Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə44/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
90
 
3. Bu maddənin 2-ci bəndində  göstərilən sazişlər və  ya razılaşmalar mövcud olmadığı təqdir-
də, bu cür xüsusi istintaq üsullarının beynəlxalq səviyyədə  istifadə  edilməsi haqqında qərarlar 
hər bir xüsusi halda qəbul edilir və  lazım gəldikdə maraqlı  İştirakçı dövlətlər tərəfindən yuris-
diksiyanın  həyata  keçirilməsinə   dair  maliyyə   razılaşmaları  və   qarşılıqlı  anlaşmalar  nəzər-
də tuta bilər. 
4.  Nəzarət  qaydasında  mal  alınmasından  beynəlxalq  səviyyədə istifadə haqqında  qərarlarda 
maraqlı İştirakçı  dövlətlərin  icazəsi  ilə yüklərin  tutulması  və onların  toxunulmamış vəziyyət-
də saxlanılması  və  ya  yüklərin  tam  və ya  qismən  dəyişdirilməsi  və ya  götürülməsi  kimi  üsullar 
nəzərdə tutula bilər. 
Xüsusi araşdırma üsulları qabaqlayıcı araşdırmaların mühüm komponentidir və onlardan qurbanları, 
cinayəti törədənləri və cinayətin törədilmə üsulunu və istismarın yerini müəyyənləşdirərkən istifadə 
edilə  bilən  keyfiyyətli  dəlillərin  əldə  olunması  üçün  istifadə  edilir.  Xüsusi  araşdırma  üsulları  hər  bir 
dövlətin qanunvericiliyinə, tənzimləyici qaydalarına və prosedurlarına ciddi şəkildə riayət olunmaqla 
tətbiq edilməlidir. Onlar müdaxilə xarakterlidir və yalnız zərurət və uyğun olduqda həyata keçirilmə-
lidir. Onlar yalnız təlim keçmiş hüquq-mühafizə əməkdaşları tərəfindən həyata keçirilməlidir. Onlar-
dan, araşdırmanın məqsədindən asılı olaraq, ayrı-ayrılıqda və ya birgə şəkildə istifadə edilə bilər.
160
 
AŞ  Konvensiyasının  27(1)-ci  maddəsində  və  Aİ-nin  Çərçivə  Sənədinin  9(1)-ci  maddəsində  deyilir  ki, 
araşdırmalar və təqiblər qurbanın verdiyi məlumatdan və ya irəli sürülən ittihamdan asılı olmamalıdır 
və cinayət prosesi, hətta qurban öz ifadəsini geri götürdüyü halda da davam etməlidir. Bu, qurbanın 
verdiyi ifadəyə arxalanmayan araşdırma üsullarından istifadə və onların inkişaf etdirilməsi vəzifəsini 
qoyur.    Xüsusi  araşdırma  üsulları  qurban  işin  davam  etdirilməsi  üçün  ifadə  vermək  istəyində  və  ya 
iqtidarında olmadığı halda, təsdiqləndikdə istifadə edilə bilən dəlilləri təmin edə bilər. Eyni zamanda, 
yeni araşdırma üsullarının inkişaf etdirilməsi və mövcud üsullardan dəlilləri toplamaq üçün birgə və 
ya daha innovativ şəkildə istifadə edilməsi tələb olunur.  
 
5.3 Qabaqcıl təhqiqat təcrübələri 
5.3.1 Maliyyə təhqiqatları 
UNODC-nin  məlumatlarına  əsasən,  insan  alverindən  gələn  illik  gəlirlər  32  milyard  ABŞ  dolları  təşkil 
edir və bütün insan alverçilərinin əsas amalı qurbanların istimarı nəticəsində öz cinayətkar işlərindən 
çox  gəlir  əldə  etməkdən  ibarətdir.  Buna  görə  də,  cinayət  və  mülki  prosedurlar  vasitəsilə  insan 
alverçilərinin qanunsuz əldə etdikləri vəsaitləri müsadirə etmək üçün effektiv maliyyə araşdırmaları 
olmalıdır. Maliyyə təhqiqatları zamanı əldə edilən dəlillər cinayət prosesində toplanan dəlilləri təsdiq 
edə bilər. İnsan alveri hallarında maliyyə araşdırması, qanunvericiliklə icazə verildiyi təqdirdə, cinayət 
təhqiqatının başlanması ilə eyni vaxtda başlamalıdır.  
Maliyyə təhqiqatında insan alverinə dəstək göstərən vəsaitlər və ondan əldə olunan gəlirlər izlənilir 
və bu təhqiqat həmin vəsaitlərin cinayətdən gələn gəlirlər kimi götürülməsinə, müsadirə edilməsinə, 
alınmasına,  saxlanılmasına  və  ya  dondurulmasına  imkan  yaradır.  Bu  təhqiqatlar  insan  alverçiləri 
tərəfindən əldə edilmiş maliyyə gəlirləri hədəf seçə və bir sıra həll yolları vasitəsilə həmin gəlirlərin 
müsadirəsi üçün effektiv bərpa vasitələrini təmin edə bilər. 
                                                            
160
 Bax, 8-ci Əlavə. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
91
 
Maliyyə  təhqiqatlarında  da  pul  vəsaitinin  qurbanların  istismarı  yolu  ilə  qanunsuz  şəkildə  əldə 
edildiyini subuta yetirmək üçün cinayət təhqiqatlarında istifadə edilən eyni təhqiqat üsullarından və 
mütəxəssislərin  tətbiq  etdiyi  üsullardan  istifadə  olunur.  Cinayəti  törədənlərin  malik  olduqları 
vəsaitlərin  cinayətkar  fəaliyyət  nəticəsində  əldə  edildiyi  müəyyənləşdirildikdən  sonra  müvafiq 
maliyyə bərpa vasitələri üçün müraciət edilə bilər.
 161
  
BMT-nin  Transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı  Konvensiyasının  (UNTOC)  6-cı  maddəsində 
“Cinayət  yolu  ilə  əldə  edilən  gəlirlərin  leqallaşdırılmasının  cinayət  əməli  kimi  təsbit  edilməsi”  və 
UNTOC-un  8-ci  maddəsində  “Qanunsuz  vəsaitlərin  leqallaşdırılmasına  qarşı  mübarizə  tədbirləri” 
nəzərdə tutulur. 
 
5.3.2 Birgə istintaq qrupları 
Birgə istintaq qrupu (BİQ), müvafiq dövlətlərdən birində və ya bir neçəsində cinayət təhqiqatlarının 
aparılması üçün həmin dövlətlər arasında yazılı saziş yolu ilə müəyyən müddət və ya xüsusi məqsəd 
üçün  təsis  edilərərk  hakimlərdən,  prokurorlardan  və  hüquq-mühafizə  əməkdaşlarından  ibarət  bir 
qrupdur.  Üzv-dövlətlər  arasında  BİQ-lərin  yaradılmasının  mümkünlüyü  2000-ci  il  Qarşılıqlı  hüquqi 
yardım  haqqında  Konvensiyanın  13-cü  maddəsində  Aİ-nin  BİQ-lər  üzrə  Çərçivə  Qərarında  nəzərdə 
tutulur.
 162
 
UNTOC-un “Birgə istintaqlar” başlıqlı 19-cu maddəsində deyilir:  
“İştirakçı  dövlətlər  bir  və ya  bir  neçə dövlətdə istintaqın,  cinayət  təqibinin  və ya 
məhkəmə baxışının 
predmeti 
olan 
işlərlə əlaqədar 
maraqlı 
səlahiyyətli 
orqanlara 
birgə istintaqların  aparılması  üzrə orqanların yaradılmasına səlahiyyət vermək  üçün əsas olan 
ikitərəfli  və ya  çoxtərəfli  sazişlər  və ya  razılaşmaların  bağlanılması  mümkünlüyünü 
müzakirə edirlər. Bu cür sazişlərin və ya razılaşmaların olmadığı təqdirdə, birgə istintaqlar hər 
bir  xüsusi  halda  razılaşma əsasında  həyata  keçirilir.  Müvafiq  İştirakçı  dövlətlər  ərazisində bu 
cür istintaqın aparılacağı İştirakçı dövlətin suverenliyinə tam hörmət bəsləyir”. 
Avropa İttifaqına üzv-dövlətlər arasında 29 may 2000-ci il tarixli Cinayət işləri üzrə qarşılıqlı hüquqi 
yardım haqqında Konvensiyanın “Birgə istintaq qrupları” başlıqlı 13-cü maddəsində nəzərdə tutulur:  
“1. Qarşılıqlı razılaşma yolu ilə, iki və ya daha çox üzv-dövlətin səlahiyyətli orqanları, onu təsis 
edən  bir  və  ya  daha  çox  üzv-dövlətdə  cinayət  təhqiqatlarını  aparmaq  üçün  qarşılıqlı  razılıq 
əsasında müddəti üzadıla bilən, xüsusi məqsəd və məhdud müddət üçün birgə istintaq qrupunu 
təsis edə bilərlər. Qrupun tərkibi sazişdə müəyyən olunur”.  
Birgə istintaq qruplarına dair Şuranın 13 iyun 2002-ci il tarixli Çərçivə Qərarında “Birgə istintaq 
qruplarının” təsis olunması nəzərdə tutulur:  
 “1. Qarşılıqlı razılaşma yolu ilə, iki və ya daha çox üzv-dövlətin səlahiyyətli orqanları, onu təsis 
edən  bir  və  ya  daha  çox  üzv-dövlətdə  cinayət  təhqiqatlarını  aparmaq  üçün  qarşılıqlı  razılıq 
əsasında müddəti üzadıla bilən, xüsusi məqsəd və məhdud müddət üçün birgə istintaq qrupunu 
təsis edə bilərlər. Qrupun tərkibi sazişdə müəyyən olunur”. 
                                                            
161
 Bax, 9-cu Əlavə. 
162
 Avrocast (Avropa Ədliyyə Şəbəkəsi). https://www.eurojust.europa.eu/Practitioners/JITs/.../historical-
background.aspx. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə