təhsil işçiləri, xüsusən təhsili 
idarə edənlər bir çох  hаllаrdа  təhsilin nəticələrini prinsipcə 
müəyyənləşdirməyin qeyri-mümkünlüyünü qeyd edirlər. 
Ona görə  də  təhsilin nəticələri proqnozlaşdırılmır, planlar 
konkretləşdirilmir, başqa sözlə, qiymətləndirilmir. Müasir dövrdə 
ümumtəhsil məktəblərinin idarəetmə  təcrübəsinin hərtərəfli təhlili 
əsas verir qeyd еdək ki,  müasir təhsil müəssisələrinin 
əksəriyyətində idarəetmənin xarakterik xüsusiyyətlərindən biri 
prosesə istiqamətlənməkdir. Bu zaman isə konkret nəticə  nəzərdə 
tutulmur. Təsadüfi deyil ki, məktəb direktorları məsləhətləşmələrdə  
qeyd edirlər ki, “biz bütün imkanlarımızı  səfərbər edirik ki, 
şagirdlər yüksək təhsil nəticələri  əldə etsinlər, ancaq nəticələr heç 
də həmişə bizdən asılı olmur”.
  
Əlbəttə, bütövlükdə bu fikirlə razılaşmaq olmaz, çünki bu, 
problemin mürəkkəbliyi ilə  bаğlıdır. Həqiqətən təhsilin bəzi 
nəticələri bir çox tənzimlənən (idarə olunan), eyni zamanda tənzim-
lənməyən təsadüfi, hətta məktəbdən və müəllimlərdən asılı olmayan 
аmillərlə bağlı olur. Ona görə  də  həqiqətən onları  nəzərə almaq 
mümkün deyildir. O da düzdür ki, təhsilin bəzi nəticələri – obyektiv 
olaraq  şagirdin məktəbi qurtardığı müddətdə qiymətləndirilməsi 
qeyri-mümkündür (Məsələn, onun cəmiyyətdə  vətəndaşlıq 
funksiyalarını və ya ailə həyatına hazırlığını yoxlamaq, qiymətlən-
dirmək qeyri-mümkündür). Və ya həqiqətən aydın deyil ki, 
şəxsiyyətin mənəvi inkişaf səviyyəsinə aid olan cəhətləri təhsilin 
nəticələrində necə müəyyənləşdirmək olar. 
Ancaq bütün bunlar o demək deyil ki, təhsilin ümumiyyətlə 
nəticələrini qiymətləndirmək olmaz. Ona görə  də imkanlarımız 
çərçivəsində bu problemin izahına çalışaq. 
Qeyd edək ki, hər bir şüurlu elmi idarəetməyə  məqsəd-
yönlülük, məqsədə istiqamətlənmə, məqsədin müəyyənləşməsi xas 
olan cəhətdir. Bu da idarəetmə fəaliyyəti nəticəsində əldə edilir. Bu-
nun əldə edilməsini ancaq və ancaq məqsəd və nəticəni  


 
25
tutuşdurmaq yolu ilə müəyyənləşdirmək olar. Beləliklə, burada hər 
bir rəhbərin vəzifəsi nəticələrin  əldə edilməsi istiqamətində 
fəaliyyət göstərməkdən ibarət olmalıdır.  
Bundan başqa, idarəetmə  nəzəriyyəsi və praktikası diqqəti-
mizi daha bir cəhətə yönəldir. O  idarəetmənin proqnostik xarak-
terdə olmasıdır. Bu da təhsil fəaliyyətinin nəticələrinin proqnozlaş-
dırılması, dəqiq müəyyənləşdirilməsidir.  
Nəhayət, onu da unutmaq olmaz ki, inkişaf etmiş ölkələrdə 
(bəlkə  də bütün dünyada) çoxluq tərəfindən qəbul edilmiş 
idarəetmənin məqsədyönlü proqramlaşdırılması – problemə 
istiqamətlənmiş  təhlil xüsusiyyətidir: məktəbin-təhsilin hansı  nə-
ticələri bizi təmin etmir? Onlardan hansılarını dəyişmək istəyirik və 
ya dəyişə bilərik? 
Məktəbin inkişafının məqsədyönlü proqramlaşdırılmış 
idarəetmə texnologiyasından xəbərdar olan məktəb rəhbərləri yахşı 
başa düşürlər ki, təhsil fəaliyyətinin idarə olunmasının nəticələrinin 
müəyyənləşməsi imkanlarını inkar edənlər uşağın inkişaf etməsini, 
məktəbin bu işdə rolunu da inkar etmək məcburiyyətində 
qalacaqlar. Ancaq unutmaq olmaz ki, təhsil fəaliyyəti nəticəsində 
təhsil prosesinin subyektləri keyfiyyətcə dəyişir, inkişaf edir, bunun 
nəticəsində  də  dəyərli sosial nəticə  əldə edilir ki, bunu 
müəyyənləşdirmək idarəetmə  və idarə edənlər qarşısında duran 
mühüm vəzifələrdən biridir. Bunu nəzərə alaraq, təhsilin keyfiyyəti 
və  nəticələrinin qiymətləndirilməsi qaydalarının açıqlanmasının 
əhəmiyyəti böyükdür. Aydın məsələdir ki, qiymətləndirilmədə 
kəmiyyət və keyfiyyət üsulları böyük əhəmiyyət kəsb edir. 
Kəmiyyət dedikdə,  əlbəttə ki, başlanğıc nöqtəsindən (səviyyəsin-
dən) son nəticənin  əldə edilməsinədək ölçü vahidlərinin 
müəyyənləşməsidir. Bu da təhsil praktikasında az istifadə olunan 
metodlardan biridir. Kəmiyyət qiymətləndirmə metodikasına, 
məsələn, oxu sürətinin, bir dəqiqədə uşağın neçə söz oxuya bilməsi-
nin, yazısının sürətinin, imlа yazısının və s. bal qiymətləri daxildir. 
Ancaq onu da burada qeyd etmək lazım gəlir ki, hər hаnsı 
bal sistemi ilə ayrı-ayrı fənlərin qiymətləndirilməsi heç də kəmiyyət 
göstəricisi deyil, əksinə keyfiyyət göstəricisidir.  
Təhsilin nəticələrinin qiymətləndirilməsi ilə  məşğul olan-


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə