Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə69/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
141
 
istifadə edilə bilər. 
İƏİT 2013 Hüquq-mühafizə orqanları arasında qarşılıqlı hüquqi yardım və əməkdaşlığın digər 
formaları. səh.12 
Bürokratik  məsələlər,  o  cümlədən  ləngimələr,  dil  problemləri  və  müxtəlif  hüquq  sistemləri 
problemlər yarada bilər.Təcrübədə çalışanlar QHY tələbini cinayət işlərində bir maneə hesab edirlər 
və istintaq tapşırıqları kimi hüquqi əməkdaşlıq üçün ənənəvi müddəalar uyğunsuz görünmüşdür.
 215
 
Prokurorlar İnterpol, Avrocast və SEPAG, habelə MDB-yə üzv-dövlətlərin Baş Prokurorluqları arasında 
hər  hansı  sazişlər  kimi  beynəlxalq  platformalardan  istifadəni  nəzərdən  keçirməlidirlər.  Bu 
platformalar  QHY-nin  sürətləndirilməsinə,  formal  və  qeyri-formal  məsləhətlərin  verilməsinə  və 
yardımın göstərilməsinə və insan alveri ilə bağlı araşdırmalarda və qurbanların müdafiəsinə yardımın 
göstərilməsində kömək edə bilər. 
Qarşılıqlı  hüquqi  yardım  (QHT)  üçün  sorğuların  birbaşa  ötürülməsi,  danışıqların  transsərhəd 
səviyyədə dinlənilməsinə icazənin verilməsi, gizli araşdırmalar və BİQ-lər beynəlxalq əməkdaşlıq üçün 
imkanları  artırmışdır.  Birləşmiş  Millətlər  Təşkilatının  Qarşılıqlı  Hüquqi  Yardım  üzrə  Qeyri-Formal 
Ekspert İşçi Qrupunun Qabaqcıl Təcrübə  Araşdırmalarında qeyd olunmuşdur ki, əməkdaşlıq formal 
QHY  sorğularına,    yardım  üçün  qeyri-formal  sorğuları  birbaşa  ötürmək  və  təmin  etmək  imkanı  ilə 
qeyri-formal polis kanalları, kommunikasiya mexanizmləri və ya BİQ-lər kimi alternativlərdən istifadə 
vasitəsilə sürətləndirilə bilər.
 216
 
Prokurorlar  və  hakimlər,  həmçinin  operativ  əməkdaşlıq  və  hüquqi  yardımın  təmin  edilməsi  və 
alınması üçün GUAM-ın hüquqi çərçivəsindən istifadə edə bilərlər. 
GUAM-a üzv-dövlətlərin hüquq-mühafizə orqanları arasında operativ əməkdaşlıq üçün hüquqi çərçivə 
(…) və GUAM çərçivəsində çoxtərəfli sazişlər. 
•  Terrorçuluq,  mütəşəkkil  cinayətkarlıq,  narkotiklərin  qanunsuz  dövriyyəsi  və  digər  növ 
cinayətlərə qarşı mübarizədə GUAM-a üzv-dövlətlər arasında 20 iyul 2008-ci il tarixli Əməkdaşlıq 
Sazişi  (25  avqust  2004-cü  il  tarixdə  qüvvəyə  minmişdir)  və  onun  4  dekabr  2008-ci  il  tarixli 
Protokolu; 
•  Terrorçuluq,  mütəşəkkil  cinayətkarlıq,  narkotiklərin  qanunsuz  dövriyyəsi  və  digər  növ 
cinayətlərə  qarşı  mübarizə  üzrə  GUAM-ın  Virtual  Mərkəzinin  və  GUAM-ın  Dövlətlərarası 
İnformasiya İdaretmə  Sisteminin yaradılması haqqında 4 iyul 2003-cü il tarixli Saziş (8 oktyabr 
2004-cü il tarixdə qüvvəyə minmişdir);  
•  GUAM-a üzv-dövlətlərin hökumətləri arasında gömrük məsələləri üzrə qarşılıqlı hüquqi yardım 
və əməkdaşlıq haqqında 4 iyul 2003-cü il tarixli Saziş (Azərbaycan və Ukrayna üçün 06 iyul 2004-
cü il tarixdə qüvvəyə minmişdir).  
Hüquqi çərçivə GUAM üzvlərinin müvafiq orqanları arasında bağlanmış ikitərəfli hökumətlərarası və 
idarələrarası müqavilələri də əhatə edir. 
İƏİT 2013 Hüquq-mühafizə orqanları arasında qarşılıqlı hüquqi yardım və əməkdaşlığın digər 
formaları. səh.7 
                                                            
215
 Eyni mənbə. 
216
 Dandurand, Y. 2012 Beynəlxalq əməkdaşlıq, red. Vinterdik.C. İnsan alverinin beynəlxalq xüsusiyyətlərinin
maraqlarının və Mürəkkəbliklərinin araşdırılması, səh.220 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
142
 
7.3 Qarşılıqlı hüquqi yardım 
İnsan  alveri  həqiqətən  beynəlxalq  ölçüyə  malikdir  və  adətən,  araşdırmalar  digər  yurisdiksiyalara 
doğru  genişlənərək  təqiblər  üçün  xaricdən  əldə  edilməli  olan  dəlillər  tələb  edir.  Müxtəlif 
yurisdiksiyalar  arasında  informasiyanın  alınması  və  mübadiləsi  üçün  əsas  mexanizm  onun  QHY 
vasitəsilə  edilməsidir.  QHY  cinayət  prosesində  istifadə  üçün  və  ya  araşdırmaya  dəstək  göstərmək 
üçün  məktubda  göstərilən  dəlillərin  alınmasında  yardım  üçün  sorğu  məktubu  vasitəsilə  edilir.  QHY 
cinayət proseslərində və təqiblərlərdə hökumətlər arasında birbaşa formal yardımı təmin etmək və 
əldə etmək üçün dövlətlərin istifadə etdikləri bir prosesdir. Dövlətlərin bir-birilərinə verəcəkləri QHY-
nin dəqiq növü milli qanunlarda və beynəlxalq sazişlərdə göstərilir.
217
 
UNTOC-un “Qarşılıqlı hüquqi yardım” başlıqlı 18-ci maddəsində deyilir:  
1.  İştirakçı  dövlətlər,  3-cü  maddədə qeyd  olunduğu  kimi,  bu  Konvensiya  ilə əhatə olunan 
cinayətlərlə  əlaqədar istintaqda, cinayət təqibində  və  məhkəmə  araşdırmasında bir-birinə  ən 
geniş qarşılıqlı hüquqi yardım göstərir və əgər sorğu edən İştirakçı dövlətin 3-cü maddənin l(a) 
və   ya  (b)  bəndlərində   göstərilən  cinayətin,  təbiətcə   transmilli  olmasına,  o  cümlədən  bu  cür 
cinayətlərə   dair  zərərçəkmişlərin,   şahidlərin,  gəlirlərin  və   ya  sübutların  sorğu  alan   İştirakçı 
dövlətin ərazisində olmasına, habelə bu cinayətin törədilməsində mütəşəkkil cinayətkar qrupun 
əlaqəsinin olmasına kifayət qədər  əsası varsa, onda onlar bir-birinə  qarşılıqlı  əsaslarla buna 
oxşar digər yardım göstərirlər. 
QHY  ikitərəfli  və  çoxtərəfli  müqavilələrə  və  müvafiq  müqavilələrin  tam  tətbiqinə  təkan  verən  və 
müqavilə  olmadıqda  qarşılıqlı  hüquqi  yardıma  imkan  verən  milli  qanunvericiliyə  əsaslanır.  QHY-yə 
dəlillərin  və  ifadələrin  götürülməsi,  şahidlərin  və  şübhəli  şəxslərin  yerlərinin  və  özlərinin 
müəyyənləşdirilməsi,  axtarışlar,  əmlakın  müsadirəsi,  hüquqi  sənədlərin  icrası,  cinayətdən  gələn 
gəlirlərin müəyyənləşdirilməsi və izlənilməsi, informasiyanın və dəlil hesab edilən əşyaların verilməsi, 
ekspert qiymətləndirmələri və ifadə vermək üçün məhbusların köçürülməsi aid edilə bilər.
 218
 
 
7.4 Ekstradisiya 
Ekstradisiya  bir  dövlətin  (sorğu  edən  dövlət)  digər  dövlətdən  (sorğu  edilən  dövlət)  sorğu  edən 
dövlətdə  ona  qarşı  irəli  sürülən  ittihamların  elan  edilməsi  və  cəzanın  tətbiqi  üçün  fərdin 
qaytarılmasını xahiş etdiyi bir prosesə verilən formal addır. Şəxs artıq məhkum olunduğu əmələ görə 
təqib  oluna  və  ya  məhkum  oluna  bilər,  yaxud  artıq  təyin  olunmuş  cəzanı  çəkə  bilər.  Bu,  formal  və 
müddəaların  bir  dövlətdən  başqa  dövlətlə  fərqlənən  və  heç  də  eyni  əməli  əhatə  etməyən 
müddəalarla  çox  vaxt  müqaviləyə  əsaslanan  bir  prosesdir.  Dövlətlər,  adətən,  ən  son  müqavilələrdə 
ikili  cinayət  prinsipinin  rəhbər  tutulduğu  çoxtərəfli  və  ikitərəfli  ekstradisiya  müqavilələrinə  etibar 
edirlər.
 219
 Müqavilə olmadıqda, hüquqi əsas müvafiq dövlətlərin daxili qanunvericiliyi olur. 
                                                            
217
 ASEAN İnsan alveri ilə mübarizədə beynəlxalq hüquqi əməkdaşlığa dair əyani vəsait 2009, səh.33 
218
 Dandurand, Y. 2012 Beynəlxalq əməkdaşlıq, red. Vinterdik.C. İnsan alverinin beynəlxalq xüsusiyyətlərinin, 
maraqlarının və Mürəkkəbliklərinin araşdırılması, səh.220 
219
 Eyni əməl həm sorğu edən, həm də sorğu olunan dövlətlərdə cinayət əməli kimi təsbiq edildikdə və nəzərdə 
tutulan cəzalar müəyyən olunan həddən yuxarı olduqda. Bu yolla, orqanlar daima yeni əməlləri əhatə etmək 
üçün müqavilələri yeniləməli olmurlar. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə