İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
108
qalmış şəxslərə münasibətdə öz vəzifələrini yerinə yetirmələrinə kömək edir.
Bu qərarda Məhkəmə belə bir fikirdə olmuşdur ki, insan alveri İnsan Hüquqları haqqında Avropa
Konvensiyasının 4-cü maddəsindəki danılmaz hüquqların müdafiə dairəsi çərçivəsinə düşür və
dövlətlərin üzərinə düşən insan alverini araşdırmaq öhdəliyi şəxsin insan alverinə məruz qalmasına
dair inandırıcı şübhə olduğu hallarda yaranır və yaranmalıdır. Belə olan halda, insan alverçisi
barəsində heç bir araşdırma aparılmır, lakin qurban cinayət məsuliyyətinə cəlb olunur, bu, həmin
şəxsin dövlətin və Aİ qanunvericiliyindən irəli gələn öhdəliklərinin çox ciddi pozuntusu olacaqdır”.
2011/36/EU nömrəli Direktivin 8-ci maddəsində insan alveri qurbanları üçün cəzadan azad
olunmanın və cəzaların tətbiq olunmamasının vacibliyi qeyd olunur. Burada nəzərdə tutulur:
“Üzv dövlətlər…səlahiyyətli orqanların insan alveri qurbanlarını, törətməyə vadar edildikləri
cinayətkar əməllərdə iştiraka görə təqib etməmək və ya onlara cəza təyin etməmək
səlahiyyətinə malik olmalarını təmin etmək üçün zəruri tədbirlər görməlidirlər (…)”.
Bu Direktivdə həmçinin uşaqların ən ümdə maraqlarının direktivin tətbiqində başlıca
məsələ hesab
edilməli olduğu təsdiq edilir.
5.13 Kompensasiya
Kompensasiya cinayətkar əməl nəticəsində hər hansı bir şəxsi zərər, itki və ya ziyana görə ödəniş və
insan alveri qurbanının məruz qaldığı hüquq pozuntularının bərpa vasitəsidir. Beynəlxalq hüquqi
sənədlərə əsasən zərərçəkmiş şəxsin kompensasiya tələb etmək hüququ vardır və bu, ya insan
alverçisindən, ya da dövlətdən tələb oluna bilər. Əksər dövlətlərdə cinayət proseslərində mülki
iddialar irəli sürülə bilindiyinə görə, o, cinayət və / və ya mülki proseslərdə tələb oluna bilər. Əlavə
olaraq, müəyyən dövlətlər insan alveri qurbanları üçün xüsusi kompensasiya fonduna malikdirlər.
İnsan alveri qurbanları kompensasiya tələb etdikdə onların hüquqi yardım almaq hüququ olmalıdır.
Prokurorlar onların insan alveri qurbanlarının kompensasiya hüquqları barədə məlumatlı olmalarını
və zərurət olanda müraciət etmələrini təmin etməlidirlər. Hakimlər ya beynəlxalq hüquqi sənədlərin
tətbiqindən və ya da milli qanunvericilikdən irəli gələrək hüquqi baxımdan belə etməli olduqları
halda qurbanlara kompensasiya ödənilməsinə dair qərar verməlidirlər. Prokurorlar və hakimlər həm
də bilməlidirlər ki, beynəlxalq əmək standartları da hüquq bərpa vasitələrinə olan hüququ, o
cümlədən məcburi əmək və fəhlələrin hüquqlarından və miqrantların hüquqlarından sui-istifadə
edilmiş olduğu hallarda kompensasiya almaq hüququnu müdafiə edirlər.
179
Sierra işi: Bolqarıstanlı insan alverçilərinin məhkum olunması, o cümlədən qurbanlara kompensasiya:
Ölkə: Niderland.
Məhkəmə: Alkmaar Rayon Cinayət Məhkəməsi: Məhkum olunma tarixi: 3 fevral 2012-ci il.
İstismarın məqsədi: Fahişəliyin istismarı
Bolqarıstanlı cinayətkar digər cinayətkarlarla birgə Alkmaar Rayon Cinayət Məhkəməsi tərəfindən
məhkum olunmuşdur. Bu məhkumluq Bolqarıstandan olan yeddi qurbanla bağlı insan alverinə görə
olmuşdur. O, onları Niderlandda müxtəlif şəhərlərdə yeddi il qazanc məqsədilə cinsi xidmətlər
179
ATƏT / DTİHO, 2008
ATƏT Regionunda İnsan alverinə məruz qalan və istismar edilən şəxslər üçün
kompensasiya.səh 20.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
109
göstərməyə məcbur etmişdir. Bu zorakılıq və zorakılıq etmə hədəsi ilə edilmişdir. Qurbanlar hər gün
minimum 500 avro qazanmağa məcbur edilmişlər. Bundan əlavə, onlar gün ərzində uzun çəkən iş
saatlarında və ardıcıl hər gün, hətta xəstə olduqda da işləməyə məcbur edilmişlər. Bütün gəlirlər
cinayətkarların şəxsi gəliri kimi onların əlindən alınırdı.
Məhkəmə qərar vermişdir ki, cinayətkar cinayət prosesinə əsasən qurbanlardan dördünə
kompensasiya ödəməli olduğuna qərar vermişdir. Qeyd olunan kompensasiya maddi və qeyri-maddi
ziyana görədir, onlar ümumilikdə 150,800 avro məbləğində ziyana məruz qalmışlar.
https://ec.europa.eu/anti-trafficking/legislation-and-case-law-case-law/sierra-case-bulgarian-
traffickers-conviction-including_en
Tas Belçikaya qarşı
12 may 2009-cu il (məqbul hesab edilmə haqqında qərar)
Bu iş insan alveri və müdafiəsiz vəziyyətdə olan xarici vətəndaşların istismarı ilə əlaqədar olan əməllə
bağlı istifadə edilmiş məkanların müsadirəsi barədə olmuşdur. Ərizəçi, xüsusilə, İnsan Hüquqları
haqqında Avropa Konvensiyasına 1 nömrəli Protokolun 1-ci maddəsinə (əmlakın qorunması)
əsaslanmışdır.
Məhkəmə ərizəni qəbuledilməz (aşkar şəkildə əsassız) elan etmişdir. Xüsusilə də cinayətkar
fəaliyyətlə mübarizə məqsədini daşıyan siyasət baxımından, “əmlakdan ümumi marağa uyğun
istifadə olunmasına” nəzarətin həyata keçirilməsində dövlətə verilən qiymətləndirmə hüdudlarını
nəzərə alaraq, o, belə müəyyən etmişdir ki, ərizəçinin öz əmlaklarından dinc məqsədlə istifadə
hüququnun pozulması gözlənilən legitim məqsədə yəni, təhlükəli vəziyyətdə xarici vətəndaşların insan
alveri və istismarı ilə mübarizə aparmaq kimi ümumi marağa uyğun olmamışdır.
UNTOC-un “Qurbanlara yardım və onların müdafiəsi” başlıqlı 25.2-ci maddəsində deyilir ki,
“Hər
bir iştirakçı
-
dövlət bu Konvensiya ilə əhatə olunan cinayətlərin qurbanlarına zərərin ödənilməsi
və onlar tərəfindən kompensasiyanın alınmasını təmin etmək üçün müvafiq prosedurlar müəyyən
edir”. Buna görə də, UNTOC və BMT-nin İnsan Alverinə dair Protokoluna əsasən, Tərəflər insan alveri
qurbanları üçün kompensasiyaya çıxış üzrə hüquqi prosedurun ən azı bir növünün olmasını və
qurbanlara bu imkan barədə məlumat verilməsini təmin etməlidirlər.
180
Bu kompensasiya almaq hüququ AŞ Konvensiyasında aşağıdakıların deyildiyi
“Kompensasiya və
məhkəmə təzminatı” başlıqlı 15-ci maddəsində təsbit olunmuşdur:
“3. Hər bir Tərəf öz daxili qanunvericiliyində insan alveri qurbanlarının cinayəti törətmiş
şəxslərdən kompensasiya almaq hüququnu təmin etməlidir.
4. Hər bir Tərəf öz daxili qanunvericiliyinə uyğun olaraq insan alveri qurbanlarına 23-cü
maddədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən əldə olunmuş vəsaitlər hesabına
maliyyələşdirilə bilən, insan alveri qurbanlarına kompensasiya ödənilməsi üçün fondların və ya
onların sosial müdafiəsinə və sosial inteqrasiyasına yönəldilmiş proqram və tədbirlərin təşkil
olunması vasitəsilə kompensasiya ödənilməsini təmin etmək üçün vacib olan qanunvericilik və
digər tədbirləri həyata keçirməlidir”.
180
ATƏT / DTİHO, 2008
ATƏT Regionunda İnsan alverinə məruz qalan və istismar edilən şəxslər üçün
kompensasiya, səh.19.