İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
110
Cinayətin qurbanlarına kompensasiya ilə bağlı Aİ Şurasının 2004/80/EC nömrəli 29 aprel 2004-cü il
tarixli Direktivi Aİ-yə üzv olan bütün dövlətlərin cinayətin qurbanlarına, o cümlədən insan alveri
qurbanlarına müvafiq kompensasiyanın ödənilməsinə zəmanət verən milli sistemə malik olmalarını
təmin edir. Direktiv həmçinin kompensasiyanın asan şəkildə əlçatan olmasını təmin edir. Müvafiq
olaraq, üzv-dövlətlər müvafiq milli orqanlar arasında əməkdaşlıq üçün milli sistemlər yaratmalıdırlar.
İnsan alverçisindən və dövlətdən kompensasiya almaq hüququ bəzi siyasi baxımdan öhdəlik yaradan
(və ya “yumşaq hüquq”) sənədlər, ən vacibi isə Cinayət və Səlahiyyətdən Sui-İstifadənin Qurbanları
üçün Ədalət Mühakiməsinin Əsas Prinsiplərinə dair Bəyannamə və Aİ Şurasının Cinayət Qurbanlarına
Kompensasiyaya dair Direktivi kimi Avropa qanunları ilə dəstəklənir.
181
Beynəlxalq standartlarda da belə bir prinsip inkişaf etdirilmişdir ki, istismar əməlləri ilə insan
alverçiləri tərəfindən əldə olunmuş gəlirlər fərdi və ya kollektiv şəkildə insan alverinə məruz qalmış
şəxslərin xeyrinə istifadə edilməlidir. Beynəlxalq səviyyədə siyasi baxımdan öhdəlik yaradan rəhbər
qaydalarda da insan alverinə məruz qalmış şəxslərə kompensasiya ödənilməsi üçün bərpa edilmiş
vəsaitlər fondunu yaratmaq öhdəliyi tətbiq olunur.
182
5.13.1 Uşaq qurbanlar üçün kompensasiya
AŞ Konvensiyasının
“Kompensasiya və məhkəmə təzminatı” başlıqlı 15-ci maddəsində deyilir:
“3. Hər bir Tərəf öz daxili qanunvericiliyində insan alveri qurbanlarının cinayəti törətmiş
şəxslərdən kompensasiya almaq hüququnu təmin etməlidir”.
Dövlətlər uşaq qurbanların ya dövlətdən ya da insan alverçisindən, yaxud da hər ikisindən
kompensasiya almaq üçün zəruri prosedurlara çıxış imkanını təmin etmək vəzifəsini daşıyırlar.Uşaq
qurbanlar kompensasiya tələb etmək hüququna malikdirlər və onlara hər hansı bir iddianın
qaldırılmasında hüquqi yardım göstərilməlidir. Uşaq qurbanlar onların immiqrasiya statuslarına,
gördükləri işin qanuni və ya qanunsuz olmasına və ya onların hüquq-mühafizə və ya məhkəmə
orqanları ilə əməkdaşlıq edib-etməmələrinə baxmayaraq təzminat almalıdırlar. Tam və effektiv
təzminat ziyana görə kompensasiyanı, bərpa və yenidən ödəniş, o cümlədən ödənilməmiş əmək
haqları,
reabilitasiya, məmnunluq və təkrarlanmama üçün zəmanətləri əhatə edə bilər.
183
181
ATƏT / DTİHO, 2008
ATƏT Regionunda İnsan alverinə məruz qalan və istismar edilən şəxslər üçün
kompensasiya, səh.20.
182
Eyni mənbə, səh.21.
183
UNICEF 2006
İnsan alverinin uşaq qurbanlarının müdafiəsi üzrə tövsiyələr, səh.34.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
111
6. Milli hüquqi çərçivə - hüquq vasitələri
Bu fəsildə insan alverinin milli hüquqi anlayışları və onların beynəlxalq anlayışlarla necə
əlaqələndirilməsi nəzərdən keçirilir. Milli qanunvericilikdə anlayış verilən insan alverinin müxtəlif
formaları və istismarın növləri müəyyənləşdirilir və izah olunur. Miqrant qaçaqmalçılığının da milli
səviyyədə anlayışı müəyyənləşdirilir və izah olunur.
Azərbaycan Respublikası UNTOC və ona əlavə Protokolları 13 may 2003-cü il tarixdə, AŞ
Konvensiyasını isə 2010-cu ildə ratifikasiya etmişdir. ATƏT-ə üzv-dövlət kimi (o, 1992-ci ilin
yanvarında bu təşkilata qoşulmuşdur), Azərbaycan Respublikası insan alveri və məcburi əməklə bağlı
Təşkilat tərəfindən qəbul edilmiş siyasi öhdəlikləri yerinə yetirməyə razılıq vermişdir. Xüsusilə də,
ATƏT-ə üzv ola bütün dövlətlər konsensus yolu ilə razılığa gəlmişlər ki, ATƏT-in İnsan Alverinə Qarşı
Mübarizə üzrə Fəaliyyət Planının
184
yerinə yetirilməsi hərtərəfli şəkildə regional təhlükəsizliyin təmin
olunmasına müsbət təsir göstərəcəkdir.
185
Azərbaycan Respublikası MDB-nin üzvüdür. MDB-nin Nizamnaməsinə əsasən, Birliyin ali orqanı,
onların ümumi maraqları sahəsində üzv-dövlətlərin fəaliyyəti ilə bağlı əsas məsələləri müzakirə və
həll edən Dövlət Başçılarının Şurasıdır. Dövlət Başçılarının Şurası qanunsuz miqrasiya ilə mübarizə
aparmaq üçün üzv-dövlətlərin 2015 – 2019-ci illəri əhatə edən əməkdaşlıq proqramını və insan alveri
ilə mübarizə aparmaq üçün MDB-yə üzv-dövlətlər arasında əməkdaşlıq konsepsiyasını qəbul
etmişdir.
186
4 aprel 2014-cü il tarixdə
187
Milli Əlaqələndirici parlamentə il ərzində insan alveri əleyhinə görülən
tədbirlər və üçüncü Milli Fəaliyyət Planının (MFP) hazırlanması və qəbul edilməsi, habelə ikinci MFP-
nin nəticələri barədə məlumat vermişdir. Milli Əlaqələndirici bildirmişdir ki, 2013-cü ildə
Azərbaycanda insan alveri ilə məşğul olan 12 şəxsdən ibarət beş cinayətkar dəstə həbs olunmuşdur.
Cinayət axtarış tədbirləri nəticəsində insan alveri ilə bağlı 80 hal və məcburi əməklə bağlı dörd hal
aşkar edilmiş, insan alverinə məruz qalmış 56 şəxs müəyyən olunmuşdur.
2015-i ilin aprel ayında
188
Milli Əlaqələndirici
Parlamentə bildirmişdir ki, görülən
tədbirlər nəticəsində
2014-cü ildə 97 insan alveri halı və 4 məcburi əmək və insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən
sənədləri saxtalaşdırma halı aşkar edilmişdir. Bu, 2013-cü illə müqayisədə 21 faiz artıq olmuşdur. Bu
əməllərə görə 26 şəxs (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb olunmuş və doqquz mütəşəkkil
dəstə zərərsizləşdirilmişdir.
Son on ildə aparılan araşdırmalar nəticəsində 681 insan alveri və məcburi əməyə cəlbetmə halı aşkar
edilmişdir. Bu əməllərə görə 408 şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur ki, bunlardan da 85
faizi (347) qadınlar və 15 faizi (61) kişilər olmuşdur. Ümumilikdə 167 cinayətkar dəstə
zərərsizləşdirilmişdir. Bu cinayətlər aldatma, səlahiyyətdən və ya müdafiəsizlik vəziyyətlərindən sui-
istifadə yolu ilə törədilmişdir. Müəyyənləşdirilən 583 qurbandan ümumilikdə 90 faizi cinsi istismara
və 10 faizi isə məcburi əməyə məruz qalmışdır. Qurbanlardan 3.6 faizi (21) uşaqlar olmuşdur.
189
184
ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət Planı. PC.dek./557, iyul 2003-cü il.
185
ATƏT-in Daimi Şurasının Qərarı Nr.557
186
ATƏT Nazirlər Şurasının iyirmi birinci toplantısı üçün Birlik Dövlətlərinin İcraiyyə Şurasının yazılı müraciəti,
Bazel, 4 – 5 dekabr 2014-cü il
187
http://www.meclis.gov.az/?/az/report/76
(azərbaycan dilində).
188
http://www.meclis.gov.az/?/az/report/79
(azərbaycan dilində)
189
Ingilis
dilində
http://www.mia.gov.az/?/en/speech/view/33
və
azərbaycan dilində
http://www.mia.gov.az/?/az/speech/view/33/