İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
104
Məhkəmə proseslərində insan alveri qurbanlarının şəxsiyyəti qorunmalı olduqda, konfidensiallıq
tətbiq edilir. İfadə verməli olan insan alveri qurbanı barədə hər hansı məlumatlar və ya informasiya
onun razılığı olmadan, hər hansı bir şəxsə, o cümlədən onun ailəsinə bildirilə bilməz. Bu, insan alveri
hallarında qurbanların şəxsiyyətini qorumaq üçün şəxsi informasiya və konfidensiallığın
tənzimlənməsi haqqında müəyyənləşdirilmiş standartlara riayət etməli olan Milli İstiqamətləndirmə
Mexanizmində iştirak edən bütün qurumlara aid edilməlidir.
BMT-nin İnsan Alverinə dair Protokolunun 6-cı maddəsində deyilir:
“1. Hər bir İştirakçı dövlət lazım gəldikdə və onun öz daxili qanunvericiliyinin imkan verdiyi
həcmdə, o cümlədən bundan savayı, bu cür alverə aid olan icraatın məxfiliyini təmin etməklə
insan alveri qurbanlarının şəxsi həyatının və şəxsiyyətinin müdafiəsini təmin edir”.
AŞ Konvensiyasının 30-cu maddəsində deyilir:
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya və xüsusilə onun 6-
cı maddəsinə müvafiq olaraq, hər bir Tərəf öz daxili qanunvericiliyinin müddəalarına uyğun
olaraq məhkəmə prosesi zamanı: a) zərərçəkmişlərin şəxsi həyatlarının və lazım gəldikdə,
şəxsiyyətlərinin qorunmasının;
İnsan alveri qurbanlarının konfidensiallığına və şəxsi həyatın toxunulmazlığına araşdırma ərzində
və hər hansı hüquqi və ya məhkəmə prosesləri zamanı və onlardan sonra hörmət və riayət
edilməlidir. Bundan əlavə, Azərbaycan hökuməti şəxsi həyatın toxunulmazlığının qorunması və
konfidensiallıq məsələsinə xüsusi diqqət yetirir. “İnsan alveri ilə mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanununun tələbinə əsasən, insan alverinin qurbanı haqqında şəxsi məlumatların
açıqlanmasına yalnız prokurorun və ya məhkəmənin qərarı ilə icazə verilə bilər. Hüquq-mühafizə
orqanı ilə əməkdaşlıq edən qurban barədə informasiyanın açıqlanmasına görə Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət nəzərdə tutulur.
5.10.3 Məlumatların mühafizəsi
AŞ Konvensiyasının
“Şəxsi həyatın mühafizəsi” başlıqlı 11-ci maddəsində deyilir:
“1. Hər bir Tərəf insan alveri qurbanının şəxsiyyətini və şəxsi həyatını mühafizə etməlidir. Onlar
barəsində olan şəxsi məlumatlar
f
ərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə
əlaqədar şəxslərin qorunması haqqında Konvensiyanın (AMS № 108) şərtlərinə uyğun qaydada
saxlanılmalı və istifadə edilməlidir”.
İnsan alveri qurbanları ilə işləyən bütün orqanlar və təşkilatlar qurbanların şəxsi həyatına və
şəxsiyyətinə hörmətlə yanaşmalıdırlar. Qurbanların şəxsi məlumatları müvafiq
beynəlxalq sənədlərdə
müəyyən edilmiş şərtlərə uyğun olaraq saxlanılmalı və istifadə edilməlidir. Xüsusən də digər
iştirakçılara paylandığı halda, polis məlumatlarında konfidensiallıq nəzərə alınmalıdır.
175
175
ATƏT 2011-ci il.
İnsan alveri: potensial və təxmin edilən qurbanların müəyyənləşdirilməsi. İcma siyasət
yanaşması. səh.26.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
105
5.10.4 Hüquqi yardım
İnsan alveri qurbanları hüquqi xidmətlərdən yararlanmaq, o cümlədən öz hüquqları, onlar üçün
mövcud hüquq müdafiə vasitələri və seçimlər barədə informasiya almaq hüququna malik
olmalıdırlar. Hüquqi yardım QHT-lərdən, vətəndaş cəmiyyətindən və ya özəl sektordan olan müstəqil
vəkillər tərəfindən göstərilə bilər.Hüquqi yardım qurbanlara, onların öz hüquqları haqqında
məlumatlı olmalarını və bu hüquqları həm dil, həm də hüquqi baxımdan başa düşmələrini və əlavə
məlumat vermək və proseslərdə iştirak etmək imkanına malik olmalarını təmin etmək üçün ədalət
mühakiməsinə (məhkəməyə) çıxış imkanı verir.
BMT-nin İnsan Alverinə dair Protokolunun
“İnsan alveri qurbanlarının müdafiəsi” başlıqlı 6.3-cü
maddəsində deyilir:
“3. Hər bir İştirakçı dövlət insan alveri qurbanlarının fiziki, psixoloji və sosial reabilitasiyasının
təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi mümkünlüyünü, o cümlədən, lazım
gəldikdə,qeyri-hökumət təşkilatları, digər müvafiq təşkilatlar və vətəndaş cəmiyyətinin digər
elementləri ilə əməkdaşlıq edərək və xüsusilə də:
b) insan alveri qurbanlarına aydın olan dildə konsultativ yardımın və məlumatın, xüsusən də
onların hüquqlarına dair yardımın və məlumatın təqdim edilməsini”.
AŞ Konvensiyasının 15.2-ci maddəsi iştirakçı-dövlətin üzərinə, insan alveri qurbanları üçün nəzərə
tutulan şərtlər altında, hüquqi yardım və ödənişsiz hüquqi kömək almaq hüququnu nəzərdə tutmaq
öhdəliyini qoyur.
Direktivin 12.2-ci maddəsində deyilir:
“Üzv dövlətlər insan alveri qurbanlarının, ləngiməyə yol verilmədən hüquqi məsləhətlərin
alınmasına və müvafiq ədalət mühakiməsi sistemində qurbanların oynadığı rola uyğun olaraq,
hüquqi təmsilçiliyə çıxış imkanını, o cümlədən kompensasiya tələbetmə məqsədilə buna malik
olmalarını təmin etməlidirlər. Qurban kifayət qədər maliyyə resursuna malik olmadıqa, hüquqi
məsləhətlərin verilməsi və hüquqi təmsilçilik ödənişsiz olmalıdır”.
5.10.5 İnformasiya təminatı
Qurbanları informasiya və öz fikirlərini və maraqlarını bildirmək imkanı ilə təmin etmək öhdəliyi
məcburi xarakter daşıyır. Lakin qanunvericilik orqanları, hakimlərin
,
müdafiə hüquqlarına xələl
gətirməkdən başqa əsaslarla informasiyanı rədd edə və iştirakı istisna edə bilməmələrini təmin edən
müddəaları nəzərdən keçirə bilərlər.
176
BMT-nin İnsan Alverinə dair Protokolunun “
“İnsan alveri qurbanlarının müdafiəsi” başlıqlı 6.2-ci
maddəsində deyilir:
“2. Hər bir İştirakçı dövlət təmin edir ki, onun daxili hüquqi və ya inzibati sistemi insan alveri
qurbanlarına lazım gəldikdə:
a) müvafiq məhkəmə və inzibati araşdırma haqqında məlumatın təqdim edilməsinə;
176
UNODC 2004
UNTOC və onun Protokollarının tətbiqi üçün qanunvericiliklə bağlı tövsiyələr, səh.284.