Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə31/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
63
 
•  Mütəşəkkil cinayətkar dəstələrin əməllərində iştirak etmə
•  Eyni milliyyətdən və etnik mənsubiyyəti olan üzvlərdən ibarət cinayətkar dəstələrə 
mənsubolma; 
•  Eyni yaşlı himayəçisi olan uşaqlardan ibarət böyük qrupların üzvü olma; 
•  Kifayət qədər toplamama və ya oğurluq etməməyə görə cəzalanma 
•  Cinayətkar dəstənin üzvləri ilə birgə yaşama; 
•  Təyinat ölkəyə cinayətkar dəstənin üzvləri ilə birgə getmə; 
•  Onların valideynləri olmayan yaşlı insanlarla dəstənin üzvləri kimi bir yerdə yaşama
•  Gündəlik iri qruplar şəklində və böyük məsafələrdə hərəkətetmə 
•  Cinayətkar dəstələrlə bağlı cinayətkarlığın yeni formalarının meydana çıxması;  
•  Qurban olduğu ehtimal edilən qrupun müəyyən müddət ərzində bir sıra ölkələr boyu hərəkət 
etdiyinə dair dəlillər
•  Ehtimal edilən qurbanların başqa bir ölkədə dilənçiliyə və ya xırda cinayətkarlığa cəlb 
olunmalarına dair dəlillər. 
UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı 
ilə bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 40 
 
 
3.3.3 İstismarın indikatorları 
İstismar halını müəyyənləşdirmə və istismar anlayışına aydınlıq gətirmək üçün istismarın indikatorları 
mühüm  əhəmiyyət  daşıyır.  Bu,  xüsusilə,  məcburi  əmək  üçün  istismar  hallarında  uyğundur  və  belə 
olan  halda  əməyin  istismarını  və  məcburi  əməyi  fərqləndirmək  çətin  ola  bilər.  Buna  görə  də,  insan 
alveri indikatorlarından istifadə istismar halını müəyyənləşdirməyə kömək edə bilər.
 121
   
Polşalı xadimə qadınla bağlı il: Ölkə: Niderland 
Məhkəmə: Haaqa rayon məhkəməsi: Məhkum etmə tarixi: 5 oktyabr 2007-ci il: 
İstismarın məqsədu: məcburi əmək və ya xidmətlər. 
Bu  işdə,  müttəhim  insan  alverinə  kömək  etməkdə  və  təhrik  etməkdə  təqsirləndirirlir  (ittiham  nr.1) 
Hollandiya  Cinayət  Məcəlləsinin  273f  (1)(i)(iv)  və  (vi)  maddəsi).  Müttəhim  bir  neçə  polşalı  qadını 
Niderlandda gəlmək və orada ev qulluqçusu kimi işləmək üçün cəlb etmiş və onlara xadimə kimi iş 
təşkil etmişdir. 
İzahlı  Memorandumda  deyilir  ki,  bu  maddənin  məqsədi  üçün  istismar  dedikdə  köləliyin  müasir 
formaları  nəzərdə  tutulur.  Qanunverici  orqan  istismar  konsepsiyası  üzrə  əlavə  anlayışın  verilməsini 
məhkəmələrin  öhdəsinə  buraxmışdır.  Bu  məhkəmə  belə  bir  fikirdədir  ki,  istismar  konsepsiyasının 
izahı,  istismarın  əlaməti  ola  biləcək  bir  sıra  (bununla  bitməyərək)  indikatorların  sadalandığı 
Hollandiyalı Milli Məruzəçinin İnsan alverinə dair beşinci hesabatına uyğunlaşdırılmalıdır. Məhkəmə 
belə bir rəy vermişdir ki, burada aldadılma, pis iş şəraiti və xeyli asılılıqları göstərən məqamlar vardır. 
Buna  baxmayaraq,  Məhkəmənin  qərarında  əsas  insan  hüquqlarının  pozulmasını  təşkil  edə  biləcək 
həddən artıq işlədilmə vəziyyəti ilə bağlı heç bir sual yoxdur. 
Aİ-nin insan alveri əleyhinə vebsaytı. https://ec.europa.eu/anti-trafficking/legislation-and-case-law-
case-law/polish-cleaning-women-case_en 
                                                            
121
 Hollandiyalı milli məruzəçinin insan alverinə dair beşinci hesabatı, səh.152-153. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
64
 
3.4 Uşaq alverinin müəyyənləşdirilməsi 
Uşaq  qurbanlar  müəyyənləşdirilərkən,  uşaq  qurbanların  xüsusi  ehtiyaclarına  cavab  vermək,  şərait 
təhlükəsiz olduqda onları öz vətənlərinə qaytarmaq və “prosesin ləyaqətli tərzdə getməsini və qayğı 
ilə və uşağın ən ümdə maraqlarına uyğun idarə olunmasını təmin  etmək” məqsədilə səylərin sosial 
işçi və ya uşaq müdafiə orqanları ilə əlaqələndirilməsi zəruri ola bilər.
 122
  
 
3.4.1 Uşaq alverinin indikatorları 
 
İnsan alverinin uşaq qurbanlarının indikatorları 
•  Valideynləri və ya himayəçiləri ilə əlaqənin olmaması; 
•  Qorxudulmuş görkəm və ya öz yaşında olan uşaqlar üçün səciyyəvi olan davranışa uyğun 
gəlməyən tərzdə davranma;  
•  İşdən kənarda həmyaşıd dostların olmaması; 
•  Təhsilə çıxış imkanının olmaması; 
•  Oynamaq üçün vaxtın olmaması; 
•  Digər uşaqlardan ayrı və standarta uyğun olmayan yerlərdə yaşama;  
•  “Ailənin” digər üzvlərindən ayrı yemək yemə; 
•  Yemək üçün yalnız qida tullantılarının verilməsi; 
•  Uşaqlar üçün uyğun olmayan işə cəlb edilmə
•  Yaşlıların müşayiəti olmadan harasa getmə; 
•  Qohum olmayan şəxslərlə qrup şəklində harasa getmə; 
•  Adətən fiziki əmək və ya cinsi xidmətlər göstərmək üçün geyinilən və uşağın ölçüsünə 
uyğunlaşdırılmış geyimin olması;  
•  Fahişəxanalar və fabriklər kimi qeyri-uyğun yerlərdə oyuncaqların, çarpayıların və uşaq 
geyimlərinin olması; 
•  Yaşlı insan tərəfindən müşayiətsiz uşağın “tapıldığının” iddia edilməsi;  
•  Taksi çağırmaq üçün telefon nömrələrini gəzdirən müşayiətsiz uşaqların aşkar olunması; 
•  Qanunsuz övladlığa götürülmə hallarının aşkar edilməsi. 
UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı 
ilə bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh.37 
 
3.5 Qurbanlara yardım 
Qurbanlara  yardım,  AŞ  Konvensiyasının  4-cü  maddəsindəki  qurban  anlayışına  uyğun  olaraq,  insan 
alveri  nəticəsində  istismarın  bütün  formalarının  potensial  qurbanları  üçün  təmin  edilməlidir.  İnsan 
alverinin  potensial  qurbanları  ilə  inam  yaradan  münasibətlər  qurularkən  qurbana  önəm  verilən 
yanaşma  tətbiq  edilərək,  onlar  müvafiq  xidmətlərə  yönəldilməli  və  onlara  öz  hüquqları  barədə 
məlumat  verilməlidir.  Hər  bir  potensial  qurbana  onun  işi,  hüquqları  və  mümkün  növbəti  addımlar 
barədə tam məlumat verilməlidir.
 123
 
                                                            
122
 UNODC  2014  Mərkəzi  Asiyanın  hüquq-mühafizə  heyətləri  üçün  insan  alveri  və  miqrant  qaçaqmalçılığı  ilə 
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 16 
123
 UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı ilə 
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 16 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə