Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə16/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

 
48
idarəetmənin təşkilati strukturunun qurulmasıdır. Bu haqda bundan 
sonrakı bölmədə açıqlama veriləcək. 
Rəhbərlik 
Hər  şeydən  əvvəl, qeyd etmək lazımdır ki, burada söz 
idarəetmənin ümumi funksiyalarından gedəcək. Bu, bir çox məktəb 
rəhbərlərinin fəaliyyətinin zəif tərəfidir. Bunun da tarixən obyektiv 
səbəbləri var. Bu, hər  şeydən  əvvəl, Sovetlər dövründə 
məktəbşünaslıqda “rəhbərlik” termini “idarəetmə” termini kimi 
qəbul edilirdi ki, bu da əsasən inzibatçılıqla bağlanırdı. Yəni 
göstəriş vermək, əmrləşdirmək, hökmləşdirmək və s. hüququna ma-
lik olmaq. Təsadüfi deyil ki, indi də bir çox məktəb rəhbərləri və 
ümumiyyətlə  rəhbər işçilərin  əksəriyyəti verdikləri göstərişləri 
özləri həyata keçirə bilmədikləri halda başqalarından tələb edirlər. 
Oxucu razılaşar ki, özün bacarmadığını başqasından tələb etmək 
düzgün deyil. 
Müasir menecment nəzəriyyəsində  rəhbərlik idarəetmə 
funksiyalarından biri hesab edilir. O, tamam başqa mənaya və 
məzmuna malikdir. Onları açıqlamaq  yerinə düşər.  
Qeyd etmək lazımdır ki, “planlaşdırma və  təşkiletmə” nə 
qədər yaxşı aparılsa da, məktəb kollektivinin fəaliyyətində yüksək 
nəticələr  əldə etmək çətindir. Adı  çəkilmiş bu funksiyalar 
əhəmiyyətlidir, çünki müəllim,  şagird, valideyn, sponsorların və 
digər subyektlərin fəaliyyətinin effektiv inteqrasiyasını təmin etmir. 
Onların fəaliyyətindən isə təhsilin keyfiyyəti çox asılıdır. 
Rəhbərlik (idarəetmə funksiyalarından biri kimi) təhsil 
prosesinin bütün iştirakçılarının maraqlarını  nəzərə almalı, onların 
öz  əməklərindən razı qalmalarına, kollektivdə  mənəvi-psixoloji 
mühitin xoş olmasına nail olmalıdır. Effektiv rəhbərliyə nail olmaq 
üçün insanların təşkilatçılıq qabiliyyətlərini bilməli, onları 
motivləşdirməni  bacarmalı, pedaqoji işçilərin fəaliyyətini 
qiymətləndirmə üsullarından istifadə etməlidir. Özünü-
qiymətləndirmə üsullarından xəbərdar olmaq, hansından hansı halda 
necə istifadə etmək özü də  əhəmiyyət kəsb edir. Onları  aşağıda 
açıqlayırıq: 
1. Aylıq əmək haqqı qədər mükafat vermək. 
2. ”Əməkdar müəllim” adınа təqdim etmək. 


 
49
3. Ümumi yığıncaqlarda tərifləmək. 
4. Dövlət və ya əlavə fondlar hesabına istirahətə və ya turist 
səfərinə göndərmək. 
5. Əmrlə təşəkkür etmək. 
6. Dəyərli hədiyyə vermək. 
7.  Ən yaxşı novator-müəllimlər lövhəsində müəllimin foto 
şəklini yerləşdirmək. 
8. Müxtəlif xarakterli problem-konfrans və seminarlara 
göndərmək. 
9. Tematik kurslara göndərmək. 
10. Fənn dekada və aylıqlarının hazırlanması  fəaliyyətinə 
cəlb etmək. 
11. Metodik iş üçün saat ayırmaq. 
12. Yaradıcı işlərin fərdi sərgisini təşkil etmək. 
13. Dərslərini dinlədikdən sonra minnətdarlıq etmək. 
14. Özünənəzarətə keçirmək və s. 
Burada qeyd etmək lazımdır ki, düşünüb digər formalar da 
tapmaq olar. Ondan başqa adları  çəkilən üsullar bəlkə  də, hamıya 
bəllidir, ancaq onlardan gündəlik məktəb fəaliyyətində istifadə 
olunurmu? Bu, böyük sual doğurur. Və  nəhayət, qətiyyətlə demək 
olar ki, keyfiyyəti idarə etmək üçün mütləq xüsusi stimullaşdırıcı və 
motivləşdirici tədbirlərin həyata keçirilməsi lazımdır. Və bir də 
məktəb müəllimləri də on illər boyu formalaşmış düşüncə “bizim 
məktəblər həmişə  təhsildə yüksək keyfiyyət uğrunda mübarizə 
aparmışlar” fikrini unutmalı, onun uğrunda mübarizəyə 
qoşulmalıdırlar. 
Uzun illər boyu məktəb rəhbərləri ilə görüşlər, ixtisasartırma 
kurslarının dinləyiciləri ilə söhbətlər, məsləhətləşmələr  əsas verir, 
qeyd edək ki, rəhbərlik funksiyalarının motivləşmə kom-
ponentlərindən söz gedəndə  təhsildə keyfiyyət problemi onlar 
tərəfindən müxtəlif mənada izah olunur. Əgər söhbət bu 
problemdən, qrupdan və kollektivdən gedirsə, onda mövzu müsbət 
və maraqla qarşılanır, fikirləşirlər ki, çıxış yolları açıqlanacaq, 
bəziləri özlərini yoxlayır, düşüncələrini müqayisə edir, problemin 
həlli yollarını  və vasitələrini öyrənəcəklərinə ümid edirlər. Yox, 
əgər rəhbər müəllimlə  fərdi söhbət edirsə, onda müəllim söhbəti 


 
50
təhqir kimi qəbul edir, narahatçılığını bildirir. Başqa sözlə, bu 
söhbət müəllimin fəaliyyətinin tənqidi, qiyməti kimi qəbul olunur. 
Belə də olduqda neqativ emosiyalar sağlam düşüncə və təhlil baca-
rığını kölgədə qoyur, narahatçılıq hissi üstünlük təşkil edir. Müəllim 
rəhbərin maraqlı məsləhətlərini eşitmir və elə düşünür ki, o, elə belə 
də işləyir. 
O da qeyd edilməlidir ki, təhsilin keyfiyyətinin yüksəlməsi 
üçün pedaqoji işçilərin yeni dəyərlər əsasında stimullaşdırılmasının 
da yeni informasiya texnologiyalarının tətbiqi, məktəb fəaliyyətinin 
uzaq (gələcək) nəticələrinin uçotu (məzunların gələcək həyatlarında 
qazandıqları müvəffəqiyyətlər, nəticələr) və  rəhbərlərin  şəxsi 
nümunəsi də böyük əhəmiyyət kəsb edir. 
Məktəbdə  təhsilin keyfiyyətinə nail olmaq üçün rəhbərliyin 
funksiyalarını  həyаtа keçirmək məktəbin fəaliyyət planında xüsusi 
bölmədir. Bu istiqаmətdə  аylıq tədbirlər müəyyənləşdirilməli, 
direktor və onun müavinləri tərəfindən nə vaxt, kimlərlə  həyata 
keçiriləcəyi göstərilməlidir. Həmçinin təhsil prosesi iştirakçılarının 
motivləri və stimullaşdırılması göstərilməlidir.. 
Nəzarət-monitorinq 
Təhsil sistemində hamı bilir ki, məktəblərin nоrmаl təlim 
prosesinə və məktəbin inkişafına nail olmaq, təhsildə keyfiyyət əldə 
etmək üçün stabil şəraitə ehtiyac var. Ancaq real həyatda məktəbin 
daxili və xarici mühiti daima dəyişir, müəllimlərin həyatında nələrsə 
baş verir, uşaqların həyata münasibətlərində yeniləşmə gedir. Çox 
zaman baş verən bu dəyişiklikləri qabaqcadan görmək mümkün 
olmur. Onlar isə planda nəzərdə tutulanların həyata keçirilməsinə 
maneçilik törədir, bəzən isə  təhsildə keyfiyyəti yüksəltmək üçün 
yeni imkanlar yaranır. Belə olduqda yaxşı  təşkil edilmiş 
idarəetmədə bu dəyişikliklər vaxtında görünür, ona uyğun olaraq 
planlara və görülmüş işlərə dəyişikliklər edilir. Buna görə idarəedici 
sistem bu dəyişmələr haqqında vaxtında məlumat almalıdır. Bu 
məlumatların alınmasını isə yaxşı  təşkil edilmiş  nəzarət və ya 
vaxtaşırı keçirilən monitorinqlər təmin edir. 
Bu işdə söhbət heç də  məktəb rəhbərlərinin nəzarətin 
mümkün olan forma və metodlarını bilməsindən getmir. Əsas 
məsələ insanların idarəetmənin bu funksiyasına münasibətinin 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə