Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə7/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   2   3   4   5   6   7   8   9   10   ...   52

 
20
gələcəkdə təlimdə motivləşmələrini tələb edir. Onların tətbiqi nəti-
cəsində istər müəllim, istərsə  də, məktəb rəhbərləri  şagirdlər 
tərəfindən mənimsənilmiş bilik, bacarıq və vərdişlər haqqında məlu-
matlanırlar. Bu zaman müəllimlər təlimin istər qrupda, istərsə  də, 
fərdi nəticələrinin diaqnostik baxımdan hansı istiqamətdə pedaqoji 
fəaliyyətlərinin korreksiya olunacağı haqqında məlumatlanırlar. 
Təhsil işçiləri gözəl başa düşürlər ki, təhsil prosesi çox 
istiqamətli, mürəkkəb və ciddi bir proses olduğuna görə onun 
nəticələri də müxtəlif xarakterli, çox mürəkkəb olub, bir-birilə di-
daktik baxımdan əlaqəlidir. Ona görə də təhsil nəticələri ilə iş həm 
mürəkkəb, həm də əzablı bir prosesdir. Bunların bəzilərinin üstündə 
dayanıb, izah etmək yerinə düşər: 
- təhsilin bir çox nəticələrini müəyyənləşdirmək çətindir, bir 
qayda olaraq, bunun üçün xüsusi ölçü vahidləri, təsvir qaydaları, 
xarakterizə edici cəhətlər, parametrlər tələb olunur; 
- təhsil fəaliyyətinin nəticələrinə görə müsbət və  mənfi 
baxımdan qiymətləndirmək sadəcə olaraq, mümkün deyil, çünki 
nəticələr bir tərəfdən müsbətdirsə, digər tərəfdən mənfidir və ya təh-
sil prosesinin bir istiqamətdə müsbət effekti başqa sahədə  mənfi 
təsir bağışlayır; 
- təhsilin nəticələri bəzən heç hesablamaya yatmayır, 
inteqrasiya olunmayır, bu da təhsil prosesinin  qiymətləndirilmə-
sində və onun idarə olunmasında çətinliklər yaradır; 
- təhsil fəaliyyətinin bəzi nəticələri isə  təkcə idarə olunan 
çoxlu sayda faktorlardan kənar, idarə olunmayan faktorlardan da 
asılı olur. Ona görə  də çox çətinliklə müəyyənləşdirmək olur ki, 
hansı pedaqoji və idarə olunan fəaliyyət və səbəblər, hansı məktəb 
və 
məktəbdənkənar komponentlər təhsilin keyfiyyətinin 
qiymətləndirilməsində müsbət və ya mənfi rol oynaya bilər. Bunun 
da nəticəsində qiymətləndirmə parametrləri mexanizminin müəy-
yənləşməsi çox böyük çətinliklər yaradır. 
Bu baxımdan xüsusi qeyd edilməlidir ki, təhsil müəssi-
səsinin fəaliyyətinin idarə olunmasında  ən mürəkkəb məsələlərdən 
biri məhz fəaliyyətin nəticələrinin, xüsusən təhsil prosesinin  nəticə-
lərinin qiymətləndirilməsi və ümumiyyətlə, bu prosesin  


 
21
mürəkkəbliyidir. Bunu nəzərə alaraq, təhsil nəticələrinin qeydə 
alınması dəqiqliyinin təmin olunmasıdır. Təhsilin idarə olunmasının 
elmi-nəzəri və elmi-praktik məsələləri ilə bаğlı aparılmış tədqiqatlar 
imkan yaradır ki, bəzi qiymətləndirmə parametrlərini açıqlayaq.   
1.  Bilik, bacarıq, vərdişlər. Bu ölçünün tam olmadığı 
bаrədə tənqidi fikirlər deyilsə də, göstəricilərdən boyun qaçırmaq dа 
qeyri-mümkündür. Qeyd etmək lazımdır ki, bu göstəricinin çər-
çivəsi dar, nisbiliyi isə  həddindən artıqdır. Bunun da səbəbləri 
çoxdur. Müəllimin ustalığı, təcrübəsi, onun şagirdə münasibəti, şa-
girdlərin imkanları, ümumiyyətlə, işinə münasibəti və bir sıra daxili 
və xarici səbəblər bu sırаdаdır.  
Bütün bunlara baxmayaraq bilik, bacarıq və  vərdişlərin 
qiymətləndirilməsi, təhsilin keyfiyyətinə bu münasibətdən ya-
naşılması lazımdır. Ancaq onu faizə çevirmək düzgün deyildir. 
Məktəb rəhbəri bu qiyməti faizə çevirib, keyfiyyət haqqında fikir 
yürüdürsə, bu, onun professional olmamasına dəlalət edir. Unutmaq 
olmaz ki, təhsilin keyfiyyəti sistemli, kompleks şəklində bir sıra 
digər parametrləri də özündə cəmləşdirir.  
2. Tərbiyəliliyin səviyyəsi. Bu, hər  şeydən  əvvəl,  şagirdin 
mənəviyyatı, estetik, əmək, fiziki, ekoloji tərbiyəlilik səviyyəsinin 
bütövlükdə qiymətləndirilməsidir. Obyektivlik naminə qeyd etmək 
lazımdır ki, şagirdin tərbiyəlilik səviyyəsini qiymətləndirmək üçün 
başa düşmək lazımdır ki, ola bilər,  şagird hazırlıqlı olsun, yüksək 
hafizəyə malik olub biliklərə başqalarına nisbətən daha tez 
yiyələnsin, ancaq mənəviyyatca o qüsurlu оlsun. Belə şagird cəmiy-
yətə xeyir verə bilməz. 
3.  Şagird  şəxsiyyətinin inkişaf səviyyəsi. Burada şagirdin 
intellektual, emosional, iradi motivasiyası  səviyyəsi, onun digər 
maraq və  tələbatları  nəzərə alınmalıdır. Bu zaman unutmaq olmaz 
ki,  şagird  şəxsiyyətinin inkişaf göstəricilərinə onun dərketmə mo-
tivi, fənlərə münasibəti, xüsusi bacarıqları, koqnitiv fəaliyyət 
üsullarına yiyələnməsi, özünü müəyyənləşdirmə qabiliyyəti və 
nəhayət, öz fərdiliyinin inkişaf subyektinə çevrilməsi vаcibdir. 
4. Şəxsiyyətin sosiallaşmasının səviyyəsi. Nəzərə alsаq ki, 
sosiallaşma iki əlaqəli prosesi nəzərdə tutur: insanın cəmiyyətin,  


 
22
sosiumun dəyişən tələbatlarına uyğunlaşması və bu zaman öz fərdi 
xüsusiyyətlərini saxlamaq qabiliyyəti, mənfi xarakterli hadisələrə 
davamlı-dözümlü olması. Burada qazanılmış biliklərdən həyatda 
istifadə (həyatı bacarıqlara əsaslanan təhsil) bacarığı unudulmamalı-
dır. Bu bacarıqlar “ ... mühitin neqativ təsirinə müqavimət göstər-
mək üçün özündə inam hissi yaratmağa, riskli hərəkətləri mümkün 
qədər azaltmağa, reproduktiv sağlamlığın qeydinə qalmağa kömək 
etməkdə, şəxsiyyət resurslarını və effektiv davranış strategiyalarını 
formalaşdırmaqdadır” (Həyati bacarıqlara  əsaslanan təhsil. Müəl-
limlər üçün tədris vəsaiti (X-XI siniflər) Bakı, 2006, səh. 5-6). 
Yazılanlar aydın olsun deyə qeyd etmək lazımdır ki, orta məktəbi 
yaxşı,  əla qiymətlərlə bitirmiş  şagird kredit nədir, ssudadan nə ilə 
fərqlənir, investisiya, dotasiya, ipotekadan necə istifadə olunmalıdır,  
onları əldə etmək üçün harayа müraciət etmək lazımdır və ailə üzvü 
kimi öz hüquq və vəzifələrini bilmirsə, hüquqlarını müdafiə etmək 
üçün hansı təşkilatlara müraciət etməli оlduğunu və yaxud hərbi bi-
liklərə yiyələnib, ancaq vətəni qorumağı özünə borc bilmirsə  şa-
girdləri nə  dərəcədə  həyata hazırlanmış, cəmiyyətin lazımlı üzvü 
kimi qiymətləndirmək olar. 
Beləliklə, tam olmasa da biz artıq təhsil nəticələrindən 
dördünü izah etdik. Onlar aşağıdakılardır: 

 
Bilik, bacarıq, vərdişlər; 

 
Tərbiyəlilik səviyyəsi; 

 
Şəxsiyyətinin inkişaf səviyyəsi; 

 
Şəxsiyyətin sosiallaşmasının səviyyəsi. 
Aydın məsələdir ki, təhsildə keyfiyyətin digər nəticələrindən 
də danışmaq olar. Ancaq bizə belə  gəlir ki, açıqlanmış bu nəticə-
lərdən də ümumi bir fikrə gəlmək olar ki, təhsilin nəticələri müxtəlif 
obyektlər,  şəxslər (şagirdlər, müəllimlər, məktəb və s) üçün 
müxtəlif ola bilər, çünki onun ölçüsü, səviyyəsi müxtəlif olub, hər 
dəfə müxtəlif nəticələrdən söhbət gedir. 
Hazırda qiymətləndirmədə çox mühüm bir sahə diqqətimizi 
cəlb edir. Bunu da oxucular – müəllimlər, məktəb rəhbərləri başa 
düşüb, qəbul etməlidirlər ki, son zamanlar inkişaf etmiş Avropa öl-
kələrində şagirdlərin bilik, bacarıq və  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə