Microsoft Word Kitab June 06 2017



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə35/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
71
 
3.9.2 Uşaqlarla bağlı müxtəlif ölkələrdə istiqamətləndirmə sistemləri 
İnsan  alveri  qurbanlarının  istiqamətləndirilməsi  üzrə  prosedurlar  insan  alverinin  uşaq  qurbanlarına 
da tətbiq olunur, lakin burada uşağın vacib maraqlarının başlıca məsələ olması əsasdır. Dövlət insan 
alverinin uşaq qurbanları üçün müdafiə və yardımı təmin etmək vəzifəsini daşıyır və bu müdafiə öz 
ölkəsinə qayıda bilməyən uşaqlar üçün də davam etdirilməlidir. 
AŞ Konvensiyasının 12-ci maddəsinə əsasən, dövlət, qurbanların öz yaşayışlarını təmin etməyə imkan 
verən yaşayış səviyyəsinə malik olmaları üçün qanunvericiliklə bağlı və digər tədbirlər görməlidir və 
bunlara  yaşayış  üçün  təhlükəsiz  yer  də  aiddir.  Buna  görə  də,  dövlət  insan  alverinin  qurbanı  olan 
uşaqlar  üçün  sığınacaqları,  habelə  psixoloji  və  maddi  yardımı  təmin  etmək  vəzifəsini  daşıyır.  Bu 
müdafiə  yalnız  hər  hansı  bir  dövlətə  aparılaraq  insan  alverinə  məruz  qalmış  qurbanlara  deyil,  eyni 
zamanda dövlətin hüdudlarında insan alverinə məruz qalan insanlara da şamil edilir. 
AŞ-nin “Qurbanların müəyyənləşdirilməsi” başlıqlı 10-cu maddəsində deyilir: 
“1.  Hər  bir  Tərəf  insan  alverinin  qarşısının  alınması  və  onunla  mübarizə,  uşaqlar  da  daxil 
olmaqla insan alveri qurbanlarının müəyyən edilməsi və onlara yardım göstərilməsi sahəsində 
müvafiq  təlim  keçmiş  və  ixtisaslaşmış  şəxslərin  öz  səlahiyyətli  orqanlarına  təyin  edilməsini 
təmin  etməli  və  qadın  və  uşaq  alveri  qurbanlarının  onların  xüsusi  vəziyyətini  nəzərə  alan 
prosedurla  müəyyən  edilməsi  və  lazım  gəldikdə,  onlara  bu  Konvensiyanın  14-cü  maddəsinin 
müddəalarına əsasən ölkə ərazisində yaşayış icazəsi verilməsi üçün aidiyyəti orqanların bir-biri 
ilə və həmçinin əlaqədar yardımçı təşkilatlarla əməkdaşlıq etməsini təmin etməlidir. 
3.  İnsan  alveri  qurbanının  yaşı  məlum  olmadıqda  və  onun  uşaq  ola  biləcəyi  ilə  əlaqədar 
müəyyən  əsaslar  olduqda,  onun  uşaq  olması  ehtimal  olunmalı  və  onun  yaşı  müəyyən 
olunanadək ona münasibətdə xüsusi mühafizə tədbirləri görülməlidir. 
4. Müşayiət edilməyən hər hansı uşağın insan alveri qurbanı olması müəyyən edildiyi andan hər 
bir Tərəf aşağıdakı tədbirləri həyata keçirir: 
a)  uşağın,  onun  mənafeyinə  uyğun  şəkildə  çıxış  edəcək  qəyyum,  təşkilat  və  ya  səlahiyyətli 
orqan tərəfindən təmsil olunmasını təmin etmək
b) onun şəxsiyyətini və milli mənsubiyyətini müəyyənləşdirmək üçün zəruri addımlar atmaq; 
c)  uşağın  mənafeyinə  uyğun  olduğu  təqdirdə,  onun  ailəsinin  olduğu  yeri  müəyyənləşdirmək 
üçün bütün lazımi tədbirləri görmək. 
 
3.10 Repatriasiya 
İnsan alveri vəziyyətindən xilas edildikdən sonra qurbanlar öz mənbə ölkələrinə qayıtmaq və yenidən 
orada  məskunlaşmaq  istəyində  ola  bilərlər.  Bu,  yalnız  könüllü  əsaslarla  olmalıdır.  Lakin  insan 
alverinin  qurbanları  uzun  müddətdə  cəmiyyətə  reinteqrasiya  olunmaq  və  onların  tibbi,  maliyyə  və 
hüquqi  problemlərinin  həll  edilməsi  hüququna  malikdirlər.  Onların  təhsil,  peşə  təlimi,  gəlir  əldə 
etmək, məşğulluq və mənzillə təchiz olunmaq hüququ vardır.  


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
72
 
Bu,  insan  alveri  qurbanlarının  müdafiəsinin  üçüncü  mərhələsidir  və  qurbanın  sosial  mühitə 
inteqrasiyası  və  öz  normal  həyatına  qayıtması  mürəkkəb  bir  proses  ola  bilər.  Qurbanlar  aydın  və 
kifayət qədər informasiya ilə, həmçinin qayıdarkən yardımla təmin olunmalıdırlar.
 133
 
BMT-nin İnsan Alverinə dair Protokolunun 8-ci maddəsində beynəlxalq hüquqi sənədlərdə təsbit 
edilmiş repatriasiya hüququ nəzərdə tutulur: 
 “1. Vətəndaşı insan alverinin qurbanı olan İştirakçı dövlət qəbul edən İştirakçı dövlətin ərazisinə daxil 
olduğu zaman həmin dövlətdə daimi yaşamaq hüququ olan bu cür şəxsin geri qaytarılmasına yardım 
edir və onun  təhlükəsizliyinin təmin edilməsi məsələsinə lazımi qaydada diqqət yetirərək,  əsassız və 
səbəbsiz ləngitməyə yol vermədən onu qəbul edir”. 
AŞ  Konvensiyasının  “İnsan  alveri  qurbanlarının  repatriasiyası  və  qaytarılması”  başlıqlı  16-cı 
maddəsində deyilir:  
“16.5.  Hər  bir  Tərəf  aidiyyəti  milli  və  beynəlxalq  institutlar  və  qeyri-hökumət  təşkilatları  ilə 
birgə repatriasiya proqramlarının təşkil olunması üçün vacib qanunvericilik və digər tədbirləri 
həyata  keçirməlidir.  Bu  proqramların  məqsədi  insan  alveri  qurbanlarının  yenidən  cinayətin 
qurbanına  çevrilməsinin  qarşısını  almaqdır.  Hər  bir  Tərəf  insan  alveri  qurbanlarının,  xüsusilə 
onların  peşə  qabiliyyətinə  yiyələnməsi  və  peşə  qabiliyyətlərinin  təkmilləşdirilməsi  yolu  ilə, 
qaytarıldıqları  dövlətin  cəmiyyətinə,  həmçinin  təhsil  sisteminə  və  əmək  bazarına  yenidən 
inteqrasiya  olunmaları  üçün  əlindən  gələni  əsirgəməməlidir.  Uşaqlarla  bağlı  olaraq  bu 
proqramlara  təhsil  hüququndan  faydalanma  imkanları,  adekvat  qayğının  təmin  olunması, 
ailələr və yaxud müvafiq qayğı göstərən strukturlar tərəfindən onların qəbul olunması tədbirləri 
daxil edilməlidir”. 
 
3.10.1 Uşaqların repatriasiyası 
AŞ  Konvensiyasının  “İnsan  alveri  qurbanlarının  repatriasiyası  və  qaytarılması”  başlıqlı  16-cı 
maddəsində deyilir:   
“7.“Riskin və təhlükəsizlik dərəcəsinin qiymətləndirilməsi nəticəsində uşaq alveri qurbanlarının 
geri  qaytarılmasının  onların  mənafeyi  baxımından  məqsədəuyğun  olmadığı  müəyyən  edildiyi 
təqdirdə, uşaq alveri qurbanları həmin dövlətə geri qaytarılmamalıdır”. 
 
3.11 Qeyri-hökumət təşkilatlarının rolu 
İnsan alveri ilə mübarizə sahəsində, QHT-lər həyata keçirilən tədbirlərdə boşluqları doldurmalıdırlar. 
Bütün  iştirakçılar  arasında  əməkdaşlıq  vacibdir.  QHT-lər  insan  alveri  ilə  mübarizə  sahəsində  bütün 
iştirakçılarla əməkdaşlıq etməlidirlər və digər iştirakçılara öz dəstəklərini təklif etməlidirlər. QHT-lər 
insan alverinin qurbanlarının müəyyənləşdirilməsinə və lazımi dəstəyin, o cümlədən hüquqi, psixoloji 
və sosial və ilkin dəstəyin göstərilməsinə və insan alverinə məruz qalmış şəxslərin təhlükəsiz şəkildə 
istiqamətləndirilməsinə və (re)inteqrasiyasına dəstək göstərə bilərlər. 
QHT-lər,  həmçinin,  insan  alverinə  məruz  qalmış  şəxslərin  hakimiyyət  orqanları  ilə  əməkdaşlığa  dair 
qərar vermələrində kömək edə bilərlər. Birbaşa sosial dəstək xidmətlərinə və insan alveri qurbanları 
ilə birbaşa əlaqəyə görə, QHT-lər xidmət göstərdikləri tərəflərin inamını qazana bilərlər. Bu, çox vaxt 
onlarda ifadə vermək istəyinin yaranmasına və  məhkəmə də  daha yaxşı şahidlərin olmasına gətirib 
                                                            
133
 Kopik,  S.Simeunoviç-Patik,  B.  İnsan  alverinin  qurbanları,  red.  Vinterdik,  C.  və  İnsan  alveri,  beynəlxalq 
xüsusiyyətlərin, problemlərin və mürəkkəbliklərin araşdırılması 2012, səh.278. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə