Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə46/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
94
 
Məmurların korrupsiyaya cəlb olunmaqla insan alverində iştirak etmə yolları 
a. Birbaşa yollar. 
I. İnsan alveri əməliyyatını idarəetmə. 
II.  Cinayətkar  dəstə  tərəfindən  idarə  olunan  insan  alveri  əməliyyatında  şüurlu  şəkildə  iştirak  etmə. 
Əlbir  olma  hallarında  cinayətkar  dəstəyə  keçiriləcək  reydlər  barədə  xəbər  vermə,  sərhəd  keçidləri 
zamanı göz yumma, vizalar kimi müvafiq dövlət sənədlərini qanunsuz vermə və ya insan alverçilərinə 
onların əlindən yayınmış qurbanları yenidən nəzarət altına almaqda kömək etmə halları aiddir. 
III. İnsan alverinin olduğu hərəkətləri (məsələn, fahişəlik, məcburi əmək, dilənçilik) yönləndirmə. 
IV.  İnsan  alverinin  baş  verdiyi  cinayətkar  dəstə  tərəfindən  idarə  olunan  hərəkətlərdə  (məsələn, 
fahişəlik,  məcburi  əmək,  dilənçilik)  şüurlu  şəkildə  iştirak  etmə.  Bura  cinayətkar  dəstəyə  keçiriləcək 
reydlər  barədə  xəbər  vermə  və  ya  işləmək  üçün  icazələr  kimi  müvafiq  dövlət  sənədlərini  qanunsuz 
vermə aid edilə bilər.  
b. Dolayı yollar 
I. İnsan alverinə məruz qalan və ya qaldığı şübhə edilən şəxslərdən istifadə etmə (məsələn, 
fahişəlikdə, ev işlərində). 
II. İnsan alverinin baş verməsi ilə bağlı məlumatları araşdırmaqdan imtina etmə. 
III. İnsan alverinə şərait yaradan qanunvericiliyin qəbul edilməsində bunu dəstəkləyən tərəf qismində 
iştirak etmə. 
IV. İnsan alverinin qarşısını almaq üçün nəzərdə tutulan qanunvericiliyin qəbul edilməsindən imtina 
olunmasında bunu dəstəkləyən tərəf qismində iştirak etmə. 
Holmes, L. 2009 İnsan alveri və korrupsiya: üçqat qurbana çevrilmə? red. Friesendorf, C. İnsan alveri 
əleyhinə strategiyalar: təhlükəsizlik sektorunun rolu, səh.87. 
 
 
5.5 Araşdırma və ittiham irəli sürülərkən qurbanların müdafiəsi 
Qurbanların  müdafiəsi  və  onlara  yardım  insan  alveri  ilə  bağlı  bütün  hallarda  başlıca  məsələdir. 
Hakimlərə  və  prokurorlara  təminatla  bağlı  xidmətlərin  göstərilməsi  həvalə  olunmasa  da,  təcrübə 
göstərir  ki,  qurbanların  psixoloji  ehtiyacları  həll  edildikdə,  onların  əməkdaşlıq  səviyyəsi  artır.  Onlar 
insan alveri qurbanları üçün mövcud olan xidmətlərlə tanış olmalı və araşdırmanın və təqibin bütün 
mərhələlərində insan alveri qurbanının xüsusi ehtiyaclarını nəzərə almalıdırlar.
 169
 
Qurban cinayət prosesində dəlilləri təqdim etməyə razılıq verdiyi halda, onun prosesin əvvəlindən və 
o, başa çatdıqdan sonra müdafiə olunmaq hüququ vardır. 
2011/36/EU nömrəli Direktivin 12-ci maddəsində deyilir:  
“1.  Üzv-dövlətlər,  qurbanlara,  2001/220/JHA  nömrəli  Direktivdə  və  bu  Direktivdə  nəzərdə 
tutulmuş hüquqlarını həyata keçirmək imkanı yaratmaq məqsədilə, cinayət prosesindən əvvəl, 
                                                            
169
 İAQİƏQ və ABŞ BİA İnsan alveri halları üzrə hüquq-mühafizə fəaliyyəti və təqibin aparılmasına dair əyani 
vəsait, səh.16. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
95
 
onun gedişatında və o, yekunlaşdıqdan sonra onlara yardımın və dəstəyin göstərilməsini təmin 
etmək üçün zəruri tədbirlər görməlidirlər”. 
Şahid mühafizə tədbirləri  həyata keçirilmədiyi  halda, bu, insan alveri qurbanlarının yenidən  travma 
almasına  və  cinayətkarlara  qarşı  şikayətləri  geri  götürmə  ilə  bağlı  qərarların  verilməsinə  səbəb  ola 
bilər.  Həmçinin,  insan  alverinin  və  məcburi  əməyə  cəlb  etmə  hallarının  uğurlu  şəkildə  təqibi  üçün 
effektiv şahid ifadələri tələb olunur. 
AŞ  Konvensiyasının  “İnsan  alveri  qurbanlarının,  şahidlərin  və  ədalət  mühakiməsi  orqanları  ilə 
əməkdaşlıq edən şəxslərin müdafiəsi” başlıqlı 28-ci maddəsində deyilir: 
“1. Hər bir Tərəf cinayətkarların istintaqı və mühakimə olunması zamanı, eləcə də ondan sonra 
aşağıda  göstərilənlərin  qisas  və  ya  hədə-qorxu  hallarından  səmərəli  və  lazımi  müdafiəsinin 
təmin olunması üçün vacib olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir: 
a. insan alveri qurbanları […]”. 
Direktivin 18-ci maddəsində deyilir:  
“İnsan alveri qurbanları üçün öz hüquqlarını effektiv şəkildə həyata keçirə bilmə zəruridir. Buna 
görə də, cinayət prosesindən əvvəl, onun gedişatında və ondan sonra müvafiq müddət ərzində 
onlara yardım və dəstək göstərilməlidir”. 
 
5.5.2 Qurbanların müdafiəsi tədbirləri 
Qurbanların insan hüquqlarına hörmətlə yanaşılmasını, onların təhlükəsizliyinə zəmanət verilməsi və 
yenidən  travma alma hallarının  qarşısının alınmasını təmin etmək üçün  cinayət araşdırması zamanı 
qurbanların  müdafiəsi  tədbirləri  tətbiq  edilməlidir.  Bundan  əlavə,  çox  güman  ki,  qurban  üçün 
müdafiə  tədbirləri  olduqda  araşdırma  daha  uğurlu  olacaqdır,  belə  ki,  belə  olan  halda,  onlar  öz 
şikayətlərini  geri  götürməyə  az  meylli  və  effektiv  şəkildə  şahid  ifadəsi  verməyə  daha  çox  meylli 
olacaqlar. 
Effektiv  müdafiə  tədbirləri  cinayət  araşdırması  və  proseslər  zamanı,  xüsusilə  də  qurbanın  və 
cinayətkarın eyni vaxtda məhkəmədə olduğu məhkəmə prosesində qurbanlara və onların ailələrinə 
qarşı  təhlükələri  minimuma  endirə  bilər.Qurbanı  həm  əməli  törətmiş  şəxsdən,  həm  də  onun  ailə 
üzvlərindən qorumaq üçün həyata keçirilə bilən bir sıra tədbirlər mövcuddur. 
UNODC – Qurbanlara yardım və şahidlərin müdafiəsi. 
Dövlətlər  qurbanların  əsas  hüquqlarına  hörmətlə  yanaşmaq,  onların  xüsusi  ehtiyaclarına  uyğun 
olaraq, onlara yardım göstərmək və onları sonrakı zərərdən qorumaq öhdəliyini daşıyırlar. 
Bütün  cinayət  mühakimə  sistemləri,  araşdırma  və  ya  təqibin  aparılmasında  cinayət  mühakimə 
sistemi ilə əməkdaşlıq etmələri onları və ya onlarla sıx bağlı şəxsləri ciddi fiziki və ya emosional zərər 
riski altında qoyan şəxslərin müdafiəsi üzrə tədbirləri təmin etmə prosedurlarını müəyyənləşdirmək 
vəzifəsini daşıyırlar. Bu tədbirlərə aşağıdakılar aid edilə bilər: 
•  İfadə  verməyə  psixoloji  və  praktiki  maneələri  dəf  etmək  üçün  mühakimədən  əvvəl  və  onun 
gedişatında yardım; 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə