Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə28/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
57
 
müdafiənin  göstərilməməsinə  və  onların  pozulmasına  səbəb  ola  bilər.  Bu  da,  öz  növbəsində, 
cinayətin effektiv təqibinə mane ola bilər.
112
 
Bir  çox  təyinat  ölkələrində  insan  alverinin  qurbanları  yanlış  olaraq  tənzimlənməyən  miqrantlarla 
qarışdırıla  və  lazımi  şəkildə  müəyyənləşdirilmədən  yekunda  ölkədən  çıxarıla  və  ya  saxlama 
müəssisələrinə yerləşdirilə bilər. Yardım istəyən digər kateqoriya şəxslərin ehtiyac duyduqları yardım 
və  müdafiənin  xüsusiyyətləri  çox  güman  ki,  insan  alveri  qurbanlarının  ehtiyac  duyduğu  yardım  və 
müdafiədən fərqlənir. İnsan alveri qurbanlarının çox güman ki, qaçaqmalçılıq və ya tənzimlənməyən 
miqrantlarla bağlı digər hallarda normal şəkildə mövcud olmayan təxirəsalınmaz və kəskin fiziki, cinsi 
və psixoloji sağlamlıqla bağlı  ehtiyacları olur.  Onlar  ağır  cinayətlərin  qurbanlarıdır və onlara yardım 
edən  qurumun  heyət  üzvlərinin  özlərinin  ayrıca  risklərə  məruz  qala  biləcəkləri  səbəbindən  xüsusi 
təhlükəsizlik tədbirləri və prosedurları zəruridir. 
Müəyyənləşdirmə  prosesinin  məqsədi,  beynəlxalq  hüquqi  sənədlərdə  təsbit  edilmiş  insan  alveri 
anlayışlarına  uyğun  olaraq,  şəxsin  potensial  olaraq  insan  alverinin  qurbanı  olub-olmamasını 
müəyyənləşdirməkdən  ibarətdir.
 113
   Qurbanların  istismar  vəziyyətindən  çıxarılması,  təxirəsalınmaz 
fiziki  və  psixoloji  ehtiyaclarının  təmin  edilməsi  və  müvafiq  müdafiə  tədbirlərinin  həyata  keçirilməsi 
üçün onların müəyyənləşdirilməsi vacibdir. 
Birləşmiş  Millətlər  Təşkilatının  Cinayətin  və  Səlahiyyətdən  Sui-İstifadənin  Qurbanları  üçün  Əsas 
Ədalət  Prinsipləri  haqqında  Bəyannamənin  (1985-ci  il)  16-cı  bəndində  deyilir  ki,  insan  alveri 
qurbanları  ilə  əlaqədə  ola  biləcək  şəxslər  onların  müəyyənləşdirilməsinə  və  onların  ehtiyaclarına 
həssas şəkildə yanaşılmasına yardım etmək üçün müvafiq təlim keçməlidirlər. 
AŞ Konvensiyasının “İnsan alveri qurbanlarının müəyyən edilməsi” başlıqlı 10-cu maddəsində deyilir:  
“1.  Hər  bir  Tərəf  insan  alverinin  qarşısının  alınması  və  onunla  mübarizə,  uşaqlar  da  daxil 
olmaqla, insan alveri qurbanlarının müəyyən edilməsi və onlara yardım göstərilməsi sahəsində 
müvafiq  təlim  keçmiş  və  ixtisaslaşmış  şəxslərin  öz  səlahiyyətli  orqanlarına  təyin  edilməsini 
təmin  etməli  və  qadın  və  uşaq  alveri  qurbanlarının  onların  xüsusi  vəziyyətini  nəzərə  alan 
prosedurla  müəyyən  edilməsi  və  lazım  gəldikdə,  onlara  bu  Konvensiyanın  14-cü  maddəsinin 
müddəalarına əsasən ölkə ərazisində yaşayış icazəsi verilməsi üçün aidiyyəti orqanların bir-biri 
ilə və həmçinin əlaqədar yardımçı təşkilatlarla əməkdaşlıq etməsini təmin etməlidir. 
2.  Hər  bir  Tərəf,  lazım  gəldikdə,  digər  Tərəflər  və  əlaqədar  yardımçı  təşkilatlarla  birgə 
əməkdaşlıq  etməklə  insan  alveri  qurbanlarının  müəyyən  olunması  üçün  vacib  olan 
qanunvericilik  və  digər  növ  tədbirləri  görməlidir.  Əgər  aidiyyəti  səlahiyyətli  orqanlarda  hər 
hansı bir şəxsin insan alveri qurbanı olmasına əmin olmaq üçün əsaslar olarsa, o zaman hər bir 
Tərəf  həmin  şəxsin  bu  Konvensiyanın  18-ci  maddəsinə  müvafiq  olaraq  həyata  keçirilən  insan 
alveri  qurbanının  müəyyənləşdirilməsi  prosesi  aidiyyəti  orqanlar  tərəfindən  başa 
çatdırılmayana qədər öz ərazisindən çıxarılmamasını, habelə həmin şəxsə 12-ci maddənin 1-ci 
və 2-ci bəndlərində göstərilən qaydada yardım göstərilməsini təmin etməlidir”. 
 
 
                                                            
112
 ATƏT  2011-ci  il.  İnsan  alveri:  potensial  və  təxmin  edilən  qurbanların  müəyyənləşdirilməsi.  İcma  siyasət 
yanaşması. səh.26. 
113
 BMqT 2006, İnsan alveri əleyhinə təlim modulları, Qurbanların müəyyənləşdirilməsi və müsahibə üsulları, 
səh.15. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
58
 
3.2.1 Müəyyənləşdirmə prosesi 
İnsan alveri qurbanının müəyyənləşdirilməsi vaxt aparan bir prosesdir.  İstismar vəziyyətindən çıxmış 
ola  bilən  şəxsin  insan  alveri  qurbanı  olduğu  güman  edildikdə,  geyim,  sağlamlıq  və  ya  digər 
məsələlərlə  bağlı  mümkün    ola  bilən  hər  hansı  gigiyena  ehtiyaclarını  yəqin  etmək  və  təmin  etmək 
üçün ilkin araşdırmalar aparılmalıdır. Sonra bu sahədə ixtisaslaşmayan hüquq-mühafizə orqanlarının 
əməkdaşları  şəxsin  ilkin  müəyyənləşdirilməsini  aparmalıdırlar.  Onlar,  müsahibə  aparmadan,  şəxsin 
insan  alverinin  potensial  qurbanı  olub-olmadığını  müəyyənləşdirmək  üçün  müxtəlif  indikatorlardan 
istifadə edərək qiymətləndirmə apara bilərlər.  
Bundan  sonra  insan  alverinin  potensial  qurbanları  razılıq  verdikdə  və  onların  “bərpa  və  düşünmə” 
hüquqlarına uyğun olaraq, onlar insan alveri cinayətinin törədilib-törədilmədiyini müəyyənləşdirmək 
üçün  xüsusi  hüquq-mühafizə  orqanlarına  istiqamətləndirilməlidirlər.  Potensial  qurban  müsahibə 
vermək  istəməyə  yaxud  bunu  etmək  iqtidarında  olmaya  bilər  (məsələn,  travma  səbəbindən).
 114
 
Əlavə  olaraq,  faktiki  insan  alverinin  qurbanı  olduqlarına  və  qaçaqmalçılıq  yolu  ilə  başqa  ölkəyə 
aparılmadıqlarına  və  ya  digər  tənzimlənməyən  miqrant  olmadıqlarına  yaxud  yardıma  və  ya 
müdafiəyə ehtiyac duya bilən istismar və ya müdafiəsiz vəziyyətdə olan digər fərdlər olmadıqlarına 
əminlik üçün insan alverinin potensial qurbanlarının yoxlanılması vacibdir.
 115
 Bu prosesdə potensial 
qurbana  insan  alveri  ilə  bağlı  xüsusi  suallar  verməzdən  əvvəl  hər  bir  işlə  bağlı  hallar  nəzərdən 
keçirilməlidir.
 116
 
İlkin müəyyənləşdirmə. 
1.  İlkin  istiqamətləndirmə:  potensial  qurban  ilkin  istiqamətləndirməyə  görə  cavabdeh  olan  quruma 
yönəldilir  və  ya  özü  müraciət  edir:  cavabdeh  qurum  dövlətlərin  qanunvericiliyindən  və 
siyasətlərindən asılı olaraq fərqlənəcəkdir. 
2. Əsas ehtiyaclar və informasiyaya çıxış imkanı: potensial qurbanların mühüm informasiya ilə təmin 
edilməsi və bildirilən narahatedici məqamlara və / və ya fövqəladə ehtiyaclara cavab olaraq onların 
təxirəsalınmaz ehtiyacları barədə sorğu aparma.  
3. Erkən risk qiymətləndirməsi: mümkün riskləri nəzərdən keçirmə və potensial qurbanın 
təxirəsalınmaz şəkildə təhlükəsizliyini təminetmə. 
4.  Dil və tərcümə: potensial qurbanların başa düşdükləri dildə ünsiyyəti təmin etmə. 
5. Bərpa və düşünmə müddəti:  potensial qurbanların növbəti addımlar barədə düzgün qərar verə 
bilmələrini təmin etmək üçün onlara vaxt və imkan yaratma. 
ATƏT 2011-ci il. İnsan alveri: potensial və təxmin edilən qurbanların müəyyənləşdirilməsi. İcma 
siyasət yanaşması. səh.47. 
 
                                                            
114
 BMqT  2006,  İnsan  alveri  əleyhinə  təlim  modulları,  Qurbanların  müəyyənləşdirilməsi  və  müsahibə  üsulları
səh.16. 
115
 UNODC  2014  Mərkəzi  Asiyanın  hüquq-mühafizə  heyətləri  üçün  insan  alveri  və  miqrant  qaçaqmalçılığı  ilə 
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 35 
116
 BMqT  2006,  İnsan  alveri  əleyhinə  təlim  modulları,  Qurbanların  müəyyənləşdirilməsi  və  müsahibə  üsulları
səh.17. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə