İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
106
b) müdafiənin hüquqlarına xələl gətirməyən, müvafiq cinayət icraatı mərhələlərində cinayəti
törətmiş şəxslər barəsində onların fikir və qorxularının izah edilməsinə və baxılmasına imkan
verən yardımın göstərilməsinə imkan verən tədbirləri nəzərdə tutsun”.
5.11 Uşaq qurbanların hüquqları
BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının “Söz azadlığı” başlıqlı 13-cü maddəsində deyilir:
“Uşağın öz fikrini sərbəst ifadə etmək və qanunvericilik çərçivəsində istənilən növ informasiyanı
axtarmaq və almaq hüququ vardır”.
İnsan alverinin yaşlı qurbanları kimi, uşaqların da onların hüquqları, vəziyyəti, müdafiə tədbirləri və
ailənin birləşməsi və repatriasiya prosesləri barədə əlçatan informasiya ilə təmin olunmaq hüququ
vardır.
177
5.12 Qurbanların cəzalandırılmaması
Qurbanlar insan alverinə və istismara məruz qalma nəticəsində cinayətkar əməllər törətməyə vadar
edilə bilər. Qurbanların cəzadan azad edilməsi prinsipi bir sıra beynəlxalq hüquqi sənədlərdə təsbit
olunmuşdur. BMT-nin İnsan Alverinə dair Protokolunda qurbanların cəzadan azad olunmasına dair
hər hansı bir dəqiq müddəa yoxdur. Lakin bu prinsip AŞ Konvensiyasında və Direktivdə aydın şəkildə
təsbit olunur. Beynəlxalq standarlara əməl etmək üçün dövlətlər, öz milli qanunvericiliklərində
“cəzadan azad olunma müddəasını” təmin etmək öhdəliyini daşıyırlar.
AŞ Konvensiyasının “Cəzadan azad olunma haqqında qeyd-şərt” başlıqlı 26-cı maddəsində deyilir:
“Hər bir Tərəf öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, insan alveri qurbanlarının
qanunsuz fəaliyyətlərə məcburən cəlb olunduqlarına görə cəzalandırılmamasının
mümkünlüyünü təmin etməlidir”.
Direktivdə deyilir ki, insan alveri qurbanları, müvafiq üzv-dövlətlərin hüquq sistemlərinin əsas
prinsiplərinə uyğun olaraq, insan alverinə məruz qalmanın birbaşa fəsadı kimi cinayət törətməyə
vadar edildiklərinə görə, sənədlərdən istifadə və ya fahişəliklə mübarizə və ya immiqrasiya haqqında
qanunvericilikdə nəzərdə tutulan əməllər kimi cinayətkar fəaliyyətə görə təqibdən və ya cəzadan
azad edilməlidirlər.
Direktivin
“Qurbanın təqibdən azad edilməsi və ya ona cəzaların tətbiq edilməməsi” başlıqlı 8-ci
maddədə deyilir:
“Üzv-dövlətlər öz hüquq sistemlərinin əsas prinsiplərinə uyğun olaraq, səlahiyyətli milli
orqanların, insan alveri qurbanlarını, 2-ci maddədə qeyd olunan hərəkətlərdən hər hansı birinə
məruz qalmanın birbaşa nəticəsi kimi törətməyə vadar edildikləri cinayətkar fəaliyyətdə
iştiraka görə təqib etməmək və ya onlara cəza təyin etməmək səlahiyyətinə malik olmalarını
təmin etmək üçün zəruri tədbirlər görməlidirlər”.
İnsan alverinin qurbanları onların insan alveri qurbanı olması faktı ilə birbaşa bağlı olan cinayət
əməllərini törətməyə məcbur edilə bilərlər. Bu əməllərə şəxsiyyəti təsdiq edən saxta sənədlərdən
177
UNICEF 2006
İnsan alverinin uşaq qurbanlarının müdafiəsi üzrə tövsiyələr, səh.11.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
107
istifadəetmə, dövlət sərhədini qanunsuz keçmə, fahişəlik, oğurluq, dələduzluq və digər əməllər aid
edilə bilər.İnsan alverçilərinin qurbanların cinayət törətmə riskinə məruz qoymaq və cinayətkar
fəaliyyətə görə onları idarə etmək və istismar etmək üçün ayrıca strategiyası ola bilər.
Cəzadan azadedilmə konsepsiyası ondan ibarətdir ki, cinayətin törədilməsinə baxmayaraq, insan
alverinin qurbanı ya insan alverçiləri tərəfindən həyata keçirilən nəzarət səviyyəsinə, ya da onlar
tərəfindən istifadə edilən üsullara görə həqiqətən müstəqil şəkildə hərəkət etməmişdir. Cəzadan
azad edilmə prinsipi, insan alveri qurbanının insan alveri çərçivəsində və ya bu prosesin nəticəsi
olaraq törədilən əməllərə görə cəzalandırılmayacağına dövlətin zəmanət verməsindən ibarətdir.
178
L, HVN, THN, T v. R Ce- Apelyasiya Məhkəməsi (Cinayət İşləri Bölməsi).
21 İYUN 2013-cü il (İngiltərə və Uels)
“Bu müraciətlərdə biz, cinayətkarlar tərəfindən onların öz məqsədləri üçün insan alverinə məruz
qalmış üç uşağın və bir yaşlı insanın ittiham və məhkum edildikləri bir-birilə əlaqəsi olmayan dörd iş
üzrə qaldırılan problemlərə diqqət yetirəcəyik.Təəssüf ki, onları istismar edən şəxslər mühakimədən
yayınmışlar.
Lakin belə bir iddia irəli sürülməmişdir və sürülmüş də ola bilməz ki, insan alveri qurbanları
cinayətkar əməllərdə iştirak etdikdə və ya
ona cəlb edildikdə, insan alverinə məruz qalmış bu
şəxs tək
insan alveri qurbanı üçün irəli sürülmüş ittihama qarşı müdafiənin mövcud olması səbəbinə görə
deyil, məhz onun insan alverinə məruz qalmasına görə hər hansı bir şəkildə təqibdən azad
edilməlidir.
Lakin aydın şəkildə müəyyən olunan odur ki və bir sıra müxtəlif sənədlər, məlumatlar və qərar
verilmiş işlər onu nümayiş etdirmişdir ki, insan alveri qurbanının cinayətkar əməllərdə iştirakına dair
dəlillər olduğu halda, araşdırma və təqibin olub-olmamasına dair qərar və belə olduqda hər hansı
sonrakı proseslər onlara ən böyük həssaslıqla yanaşılmasını tələb edir”
https://www.judiciary.gov.uk/court/court-of-appeal/page/7/.
İttiham qərarı baxımından nəzərdən keçirilməli məsələ cinayət əməllərini törətməyə vadar edilmiş
insan alveri qurbanları üçün təqibdən və ya cəzadan müdafiənin səviyyəsidir
.
Bu tədbirlərdə hüquq
sistemi çərçivəsində “əsas prinsiplərə” riayət edilməlidir və belə müdafiə “prosesdən sui-istifadə”
yurisdiksiyasının həyata keçirilməsi ilə təmin olunmalıdır”.
ATƏT-in Xüsusi Nümayəndəsinin siyasəti və qanunvericilik. İnsan alveri qurbanları ilə bağlı cəzadan
azad olunma müddəasının effektiv şəkildə tətbiqi ilə bağlı tövsiyələr, aprel 2013-cü il.
“[81] İnsan alverinin qurbanları ağır cinayətlərin və insan hüquqlarının pozulmasının qurbanlarıdır.
Beynəlxalq hüquqa əsasən, dövlətlər qurbanların hüquqlarının, o cümlədən insan alverinə məruz
qalmış yaşlı insanlar və uşaqlar qismində dəqiq şəkildə müəyyən olunmaq hüququnun qorunmasını
təmin etmək öhdəliyini daşıyırlar və bu müəyyənləşmə onların müdafiəsinə yol açır. Cəzadan azad
olunma tək insan hüquqlarına, o cümlədən saxlanma hallarından və ədalətsiz proseslərdən
azadolma, yenidən qurbana çevrilmə və yenidən travma alma hallarına qarşı müdafiə edilmə və
təhlükəsizlik və bərpaya yardım təklifi alma hüququna hörmətlə yanaşılan və onların müdafiə edildiyi
prinsip deyildir, bu hüquqi prinsipə hörmətlə yanaşma, eyni zamanda, Avropa İnsan Hüquqları
Məhkəməsinin Rantsevin işində çıxardığı qərara uyğun olaraq, dövlətlərin insan alverinə məruz
178
Bərabər İmkanlar üzrə və İrqçilik Əleyhinə Mərkəz 2012,
İnsan alveri və miqrant qaçaqmalıçılığı, səh.11.