Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə10/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

 
29
Standartların hazırlanması təhsilin qlobal problemlərindən biridir.  
Sonralar təhsilin məzmun məsələlərinin,  şagirdlərin bilik, 
bacarıq və  vərdişlərinin qiymətləndirilməsinin təhsil sisteminin 
inkişafında rolunun artmasını  nəzərə alaraq, Azərbaycanda Təhsil 
İslahatının həyata keçirilməsi prosesində təhsilin əsasını təşkil edən 
kurikulum hazırlanıb qəbul edilmişdir. Kurikulum latın sözü olub, 
lüğəti mənası “kurs”, “elm” deməkdir. Dünyanın inkişaf etmiş 
ölkələrində kurikulum mütərəqqi təhsil modeli kimi geniş miqyasda 
tətbiq olunur. Kurikulum təhsilin məzmun standartlarını, zəruri 
minimumu, təhsil alanların hazırlıq səviyyəsinə verilən tələblər və 
qiymətləndirmə  məsələlərini  əhatə edir. Eyni zamanda bu 
konseptual sənəd əsasında fənn kurikulumları hazırlanıb təsdiq edil-
mişdir. Kurikulum milli-mənəvi dəyərlərə yiyələnmiş  şəxsiyyətin 
müasir həyata hazırlaşmasına xidmət edir, nəticəyönümlü və 
inkişafedici xarakter daşıyır. Kurikulum bilavasitə davamlı inkişafa 
və biliklərin tətbiqinə yönəlmişdir. Təsdiq edilmiş bu kurikulum 
artıq 2007-2008-ci tədris ilindən respublikanın orta ümumtəhsil 
məktəblərində tətbiq edilməyə başlanmışdır.  
Burada qeyd etmək yerinə düşər ki, təhsil standartları, 
kurikulumlar təhsilin etalon səviyyəsi olub, müəyyən tarixi dövr 
üçün cəmiyyətin təhsilə olan tələbatını ödəməlidir. Dövlət təhsil 
standartı  təhsilin səviyyəsidir ki, bu da şəxsiyyətin bu səviyyəyə 
yiyələnməsinin dövlət sənədi ilə  təsdiqlənməsi ilə  nəticələnir. 
Fikrimizcə, təhsil ilə məşğul olan hər bir insan təhsilin keyfiyyətinin 
müəyyənləşməsi və idarə olunması üçün təhsil standartlarından (ku-
rikulumlardan) istifadə etməyə hazır olmalıdır. Ancaq bu zaman 
unutmaq olmaz ki, təhsil işçilərini, xüsusən onu idarə edənləri ciddi 
ziddiyyətlər də gözləyir.  
Hər şeydən əvvəl, standartların tətbiqi zamanı başa düşmək 
lazımdır ki, “standart” termini faktiki olaraq təhsil standartı kimi 
təhsil keyfiyyətinin kateqoriyasıdır. Bu isə  təhsil elementlərinin 
yalnız biridir. Təkcə bu bir göstəricinin nəzərdə tutulması heç də 
şagird şəxsiyyətinin bütövlükdə qiymətləndirilməsi demək deyildir. 
Çünki bu zaman şəxsiyyətin inkişaf göstəriciləri, mənəvi baxımdan 
tərbiyəlilik səviyyəsi, eləcə  də  təhsilalma nəticəsində  mənfi 
effektlər nəzərə alınmır. Deməli, məktəbi bitirmiş  şagirdin  şəxsiy-


 
30
yəti tam qiymətləndirilmir,  əslində dövlət təhsil standartları lazımi 
səviyyədə həyata keçirilmir. 
Biz təkrar etməyə  məcburuq ki, təhsilin keyfiyyəti yalnız 
biliklərin kəmiyyəti və keyfiyyəti ilə ölçülmür. Bu zaman şəxsiyyət 
keyfiyyətləri, vətəndaşlıq səviyyəsinin inkişafı da qiy-
mətləndirilməlidir. 
O da qeyd edilməlidir ki, əgər təhsil standartları  təhsilə 
yiyələnmənin, yəni bu və ya digər fənn sahəsində qazanılmış 
koqnitiv biliklərin səviyyəsi müəyyənləşdirilsə, onda standartların 
qəbul edilməsi və tətbiqi ilə razılaşmaq olar.  
Bizə belə  gəlir ki, milli və  fənn kurikulumlarının qəbul 
edilməsində müəyyən dərəcədə bu cəhət nəzərə alınmışdır. Təhsil 
kurikulumları xarakterinə görə iki yerə ayrılır: onlardan biri 
fənnyönümlü, ikincisi isə  şəxsiyyətyönümlü kurikulum adlanır. 
Fənnyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun 
mükəmməl anlayışlar sistemini əhatə edir. Burada biliklərin həcmi 
və miqdarı əsas rol oynayır, fənnin elmi potensialı, məlumatlılıq sə-
viyyəsi yüksək olur. Şəxsiyyətyönümlü kurikulumlar isə bilavasitə 
həyati bacarıq və  vərdişlərə üstünlük verir. Bu zaman insanın 
gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və  vər-
dişlər  əhatə edilir, ondа  əqli fəaliyyətlə bağlı qabiliyyətlər 
formalaşması ön plana çəkilir.  Şəxsiyyətyönümlü kurikulumlar 
inteqrativ məzmunu ilə seçilir. Oradakı  fənlərin adlandırılması, 
məzmunun müəyyənləşdirilməsi
şagird 
şəxsiyyətinin 
formalaşdırılması üçün əhəmiyyət kəsb edən və bilavasitə insanın 
şəxsi fəaliyyəti üçün lazım olan cəhətlər  əsas götürülür. Kuriku-
lumların inteqrativ məzmununda hazırlanması onun keyfiyyətinin 
yüksəlməsini təmin edir. 
Fənn kurikulumlarında fənlərin sayı azalmış, həftəlik saatlar 
minimum səviyyəyə endirilmiş, həyati  əhəmiyyəti olan bilik, 
bacarıq və vərdişlərin aşılanmasına, şəxsiyyətin formalaşması üçün 
zəruri işlərin həyata keçirilməsinə imkan yaranmışdır. Onu da qeyd 
etmək yerinə düşər ki, fənn kurikulumları  nəticəyönümlülüyü ilə 
əvvəlki proqramlardan köklü şəkildə  fərqlənir. Fənn kurikulumları 
nəticəyönümlü olub (ümumi və xüsusi nəticələr) fənlərin məzmu-
nunu müəyyənləşdirməyə və qiymətləndirməyə şərait yaradır.  


 
31
Fənn kurikulumları fənn proqramlarından fərqlənirlər. Fənn 
proqramları  fənnin məqsədini, vəzifələrini, bilik, bacarıq və 
vərdişlərin həcmini, mövzuların tədrisi ardıcıllığını  və bölmə, 
mövzulara ayrılan saatları açıqlayırdısa, fənn kurikulumlarında 
fənnin  əhəmiyyətini  əsaslandırıb, onun məqsədini, vəzifəsini,  əldə 
ediləcək nəticələri açıqlamaqla siniflər üzrə  məzmun standartları, 
inteqrasiya, təlim srategiyası, ümumi tələblər, yeni üsul və formalar, 
təlim prosesinin planlaşdırılması  və  şagird nailiyyətlərinin 
qiymətləndirilməsi öz əksini tapmışdır. Təhsil standartlarını milli 
kurikulum və  fənn kurikulumları ilə müqayisə edəriksə, o zaman 
standartların nöqsanlı tərəfləri göz qarşısında canlanar. Hər şeydən 
əvvəl, qeyd edilməlidir ki, təhsil müəssisələrində hələlik inzibatçılıq 
hökm sürdüyü bir zamanda məktəb rəhbərlərinin  əksəriyyəti, hətta 
regionlarda təhsil idarələrinə rəhbərlik edənlər də yalnız standartlar-
dan  istifadə etməklə  hər cür innovasiya fəaliyyətindən kənarda 
qalırlar.  
Nəhayət, o da qeyd edilməlidir ki, müasir innovasiyaların 
tətbiqi ləng getdiyinə görə məktəbin müasir yeniliklərin tətbiqindən 
kənarda qalması, bilik, bacarıqların köhnəlmiş  sənədlər  əsasında 
müəyyənləşməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərir, məktəbin 
inkişafına, müstəqilliyinə  və ümumiyyətlə bütövlükdə  təhsilin 
inkişafına maneçilik yaradır. Xüsusən, idarəçilik təcrübəsi olmayan, 
ümumi mədəniyyəti aşağı səviyyədə olan səlahiyyətsiz yoxlayanlar 
(əlbəttə, bu məmurlar  əllərində yoxlama əmrlərinə istinad edərək) 
standatlara istinad edərək məktəblərdə yaradıcı mühitə  qarşı çıxır, 
sərbəstliyi boğur, yeniliklərin qarşısını alırlar. 
Nəticə olaraq dеyək ki, milli və  fənn kurikulumlarına mü-
nasibət dövlət standartlarlarına olan münasibətlərdən (formal, 
inzibati) fərqlənməli, məktəb kollektivlərinə  sərbəstlik verilməli, 
qabaqcıl ölkələrin təcrübəsindən istifadəyə  şərait yaradılmalıdır. 
Unutmayaq ki, söhbət dövlət standartlarından və ya fənn 
kurikulumlarından getdikdə, hər  şeydən  əvvəl,  şagirdlərin həyata 
hazırlıq səviyyəsindən,  şəxsiyyətlərinin formalaşmasından, tər-
biyəlilik, vətəndaşlıq səviyyəsindən gedir. Buradan da təhsil 
müəssisəsinin fəaliyyətinin keyfiyyəti üzə  çıxarılıb qiymət-
ləndirilməlidir. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə