Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə70/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
143
 
Ekstradisiya, insan alverinə qarşı effektiv cinayət, ədliyyə fəaliyyətinin mühüm komponentidir.
 220
 Bir 
çox insan alveri hallarının transmilli xarakterdə olması onu göstərə bilər ki, esktradisiya uğurlu 
şəkildə təqib etmək üçün vacibdir. 
Kodos Litva Respublikasının Baş Prokurorluğuna qarşı: Ölkə Birləşmiş Krallıq 
Məhkəmə: Kraliça Məhkəmə Bölməsi: Məhkumetmə tarixi: 28 aprel 2010-cu il. 
İstismarın məqsədi: Cinsi istismar – ekstradisiya prosesləri. 
Baş Prokurorluq, müttəhimi, Litva Respublikasının Cinayət Məcəlləsinin 147, 307 və 308-ci 
maddələrinə uyğun olaraq, başqa şəxsin fahişəliyindən qazanc əldə etməklə və başqa şəxsi 
fahişəliyə cəlb etməklə səkkiz qadın barəsində ümumilikdə 22 insan alveri cinayəti ilə bağlı ittiham 
irəli sürmək məqsədilə istəmişdir.  
 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasınının  Qanununun  “İnsan  alveri  ilə  bağlı 
cinayət törətmiş şəxslərin verilməsi” başlıqlı 29-cu maddəsində deyilir: 
“İnsan  alverçiləri  və  insan  alveri  ilə  bağlı  əməllərin  törədilməsində  iştirak  edən  digər  şəxslər 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq  müqavilələrə  müvafiq  olaraq  cinayət  məsuliyyətinə  cəlb  edilməsi,  yaxud  təyin 
edilmiş cəzanın icrası üçün xarici dövlətə verilə bilərlər”. 
 
7.5 Cinayət yolu ilə əldə olunan gəlirlər 
İnsan alveri cinayəti çox vaxtı nisbətən az riskli və yüksək gəlirli ola bilər.
 221
 
Prokurorlar  və  hakimlər  insan  alverinə  görə  məsuliyyətə  cəlb  olunan  şəxslərə  qarşı  ittiham  irəli 
sürərkən  effektiv  strategiyalar  tətbiq  etməklə  və  insan  alverindən  gələn  maliyyə  gəlirlərini  və  ya 
vəsaitləri müəyyənləşdirməklə, onların üzərinə həbs qoymaqla və onları müsadirə etməklə bu riskləri 
artıra bilərlər.   
Dövlətlərə cinayət törətmək üçün istifadə edilən vəsaitləri və insan alverindən əldə olunan gəlirlərin 
üzərinə həbs qoymaq və onları müsadirə etmək imkanını vermək üçün xüsusi beynəlxalq əməkdaşlıq 
tədbirlərinin  olması  zəruridir.  Beynəlxalq  sərhədlər  boyu  cinayətdən  əldə  olunan  vəsaitlərin 
qaytarılması  qarşılıqlı  hüquqi  yardımın  bir  formasıdır.Beləliklə  də,  qarşılıqlı  hüquqi  yardıma  tətbiq 
edilən  qanunlar,  prinsiplər,  ilkin  şərtlər  və  prosedurlar  həm  də  cinayət  əldə  olunan  gəlirlərin 
qaytarılmasına da şamil ediləcəkdir.
 222
 
UNTOC-un “Həbs və müsadirə” başlıqlı 12-ci maddəsində deyilir:  
“1. İştirakçı dövlətlər öz daxili hüquq sistemi çərçivəsində aşağıdakıların: 
a)  bu  Konvensiya  ilə əhatə olunan  cinayətlərdən əldə olunan  gəlirlər  və ya  dəyəri  bu  cür 
gəlirlərin dəyərinə müqabil olan əmlakın; 
b)  bu  Konvensiya  ilə əhatə olunan  cinayətlərin  törədilməsində istifadə olunan  və ya  onun 
törədilməsi  üçün  nəzərdə tutulan əmlakın,  avadanlıqların  və ya  digər  vasitələrin  müsadi-
rə edilməsini təmin etmək üçün lazımi tədbirlər görürlər. 
                                                            
220
 ASEAN İnsan alveri ilə mübarizədə beynəlxalq hüquqi əməkdaşlığa dair əyani vəsait 2009, səh.109 
221
 ASEAN İnsan alveri ilə mübarizədə beynəlxalq hüquqi əməkdaşlığa dair əyani vəsait 2009, səh.91 
222
 Eyni mənbə. p97. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
144
 
UNTOC-un  12-ci  maddəsində,  həmçinin  iştirakçı  dövlətlərdən  yekunda  müsadirə  edilmə  məqsədilə 
əmlakların  müəyyənləşdirilməsinə,  izlənilməsinə,  dondurulmasına  və  onların  üzərinə  həbs 
qoyulmasına  imkan  yaratmaq  üçün  tədbirlər  görmək  tələb  olunur.  UNTOC-un  13-cü  maddəsi 
müsadirə  məsələlərində  beynəlxalq  əməkdaşlıq  prosedurlarını  müəyyən  edir  və  14-cü  maddə  isə 
müsadirə  prosesinin  sonuncu  mərhələsini,  müsadirə  edilmiş  vəsaitlər  üzərində  sərəncam  verməni 
tənzimləyir. 
Öz  hüquqi  vəzifələrini  effektiv  şəkildə  yerinə  yetirmək  məqsədilə  prokurorlar  və  hakimlər 
“cinayətdən  əldə  olunan  gəlirlər”  ifadəsi  ilə  nəyin  əhatə  olunduğunu  dəqiq  şəkildə  bilməlidirlər. 
Burada,  ümumiyyətlə,  cinayətkar  fəaliyyətdən  əldə  olunmuş  hər  hansı  bir  əmlak  nəzərdə  tutulur. 
Cinayətin  “alətləri”  dedikdə  isə  əməlin  törədilməsində  istifadə  edilmiş  əmlak  və  ya  avadanlıq 
anlaşılır.
 223
 
“Cinayətdən əldə olunan gəlirlərə” aşağıdakılar aid edilə bilər. 
  Qurbanın xidmətlərindən və istismarından əldə olunan gəlirlər. 
  Qurbanlar tərəfindən ödənilən xərclər (məsələn, pasportların, vizaların alınması və ya daşınma 
üçün vasitəçilərin haqları). 
  Qurbanları daşımaq üçün istifadə edilən nəqliyyat vasitələri.  
  İstismarın baş verdiyi zavodlar, fahişəxanalar və ya qayıqlar kimi məkanlar. 
  Şəxsin bir insan alverçisindən digərinə “satılmasından” əldə olunan gəlirlər. 
  Əks halda istismar edilən şəxsə ödənilməli olan, lakin ödənilməmiş məvaciblərin məbləği. 
  İnsan alverinə şərait yaratmaq üçün hökumət məmurlarına ödənilən rüşvətlər. 
ASEAN İnsan alveri ilə mübarizədə beynəlxalq hüquqi əməkdaşlığa dair əyani vəsait 2009, səh.91 
 
 
7.5.1 Qanunsuz vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması)  
Qanunsuz  vəsaitlətin  leqallaşdırılması  əleyhinə  beynəlxalq  rejim  müxtəlif  regional  və  beynəlxalq 
təşkilatlar tərəfindən qəbul edilən çərçivənin və beynəlxalq standartların nəticəsidir. UNTOC-un 7-ci 
maddəsində  qanunsuz  vəsaitlərin  leqallaşdırılması  əleyhinə  müddəalar  vardır  və  həmin  maddədə 
milli qanunların və təcrübələrin uyğunlaşdırıla bilinəcəyi bəzi standartlar da təklif olunur. Qanunsuz 
vəsaitlərin  leqallaşdırılmasının  qarşısını  almaq  və  cinayətkar  yolla  əldə  edilmiş  vəsaitlərin  və 
cinayətdən  əldə  edilən  gəlirlərin  izlənilməsinə,  dayandırılmasına  və  müsadirəsinə  şərait  yaratmaq 
üçün hərtərəfli beynəlxalq rejim mövcuddur.
 224
 
                                                            
223
 ASEAN İnsan alveri ilə mübarizədə beynəlxalq hüquqi əməkdaşlığa dair əyani vəsait 2009, səh.91 
224
 Skrier, F.2009 İnsan alveri, mütəşəkkil cinayətkarlıq və məlumatlar, red. Friesendorf, C. İnsan alveri əleyhinə 
strategiyalar: təhlükəsizlik sektorunun rolu, səh.221. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə