Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə37/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
75
 
3.13 Hüquqi yardım 
İnsan  alverinin  qurbanları  hüquqi  xidmətlərdən  yaralanmaq  hüququna,  o  cümlədən  öz  hüquqları, 
hüquq müdafiə vasitələri və onlar üçün mövcud olan seçimlər barədə informasiya almaq hüququna 
malik  olmalıdırlar.Hüquqi  yardım  QHT-lərdən,  vətəndaş  cəmiyyətindən  və  ya  özəl  sektordan  olan 
müstəqil vəkillər tərəfindən göstərilə bilər. İnsan alverinin qurbanlarına hüquqi yardımın göstərilməsi 
onlara ədalət mühakiməsinə çıxış imkanı verir, beləliklə də, onların öz hüquqları haqqında məlumatlı 
olmasını  və  onları  həm  dil,  həm  də  hüquqi  baxımdan  başa  düşmələrini  və  əlavə  informasiya 
vermələrini və proseslərdə iştirak etmələrini təmin edir.   
BMT-nin  İnsan  Alverinə  dair  Protokolunun  “İnsan  alveri  qurbanlarının  müdafiəsi”  başlıqlı  6.3-cü 
maddəsində deyilir:  
 “3. Hər bir İştirakçı dövlət insan alveri qurbanlarının fiziki, psixoloji və sosial reabilitasiyasının 
təmin  edilməsi  üçün  tədbirlərin  həyata  keçirilməsi  mümkünlüyünü,  o  cümlədən  lazım 
gəldikdə,qeyri-hökumət  təşkilatları,  digər  müvafiq  təşkilatlar  və  vətəndaş  cəmiyyətinin  digər 
elementləri ilə əməkdaşlıq edərək və xüsusilə də: 
(b) insan alveri qurbanlarına aydın olan dildə konsultativ yardımın və məlumatın, xüsusən  də 
onların hüquqlarına dair yardımın və məlumatın təqdim edilməsini”. 
AŞ  Konvensiyasının  15(2)-ci  maddəsində,  iştirakçı-dövlətlərin,  öz  daxili  qanunvericilikliklərində  bu 
qanunvericiyin şərtləri altında qurbanlar üçün hüquqi yardım və ödənişsiz hüquqi yardım hüququnu 
nəzərdə tutmaq öhdəliyi müəyyən edilir.  
        Aİ-nin 2011/36/EU nömrəli Direktivində deyilir:  
“Üzv-dövlətlər,  insan  alveri  qurbanlarının,  ləngiməyə  yol  verilmədən  hüquqi  məsləhətlərin 
alınmasına və müvafiq ədalət mühakiməsi sistemində qurbanların oynadığı rola uyğun olaraq, 
hüquqi təmsilçiliyə çıxış imkanını, o cümlədən kompensasiya tələbetmə məqsədilə buna malik 
olmalarını  təmin  etməlidirlər.  Qurban  kifayət  qədər  maliyyə  vəsaitlərinə  malik  olmadıqda, 
hüquqi məsləhətlərin verilməsi və hüquqi təmsilçilik ödənişsiz olmalıdır”. 
 
 
3.14 İnformasiya təminatı 
Dövlətlər  qurbanları  informasiya  ilə  təmin  etmək  və  onlara  öz  fikirlərini  və  maraqlarını  bildirmək 
imkanını  vermək  öhdəliyini  daşıyırlar.  Qanunvericilik  orqanları  hakimlərin,  heç  bir  zəmində, 
hüquqların  müdafiəsinə  xələl  gətirən  məqamlardan  başqa,  informasiyanı  rədd  edə  və  ya  iştirakı 
istisna edə bilməmələrini təmin edəcək müddəaları nəzərdən keçirə bilərlər.
 139
 
BMT-nin  İnsan  Alverinə  dair  Protokolunun  “İnsan  alveri  qurbanlarının  müdafiəsi”  başlıqlı  6.2-ci 
maddəsində deyilir: 
 “2.  Hər bir İştirakçı dövlət təmin edir ki, onun daxili hüquqi və ya inzibati sistemi insan alveri 
qurbanlarına lazım gəldikdə: 
a) müvafiq məhkəmə və inzibati araşdırma haqqında məlumatın təqdim edilməsinə; 
                                                            
139
 UNODC  UNTOC və onun Protokollarının tətbiqi üçün qanunvericiliklə bağlı tövsiyələr, 2004-cü il, səh.284. 
 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
76
 
b)  müdafiənin  hüquqlarına  xələl  gətirməyən,  müvafiq  cinayət  icraatı  mərhələlərində  cinayəti 
törətmiş  şəxslər  barəsində  onların  fikir  və  qorxularının  izah  edilməsinə  və  baxılmasına  imkan 
verən yardımın göstərilməsinə. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
77
 
4. Beynəlxalq çərçivə - insan alverinin müxtəlif aspektləri üzrə cavab 
tədbirləri ilə bağlı qabaqcıl təcrübələr  
 
Bu Fəsildə insan alverinin qurbanlara təsiri və onların birbaşa fiziki və psixoloji ehtiyacları nəzərdən 
keçiriləcəkdir.  Burada  genderin  və  mədəniyyətin  təsiri  və  qurbanlara  necə  nəzarət  olunduğu  izah 
ediləcəkdir. Burada həmçinin qurbanlarla müsahibənin necə aparılmalı olduğu izah ediləcəkdir. 
İnsan  alveri  gizlədilmiş  cinayətdir.  Qurbanlar  adətən  öz  hüquqlarını  bilmirlər,  dövlətin  qanunlarını 
başa düşmürlər və onlara insan alverçiləri tərəfindən nəzarət olunur.
 140
 Qurbanlar yardım istəməyə 
bilərlər, insan alverinə məruz qalmış vəziyyətdə olduqlarını başa düşməyə bilərlər və ya hakimiyyət 
orqanlarından çəkinmiş ola bilərlər. 
 
4.1 Nəzarət metodları 
İnsan alverinin müxtəlif istismar formaları vasitəsilə bu əməli törədənlər öz qurbanlarından mənfəət 
əldə  edirlər.  Lakin  onlar  qurbanların  istismar  şəraitində  qalmasını  təmin  etməli  olurlar.  Buna  insan 
alverçisinin  davamlı  nəzarətə  malik  olmasını  və  qurbanın  istismar  olunmuş  vəziyyətdə  qalmasını 
təmin edən müxtəlif nəzarət metodları vasitəsilə nail olunur.  
Nəzarət  bir  çox  müxtəlif,  müəyyən  qədər  zorakı  mexanizmlər  vasitəsilə  həyata  keçirilir.  Hər  bir 
mexanizm  ayrı-ayrılıqda  istifadə  edilə  bilər,  lakin  əksər  hallarda,  qurbanı  həqiqi  və  ya  psixoloji 
əsirlikdə  saxlama  şəraitini  yaratmaq  üçün  onlardan  bir  yerdə  istifadə  edilir.
  141
 Nəzarət 
metodlarından  insan  alveri  prosesinin  hər  bir  ayrıca  ünsüründə  istifadə  edilə  bilər  və  müxtəlif 
metodlardan düşünülərək istifadə edilir.  
İnsan  alverinin  qurbanlarının  istismarın  bir  çox  formalarına  və  zorakı  nəzarətə  məruz  qalmaları  ilə 
yanaşı,  mənfəət  əldəetmə  vədi  ilə  insan  alveri  qurbanlarına  nəzarət  olunmasının  mümkünlüyünü 
göstərmək  vacibdir.  Məsələn,  fəhlələrə,  gələcəkdə  daha  yaxşı  məvacib,  bundan  başqa  onların 
dövlətdə  qalmasının  leqallaşdırılması,  onlara  ailələrini  öz  yanlarına  gətirməyə  kömək  etmə  və  ya 
digər  mənfəətlər  vəd  oluna  bilər.  Qurbanlara,  həmçinin  onların  öz  hüquqları  və  təyinat  ölkənin 
qanunları  haqqında  məlumatsız  olmaları  ilə  nəzarət  oluna  bilər.  Məsələn,  bir  çox  qurbanlar 
əmindirlər ki, onların iş üçün icazələri, bu icazə olmadıqda, onları işəgötürənlərdən asılıdır.
 142
 
Prokurorlar  və  hakimlər,  qurbanların  istismar  vəziyyətindən  və  bu  əməli  törədənlərin  nəzarətin  nə 
üçün çıxmamalarını bilmək üçün qurbanlara necə nəzarət olunduğunu başa düşməlidirlər. Bu, onlara 
həm  də  insan  alveri  qurbanlarını  və  insan  alveri  hallarını  müəyyənləşdirməkdə  və  insan  alveri 
vəziyyətinin reallıqlarını başa düşməkdə kömək edəcəkdir. 
Borc asılılığı  
Qurbandan  onun  təyinar  ölkəyə  və  ya  regiona  aparılmasına  görə  yaranmış  borcu  ödəmək  tələb 
olunur. Onlardan borcu ödəmək üçün istismar vəziyyətində işləmək tələb ediləcəkdir, lakin bu borc, 
                                                            
140
 ATƏT. İnsan alveri: potensial və təxmin edilən qurbanların müəyyənləşdirilməsi. İcma siyasət yanaşması. 
2011-ci il, səh.48. 
141
 MSİEBM, 2006-cı il. Hakimlər və prokurorlar üçün insan alveri əleyhinə təlim materialı. Aİ-yə üzv-ölkələrdə, 
qoşulan və namizəd ölkələrdə biliklərin daxil edilməsi üçün sistem proqramı, səh.32 
142
 ABŞ BİA 2010 Avropa və Avrasiya regionunda yaşlı kişilərin alveri, səh. 16.  
 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə