Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə41/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
84
 
  (məsələn,  miqrantlara,  qazanc  üçün  cinsi  xidmətlər  göstərən  şəxslərə,  qadınlara,  kişilərə  qarşı 
mənfi rəylər);  
•  Qurbanı onun utanmalı olacaxı üçün heç nə etmədiyinə inandırmaq bacarığı; 
•  Mədəni  baxımdan  səriştəlilik:  müxtəlif  mənşəli  şəxslərlə  iş  aparmaq  üçün  mədəni  baxımdan 
hazırlıqlı / səriştəli olmaq istəyi və bacarığı;  
•  Yüksək dərəcədə ağrılı əməllərlə bağlı iş aparmaq üçün psixoloji hazırlıqlılıq;  
•  Peşəkarlığın qorunub saxlanılması və sorğu-sual aparılarkən danışıq tonunda və tərzində təəssüf 
hissinin olması arasında tarazlığı saxlamaq bacarığı;  
•  Mürəkkəb  və  qurban  tərəfindən  başa  düşülən  müvafiq  sahə  üçün  səciyyəvi  olan  jarqon 
ifadələrin işlədilməməsinə yol verməmək bacarığı  
•  Fiziki təmasa  yol verməmək, lakin xoşməramlı olmaq bacarığı. 
UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı 
ilə bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 64. 
 
 
4.4.1 Müsahibənin planlaşdırılması 
İnsan  alveri  qurbanı  ilə  hər  hansı  müsahibə  aparmazdan  əvvəl  effektiv  şəkildə  planlaşdırma  və 
müsahibə  aparacaq  şəxsin  yaxşı  hazırlaşmazı  vacibdir.  Bütün  müsahibələr  ayrı-ayrılıqda 
dəyərləndirilməlidir  və  müsahibə  aparma  metodologiyası  insan  alveri  qurbanının  arzusu  ilə 
müəyyənləşdirilməlidir.  Qurbanın  sualları  cavablandırma  və  ehtiyac  duyulan  informasiyanı  vermə 
imkanlarını artıra bilən riayət edilməli qabaqcıl təcrübə prosedurları vardır. 
Bu prosedurlara aşağıdakılar aiddir: 
(i)  Müsahibənin  aparılma  yeri:  vəzifə  təhlükəsiz  mühiti  yaratmaq  və  insan  alveri  qurbanının 
müdafiəsini və təhlükəsizliyini təmin etməkdir. Seçilən yer toxunulmazlığı təmin etməli və mümkün 
olduqda, maneələrin olmadığı qapalı özəl məkan olmalıdır. 
 (ii) Müsahibədə iştirakçılar: mümkün olduqda, müsahibə aparanlar qurbanla eyni cinsdən olmalıdır. 
Qurban  deyilənləri  başa  düşmədikdə  və  ya  fərqli  dildə  danışdıqda,  zərurət  olarsa,  təsdiq  edilmiş 
tərcüməçi  (həmin  icmanın  üzvü  və  ya  bu  dildə  danışan  tanış  olmamaq  şərtilə)  iştirak  etməlidir. 
Qurbana  dəstək  göstərmək  üçün  də  bir  şəxs  olmalıdır.  Bu  QHT,  hüquqi  nümayəndə  və  ya  vəkil  ola 
bilər. 
 (iii)  Giriş:  qurbanın  sağlamlığına,  maddi  vəziyyətinə  və  rahatlığına  əmin  olmaq  lazımdır.  Zərurət 
olduqda,  tibbi  qayğı  və  ya  dərmanla  təmin  edilməlidir.  Qurbanın  qida  və  /  və  ya  içkinin  aid  edilə 
biləcəyi  rahatlıqla  bağlı  ehtiyacları  təmin  edilməlidir.  Müsahibə  aparan  şəxslər  və  iştirak  edən 
digərləri  özlərini  təqdim  etməli  və  kim  olduqlarını,  öz  mövqelərini  və  nə  üçün  müsahibədə  iştirak 
etdiklərini izah etməlidirlər. 
(iv)  Müsahibənin  izah  edilməsi;  qurbana  müsahibənin  məqsədi  və  onlarla  müsahibənin  nə  üçün 
aparıldığı,  onun  formatı  və  nə  qədər  çəkəcəyi  barədə  məlumat  verilməlidir.  Müsahibə  aparan  şəxs 
veriləcək sualların növlərini və onların nə üçün verildiyini izah etməli və qurbanın özünün də suallar 
soruşa  biləcəyini  ona  bildirməlidir.  Qurbana  məlumat  verilməlidir  ki,  müsahibə  konfidensialdır  və 
müsahibə aparmaq üçün onun razılığı alınmalıdır. 
 (v)  Hörmət:  Müsahibədə  qurbanla  xoş  münasibətin  qurulması  və  onda  inam  yaratma  vacibdir. 
Müsahibə  aparan  şəxs  həmişə  qurbana  hörmətlə  yanaşmalı  və  onu  mühakimə  etməməlidir.  Onlar 
qurbanı sakitləşdirməli və onları günahlandırmamalıdırlar. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
85
 
4.4.2 Uşaq qurbanlarla müsahibə aparma 
Belə  bir  əməl  olduqda,  məhkəmə  orqanları  uşağın  vəziyyətinə  və  uşağı  qorumaq  üçün  məhkəmə 
orqanlarının  rolunu  və  səlahiyyətlərini  nəzərə  alaraq,  nələrin  edilə  bilinəcəyini  nəzər  salmalıdırlar. 
Belə olan halda uşaq, çox güman ki, hələ də gərginlikdən əziyyət çəkir və məhkəməyə dəlillər təqdim 
etmək  fikri  onu  narahat  edir.  Yəqin  ki,  bunların  hamısını  eyni  vaxtda  aradan  qaldırmaq  mümkün 
deyildir, lakin prokurorlar bunu minimum endirmək üçün mümkün olan addımları atmalıdırlar.  
Yaşlı  insanlarla  müsahibələr  uşaqlarla  müsahibədən  çox  fərqlənir  və  bu  müsahibələr  yalnız  təlim 
keçmiş  hüquq-mühafizə  əməkdaşları  tərəfindən  aparılmalıdır.  Həmişə  müsahibə  aparılan  uşağın 
yaşını,  cinsini  və  mədəni  keçmişini  nəzərdə  saxlamaq  lazımdır.  Bu  məqamlar,  soruşulacaq  sualları, 
onların soruşulma üsulunu və müsahibənin kim tərəfindən aparılacağını müəyyənləşdirərkən xüsusilə 
vacib olacaqdır.
 154
 
Uşaq  qurban  yaxud  onların  valideyni  və  ya  qəyyumu  müsahibəyə  əvvəlcədən  məlumatlı  razılıq 
verməlidirlər və razılıq olmadan müsahibəyə başlamaq olmaz. Mümkün olduqda, müsahibədə uşağa 
dəstək  olan  şəxs  və  uşaq  müvafiq  dildə  başa  düşmədikdə  və  ya  danışmadıqda  tərcüməçi  də  iştirak 
etməlidir.  Müsahibəni  aparan  şəxsin  və  tərcüməçinin  uşaqla  eyni  cinsdən  olması  ən  ideal  haldır  və 
onların hər ikici mülki geyimdə olmalıdır.  
2011/36/EU  nömrəli  Direktivin  “Cinayət  araşdırmarında  və  proseslərində  insan  alverinin  uşaq 
qurbanlarının müdafiəsi” başlıqlı 15-ci maddəsində nəzərdə tutulur: 
 “15.1.Üzv-dövlətlər  milli  qanunvericiliklə,  valideynlik  öhdəliyi  daşıyanlar  və  uşaq  qurban 
arasında  münaqişə  nəticəsində  onların  usağı  təmsil  etmələri  istisna  edildiyi  halda,  cinayət 
araşdırmalarında və proseslərində,  qurbanın müvafiq  ədalət mühakiməsi  sistemində oynadığı 
rola  uyğun  olaraq,  uşaq  qurban  üçün  səlahiyyətli  orqanlar  tərəfindən  nümayəndənin  təyin 
olunmasını təmin etmək üçün zəruri tədbirlər görməlidirlər”. 
Müsahibələrin  mürəkkəbliyinə  yol  verilməməlidir  və  mümkün  olduqda,  bütün  müvafiq  orqanları 
planlaşdırmaya cəlb etmək üçün vaxt tələb edərək, müsahibələr növbə ilə təşkil olunmalıdır. Uşağın 
qorxmasına  yol  verməmək  və  uşaqla  təkrarən  müsahibənin  aparılmamasını  və  onun  yenidən 
istismara  məruz  qalmamasını  təmin  etmək  üçün  qayğı  göstərilməlidir.  Yaş,  uşağın  yetkinlik  və 
intellektual inkişafı nəzərə alınmaqla, müsahibədə istifadə edilən dil sadə olmalıdır.
 155
 
15-ci maddədə, həmçinin, nəzərdə tutulur: 
“15.3.  Müdafiə  hüquqlarına  xələl  gətirmədə,  üzv-dövlətlər  2-ci  və  3-cü  maddələrdə  qeyd 
olunan  əməllərdən  hər  hansı  biri  ilə  bağlı  cinayət  araşdırmalarında  və  proseslərində 
aşağıdakıları təmin etmək üçün zəruri tədbirləri görməlidirlər: 
 (a)  faktlar  barədə  səlahiyyətli  orqanlara  məlumat  verildikdən  sonra  əsassız  ləngiməyə  yol 
verilmədən uşaq qurbanla müsahibələrin aparılması; 
 (b)  zərurət  olduqda,  uşaq  qurbanla  müsahibələrin  bu  məqsəd  üçün  nəzərdə  tutulmuş  və  ya 
uyğunlaşdırılmış məkanlarda aparılması;  
(c)  zərurət  olduqda,  uşaq  qurbanla  müsahibələrin  bu  məqsəd  üçün  təlim  keçmiş  peşəkarlar 
tərəfindən və ya onların vasitəsilə aparılması;  
                                                            
154
 BMqT 2006, İnsan alveri əleyhinə təlim modulları, Qurbanların müəyyənləşdirilməsi və müsahibə üsulları
səh.29. 
155
 UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı ilə 
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 16. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə