Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə38/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
78
 
cəza  qismində  faiz  dərəcələri  və  qalmaq  üçün  yer,  qida  və  nəqliyyat  xərclərinə  görə  arta  bilər. 
Qurban  onu  ilk  olaraq  alan  şəxs  tərəfindən  satıla  bilər  və  bu  yenidən  satılma  nəticəsində  borc 
yenidən  başlaya  bilər.  Qurban  ilk  əvvəldə  onun  ödənilməsinin  heç  vaxt  mümkün  olmayacağını 
bilmədən, bu borcu qəbul etmiş ola bilər. 
Təcrid olunma 
Qurbanların  istismar  vəziyyətindən  yayınmayacağını  təmin  etmək  məqsədilə  qurbanlara  nəzarət 
etmək üçün düşünülmüş şəkildə təcrid etmədən istifadə oluna bilər. Qurbanlar digər insanlardan ayrı 
saxlanılır və onlara başqa bir şəxslə ünsiyyətə girməyə imkan verilmir. Qurbanlar həmçinin nəqliyyat 
xətlərinin olmadığı yerdə fiziki təcrid olunmuş şəkildə saxlanıla bilər. 
Dil  böyük  bir  maneədir,  belə  ki,  bir  çox  qurbanlar  aparıldıqları  dövlətin  dilində  danışa  bilmirlər  və 
insan alverçisi onlara dili öyrənmək üçün imkan yaradılmamasını təmin edir. Onlar bir yerdən başqa 
yerə aparıla bilər, buna görə də onlar hər hansı bir yerdə əlaqələr qura bilmirlər. Onlara telefon və ya 
digər  rabitə  vasitələri  verilməyə  bilər.  Bu  cür  təcridetmə  metodları  qurbanı  insan  alverçilərindən 
daha çox asılı vəziyyətə salır. 
Güctətbiq etmə və zorakılıq 
Bəzi  hallarda,  qurbanlara  nəzarət  etmək  və  onların  istismar  vəziyyətindən  yayınmamalarını  təmin 
etmək  üçün  zordan  həddən  artıq  istifadə  edilə  bilər.  Digər  qurbanları  istismar  vəziyyətindən 
çıxacaqları  halda  onların  da  zorakılığa  məruz  qalacağına  inandırmaq  üçün  də  qurbana  qarşı 
zorakılıqdan istifadə edilə bilər. 
Qurbanlara onların özlərinə və / və ya ailə üzvlərinə qarşı zor tətbiq etmək hədəsi ilə nəzarət oluna 
bilər. Bu, xüsusilə də qurban insan alverçisinin onun ailəsini tanıdığını bildiyi halda daha təsirli olur. 
Qurbanlar onların ailələrinə zərər vurula biləcəyinə inanaraq, bunun həqiqət olduğunu bilərək və ya 
digər şəkildə bunu qəbul edərək istismar vəziyyətində qalırlar. 
Ailəyə xəbərvermə  
İnsan alverciləri qurbanlara onların fahişəlik və ya məcburi əməklə məşğul olduqları barədə ailələrinə 
xəbər  verəcəklərini  deyirlər.  Bu,  xüsusilə  də  qurbanların  onlara  qarşı  hörmətin  və  ya  ailə  və  ya 
icmada  nüfuzlarının  itəcəyini  bildikləri  kollektivist  mədəniyyətlərdə  təsirli  olur.  Bu  nəzarət  metodu, 
həmçinin, qurbanın dini keçmişi olduğu halda tətbiq edilə bilir.  
Sənədlərin alınması  
Qurbanın  sənədlərinin  insan  alverçisi  tərəfindən  onun  əlindən  alınması  demək  olar  onun  istismar 
vəziyyətindən  çıxmasını  mümkünsüz  edir.  Bu,  adətən  şəxs  təyinat  ölkəyə  gəldikdən  sonra  edilir. 
Sənədlər  olmadan,  onlar  qaçmağı  mümkünsüz  edən  şəxsiyyəti  təsdiq  edən  heç  bir  rəsmi  sənədə 
malik olmurlar. 
Maliyyə zorakılığı 
Maliyyə  vəsaitləri  başlıca  istismar  və  nəzarət  metodudur.  Miqrasiya  prosesində  istismar  erkən 
vəsaitlər  potensial  miqrantlar  viza  xidmətləri  ödəniş  edərkən  başlayır.  Fəhlələr  bunlar  və  heç  vaxt 
göstərilməyən digər xidmətlər üçün ödəniş edirlər. 
 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
79
 
İş: Bosniya və Herseqovinadan olan fəhlələr 
Fəhlələr Azərbaycanda istismar olunmuşlar, belə ki, onların çoxu, onları bu işə cəlb edən şəxsə viza 
üçün  əlavə  250ABŞ  dolları  ödəmişdilər.  Onlar  ölkəyə  gəldikdən  sonra  yenə  də  turist  vizasına  görə 
ödəniş  (40  ABŞ  dolları)  etməli  oldular  və  onların  əksəriyyətinə  heç  vaxt  verilməyən  iş  vizaları  vəd 
olunmuşdu. 
ABŞ BİA 2010 Avropa və Avrasiya regionunda yaşlı kişilərin alveri, səh. 19. 
 
Bu  ödənişlər  istismarın  başlanğıcıdır,  belə  ki,  bir  çox  araşdırmalar  onu  göstərir  ki,  istismarçılar 
fəhlələrə nəzarət etmək üçün məcburi asılılıqlar sistemini yaradırlar. Miqrantlara qarşı ən çox edilən 
hədə şikayət etdikləri təqdirdə onlara pulun ödənilməyəcəyi ilə hədələmədir. Ödəmək vədi çox vaxtı 
istismarçı  iş  yerlərində  qalmaq  üçün  səbəb  kimi  göstərilir  və  saxlanılan  məvaciblərin 
ödənilməyəcəyindən qorxma ən çox narahatlıq doğuran məqam olur.
 143
 
Məvaciblərin ödənilməməsi 
Miqrantların məcburi əməyinin istismarı hallarına, milli orqanlar tərəfindən əsasən qaçaqmalçılıq və 
ya  milli  immiqrasiya  və  ya  əmək  qanununun  pozulması  kimi  baxılır.  Bu,  qurbanları  cinayətkar 
vəziyyətinə qoyan yanlış yanaşmadır. Burada diqqət yanlış hədəfə yönəlir və insan alverçiləri və insan 
alveri ilə mübarizədə maneəyə çevrilir.
 144
 
İstismarçılar  qurbanlara  onların  məvaciblərini  ödəməyərək  onların  getmək  imkanlarını 
məhdudlaşdırır və onlarda gedəcəkləri təqdirdə onlara verilməli olan pulların ödənməyəcəyi ilə bağlı 
qorxu  yaradırlar.  İnsan  alverçiləri  həmçinin  cərimələr  və  məvaciblərdən  qida,  qalmaq  üçün  yer  və 
nəqliyyata  görə  pul  tululması  ilə  maliyyə  cəzalarını  təyin  edə  bilərlər.    Bu,  qurbanların  aldıqları 
məvacibin çox az olması səbəbindən onların istismar vəziyyətindən çıxa bilməmələrini təmin edir.  
BƏT-in  araşdırmaları  onu  üzə  çıxarmışdır  ki,  məcburi  əməyə  cəlb  edilmiş  əməkçi  miqranların  88.7 
faizinin məvacibləri əlindən alınmışdır və bir çox hallarda məvaciblər ümumiyyətlə ödənilməmişdir və 
ya təsadüfi cərimə haqlarına görə pul tutulmaları o qədər çox olmuşdur ki, yekunda fəhlələrə çox cüzi 
ödənişlər  edilmişdir.  Fəhlələr  əvvəldə  bu  barədə  məlumatsız  olduqları    üçün  belə  görünür  ki, 
işəgötürənlərin  onlara  razılaşdırılmış  məvacibi  ödəmək  niyyəti  olmamamışdır,  bu  da  onların 
aldadılması, BMT-nin İnsan Alverinə dair Protokoldakı şərtlərə uyğun gəlmə deməkdir.
 145
 
Azadlığın itirilməsi 
Bu,  hərəkət  azadlığının  verilməsindən  imtina  və  ya  onun  məhdudlaşdırılması  və  ya  qurbanların 
müvafiq məkanlarda saxlama bölmələrinə saxlanılmasına gətirib çıxarır. Ukraynadan insan alveri ilə 
bağlı gətirilən kişilərin 92 faizində hərəkət azadlığının verilməsindən, ümumiyyətlə, imtina edilmişdir 
və ya buna yalnız müşayiət edildikləri halda icazə verilmişdir və onlara silahlı mühafizəçilər nəzarət 
edirdilər  və  onlar  olduqları  məkanı  tərk  etmək  üçün  yazılı  icazə  almalı  idilər.  BƏT-in  ölkə  üzrə 
araşdırmalarında  aşkar  edilmişdir  ki,  məcburi  əməyə  cəlb  edilmiş  əməkçi  miqrantların  92.1  faizinin 
hərəkət azadlığı olmamışdır.
 146
 
                                                            
143
 ABŞ BİA 2010 Avropa və Avrasiya regionunda yaşlı kişilərin alveri, səh. 19. 
144
 Avropa Şurasının Parlament Assambleyası, Hesabat, Sən.13086. 04 yanvar 2013-cü il. 
145
 ABŞ BİA 2010 Avropa və Avrasiya regionunda yaşlı kişilərin alveri, səh. 19. 
146
 ABŞ BİA 2010 Avropa və Avrasiya regionunda yaşlı kişilərin alveri, səh. 18. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə