Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə43/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
88
 
5.2.1 Təhqiqatla bağlı yanaşmalar 
Təhqiqat ilə bağlı qəbul edilmiş üç yanaşma vardır: 
(i)  Reaktiv  təhqiqatlar;  Bu  cür  təhqiqatlar,  ya  cinayət  törədildiyi  və  ya  qurbanın  xilas  edilmə  tələbi 
olduğu  və  təxirəsalınmadan  tədbir  görülməsi  tələb  edildiyi  barədə  məlumat  alındıqdan  və  risk 
dəyərləndirməsindən  sonra  aparılmalıdır.  Bunlar  “qurbanın  yönləndirdiyi”  təhqiqatlardır,  belə  ki, 
onlar, qurbanın şikayətindən sonra başlana bilər. 
Bu  hallarda,  xüsusən  də  potensial  qurban  uşaq  olduqda,  dövlətlərin  üzərinə  bəlli  bir  hüquqi  vəzifə 
düşür.  Törədilmiş  əməllərə  görə  təhqiqatlar  təsdiqedici  dəlillərin  əldə  edilməsi,  qurbanların  və 
şübhəli  şəxslərin  dindirilməsi,  ifadələrin  alınması,  aşkar  edilən  materialların  təhlili  və  işi  məhkəmə 
üçün hazırlamaya aid edilə bilər. 
 (ii)  Qabaqlayıcı  təhqiqatlar;  uğurlu  qabaqlayıcı  təhqiqatlar  əsas  məqam  məlumatdır,  o,  insan 
alverçiləri  barədə  təhqiqatın  başlanılmasına  gətirib  çıxaran  məlumatı  təmin  edə  bilər.  Təhqiatın 
vəzifəsi  qurbanları  xilas  etməkdən  və  /  və  ya  insan  alveri  əməlinə  görə  məsuliyyət  daşıyan  şəxsləri 
həbs etməyə və onlara qarşı ittiham irəli sürməyə imkan verən dəlilləri əldə etməkdən ibarətdir. 
Qabaqlayıcı üsullardan istifadə insan alveri, xüsusilə də istismar üçün insan alveri hallarının təhqiqatı 
üçün  ən  yaxşı  metoddur.  Onlar  polis  müstəntiqlərə  diqqəti  insan  alveri  əməllərini  törədən 
cinayətkarlara yönəltmək imkanını verdiyi üçün effektivdir.  O, həm də ona görə görünən cinayətdir 
ki, burada qurbanlar, əməli törədənlər və istismarın yeri müəyyənləşdirilə bilər.  
Onlar  təhqiqatı  yekunlaşdırmanın  ən  effektiv  yolu  olduqda,  araşdırmada  istifadə  olunan 
strategiyalara  və  üsullara  mütəxəssis  tərəfindən  təhqiqat  üsulları  da  aid  edilə  bilər.  Bütün  hüquqi 
tələblərə  riayət  olunmasını  və  dəlillərin  məhkəmədə  məqbul  hesab  edilməsini  təmin  etmək  üçün 
müstəntiqlər, prokurorlar və hakimlər arasında sıx əməkdaşlığın olması vacibdir.  
 (iii)  Dayandırma;  məqsəd  cinayətkar  əməlləri  dayandırmaqdır  və  törədilmiş  əməllərə  görə  və 
qabaqlayıcı  araşdırmalar  ya  mümkün  olmadıqda,  ya  da  onlara  üstünlük  verilmədikdə  tətbiq  edilə 
bilər. Təhqiqat üçün kifayət qədər dəlillərin olmadığı və həmişə məlumat almaq imkanlarının yaradıla 
bilinəcəyi hallarda mühüm bir üsuldur.  
Aparılmalı  təhqiqat  ümumiyyətlə  törədilmiş  əməllərə  görə  təhqiqat  olmadıqda,  hər  hansı  bir 
təhqiqatı  başlamazdan  əvvəl  planlaşdırma  və  prioritetləşdirmə  tələb  olunur  və  hansı  təhqiqat 
yanaşmasından  istifadə  edilməli  olduğuna  və  bunun  nə  üçün  edildiyinə  dair  qərar  verilməlidir. 
Qabaqlayıcı  təhqiqata  başlamağa  şərait  yarada  bilən  məlumatın  alınıb-alınmadığına  və  ya 
dayandırma  yanaşmasından  istifadə  edilməli  olub-olmadığına  əmin  olmaq  lazımdır.  Təhqiqat 
yanaşmaları qarşılıqlı şəkildə bir-birini istisna etmir və yanaşmaların birləşməsi də tələb oluna bilər. 
Reaktiv təhqiqat qabaqlayıcı təhqiqata və ya bunun əksinə gətirib çıxara bilər. 
 
Dayandırıcı təhqiqata gətirib çıxaran hallar  
1. Qurbanlara qarşı risk səviyyəsi qabaqlayıcı yanaşmanın aparılmasına imkan vermədikdə, lakin bu 
halda dərhal müdaxilə və dayanıdırlma tələb olunduqda;   
2.  Coğrafi  və  /  və  ya  topoqrafik  cəhətlərin  hədəf  seçilən  məkanlara  nəzarəti  praktiki  baxımdan 
mümkün etməsi kimi əməliyyat xarakterli səbəblərə görə qabaqlayıcı yanaşma mümkün olmadıqda 
və ya şəbəkənin kök saldığı yeri aşkar etmək mümkünsüz olduqda; 
3.  Qanunvericilik,  prosedurlar  və  ya  resurslarla  bağlı  fəsadlar  qabaqlayıcı  yanaşmanın  tətbiqinə 
imkan vermədikdə; və  
 4.  Dayandırıcı  yanaşma  yerli  sakinlərdən  və  ya  təsirə  məruz  qalmış  digər  qruplardan  daxil  olmuş 
şikayətlərlə bağlı daha sürətli şəkildə tədbirlərin görülməsini təmin etdikdə. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
89
 
UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı 
ilə bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 55 
 
5.2.2 Kəşfiyyat 
Kəşfiyyat  metodologiyası  insan  alverçilərinə  və  onların  necə  fəaliyyət  göstərmələrinə  dair  məlumat 
və  bilik  toplamaq  üçün  istifadə  edilir.  Kəşfiyyat  toplanan,  müqayisə  edilən,  təhlil  olunan  və 
qiymətləndirilən informasiya kimi təsvir olunur. O, müəyyənləşdirmə və məlumatlı şəkildə fəaliyyətlə 
bağlı  qərarlar  və  qabaqlayıcı  araşdırma  üçün  ən  yaxşı  subyektləri  seçmək  üçün  bilik  və  anlaşılmanı 
təmin  edir.  Kəşfiyyat  Əsaslanan  Polis  Xidməti  “məlumatların  təhlili  və  cinayətə  dair  məlumatlar 
cinayətin  və  problemin  azaldılmasına,  ciddi  və  “məhsuldar”  cinayətkarları  hədəf  seçən  strateji 
idarəçilik  və  effektiv  tətbiqetmə  strategiyaları  vasitəsilə  dayandırma  və  qarşısını  alma  işinə  şərait 
yaradan  obyektiv,  qərar  qəbul  etmə  çərçivəsi  üçün  zəruri  olduğu  halda  iş  modeli  və  idarəçilik 
fəlsəfəsi” müəyyən edilə bilər”.
 158
  
Kəşfiyyat  məlumatlarını  toplamanın  ən  effektiv  növləri  strateji  məlumatları  və  taktiki  məlumatları 
əldə etmədir. 
Strateji  məlumatların  məqsədi,  insan  alverinin  mövcudluğuna  dəstək  göstərən  müxtəlif  strateji 
amillərin ümumi məlumat dəyərləndirməsini aparmaqdır.  
Taktiki  məlumatlar  əməli  törədənləri  müəyyənləşdirməklə  və  onların  hərəkəti  barədə  əvvəlcədən 
informasiyanı  təmin  etməklə  davam  edən  araşdırmalara  birbaşa  və  vaxtında  dəstək  göstərmək 
imkanını  verir.  O,  xüsusi  tədbirlərə,  o  cümlədən  həbslərə,  əlavə  araşdırmalara  və  ittihamın  irəli 
sürülməsinə gətirib çıxarır.
 159
  
 
5.2.3 Xüsusi təhqiqat üsulları 
BMT-nin  Transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı  Konvensiyasının  (UNTOC)  “İstintaqın  xüsusi 
üsulları” başlıqlı 20-ci maddəsində deyilir:  
“1. Əgər  buna  onun  daxili  hüquqi  sisteminin  başlıca  prinsipləri  icazə verirsə,  hər  bir İştirakçı 
dövlət  öz  imkanları  çərçivəsində və onun  daxili  qanunvericiliyinin  müəyyən  etdiyi şərtlərlə öz 
ərazisində  mütəşəkkil cinayətkarlıqla səmərəli mübarizə  aparmaq məqsədi ilə  öz səlahiyyətli 
orqanlarına nəzarət qaydasında mal alınmasının istifadə edilməsinə və məqsədəmüvafiq hesab 
etdiyi  hallarda,  elektron  müşahidə   və   ya  digər  müşahidə   formaları,  habelə   agentlik 
əməliyyatları  kimi  digər  xüsusi  istintaq  üsullarının  istifadə   edilməsinə   icazə   vermək  üçün 
lazımi tədbirlər görür. 
2.    Bu Konvensiya ilə əhatə olunan cinayətlərin istintaqı məqsədi ilə İştirakçı dövlətlər, beynəl-
xalq  səviyyədə əməkdaşlıq  kontekstində bu  kimi  xüsusi  istintaq  üsullarının  istifa-
edilməsinə dair, lazım gəldikdə, müvafiq ikitərəfli və ya çoxtərəfli sazişlərin və  ya razılaşma-
ların bağlanmasına təşviq edilməlidirlər. Bu cür sazişlər və ya razılaşmalar dövlətlərin         su-
verenlik, bərabərlik prinsipinə tam şəkildə riayət etməklə bağlanır və yerinə yetirilir və bu saziş-
lərin və ya razılaşmaların şərtlərinə uyğun şəkildə dəqiqliklə həyata keçirilir. 
                                                            
158
 Skrier, F.2009 İnsan alveri, mütəşəkkil cinayətkarlıq və məlumatlar, red. Friesendorf, C. İnsan alveri əleyhinə 
strategiyalar: təhlükəsizlik sektorunun rolu, səh.220. 
159
 UNODC  2014  Mərkəzi  Asiyanın  hüquq-mühafizə  heyətləri  üçün  insan  alveri  və  miqrant  qaçaqmalçılığı  ilə 
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 56 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə