İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
47
Şurasının 2014-cü il İnsan Orqanlarının Alveri əleyhinə Konvensiyası
95
dövlətlərə bu növ qanunsuz
davranışla ayrıca cinayət kimi mübarizə aparmaq imkanını verəcəkdir.
Orqanların çıxarılması üçün insan alveri bütün dünya dövlətlərində baş verir. Burada donorlar
(potensial qurbanlar) üçün ilk olaraq elan verən yerli şəxslər olur, bundan sonra donorların sayı
adətən artır. İnsan alverçiləri çox vaxt şəbəkələrin aktiv olduğu dövlətləri gəzən
beynəlxalq vasitəçilər
olur. Orqanı qəbul edənlər 100.000 – 160.000 ABŞ dolları ödəyə bildiyi halda, donora yalnız 2.500 –
10.000 ABŞ dolları ödənilir. Orqan, təchizatda dövlət orqanlarında çatışmazlıqlar, əlavə olaraq bunun
heç də bütün dövlətlərdə cinayət hesab edilməməsi və bundan böyük gəlir əldə etmənin
mümkünlüyü bu əməli insan alverçiləri üçün cəlbedici edir. Uşaqlar da orqanların çıxarılması
məqsədilə insan alverinə məruz qala bilərlər, lakin bu günə qədər uşaqların qurban kimi
müəyyənləşdirilməsinə dair birbaşa dəlillər yoxdur.
Medicus Klinikası – Pristina, Kosovo
Aİ-nin Kosovoda apardığı məhkəmə beş nəfər şəxsi insan orqanlarının alveri şəbəkəsi ilə bağlı təqsirli
bilmişdir. Bu beş nəfər Medicus Klinikasında xeyli sayda qanunsuz köçürmələri həyata keçirməkdə
təqsirləndirilirdi. Bu ticarət klinikada böyrəklərindən birinin çıxarılmasından sonra türkiyəli bir kişi
xəstəliyə düçar olarkən aşkar edilmişdir. Bu işə Eulex, Avropa İttifaqının qanunvericiliyi ilə və həssas
məsələləri idarə etmək üçün Kosovoda hazırlanmış heyətlə baxılmışdır.
Xüsusi məhkəmə müəyyən etmişdir ki, Medicus Klinikası Şərqi Avropadan və Mərkəzi Asiyadan
yoxsul insanları cəlb edərək, onlara orqanlarına görə 15.000 avro vəd etmışdir. Donorlar
Moldovadan, Qazaxıstandan, Rusiyadan və Türkiyədən gəlmişdilər və “kəskin yoxsulluq və ya kəskin
maliyyə çətinliyi içərisində” yaşayanlar idi, ittihamnamədə deyilirdi: “Onlar yalnız idilər, yerli dildə
danışmırdılar, nə etdiklərini yaxşı bilmirdilər və onların maraqlarını müdafiə edən heç kim yox idi”.
Orqanları alanlar deyilənə görə əsasən İsraildən idilər və onlar köçürülən orqanların hər biri üçün
80.000 – 100.000 avro arasında ödəniş etmişdilər.
Prokurorların dediklərinə görə 2008-ci ildən bəri Medicus Klinikasında ən azı 30 qanunsuz böyrək
çıxarmaları və köçürmələri aparılmışdır.
Klinikanın rəhbəri, uroloq Lütfi Dervişi mütəşəkkil cinayətkarlığa və insan alverinə görə səkkiz il həbs
cəzasına məhkum olunmuşdur. Onun oğlu Arban yeddi il üç ay müddətinə, qalan müttəhimlər isə bir
ildən üç ilədək müddətə həbs cəzasına məhkum olunmuşlar.
http://www.bbc.co.uk/news/world-europe-22343589
Dilənçilik
Nə BMT-nin İnsan Alverinə dair Protokolunda, nə də AŞ Konvensiyasında “dilənçiliklə” bağlı heç bir
qeyd yoxdur. Lakin Aİ-nin 2011/36/EU nömrəli Direktivi “dilənçiliyi” bir istismar forması kimi nəzərdə
tutur və bu sənəddə deyilir ki, “bu Direktiv baxımından məcburi dilənçilik BƏT-in 1930-cu il İcbari və
ya Məcburi Əmək haqqında 29 No-li Konvensiyasında təyin olunduğu kimi, məcburi əməyin və ya
xidmətlərin bir forması kimi başa düşülməlidir. Buna görə də dilənçiliyin istismarı, o cümlədən insan
alverinə məruz qalan şəxsdən dilənçilik üçün istifadə yalnız məcburi əməyin və ya xidmətlərin bütün
ünsürləri baş verdiyi halda insan alveri anlayışının tətbiq dairəsinə düşür”.
“Dilənçiliyin” qurbanları çox vaxt dilənmək üçün təlim keçmiş uşaqlar olur. Onlar həm cinayətkar
şəbəkələr, həm də öz ailələri tərəfindən istismar olunurlar. Uşaqlar 20.000 avroya satılmışlar
və onlar
95
Eyni mənbə.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
48
ildə 100.000 avrodan çox gəlir gətirə bilərlər. Dilənçilik Aİ dövlətlərində yayılmaqda olan yeni
hədələrdən biridir.
96
Müstəqil Dövlətlər Birliyində uşaqlar uşaq evlərindən alınmış və insan
alverçilərinə satılmışdır, yaşlı və zəiflər dilənçilik etməyə məcbur edilmişlər və qurbanların daha çox
gəlir qazanmaq üçün şikəst edildiyi hallar da vardır.
97
Correctionnel de Nivelles Tribunalı – Dilənçilik işi üzrə məhkum etmə.
Belçikanın Nivey Cinayət Məhkəməsi. Məhkum etmə tarixi: 25 yanvar 2013-cü il.
Istismar məqsədi: Dilənçiliyə məcbur etmə. Slovakiyada yaşayan macarıstanlı şəxsin dilənçilik üçün
istismar etmək məqsədilə bir qrup insanı aldatdığı iddia edilirdi. Bu insanlara ciddi xəsarətlər
yetirilərək onlar əlil vəziyyətinə salınmışdı və sosial və sağlamlıq baxımından belə bir müdafiəsiz
vəziyyətdə onların bu şəxsin pis niyyətlərinə dözməkdən başqa alternativləri yox idi.
İnsan alverçisi çox vaxt ilk olaraq yuxarıda qeyd olunan şəxslərin qohumu olduğunu iddia edirdi və
onları yaşadıqları çətin vəziyyətdən çıxaracağını söyləyirdi. Sonra onlar bu əməli törədən şəxslə eyni
mənzildə (və ya bir maşında yatmağa) və Belçikada mağazaların avtomobil dayanacaqlarında
dilənməyə məcbur edilirdilər.Onlar orada əlil arabasında əllərində pul istədiklərini göstərən
bildirişlərlə qoyub gedilirdi. Əməli törədən şəxs yekunda bütün bunları həmin əlil insanların
Slovakiyada aldıqları sosial müavinətlərlə birgə onların əlindən alırdı.
İnsan alverçisi altı il müddətinə azadlıqdan məhrum olunma və 30.000 avro məbləğində cərimə
cəzasına məhkum edilmişdir.
Aİ-nin insan alveri əleyhinə siyasət vebsaytı: https://ec.europa.eu/anti-trafficking/legislation-and-
case-law-case-law/tribunal-correctionnel-de-nivelles-begging-conviction_en
Məcburi və ya köləcəsinə nikaha girmə
Məcburi və ya köləcəsinə nikaha girmə hər hansı bir beynəlxalq hüquqi sənəddə birbaşa nəzərdə
tutulmur. Lakin məcburi nikahın insan alveri olub-olmamasını müəyyənləşdirən faktorlara güc
tətbiqi, dələduzluq və məcburetmə (iqtisadi və / və ya cinsi), habelə müdafiəsizlik vəziyyətindən sui-
istifadənin mümkünlüyü aiddir. Qurbanların cəlb oluna biləcəyi istismar hallarına köləlik, kölə
vəziyyətinə salma, ev köləliyi və / və ya cinsi istismar aiddir.
Məcburi nikah ən azı tərəflərdən birinin öz iradəsi əleyhinə ailə qurduğu və onun razılığının olmadığı
dərin tarixi köklərə malik bir haldır.
98
Məcburi nikah, həmyaşıdları tərəfindən təzyiqə və
müdafiəsizlik vəziyyətindən sui-istifadəyə məruz qalan qurbanlarla mədəni adətlərin nəticəsi ola
bilər.Qurbanlar çox vaxtı yekun nəticədən xəbərsiz olurlar və məcburi nigah nəticəsində onu alan ailə
tərəfindən ev qulluqçuları və cini kölələr kimi istismar olunurlar. Qurbanlar çox vaxt qohum ola və /
və ya dəlilləri təmin etmək üçün çox zəif ola bildiyindən və məcburi nikah bir çox dövlətlərdə cinayət
hesab edilmədiyindən təqibetmə halları məhduddur.
Qanunsuz övladlığa götürmə
Bir sıra dövlətlərdə “qanunsuz övladlığa götürmə” istismarın bir formasıdır. İnsan alverinin bir
forması kimi uşaqları qanunsuz övladlığa götürmə bütün dünyada mütəşəkkil cinayətkar qruplar,
uşaqların övladlığa götürülməsi ilə məşğul olan özəl şirkətlər və dövlət məmurları üçün yüksək gəlirli
96
Mütəşəkkil Cinayətkarlıq Hədələrinin Avropol tərəfindən Qiymətləndirilməsi (OCTA) 2011.
97
ATƏT 2013 Resurs polis təlim bələdçisi: İnsan alveri səh.84.
98
Basko, F. et al. 2009
İnsan alveri modelləri red. Friesendorf, C. İnsan alveri əleyhinə strategiyalar:
təhlükəsizlik
sektorunun rolu, səh.50.