Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə67/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
136
 
ünsürlər əməlin insan alveri kimi tövsif olunmasına kifayət etmir.  
Buna  görə  də,  burada  ya  müttəhim  İnsan  Alverinə  dair  Protokolda  nəzərdə  tutulan  vasitələrdən 
istifadə  etməmişdir,  ya  da  məhkəmə  bu  vasitələri  müzakirə  etməmişdir  (belə  ki,  Azərbaycanda 
insan alveri cinayətinin müəyyən edilməsində bu, gərəkli deyil).  
 
AZE010 İş №. 101-683-2014 Azərbaycan 
Hökmün tarixi: 2014-07-31 – Məhkum olunma tarixi:  2014-07-31 
Müttəhim  üç  qurbana  Dubayda,  Birləşmiş  Ərəb  Əmirliklərində  mehmanxana  inzibatçısı  kimi 
qanuni işə götürüləcəklərini vəd edərək onları aldatmışdır, həqiqətdə isə onun niyyəti bu şəxsləri 
hədəf seçilən ölkədə fahişəlik məqsədilə cinsi istismar etməkdən ibarət olmuşdur. İqtisadi çətinliyə 
görə qurbanların müdafiəsiz vəziyyətdə olmasından sui-istifadə etməklə və saxta vədlər verməklə, 
müttəhim  onların  razılğını  almağa  və  onlarda  əməkdaşlıq  üçün  ilkin  marağın  oyanmasına  nail 
olmuşdur.  Dubaya  gəldikdən  sonra  qurbanlar  onların  pasportlarını  və  yol  sənədlərini  onların 
əlindən alan müttəhimin əlbir olduğu şəxslər tərəfindən qarşılanmış və saxlanılmışlar. Müttəhimin 
əlbir  olduğu  şəxslər  onların  pullarını  əllərindən  almışlar  və  sözə  baxmayacaq  halda  hədələyərək 
onları  çox  vaxt  nəzarət  altında  saxlamışlar.  Bu  üç  qurbanın  hamısı  həmin  şəxslər  tərəfindən 
istismar niyyətilə, fahişəlik etməyə məcbur edilmişlər.  
Üç  qurban  pasportlarını  almağa  və  onların  növbəti  iki  gün  ərzində  qaldıqları  mehmanxanaya 
qaçmağa müvəffəq olmuşdur. Onların etibar etdikləri tanışları onlara bilet almaqda kömək etmiş 
və  onların  Bakıya  qayıdışını  təşkil  etmişdir.  O,  həmçinin  onlara  Bakıya  qayıtdıqdan  sonra  hüquq-
mühafizə orqanları ilə əlaqə saxlamağı tövsiyə etmişdir.  
Bakı Ağır Cinayətlər Məhkəməsi şahidlərin və qurbanların ifadələrindən toplanmış dəlillər əsasında 
müttəhimi  dörd  il  müddətinə  həbs  cəzasına  məhkum  etmişdir.  Müttəhimin  iqtisadi  vəziyyətinin 
çətin  olmasını  nəzərə  alaraq,  onun  cəzası  5  ildən  4  ilə  endirilmiş,  habelə  hər  hansı  çəkişmə 
xərclərini ödəmə və hər hansı bir formada xüsusi müsadirə tətbiq olunmamışdır.  
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı .1(101)-683/14, 31 iyul 2014-cü il. 
Bu  qərar  Cinayət  Məcəlləsinə  düzəlişlər  edilməmişdən  əvvəl  verilmişdir,  buna  görə  də  ya 
müttəhim İnsan Alverinə dair Protokolda nəzərdə tutulan vasitələrdən istifadə etməmişdir, ya da 
məhkəmə  bu  vasitələri  müzakirə  etməmişdir  (belə  ki,  Azərbaycanda  insan  alveri  cinayətinin 
müəyyən edilməsində bu gərəkli deyil). 
AZE006 İş №.(103)-81-2009 Azərbaycan 
Hökmün tarixi: 2009-02-09 – Məhkum olunma tarixi: 2009-02-09 
Müttəhim  qurbanları  Türkiyəyə  aparmış  və  İstanbulda,  Türkiyədə  onları  fahişəlik  üçün  istismar 
etdiyi  mehmanxanada  yerləşdirmişdir.  Qurbanlar  20  gün  cinsi  istismar  olunmuşlar.  Qurbanlar 
Azərbaycana  qayıtdıqdan  sonra  onlardan  biri  polisə  (İnsan  Alverinə  Qarşı  Mübarizə  İdarəsinə) 
insan alverinin qurbanı olduğu barədə məlumat vermişdir. 
Bundan  sonra  polis  müttəhimi  həbs  etmiş  və  ona  qarşı  insan  alveri  cinayətinə  görə  ittiham  irəli 
sürülmüşdür. 
Aşağı  instansiya  məhkəməsi  düzgün  olaraq  müttəhimin  insan  alveri  cinayəti  törətdiyini 
müəyyənləşdirmiş və cəza təyin edərkən bütün yüngülləşdirici halları nəzərə almışdır. Müttəhim 2 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
137
 
il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 
Bakı Apelyasiya Məhkəməsinin qərarı . 1 (103)-81/2009, 9 fevral 2009-cu il. 
Bu  qərar,  Cinayət  Məcəlləsinə  düzəlişlər  edilməmişdən  əvvəl  verilmişdir,  buna  görə  də  ya 
müttəhim İnsan Alverinə dair Protokolda nəzərdə tutulan vasitələrdən istifadə etməmişdir, ya da 
məhkəmə  bu  vasitələri  müzakirə  etməmişdir  (belə  ki,  Azərbaycanda  insan  alveri  cinayətinin 
müəyyən edilməsində bu, gərəkli deyil). 
AZE005 İş №. (103)-115-2009 Azərbaycan 
Hökmün tarixi: 2009-03-02 – Məhkum olunma tarixi:  2009-03-02 
Qurbanın maliyyə ehtiyacı içərisində olduğunu öyrəndikdən sonra müttəhim ona yalan söyləmiş və 
onu aldadaraq ona Türkiyədə evdə xadimə işi vəd etmişdir. Müttəhim qurbanı Türkiyəyə aparmış 
və  onu  mehmanxanada  saxlamışdır.  Mehmanxanada  birinci  gün  bir  kişi  cinsi  xidmət  üçün  onun 
otağına daxil olaraq qurbanla cinsi əlaqədə olmaq üçün müttəhimə pul verdiyini demişdir. Qurban 
müqavimət göstərmişdir və müştəri otağı tərk etmişdir. Müttəhim bunu bildikdən sonra o, qurbanı 
dəfələrlə döyərək onu fahişəliyə məcbur etmişdir. 
Aşağıda instansiya məhkəməsi müttəhimi insan alveri cinayətində düzgün olaraq təqsirli bilmiş və 
işə dair qərar verərkən yüngülləşdirici  halları (onun  peşmançılığı, ailəsinin vəziyyəti və s.) kifayət 
qədər  nəzərə  almışdır.  Müttəhim  5  il  müddətinə  azadlıqdan  məhrum  olunma  cəzasına  məhkum 
edilmişdir. 
Bakı Apelyasiya Məhkəməsinin qərarı №. 1 (103)-115/2009, 2 mart 2009-cu il.  
AZE009 İş №. (102)-457-2010 Azərbaycan 
Hökmün tarixi: 2010-07-28 – Məhkum olunma tarixi: 2010-07-28 
Müttəhim qurbanı cəlb etmiş və qazanc üçün cinsi istismar məqsədilə onu Dubaya, BƏƏ-yə 
aparmışdır (və onun yol xərclərini ödəmişdir). 
Müttəhim təqsirli bilinmiş və 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunma cəzasına məhkum 
edilmişdir.  Bakı  Apelyasiya  Məhkəməsi  bu  işə  mahiyyəti  üzrə  baxmamağa  qərar  vermişdir. 
Müttəhim qərardan Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Ali 
Məhkəməsi  belə  qərar  vermişdir  ki,  Bakı  Apelyasiya  Məhkəməsi  bu  işə  mahiyyəti  üzrə  baxmaq 
səlahiyyətinə  malik  deyildir.  Ali  Məhkəmə  Bakı  Apelyasiya  Məhkəməsinin  qərarını  qüvvədə 
saxlamışdır.  
Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı №.1 (102)-457/2010, 28 iyul 2010-cu il. 
AZE008 İş №.(102)-465-2009 Azərbaycan 
Hökmün tarixi: 2009-10-13 – Məhkum olunma tarixi: 2009-10-13 
Azərbaycan  vətəndaşı  H.A.  qız  uşağını  dünyaya  gətirdikdən  sonra  müttəhimə  demişdir  ki,  onun 
həyat  yoldaşı  oğlan  uşağı  istəyir.  Müttəhim  isə  ona  demişdir  ki,  o,  həkim  T.İ.  vasitəsilə  yeni 
doğulmuş  oğlan  uşağının  tapılmasını  təşkil  edə  bilər.  T.İ.  müttəhimə  demişdir  ki,  o,  təsadüfən 
körpə oğlan uşağı tapmışdır və onu 2000 ABŞ dollarına sata bilər. Müttəhim H.A.-dan 2000 ABŞ, 
dolları götürmüş və uşağı almaq üçün bu pulu T.İ.-yə vermişdir. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə