Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə45/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
92
 
BİQ-lər, onların yaradılması üçün hüquqi əsasın mövcud olması şərtilə, Aİ-yə üzv-dövlətlər və üçüncü 
ölkələr və Aİ-dən kənar dövlətlər arasında təsis oluna bilər.  Hüquqi əsas beynəlxalq hüquqi sənəd, 
ikitərəfli  saziş,  çoxtərəfli  saziş  və  ya  milli  qanunvericilik  (məsələn,  Cinayət  Prosessual  Məcəlləsinin 
maddəsi  (maddələri))  formasında  ola  bilər.
 163
 BİQ-lərin  təsis  edilməsi  məsələsi  adətən  cinayətin 
nisbətən  ağır  formalarını  araşdırarkən  nəzərdən  keçirilir.  Lakin,  BİQ-in  təsis  olunmasını  nəzərdən 
keçirərkən,  onun  təsis  olunması  məsələsində  cinayətin  ağırlıq  dərəcəsi  və  ya  hər  hansı  digər 
uyğunluq  meyarlarına  cavab  vermə  tələbinin  olub-olmamasını  müəyyənləşdirmək  üçün  milli 
qanunvericiliyə  və  fəaliyyətlə  bağlı  qaydalara  baxılmalıdır.  BİQ-lər,  eyni  zamanda,  daha  kiçik 
transsərhəd işlərin araşdırılmasında da faydalı ola bilər. Bunun səbəbi odur ki, BİQ hər hansı bir işdə 
əməkdaşlığa şərait yarada və transsərhəd əməkdaşlıqda qarşılıqlı inam qurmaqla və təcrübəni təmin 
etməklə gələcək BİQ-lər üçün özülü hazırlaya bilər.
 164
 
BİQ-in üstünlükləri 
1.  Formal sorğulara ehtiyac olmadan BİQ üzvləri arasında informasiyanı birbaşa bölüşmə imkanı. 
2.  İstintaq tapşırıqlarına ehtiyac duymadan qrup üzvləri arasında birbaşa istintaq hərəkətlərinin 
görülməsini sorğu etmək imkanı. Bu, həm də məcbuetmə tədbirləri üçün sorğulara da şamil 
edilir.  
3.  Müsahibələrdə dil maneəsinin dəf olunmasına kömək edərək, əhatə olunan bütün 
yurisdiksiyalarda evlərdə axtarışların aparılmasında, müsahibələrdə və sairədə iştirak etmək 
imkanı. 
4.  Hadisə yerində səyləri əlaqələndirmək və xüsusi biliklərin qeyri-rəsmi mübadiləsi üçün imkan. 
5.  Müxtəlif yurisdiksiyalardan və işçi mühitlərdən olan təcrübi işçilər arasında qarşılıqlı inam 
qurmaq və təşviq etmək imkanı. 
6.  BİQ optimal araşdırma və təqib strategiyalarını müəyyənləşdirmək üçün ən yaxşı platformanı 
təmin edir. 
7.  Avropol və Avrocast (Avropa Ədliyyə Şəbəkəsi) üçün birbaşa dəstək və yardıma cəlb olunma 
imkanı. 
8.  Aİ, Avrocast (Avropa Ədliyyə Şəbəkəsi) və ya Avropol tərəfindən mövcud maliyyələşmə üçün 
müraciət etmək imkanı. 
9.  BİQ-də iştirak idarəçilik barədə bilikləri artırır və beynəlxalq araşdırmaların aparılmasını 
təkmilləşdirir. 
Aİ Şurası, BİQ üzrə əyani vəsait.  https://www.europol.europa.eu/sites/default/files/st15790-
re01.en11.pdf 
 
 
5.3.3 Kibercinayətkarlıq 
Kibercinayətkarlıq,  müxtəlif  cinayətkar  əməlləri,  o  cümlədən  insan  alveri  əməllərini  törətmək  üçün 
İnternetin sürətindən, rahatlığından və müstəqilliyindən istifadə edən tədricən artan cinayətkarlarla 
sürətlə inkişaf edən bir sahədir. Başa düşülən anonimlik və onlayn xidmətlərin kütləvi auditoriyası bu 
                                                            
163
 Avropol, https://www.europol.europa.eu/sites/default/files/st15790-re01.en11.pdf. 
164
 Aİ-nin Şurası, BİQ üzrə əyani vəsait  


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
93
 
ximdətlərin tədbirliliyini, həm də gəlirli olmasını artıraraq, ənənəvi polis üsullarından istifadə etməklə 
cinayətkarları müəyyənləşdirməyi çox çətin edir.  
İnternet  şəbəkələrdən,  xəbər  saytlarından  və  çat-saytlar  vasitəsilə  özəl  və  şifrələnmiş  şəkildə 
məlumat  mübadiləsinə  imkan  yaradır.  Sosial  şəbəkələr  axtarışa  imkan  verir.  Qurbanların  cəlb 
olunması, onların xidmətləri barədə elanların verilməsi və qurbanlar və müştərilər arasında görüşlər 
xüsusi  vebsaytlar  vasitəsilə  təşkil  olunur.  İnternet  sexsual  materialların,  o  cümlədən  uşaqların 
təsirlərinin  və  seks-biznesi  və  “saxta”  nigahları  təşviq  edən  materialların  istehsalına  və 
yayımlanmasına şərait yaradır. Ondan, həmçinin, maliyyə əməliyyatlarını və insan alveri cinayətində 
iştirak edənlərə ödənişləri təşkil etmək üçün istifadə edilir. 
 
5.4 Korrupsiya 
Korrupsiyalaşmış məmurların cinayətkar dəstələrlə əlbirliyi və gizli sözləşməsi olmasaydı, insan alveri 
baş verməzdi və yəqin ki, indiki həcmdə olmazdı.
 165
 Korrupsiya araşdırmalara, təqiblərə, cinayət və 
mülki  proseslərə  əngəl  törədə  bilər.  Korrupsiyalaşmış  məmurlar  ya  birbaşa  insan  alveri  prosesində 
iştirak edir ya da bunlara göz yummaqla prosesin inkişaf etməsinə imkan yaradırlar. Onlar araşdırma 
materiallarını yaya bilər və ya təqibdən yayınmaqda insan alverçilərinə kömək edə bilərlər. 
UNTOC-un “Korrupsiyaya qarşı tədbirlər” başlıqlı 9-cu maddəsində deyilir:  
“1.  Bu  Konvensiyanın  8-ci  maddəsində göstərilmiş tədbirlərə əlavə olaraq  hər  bir  iştirakçı-
dövlət  vəzifəli şəxslər  arasında  korrupsiyanın  aşkar  edilməsi  və qarşısının  alınması  və buna 
görə həmin şəxslərin  cəzalandırılması  məqsədi  ilə öz  hüquqi  sisteminə uyğun  olaraq  və tələb 
olunan həcmdə qanunverici, inzibati və digər səmərəli tədbirlər görür”. 
ATƏT-in  hesabatına  əsasən,  “insan  alveri  və  korrupsiya  arasında  çox  güclü  əlaqə  vardır”  və  “insan 
alveri 

müəyyən qədər dövlət məmurlarının korrupsiyalaşması səbəbindən artır”.
 166
 İnsan alverçiləri 
çox  vaxt  öz  məqsədlərinə  çatmaq  üçün  bir  strategiya  kimi  korrupsiyadan  istifadə  edirlər.  Polis, 
gömrük və immiqrasiya xidməti əməkdaşlarının müəyyən gəlirlər müqabilində insan alverçilərinin öz 
qanunsuz hərəkətlərini həyata keçirmələrinə imkan yaratdığı bir çox hallar olmuşdur.
167
 
Prokurorlar  və  hakimlər  korrupsiya  və  hüquq-mühafizə  əməkdaşlarının  və  dövlət  məmurlarının 
korrupsiyaya  cəlb  oluna  bilmə  ehtimalı  barədə  məlumatlı  olmalıdırlar.  Prokurorlar  həmçinin 
korrupsiyaya  qarşı  mübarizədə  yardım  göstərmək  üçün  imzalanmış  beynəlxalq  əməkdaşlıq  sazişləri 
və  hər  hansı  digər  ikitərəfli  hökumətlərarası  və  ya  idarələrarası  müqavilə  barədə  məlumatlı 
olmalıdırlar.
 168
 
 
                                                            
165
 Holmes,  L.  2009  İnsan  alveri  və  korrupsiya:  üçqat  qurbana  çevrilmə?  red.  Friesendorf,  C.  İnsan  alveri 
əleyhinə strategiyalar: təhlükəsizlik sektorunun rolu, səh.84. 
166
 Eyni mənbə. səh.83. 
167
 Arsokova, C.  və Canssens, S. 2009 İnsan alveri və polis: qabaqcıl və zəif təcrübələr. red. Friesendorf, C. İnsan 
alveri əleyhinə strategiyalar: təhlükəsizlik sektorunun rolu, səh.179. 
168
 25/04/2007-ci il tarixdə Müstəqil Dövlətlər Birliyi çərçivəsində korrupsiyaya qarşı mübarizədə MDB-yə üzv-
dövlətlərin  baş  prokurorluqları  arasında  əməkdaşlığa  dair  idarələrarası  saziş  imzalanmış  və  dərhal  qüvvəyə 
minmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan bu sənədi ayrıca qeyd-şətlə imzalamışdır. 
 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə