Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə36/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
73
 
çıxarır.
 134
 QHT-lərin  insan  alverinin  potensial  qurbanlarına  təklif  edə  biləcəyi  xidmətlərə  yaşamaq 
üçün yer, tibbi  xidmətlər,  məsləhətlərin verilməsi,  təhlükəsizlik, immiqrasiya  ilə bağlı məsləhətlərin 
və hüquqi məsləhətlərin verilməsini təmin etmə aiddir.  
      La Strada International 
135
 
Beynəlxalq La Strada Birliyi, insan hüquqlarına hörmətlə yanaşılmasını təşviq etməklə dünyada insan 
alveri  hallarının  olmaması  üçün  fəaliyyət  göstərən  aparıcı  Avropa  QHT  şəbəkəsidir.  Şəbəkə  ilkin 
səviyyədən başlayaraq fəaliyyət göstərən və təşviqat, qarşısını alma və insan alverinə məruz qalmış 
şəxslərə,  və  risk  altında  olan  qruplara  öz  hüquqlarını  həyata  keçirməyə  imkan  yaratmaq  məqsədilə 
sosial  dəstək  üçün  tədbirlər  həyata  keçirən  səkkiz  müstəqil  üzv  təşkilatlardan  ibarətdir 
(Azərbaycanda üzv təşkilat yoxdur). 
 
http://lastradainternational.org 
  
 
     3.12 Konfidensiallıq 
İnsan  alverinin  qurbanları  ilə  bütün  ünsiyyət  məxfi  saxlanılmalı  və  hər  hansı  məxfi  məlumatlarla 
təhlükəsiz  şəkildə  davranılmalıdır.  İnsan  alverinin  qurbanlarına  münasibətdə  öhdəliklər  daşıyan 
qurumlar,  bu şəxslərin onlar barəsində  məlumatların toplanılmasının  məqsədi  və onlardan istifadə, 
habelə  onların  özlərinin  bu  məlumatlara  çıxış  hüququ  ilə  bağlı  tam  məlumatlı  olmalarını  təmin 
etməlidirlər.  Onlar  həmçinin  qurbanın  onun  barəsində  şəxsi  məlumatların  xüsusi  məqsədlər  və 
istifadə  üçün  açıqlanmasına  icazə  verən  yazılı  və  tam  məlumatlı  razılığı  olmadıqda,  şəxsi 
məlumatların açıqlanmamasını təmin etməlidirlər.
 136
 
İnsan alveri qurbanları ilə telefon, poçt xidməti və şəxsən aparılan bütün ünsiyyət təhlükəsiz və məxfi 
olmalı  və  qurbanla  bağlı  məlumatlar,  o  cümlədən  onların  adı  və  yeri  açıqlanmamalıdır.  Qurbanın 
toxunulmazlığı  və  konfidensiallıqla  bağlı  bütün  tələblərə  riayət  olunmasını  təmin  etmək  üçün 
sistemlər mövcud olmalıdır. 
Suzanne M. Leone, Zorlanan qurbanların şəxsiyyətlərinin qorunması: şəxsi həyatın toxunulmazlı və 
ilkin düzəliş arasında tarazlıq, 27 New Eng. L. Rev. 883, 909-10 (1993) 
 
Qurbanın  özü  barəsində  informasiyaya  nəzarət  etmək  hüququ  “hər  bir  insanın  dünyaya  təqdim 
etdiyi özünü formalaşdırmaq hüququnun əsas hissəsini təşkil edir. Kiminsə iradəsi əleyhinə onun 
şəxsiyyəti  barədə  özəl  faktların  ictimaiyyətə  açıqlanması,  həmin  faktları  yalnız  qohumları  və  ya 
dostları  ilə  ən  qərəzsiz  şəkildə  bölüşmək  səylərinə  zidd  olaraq,  ən  ciddi  pozuntudur  (Laurens  H.-
dən sitat, Amerika Konstitusiya Qanunu §12-14, at 650 (1st ed. 1978)); Birlik Platt Platta qarşı, 404 
A.2d  410,  429(Ali  Məhkəmə  1979).  “Şəxsi  həyatın  toxunulmazlığı  şəxsin  öz  münasibətlərini, 
inamlarını,    davranışını  və  rəylərini  bölüşəcəyi  və  digərlərindən  bunları  qəbul  edəcəyi  vaxtı  və 
şəraiti,  ən vacibi bunu hansı həcmdə edəcəyini müəyyənləşdirmək və seçmək azadlığından daha 
                                                            
134
 Hoff,  S.  Azərbaycanda  insan  alveri  ilə  mübarizə  və  onun  qarşısının  alınmasına  dair  layihə.  İnsan  alveri  ilə 
mübarizədə və insan alverinin (təxmin edilən) qurbanlarına dəstəyin göstərilməsində QHT-lərin rolu. 2011-ci il. 
BMqT İnsan alveri qurbanlarına birbaşa yardım üzrə əyani vəsait, 2007-ci il, səh.8 
135
 BMqT İnsan alveri qurbanlarına birbaşa yardım üzrə əyani vəsait, 2007-ci il, səh.8 
 
 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
74
 
çox ,lakin daha az bir şey deyildir”.  
 
https://law.lclark.edu/live/files/15549-protecting-victims-privacy-rights---the-use-of 
 
 
 3.12.1 Uşaqlarla bağlı konfidensiallıq 
BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının “Şəxsi həyatın  toxunulmazılığı hüququ” ilə bağlı 
16-cı maddəsində deyilir: 
“Hər bir uşağın şəxsi həyatının toxunulmazlığı hüququ vardır. Qanun uşağın şəxsi həyatını, ailə 
həyatını və mənzil toxunulmazlığını qorumalıdır”   
AŞ Konvensiyasının “Şəxsi həyatın mühafizəsi” başlıqlı 11-ci maddəsində deyilir:  
“2.  Hər  bir  Tərəf  ailə  üzvlərinin  axtarılması  və  ya  uşağın  rifahının  və  təhlükəsizliyinin  təmin 
olunması  üçün  lazım  olan  hallar  istisna  olmaqla,  uşaq  alveri  qurbanının  şəxsiyyətinin  və  ya 
onun  şəxsiyyətini  müəyyənləşdirməyə  imkan  verən  məlumatların  kütləvi  informasiya  və  digər 
vasitələrlə  aşkarlanmasına  və  yayılmasına  yol  verilməməsini  təmin  etmək  üçün  tədbirlər 
görməlidir”. 
Dövlətlər,  uşaq  qurbanların  təhlükəsizliyini  və  onların  ailələrinin  təhlükəsizliyini  təmin  etmək 
məqsədilə, onların şəxsi həyatını və şəxsiyyətini qorumaq üçün bütün zəruri tədbirləri görməlidirlər.
 
137
 
 
 3.12.2 Məlumatların mühafizəsi 
AŞ Konvensiyasının “Şəxsi həyatın mühafizəsi” başlıqlı 11-ci maddəsində deyilir:  
“Hər  bir  Tərəf  insan  alveri  qurbanının  şəxsiyyətini  və  şəxsi  həyatını  mühafizə  etməlidir.  Onlar 
barəsində olan şəxsi məlumatlar Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə 
əlaqədar şəxslərin qorunması haqqında Konvensiyanın (AMS № 108) şərtlərinə uyğun qaydada 
saxlanılmalı və istifadə edilməlidir”. 
İnsan  alverinin  qurbanları  ilə  işləyən  bütün  qurumlar  və  təşkilatlar  qurbanların  şəxsi  həyatlarını  və 
şəxsiyyətlərini  qorumalıdırlar.  Qurbanın  şəxsi  məlumatları  müvafiq  beynəlxalq  hüquqi  sənədlərdə 
təsbit  edilmiş  şərtlərə  uyğun  olaraq  saxlanılmalı  və  istifadə  edilməlidir.  Polisin  məlumatlarında, 
xüsusən də digər iştirakçılara yayımlandığı təqdirdə, konfidensiallıq nəzərə alınmalıdır.
 138
 
 
                                                            
137
 UNICEF 2006 İnsan alverinin uşaq qurbanlarının müdafiəsi üzrə tövsiyələr, səh.11 
138
 ATƏT 2011-ci il. İnsan alveri: potensial və təxmin edilən qurbanların müəyyənləşdirilməsi. İcma siyasət 
yanaşması. səh.26. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə