İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
138
Ali
Məhkəmə
vurğulamışdır
ki,
insan
alveri
maliyyə
mənfəəti
üçün
törədilən
cinayətdir.Məhkəmənin fikrinə əsasən, müttəhim yeni doğulmuş körpəyə görə 2000 ABŞ dolları
götürdüyünə və bu məbləği bütövlükdə körpəni tapan və gətirən həkimə verdiyinə görə,
müttəhim bu cinayətdə yalnız iştirakçıdır və buna görə də müttəhimin cəzası azaldılmışdır.
Məhkəmə azadlıqdan məhrum müddətini 3 ilə qədər azaltmışdır.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı №.1 (102)-465/2009, 13 oktyabr 2009-cu il.
Bu qərar Cinayət Məcəlləsinə düzəlişlər edilməmişdən əvvəl verilmişdir, buna görə də ya
müttəhim İnsan Alverinə dair Protokolda nəzərdə tutulan vasitələrdən istifadə etməmişdir, ya da
məhkəmə bu vasitələri müzakirə etməmişdir (belə ki, Azərbaycanda insan alveri cinayətinin
müəyyən edilməsində bu, gərəkli deyil).
AZE007 İş №. (102)-674-2009 Azərbaycan
Hökmün tarixi: 2009-12-30 – Məhkum olunma tarixi 2009-12-30
Müttəhim qurbanı fahişəlik üçün təqdimetmə məqsədilə ona pasport və onun Türkiyəyə səfərini
təşkil etmişdir. Qurban Türkiyədə Ərzurumda yataqxanada qalmış və cinsi istismar edilmişdir.
Müttəhim 4 il müddətinə cəzaya məhkum edilmişdir. Müttəhim Ali Məhkəməyə müraciət edərək
aşağı instansiya məhkəməsinin qərarına əsasən ona təyin edilmiş azadlıqdan məhrum olunma
müddətinin qalan hissəsinin şərti cəza ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı Məhkəmədən
onun yaşının, ailə vəziyyətinin və peşmançılığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə belə
bir fikirdə olmuşdur ki, aşağı instansiya məhkəməsi artıq yüngülləşdirici halları nəzərə almışdır və
verilən cəza həqiqətən qanunlara əsasən belə cinayət üçün minimum azadlıqdan məhrumetmə
müddətindən aşağıdır. Məhkəmə aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı №. 1 (102)-674/2009, 30 dekabr 2009-cu il.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
139
7. Beynəlxalq əməkdaşlıq
Bu fəsildə beynəlxalq əməkdaşlığın vacibliyi və hüquqi çərçivəsi və qarşılıqlı hüquqi yardım prosesi
izah ediləcəkdir. Burada insan alveri hallarının təqib olunmasında beynəlxalq əməkdaşlığın rolu və
ekstradisiya prosedurları izah ediləcəkdir. Burada həmçinin qurbanların müdafiəsində, onlara yardım
və onların repatriasiyasında beynəlxalq əməkdaşlığın vacib olduğu izah ediləcəkdir.
Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil Cinayətkarlıq Əleyhinə Konvensiyasının (UNTOC)
başlıca məqsədlərindən biri transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığı
təşviq etmək olmuşdur.BMT-nin İnsan Alverinə dair Protokolunun 2-ci maddəsinin məqsədi
Protokoldakı məqsədlərə nail olmaq üçün iştirakçı
-
dövlətlər arasında əməkdaşlığı təşviq etmək
olmuşdur. İnsan alveri cinayəti dövlətin sərhədləri çərçivəsində, ölkə hüdudlarında törədilə bilindiyi
halda, insan alveri hallarının xeyli hissəsi transmilli xarakter daşıyır.
Cinayətin transmilli xüsusiyyətdə olmasına görə insan alveri hallarının mürəkkəbliklər və problemlər
yaratdığı üçün beynəlxalq əməkdaşlıq tələb olunur. Çox vaxt qurbanlar, şahidlər və müttəhimlər
hamısı müxtəlif dövlətlərdən ola bilər və müxtəlif dövlətlərin ərazisində qala bilər.Əməlin digər bir
dövlətdə törədilə bilinməsi faktı vəziyyəti bir qədər də mürəkkəbləşdirə bilər. İnsan alverçiləri
ölkədən kənarda həbs edilə bilər və bu, çox güman ki, beynəlxalq həbs qərarından sonra esktradisiya
prosesini zəruri edə bilər. Beynəlxalq əməkdaşlığa, həmçinin cinayətkar yolla əldə edilmiş gəlirlərin
müəyyənləşdirilməsi və müsadirəsi ilə bağlı maliyyə araşdırmalarına dəstək göstərmək üçün də
ehtiyac duyula bilər.
Beynəlxalq əməkdaşlıq hüquqi, mədəni, siyasi və dil məsələlərinə görə problemli ola bilsə də,
əməkdaşlığa şərait yaratmaq üçün hüquqi qaydalar və
prosedurlar və insan alverçilərini təqib etmək
üçün tələb olunan vasitələr mövcuddur. UNTOC-da cinayət işləri üzrə həm formal, həm də qeyri-
formal əməkdaşlığa dair təfsilatlı müddəalar toplanır. Bunlar həmçinin müvafiq düzəlişlərlə, aşağıdakı
kimi, İnsan Alverinə dair Protokola da tətbiq edilə bilər.
• Ekstradisiya (16-cı maddə);
• Məhkum olunmuş şəxslərin verilməsi (17-ci maddə);
• Qarşılıqlı hüquqi yardım (18-ci maddə);
• Birgə istintaqlar (19-cu maddə);
• Xüsusi araşdırma üsullarından istifadə edilməsində əməkdaşlıq (20-ci maddə);
• Cinayət işlərinin verilməsi (21-ci maddə);
• Müsadirə məqsədləri üçün beynəlxalq əməkdaşlıq (13-14-cü maddələr);
• Hüquq-mühafizə əməkdaşlığı (27-ci maddə).
İnsan alveri ilə mübarizə haqqında Azərbaycan Respublikasınının Qanununun “İnsan alverinə qarşı
mübarizədə beynəlxalq əməkdaşlıq” başlıqlı 26-cı maddəsində deyilir:
“Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən insan alverinə qarşı
mübarizə sahəsində digər dövlətlərlə, onların hüquq-mühafizə orqanları ilə, habelə insan
alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
140
7.1 Yurisdiksiya
İnsan alveri hallarında yurisdiksiyaya dair beynəlxalq hüquq normaları mühüm beynəlxalq və regional
müqavilələrdə müəyyən edilir. Onların məqsədi insan alveri cinay
ə
tinin harada baş verməsindən asılı
olmayaraq cəzalandırıla bilinməsini təmin etməklə, insan alverçiləri üçün yurisdiksiya baxımından
təhlükəsiz məkanları aradan qaldırmaqdır.Digər bir məsələ birdən çox dövlətin öz yurisdiksiyasını təs-
diq etməsi üçün əsaslar olduğu halda, əlaqələndirmə mexanizmlərinin effektiv olmasını təmin
etməkdir.
213
UNTOC-un “Yurisdiksiya” başlıqlı 15-ci maddəsində deyilir:
“1. 1. Hər bir İştirakçı dövlət bu Konvensiyanın 5, 6, 8 və 23-cü maddələrinə uyğun olaraq
cinayət kimi tanınmış cinayətlərə dair öz yurisdiksiyasının müəyyən edilməsi üçün tələb olunan
tədbirlər görür:
a)cinayət həmin iştirakçı dövlətin ərazisində törədildikdə; və ya
b) cinayət cinayət törədilən zaman İştirakçı dövlətin bayrağı altında üzən gəminin göyərtə-
sində və ya həmin
i
ştirakçı dövlətin qanunvericiliyinə uyğun olaraq o zaman qeydiyyatda
olan hava gəmisində törədildikdə.”
İnsan alveri ilə mübarizə haqqında Azərbaycan Respublikasınının Qanununun “İnsan alveri ilə bağlı
cinayətlərə dair Azərbaycan Respublikasının yurisdiksiyası” başlıqlı 27-ci maddəsində deyilir:
“İnsan alveri ilə bağlı cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və
ya vətəndaşlığı olmayan şəxslər cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər”.
7.2 Prosedurlar
Prokurorlar və hakimər beynəlxalq əməkdaşlıq faydaları, habelə maneələri haqqında məlumatlı
olmalıdırlar. Beynəlxalq əməkdaşlıq araşdırmaları və təqibləri sürətləndirə və onların keyfiyyətini
artıra bildiyi halda, güclü milli cəmləşmələr beynəlxalq əməkdaşlıqla maneə olur. Beynəlxalq
əməkdaşlığın ən çox yayılmış forması kimi qarşılıqlı hüquqi yardım üçün sorğu (QHY), adətən, həqiqi
beynəlxalq iş qurmaq əvəzinə, məhdud bir məqsəd üçün edilir.
214
Azərbaycanda beynəlxalq əməkdaşlıq prosesində toplanmış dəlil baxımından dəyərli faktlar
Azərbaycanın hüquq sistemi beynəlxalq operativ əməkdaşlıq prosesində toplanmış (yardım üçün
sorğulara cavab olaraq), yəni hüquqi yardım üçün sorğuların icrası zamanı alınmamış faktiki
məlumatları məhkəmədə dəlil kimi qəbuletmə imkanını nəzərdə tutur. Bu, prosedur qayda əsasında
edilir ki, məhkəmə və ya hüquq-mühafizə orqanları tərəfindən əldə edilmiş və mənbəyi heç bir şübhə
doğurmayan sənədlər və onların əldə edilmə üsulu (xüsusən də, əgər bu, dəqiq şəkildə qanunla tələb
olunursa, məhkəmə qərarı əsasında alınanlar) dəlil kimi istifadə edilə bilər.
Beynəlxalq müqavilə əsasında digər bir ölkənin hüquq-mühafizə orqanları ilə Azərbaycan
Respublikasının hüquq-mühafizə orqanlarının sorğusu ilə aparlan birgə gizli əməliyyat, elektron
nəzarət, nəzarət altında çatdırılma nəticəsində toplanan informasiya da Azərbaycanda dəlil kimi
213
ASEAN İnsan alveri ilə mübarizədə beynəlxalq hüquqi əməkdaşlığa dair əyani vəsait 2009, səh.20.
214
Cernov, A.2009.İnsan alveri, prokurorlar və hakimlər. red. Friesendorf, C. İnsan alveri əleyhinə strategiyalar:
təhlükəsizlik sektorunun rolu, səh.347.
Dostları ilə paylaş: |