Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə32/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
65
 
BMT-nin  İnsan  Alverinə  dair  Protokolun  2(b)-ci  maddəsində  deyilir  ki,  protokolun  məqsədlərindən 
biri: 
 “(b)  İnsan  alveri  qurbanlarının  insan  hüquqlarına  tam  hörmətlə  yanaşmaqla  onları  müdafiə 
etmək və onlara yardım göstərməkdən ibarətdir”. 
 
Bu  müddəa,  BMT-nin  İnsan  Alverinə  dair  Protokolunda  “İnsan  alverinin  qurbanlarına  yardım  və 
onların müdafiəsi” üzrə öhdəlikləri müəyyənləşdirən 6-cı maddə ilə də dəstəklənir. 
Qurbanlara  yardımın  vacibliyi  AŞ  Konvensiyası  və  Aİ-nin  2011/36/EU  nömrəli  Direktivində  də  qeyd 
olunur. Bu beynəlxalq hüquqi sənədlərin hər ikisində, qurbanların insan hüquqlarını qorumaq üçün 
məcburi müddəaları təmin etməklə insan alverinə qarşı mübarizə aparmaq öhdəliyi təsbit edilir. Bu 
məcburi müddəalar həm transmilli, həm də daxildə, dövlətin sərhədləri hüdudlarında insan alverinə 
məruz qalmış qurbanlara tətbiq edilir. 
AŞ Konvensiyasının 1(b) maddəsində Konvensiyanın əsas məqsədlərindən biri qeyd olunur: 
“insan alveri qurbanlarının hüquqlarının qorunması, qurbanların və şahidlərin müdafiə edilməsi 
üzrə  hərtərəfli çərçivənin  işlənib  hazırlanması, gender bərabərliyini təmin etməklə qurbanlara 
və şahidlərə kömək göstərilməsi, habelə səmərəli istintaqın və mühakimənin təmin edilməsi”. 
 
Direktivin  11-ci  maddəsində  “İnsan  alveri  qurbanlarına  yardım  və  dəstəyin”  anlayışı  verilir  və  12-ci 
maddə  “Cinayət  araşdırmasında  və  proseslərində  insan  alveri  qurbanlarının  müdafiəsinin”  anlayışı 
verilir. 
 
3.6 Qurbanların müdafiəsi 
Qurbanların  onların  insan  hüquqlarına  hörmətlə  yanaşılması  hüququ  vardır  və  onlar,  öz 
müqəddəratını təyin etmə hüququ ilə, müdafiə, təhlükəsizlik və fərdi qayğı ilə təmin edilməlidirlər. 
Onlara tam məlumat verilməli, qurban tam və məlumatlı şəkildə razılığı alınmalı və onlara qarşı ayrı-
seçkiliyə  yol  verilməməlidir.  Onların  konfidensiallıq  hüququna  riayət  edilməlidir.  Qurbanların 
müdafiəsi  həmişə  prioritet  məsələdir  və  cinayət  araşdırmasına  başlamazdan  əvvəl  hüquq-mühafizə 
işçiləri  qurbanların  müdafiəsiz  vəziyyətlərdən  çıxarılmasını  və  onların  təhlükəsizliklərinin  təmin 
olunması üçün nəzarət altına alınmalarını təmin etməlidirlər.
 124
 
Qurbanlar  onların  sosial,  tibbi,  fiziki,  psixoloji  və  hüquqi  ehtiyaclarının  təmin  edilməsi  və  onların 
bərpasına yardımın göstərilməsi və bunun sürətləndirilməsi üçün müdafiəyə ehtiyac duyurlar. Bütün 
mərhələlərdə onlara müəyyən imkanlar yaradılmalıdır. İlk olaraq, qurbanların gigiyena ehtiyaclarına, 
o  cümlədən  onların  geyim,  qida  və  sanitar  ehtiyaclarına  diqqət  yetirilməlidir.  Tələb  olunduqda, 
onlara psixoloji və fiziki dəstək göstərilməli və vəziyyət barədə və onlarla bağlı nələrin olacağına dair 
onlara davamlı şəkildə məlumat verilməlidir.  
Qurbanın  ehtiyaclarının təmin olunmasını təmin etmək məqsədilə  ehtiyacların  müəyyənləşdirilməsi 
aparılmalıdır.  Burada  əsas  ehtiyacların  müəyyənləşdirilməsindən  başlayaraq,  sonra  yardım  və 
xidmətlər  üçün  ehtiyacların  müəyyənləşdirilməsi  və  yekunda  qurbanların  hüquqlarının  həyata 
keçirilməsi ilə bağlı ehtiyacların müəyyənləşdirilməsi gəlməklə, üç səviyyəli qiymətləndirmə olur.
 125
 
                                                            
124
 UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı ilə 
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 71 
125
Eyni mənbə. səh.71. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
66
 
İnsan  alverinin  qurbanı  müəyyənləşdirildikdən  sonra  və  onun  cinayət  araşdırmasına  və  /  və  ya 
prosesə kömək edib-etməməsindən asılı olmayaraq mümkün qədər qısa müddətdə onun müdafiəsi 
təmin edilməlidir. Lakin cinayət araşdırmasına və / və ya proseslərə kömək edən qurbanlar cinayət 
proseslərindən əvvəl onların gedişatından və onlardan sonra əlavə müdafiə ilə təmin olunmalıdırlar.  
BMT-nin  İnsan  Alverinə  dair  Protokolun  2-ci  və  6-cı  maddələri  ayrı-ayrılıqda  güclü  müdafiə  aləti 
deyildir.  Lakin  onlar  seçilən  maddələr  deyildir  və  digər  beynəlxalq  hüquqi  sənədlərlə  birgə 
oxunmalıdır.  Avropa  Şurasının  İnsan  hüquqları  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında 
Konvensiyasına  (1950-ci  il)  əsasən,  dövlətlər,  beynəlxalq  hüquqa  uyğun  olaraq,  insan  alverinin 
qurbanlarını müdafiə etmək və onlara yardım göstərmək öhdəliyini daşıyır. 
AŞ  Konvensiyası  və  Aİ-nin  2011/36/EU  nömrəli  Direktivi  dövlətlərin  qurbanları  müdafiə  etmək 
öhdəliyini  artırmışdır.  Aİ  Strategiyasının  (2012  –  2016-cı  illər)  əsas  prioritetlərindən  biri  “Uşaqlara 
xüsusi  diqqət  yetirilməklə,  qurbanların  müəyyənləşdirilməsinin,  müdafiəsinin  və  onlara  yardımın 
gücləndirilməsi”dir. 
 
3.7 Uşaqların müdafiəsi və onlara yardım 
BMT-nin İnsan Alverinə dair Protokolunun “İnsan alverinin qurbanlarına yardım və onların müdafiəsi” 
başlıqlı 6-cı maddəsində deyilir:  
“4.  Hər  bir  iştirakçı-dövlət,  bu  maddənin  müddəalarını  tətbiq  edərkən,  insan  alveri 
qurbanlarının  yaş,  gender  və  xüsusi  ehtiyaclarını,  xüsusilə  də  uşaqların  xüsusi  ehtiyaclarını,  o 
cümlədən müvafiq sığınacaq, qayğı və təhsillə bağlı ehtiyaclarını nəzərə almalıdır”. 
Onlara qarşı törədilən cinayətin xüsusiyyətlərinə görə, insan alverinin uşaq qurbanlarının çox spesifik 
ehtiyacları  olur.  Məsələn,  onların  ailələrindən  və  dəstək  şəbəkələrindən  kənarda  qalma  faktı 
əziyyətlər xeyli artırır və bu o deməkdir ki, onlar yəqin ki, özlərini xüsusilə təcrid olunmuş hiss edirlər. 
Dəstək  xidmətlərinə  psixoloji  və  sosial  məsləhətlərin  verilməsi,  himayəçinin  (qəyyumun)  təyin 
olunması, hüquqi yardım (ehtiyac duyulduqda), sığınacaq / qalmaq üçün yerlə təmin olunma, həyat 
vərdişləri üzrə təlim, yenidən hazırlıq və təhsil və uşağın ən vacib maraqlarına uyğun olduqda bərpa 
və cəmiyyətə yenidən inteqrasiya daxil edilməlidir.  
“İnsan  alverinə  məruz  qalma”  statusu  qanunvericilikdə  aydın  olduqdan  sonra,  çox  güman  ki, 
uşaqların  hüquqları  müdafiə  olunacaq  və  müvafiq  dəstək  xidmətlərinin  təmin  edilməsi  siyasi 
gündəliyə  daxil  ediləcəkdir.  Qurbanların  müəyyənləşdirilməsi  və  onların  müvafiq  xidmətlərə 
yönləndirilməsi,  ilk  növbədə,  immiqrasiya  əməkdaşları,  əmək  müfəttişləri  və  polis  kimi  hökumət 
xidmətlərinin vəzifəsidir.
 126
 
2011/36/EU nömrəli Direktivin “Cinayət araşdırmasında və proseslərində insan alveri qurbanlarının 
müdafiəsi” başlıqlı 12-ci maddəsində deyilir: 
“3.  Üzv  dövlətlə,  insan  alveri  qurbanlarının,  başqa  vasitələrlə  yanaşı,  zərurət  olduqda  şahid 
müdafiə  proqramlarına  çıxış  imkanına  malik  olmaqla  və  milli  qanunvericilikdə  və  ya 
prosedurlarda  müəyyən  edilmiş  əsaslara  uyğun  olaraq,  fərdi  risk  qiymətləndirməsi  əsasında, 
müvafiq müdafiəsini təmin etməlidirlər”. 
                                                            
126
 BƏT 2010 Uşaq alveri – Əsaslar, səh.4. 
https://www.ilo.org/ipecinfo/product/download.do?type=document... 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə