İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
43
(b) D adlı şəxs digər şəxsdən icbari və ya məcburi iş görməyi tələb edir və şərait belədir ki, D adlı
şəxs belə işin görülməsinin şəxsdən tələb olunduğunu bilir və ya bilməlidir.
(2) 1-ci yarımbənddə şəxsi köləlik və ya kölə vəziyyətində saxlama və ya şəxsdən icbari və ya
məcburi iş görməyi tələbetmə hallarına istinadlar İnsan Hüquqları haqqında Konvensiyanın 4-cü
maddəsinə (şəxsi köləlik və ya kölə vəziyyətində saxlama və ya şəxsdən icbari və ya məcburi iş
görməyi tələb etməni qadağan edən) uyğun izah olunmalıdır.
(3) Bu maddədə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinən şəxs aşağıdakı
məsuliyyəti daşıyır
(a) ümumi məhkumetmədə müvafiq müddətdən artıq olmayan müddətə həbs cəzasına yaxud
qanunla müəyyənləşdirilmiş həddən artıq olmayan məbləğdə cərimə cəzasına, yaxud hər ikisinə;
(b) ittihamnamə üzrə məhkumetmədə 14 ildən artıq olmayan müddətə həbs cəzasına, yaxud
cərimə cəzasına, yaxud hər ikisinə.
Ev köləliyi
Ev köləliyi üçün insan alverinə məruz qalan şəxslər çox vaxt miqrantlar və əsasən də özəl evlərdə
işləmək və ev işlərindən tutmuş uşaqlara baxmağa qədər və digər işləri də əhatə edə bilən müxtəlif
işləri görmək üçün dövlətin ərazisinə gələn qadınlar olur. İnsan alverinə məruz qalan insanlar adətən
özəl evdə yaşayırlar, onların sənədləri çox zaman əllərindən alınır və onlar çox vaxt təcrid olunurlar
və insan alverçisindən asılı olurlar.
Ev köləliyi istismarın çətin aşkar oluna bilən nəzərə çarpmayan bir formasıdır. Ev köləliyi üçün insan
alveri bəzi ümumi cəhətləri özündə birləşdirən müxtəlif vəziyyətləri əhatə edir: asılı vəziyyətdə olma
və özəl bir şəxs üçün iş görmək öhdəliyi, məvacibin aşağı olması və ya heç olmaması, istirahət
günlərinin olmaması, psixoloji və ya fiziki zorakılıq, məhdud hərəkət azadlığı və özəl həyatın
mümkünsüzlüyü.
88
BƏT-in 2011-ci il Ev qulluqçuları üçün layiqli iş haqqında 189 nömrəli Konvensiyası (5 sentyabr 2013-
cü il tarixdə qüvvəyə minmişdir) ev qulluqçuları üçün əsas hüquqları və müdafiə imkanlarını nəzərdə
tutur. 2(b) maddədə deyilir:
“Hər bir üzv-dövlət, ev qulluqçuları ilə bağlı, işdə əsas prinsiplərə hörmətlə yanaşılması, bu
hüquqların təşviq olunması və həyata keçirilməsi, daha dəqiq desək: […] (b) icbari və ya
məcburi əməyin bütün formalarının aradan qaldırılması üçün bu Konvensiyada nəzərdə
tutulmuş tədbirləri görməlidir;”
Siliadin Fransaya qarşı
89
15 yaşlı qız onun yol xərcini ödəyən, lakin sonra onun pasportunu əlindən alan “xanım D” tərəfindən
Toqodan Fransaya gətirilmişdir. Belə razılıq olmuşdur ki, qız öz təyyarə biletinin dəyərini ödəyənədək
xanım D üçün işləyəcəkdir, lakin bir neçə ay sonra, o, onu heç bir ödəniş, istirahət, şəxsiyyətini təsdiq
edən sənədlər olmadan və onun immiqrasiya statusunun alınmasına icazə verilmədən gündə 15 saat,
həftədə yeddi gün işləməyə məcbur edən “cənab və xanım M-ə” verilmişdir. Qız köhnə paltarlar
geyinirdi və onun öz otağı yox idi. Vəziyyətə orqanlar müdaxilə etdikdə onlar bundan xəbər
tutmuşlar. Lakin, həmin vaxt, “köləlik və kölə vəziyyətinə salma” Fransada ayrıca cinayət əməli kimi
təsbit olunmamışdı. Avropa İnsan Hüquqları Məhkəməsi belə bir fikirdə olmuşdur ki, qız kölə
88
ATƏT 2010
Mühafizə olunmayan iş, nəzərə çarpmayan istismar: ev köləliyi məqsədilə insan alveri, səh.11
89
İHAK Müraciət nr. 73316/01.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
44
vəziyyətində saxlanılmışdır və Fransa köləliyi və məcburi əməyi qadağan etmək öhdəliklərini
pozmuşdur, belə ki, Fransa qanunvericiliyi qızın ayrıca və effektiv müdafiəsini təmin etməmişdir.
Cinsi istismar
Cinsi istismar, əsasən, köləliyə bənzər şəraitdə saxlanan qurbanlara-
qadınlara və uşaqlara təsir
göstərir. İstismar edilən şəxslər öz insan hüquqlarının, o cümlədən azadlıq hüququnun, insan ləya-
qətinin və təhlükəsizliyinin qorunması hüququnun, köləlikdə və ya kölə vəziyyətində saxlanılmamaq
hüququnun, qəddar və qeyri-insani rəftara məruz qalmamaq hüququnun, zorakılığa məruz qalma-
maq hüququnun və sağlamlığın qorunması hüququnun kəskin şəkildə pozulması halları ilə üzləşirlər.
Cinsi istismara barlarda, masaj otaqlarında, səyyar xidmətlərdə, özəl evlərdə, fahişəxanalarda və
qonaq
evlərində fahişəlik
;
,
pornoqrafiya və məcburi nigah aiddir.
90
BMT-nin İnsan Alverinə dair Protokolunda deyilir: “İstismar, minimum olaraq, digərlərinin
fahişəliyinin istismarını və ya cinsi istismarın digər formalarını əhatə edir”. Lakin, cinsi istismarın milli
qanunvericilikdə anlayışını vermək dövlətin vəzifəsidir. Beynəlxalq hüquqi sənədlərdə və ya milli
qanunvericikdə nə “digərlərinin fahişəliyinin istismarının”, nə də “cinsi istismarın digər formalarının”
anlayışı yoxdur. İstənilən anlayış dövlətlərin təfsirinə və “cinsi istismara” və “fahişəliyə” qarşı siyasətə
əsaslanır.
BƏT-in cinsi istismar üçün yaşlı insanların alveri ilə bağlı müəyyənləşdirdiyi əməli indikatorlar
İstismar indikatorları
Orta indikatorlar
• Pis yaşayış şəraiti;
• Həddən artıq iş günləri və vaxtı;
• Təhlükəli iş;
• Məvacibin aşağı olması və ya olmaması;
• Əmək qanunlarına və ya imzalanmış müqaviləyə riayət etməmə;
• Sosial müdafiənin olmaması (müqavilə, sosial sığorta və s.);
• Çox
pis iş şəraiti;
• Məvacibin təhrif olunması.
https://www.ilo.org/forcedlabour
İnsanların insan alverinin qurbanlarına çevirmək üçün cəlb olunduğu bir vahid üsul yoxdur və
qurbanların istismar şəraitinə məcbur edildiyi üsullar mənbə dövlətlərdə bir-birindən fərqlənir.
Prokurorlar və hakimlər cinsi istismar üçün qurbanları cəlbetmənin müxtəlif metodları, xüsusilə də
cəlbetmənin yeni meydana çıxan formaları barədə məlumatlı olmalıdırlar.
90
BMqT (İrlandiya)
2010 İnsan alveri əleyhinə təlim vəsaiti, səh.9köləliyin müasir formasıdır. səh.9