Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə71/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
145
 
7.6 Qurbanların müdafiəsi 
UNTOC-un “Şahidlərin müdafiəsi” başlıqlı 24-cü maddəsində deyilir:  
“1.  Hər  bir   İştirakçı  dövlət  öz  imkanları  daxilində,  cinayət  icraatında  iştirak  edən  və   bu 
Konvensiya 
ilə əhatə olunan 
cinayətlərə dair 
ifadə verən şahidlər 
barəsində və lazım 
gəldikdə,onların  qohumları  və onlara  yaxın  olan  digər şəxslər  barəsində ehtimal  olunan 
qisasdan və ya hədə-qorxudan səmərəli müdafiənin təmin edilməsinə yönələn tədbirlər görür”. 
Cinayət prosesi zamanı qurbanlar özlərini müdafiə etmək üçün yaxud onların ifadə verməli olduqları 
dövlət lazımi müdafiəni təmin edə bilmədikdə bir dövlətdən başqa dövlətə gedə bilərlər. Prokurorlar 
və  hakimlər,  qurbanlara  qarşı  cinayətdə  iştirak  edənlər  tərəfindən  birbaşa  hədələrə  və  təhdidlərə 
səbəb ola biləcək həm fiziki, həm də psixoloji mümkün təhlükələr barədə məlumatlı olmalıdırlar. Bu 
təhlükələr onların qohumlarına və ya onlara yaxın insanlara qarşı da ola bilər və bu, qurbanı cinayət 
prosesinin  aparıldığı  dövlətdən  kənara  getməsini  və  ya  onun  qohumlarının  başqa  bir  dövlətdə 
müdafiə tələb etmələrini zəruri edə bilər. 
Qurbanları  müdafiə  ilə  təmin  etmək  üçün  beynəlxalq  əməkdaşlıq  tələb  oluna  bilər.  Qurbanların 
müdafiəsinə görə cavabdeh olan tərəflər qurbanın müdafiə olunduğu dövlətdəki müvafiq orqanlarla 
əməkdaşlıq  etməli  olacaqlar.  Dövlətin  daxili  qanunvericiliyi  buna  icazə  verdiyi  və  ya  dövlətlər 
arasında ikitərəfli saziş olduğu halda, qurbanlar müdafiə ilə təmin edildikləri dövlətdən də ifadə verə 
bilərlər.  
 
 
7.7 Qurbanlara yardım və onların repatriasiyası  
Qurbanın  repatriasiyası  insan  alveri  ilə  bağlı  beynəlxalq  əməkdaşlığın  özünəməxsus  aspektidir. 
Qurbanların  effektiv  müdafiəsi  və  sağ  salamat  şəkildə  öz  vətənlərinə  qayıtmaları  üçün  əməkdaşlıq 
vacibdir. Buna görə də, təhlükəsiz repatriasiyaya imkan yaratmaq və qurbana repatriasiyadan sonra 
ifadə verməyə icazə vermək üçün beynəlxalq əməkdaşlıq tələb olunur. 
İnsan  alverinin  qurbanları  öz  mənbə  və  ya  digər  dövlətə  qayıtmaq  və  repatriasiya  olunmaq  üçün 
müraciət  edə  bilərlər.  İnsan  Alverinə  dair  Protokolun  8-ci  maddəsində  və  AŞ  Konvensiyasının  16-cı 
maddəsində hər ikisində bildirilir ki, qurbanın vətəndaşı olduğu və ya daimi yaşamaq hüququ olduğu 
iştirakçı
-
dövlət,  həmin  şəxsin  təhlükəsizliyinə  lazımi  diqqət  yetirməklə,  gərəksiz  və  ya  əsassız 
ləngiməyə yol vermədən onun qayıdışına şərait yaratmalı və onu qəbul etməlidir. 
Qurbanın  təhlükəsiz  şəkildə  repatriasiya  olunmasını  təmin  etmə  dövlət  orqanları  arasında 
əməkdaşlıq  tələb  edəcəkdir.  Qurbanı  qaytaran  iştirakçı  tərəf  qurbanın  təhlükəsizliyinə  və  “insan 
alverinin  qurbanı  olması  faktı  ilə  bağlı  hər  hansı  qanuni  proseslərin”  vəziyyətinə  lazımi  diqqət 
yetirməlidir.  Qurbanın  qayıdışı  hüququ  bərpa  və  kompensasiya  almaq  və  beləliklə  də,  müvafiq 
məhkəmə proseslərində zəruri olduğu qədər iştirak etmək hüquqlarını təhlükə altına almamalıdır.
 225
 
                                                            
225
 MSİEBM, 2006-cı il. Hakimlər və prokurorlar üçün insan alveri əleyhinə təlim materialı. Aİ-yə üzv-ölkələrdə, 
qoşulan və namizəd ölkələrdə biliklərin daxil edilməsi üçün sistem proqramı, səh.55 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
146
 
1-ci Əlavə.  Beynəlxalq hüquqi sənədlər 
Beynəlxalq sənəd 
Məqsəd
Ratifikasiya  / 
Qoşulma
BMT-nin  Transmilli  mütəşəkkil 
cinayətkarlıq  əleyhinə  Konven-
siyası (2000-ci il) 
Transmilli  mütəşəkkil  cinayətkarlığın  qarşısını  alma 
və onunla  mübarizə işində əməkdaşlığı  təşviq  etmək 
(1-ci maddə) 
2003 
Birləşmiş  Millətlər  Təşkilatının 
“İnsan  alverinin,  xüsusən  qadın 
və  uşaq  alverinin  qarşısının 
alınması,  aradan  qaldırılması  və 
cəzalandırılması  haqqında"  Pro-
rokolu (2000-ci il) 
a) qadınlara və uşaqlara xüsusi diqqət yetirərək, insan 
alverinin qarşısını almaq və onunla mübarizə aparmaq
b) bu cür alverin qurbanları olan şəxslərə, onların insan 
hüquqlarına  tam  hörmət  bəsləyərək  müdafiə  və 
yardım etmək; və c) bu məqsədlərin gerçəkləşməsində 
İştirakçı  dövlətlər  arasında  əməkdaşlığı  təşviq  etmək 
(2-ci maddə).
2003 
Birləşmiş  Millətlər  Təşkilatının 
Transmilli  mütəşəkkil  cinayət-
karlıq  əleyhinə  Konvensiyasına 
əlavə  olan  Birləşmiş  Millətlər 
Təşkilatının  “Miqrantların  quru, 
dəniz  və  hava  ilə  qaçaqmalçılığı 
əleyhinə” Protokolu (2000-ci il). 
Miqrantların  qaçaqmalçılığının  qarşısını  almaq  və 
onunla mübarizə aparmaq, habelə bu məqsədlərə nail 
olmaq  üçün  qaçaqmalçılıq  yolu  ilə  başqa  ölkələrə 
aparılmış  miqrantların  hüquqlarının  müdafiəsi  zamanı 
İştirakçı  dövlətlər  arasında  əməkdaşlığı  təşviq  etmək 
(2-ci maddə)  
2003 
Ümumdünya  İnsan  Hüquqları 
Bəyannaməsi (1948-ci il). 
 
Heç  kim  kölə vəziyyətində və ya  asılı  vəziyyətdə 
saxlanılmamalıdır:  köləliyin  və  kölə  ticarətinin  bütün 
formaları qadağan edilir (4-cü maddə) 
1995 
Qadınlara  qarşı  ayrı-seçkiliyin 
bütün  formalarının  ləğv  edil-
məsi  haqqında  Konvensiya 
(1979-cu il)  
Qadın  alverinin  bütün  formalarının  və qadınların 
fahişəliyinin, istismarının qarşısını almaq üçün müvafiq 
tədbirlər görmək 
1995 
BMT-nin  Köləlik  əleyhinə Kon-
vensiyası  
(1926-cı il). 
Köləliyin  anlayışı  verilir  “Köləlik - üzərində sahiblik 
hüququna  aid  olan  səlahiyyətlərdən  hər  hansı  birinin 
və  ya  hamısının  həyata  keçirildiyi  şəxsin  status  və  ya 
vəziyyətidir” (1-ci maddə).
1992 
Köləliyin,  kölə  ticarətinin  və 
köləliyə bənzər halların ləğv edil-
məsi haqqında Əlavə Konvensiya 
(1956-cı il).   Konvensiya 
“Köləliyə bənzər halların”, o cümlədən borc asılılığının 
və qadınlara qarşı ayrı-seçkiliyə yol verilən institutların 
və adətlərin anlayışı verilir. 
1996 
Bütün  əməkçi  miqrantların  və 
onların  ailə  üzvlərinin  hüquq-
larının qorunması haqqında Bey-
nəlxalq Konvensiya (1990-cı il)  
Konvensiya  miqrantlar  üçün  insan  hüquqlarından 
yararlanma  ilə  bağlı  standartı  müəyyən  edir.  O, 
iştirakçı-dövlətlərin, əməkçi miqrantlara və onların ailə 
üzvlərinə,  onların  miqrasiya  statusundan  asılı 
olmayaraq,  tətbiq  etməli  olduqları  minimum  stan-
dartları müəyyənləşdirməyə çalışır.
1999 
İslamda  İnsan  Hüquqları  haq-
qında 
Qahirə 
Bəyannaməsi 
(1990-cı il). 
(a) İnsanlar bərabər doğulurlar və heç kimin onları kölə 
etmək,  alçatmaq,  sıxışdırmaq  və  ya  istismar  etmək 
hüququ yoxdur və Qüdrətli Allahdan başqa heç kimdən 
asılılıq ola bilməz. (b) Köləliyin ən zərərli formalarından 
biri  olmaqla  müstəmləkəçiliyin  bütün  növləri  tam 
qadağan  olunur.  Müstəmləkəçilikdən  əziyyət  çəkən 
insanların  azadlığa  və  öz  müqəddəratını  təyinetməyə 
tam hüquqları vardır… 11-ci maddə. 
 
1990 
Uşaq  hüquqları  haqqında  Kon- İştirakçı-dövlətlər  uşaqlarla  ticarət,  uşaq  fahişəliyi  və  2002 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə