Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə39/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
80
 
Hakimiyyət orqanlarına xəbərvermə 
İnsan alverçiləri qurbanları hədələyirlər ki, onlar deyiləni etməsələr, müvafiq orqanlara onlar barədə 
məlumat veriləcək və onlar həbs ediləcəklər. Qurbanlar inanırlar ki, onların etdikləri qanunsuz və ya 
cinayətdir və ya onlar ölkədə qanunsuz qalırlar. İnsan alverçiləri qurbanlara hətta ölkə və ya regionda 
qanuni olduqları və ya onların gördükləri iş qanuni olduqda, məsələn, Niderlandda fahişəliklə məşğul 
olduqları və  ya Şengen  dövləti ərazisinə işləməyə  icazə verildiyi halda  belə onların həbs ediləcəyini 
deyirlər.  
Zərərli maddələr qəbul etməyə sövq edilmə.  
Qurbanlar  aludəçilik  yaranana  qədər  ilk  əvvəl  narkotik  və  ya  alkohol  və  ya  onların  hər  ikisini  qəbul 
etməyə məcbur edilirlər. İnsan alverçiləri qurbanların bu maddələrlə təchiz olunmasını davam etdirir 
və beləliklə də, onlara nəzarət edirlər. 
 
4.2 İnsan alverinin qurbanlara təsiri  
İnsan alveri qurbanlara fiziki və ya psixoloji təsir göstərə bilər, onlar zorakılığa və zərərli maddələrdən 
sui-istifadəyə məruz qalmış və ya təcrid edilmiş ola bilərlər. Fiziki əlamətlərə travma və sağlamlıqla 
bağlı  əlamətlər,  o  cümlədən  HİV/QİÇS,  cinsi  yoll  keçən  xəstəliklər,  zorakılıq,  yorğunluq  və  çəki 
itkisinin  səbəb  olduğu  fiziki  zədələr  aid  edilə  bilər.Zorakılıq  həm  istismara  qədər,  həm  də  istismar 
vəziyyətində  baş  verə  bilər.  Bura  fiziki  zorakılıq  (hücumlar  və  hədə-qorxular  və  ya  silahla  xəsarət 
yetirmələr); cinsi zorakılıq (öz iradəsi əleyhinə hansısa seksual xarakterli hərəkətləri etməyə məcbur 
edilmə  və  ya  bunun  üçün  qorxudulma),  habelə  hədələmələr  və  azadlığın  və  /  və  ya  nəzarətin 
itirilməsi aid edilə bilər. 
Bu  zorakılığın  təsiri  yorğunluqdan  və  çəki  itkisindən  tutmuş  nevroloji  əlamətlərə  qədər  sağlamlıqla 
bağlı  davam  edən  problemlərə,  habelə  psixi  sağlamlıqla  bağlı  problemlərə  gətirib  çıxara  bilər.  Bu, 
həmçinin  qurbanın  geri  qayıtmasına,  onların  təcrid  olunmasının  gücləndirilməsinə  və  onların  insan 
alverçilərindən daha çox asılı vəziyyətə düşmələrinə səbəb ola bilər. 
Qurbanlar, səciyyəvi olaraq, istismar vəziyyətində məruz qaldıqları cinsi zorakılıq və məcbur edilmə 
nəticəsində  arzu  edilməyən  cinsi  və  reproduktiv  sağlamlıqla  bağlı  problemlərdən  əziyyət  çəkə 
bilərlər.  Bura  onların  qazanc  məqsədilə  cinsi  xidmətlər  göstərmələri,  cinsi  zorakılıq,  cinsi  əlaqəyə 
məcbur edilmə halları və qorunmadan cinsi əlaqə səbəbindən cinsi yolla keçən xəstəliklərə və / və ya 
HİV / QİÇS-ə yoluxma riski də aiddir.
 147
 
Psixoloji əlamətlər özünü ruhi sağlamlıqla bağlı problemlər kimi, o cümlədən depressiya, narahatlıq, 
özünü təcavüzkarcasına aparma və travmadan sonrakı gərginlik, habelə emosional istismarın təsirləri 
kimi  büruzə  verir.  Travmanın  təsirinə  şüur  üzərində  nəzarəti  müvəqqəti  itirmə  və  özünü 
dərketməninin psixopatoloji pozğunluğu, dəyişmiş vaxt hissi, yaddaşın zəifləməsi, kəskin laqeydlik və 
ağırlıq,  qavrayış,  hissiyyat,  şüur  və  yaddaşın  pozulması,  gözlənilməz  hallyusinasiya  halları  aiddir. 
Travmanın əsas cəhəti odur ki, o, qurbanın psixoloji və bioloji uyğunlaşma mexanizmlərini pozur. Bu, 
daxili və kənar resurslar kənar hədələri dəf etmək üçün kifayət qədər olmadıqda baş verir.
 148
  
                                                            
147
 Oğurlanmış  təbəssümlər:  2006-cı  il,  Avropada  insan  alverinə  məruz  qalmış  qadınlar  və  yeniyetmələr  üçün 
fiziki və psixoloji sağlamlıqla bağlı fəsadlar, səh.15.  
148
 UNODC Cinayət mühakimə sahəsində çalışan təcrübi işçilər üçün insan alveri əleyhinə əyani vəsait, Modul 3, 
səh.2  


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
81
 
Depressiv əlamətlərə özünü çox kədərli, dəyərsiz hiss etmə və gələcək barədə ümidsizliyə qapanma 
və  hər  şeyə  marağı  itirmə  aid  edilə  bilər.  Özünü  təcavüzkarcasına  aparma  əlamətlərinə  özünü 
narahat  hiss  etmə  və  ya  tez  əsəbiləşmə,  özündən  çıxma  və  tez  məyus  olma  aid  edilə  bilər.  İnsan 
alverinin  qurbanlarında,  həmçinin  təkrar  baş  verə  bilən  travmadan  sonrakı  gərginlik,  çox  gərgin, 
qorxuducu və kədərləndirici hadisələr səbəbindən baş verən narahatlıq halları müşahidə edilir.  
Travmadan sonrakı gərginlik özünü aşağıdakılarla büruzə verə bilər 
(i)  travmatik  hadisələrə  yenidən  məruz  qalma;  bura  qorxuducu  hadisələr  barədə  fikirlərin  və  ya 
yaddaşın yenidən qayıtması, ağrılı və ya travmatik hadisəni xatırladıqda qarabasmanın və ya kəskin 
emosional və ya fiziki reaksiyaların yenidən baş verməsi.
149
 
 (ii)  fiziki  oyanış;  bura  tez  özündən  çıxma  və  yuxu  pozğunluğu  ilə  tez  qorxma,  fikrini  cəmləməkdə 
çətinlik və əsəbi olma və qızışma aiddir.  
 (iii) çəkinmə və hissiyatsızlıq; bura gələcəyin olmadığını hiss etmə, özünü təcrid olunmuş / tənha hiss 
etmə,  emosiyanın  olmaması  və  ya  ən  travmatik  və  ya  ağrılı  hadisələrin  hissələrini  yadda  saxlamaq 
imkanının olmaması.
150
 
 
Özünü  təcavüzkarcasına  aparma,  özünüidarəetmənin  itməsi,  sosial  reinteqrasiyaya  qədər  bərpa  və 
xatırlama  da  daxil  olmaqla,  bərpanın  bir  neçə  mərhələsi  ola  bilər.  Qurbanlar  məcburetmə 
münasibətlərdə  üstünlük  təşkil  edən  cəhət  kimi  sistematik  şəkildə  istismara  cavab  olaraq  bir  sıra 
sağqalma strategiyalarını qəbul edə və davanışlarını istismarı azaltmaq üçün uyğunlaşdıra bilərlər. Üç 
əsas  sağqalma  strategiyasına  çəkinmə,  insan  alverçisi  ilə  eyniləşdirmə  (“Stokholm  sindromu”)  və 
hissiyatsızlıq aiddir.  
Cinayət mühakimə sahəsində təcrübi işçilər üçün fəsadlar 
Qurbanın davranışına aşağıdakılar aid edilə bilər:  
  Araşdırma aparan şəxsə və ya prokurora qarşı təcavüzkarcasına davranma. Qurban öyrənmiş ola 
bilər  ki,  insan  alveçilərinin  hökmranlığını  təhlükə  altına  alan  hər  hansı  bir  məqam  birbaşa 
zorakılığa  gətirib  çıxara  bilər.  O,  buna  görə  də,  hüquq-mühafizə  orqanları  və  ya  məhkəmə 
orqanları ilə hər hansı bir əməkdaşlıqdan yayına bilər;   
  İstintaq və ya ittiham qurumu ilə əməkdaşlıq etməmə; 
  Yaddaşın itməsi aşağıdakılarla nəticələnən xətalar və fikir ayrılıqları:  
   - Müxtəlif vaxtlarda dəyərləndirmədə dəyişikliklər 
   - Təfsilatları xatırlaya bilməmə 
   - Travmatik hadisənin əsas təfsilatlarını xatırlama, amma geyim, otaqla və ya nəqliyyat vasitələrinin 
təsviri kimi əlavə təfsilatları xatırlamama 
   -  Həyat  üçün  ən  əsas  hədələr  olan  hadisələr  haqqında  düşünə  bilməmə  (məsələn,  şüur  üzərində 
nəzarəti itirmə)  
  Düşüncəsizlik kimi görünən qızışma halları; 
                                                            
149
 Oğurlanmış  təbəssümlər:  2006-cı  il,  Avropada  insan  alverinə  məruz  qalmış  qadınlar  və  yeniyetmələr  üçün 
fiziki və psixoloji sağlamlıqla bağlı fəsadlar, səh.20. 
150
 Oğurlanmış  təbəssümlər:  2006-cı  il,  Avropada  insan  alverinə  məruz  qalmış  qadınlar  və  yeniyetmələr  üçün 
fiziki və psixoloji sağlamlıqla bağlı fəsadlar, səh.2 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə