Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə33/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
67
 
İnsan  alverinin  uşaq  qurbanlarının  onların  xüsusi  hüquqlarına  və  ehtiyaclarına  uyğun  olaraq,  həm 
qurban, həm də uşaq kimi xüsusi müdafiə tədbirlərindən yararlanmaq hüququ vardır. Dövlət uşaqları 
müdafiə etməli və onlara yardım göstərməli və onların təhlükəsizliyini təmin etməlidir.
 127
 
 
3.8 Müxtəlif ölkələrdə istiqamətləndirmə sistemləri 
AŞ  Konvensiyasının  məqsədlərindən  biri  insan  alverinin  qarşısını  almaq  və  onunla  mübarizə 
aparmaqdır. Bura qurbanların müəyyənləşdirilməsi və müdafiəsi və onların hüquqlarının qorunması 
aiddir.  AŞ  Konvensiyasının  111-ci  Fəslində  “Gender  bərabərliyinə  zəmanət  verməklə,  qurbanların 
hüquqlarını qorumaq və təşviq etmək üçün tədbirlər” nəzərdə tutulur. AŞ Konvensiyası çərçivəsində 
ehtiva  olunur  ki,  burada  qurbanın  müəyyənləşdirilməsi  ilə  başlayan  və  müdafiə  və  qurbanın 
qaytarılmasını təmin edən bir proses olacaqdır. 
İstiqamətləndirmə  sistemi  insan  alveri  qurbanlarının  müəyyənləşdirilməsi  və  onların  müvafiq 
müdafiəsinin  və  onlara  dəstəyin  təmin  olunması  üçün  bir  çərçivədir.  ATƏT,  istiqamətləndirmə 
sisteminə,  dövlətlərə,  vətəndaş  cəmiyyəti  ilə  birgə,  insan  alverinə  məruz  qalmış  insanları 
müəyyənləşdirmək,  müdafiə  etmək  və  onların  insan  hüquqlarını  təşviq  etmək  imkanı  verən  bir 
əməkdaşlıq çərçivəsi kimi anlayış vermişdir.
 128
  
İnsan  alveri  hallarının  müəyyənləşdirilməsində  və  təqib  olunmasında  prokurorlar  üçün  bir  sıra 
məsələlər  və  həmçinin,  məhkəmə  proseslərində  qurbanların  təhlükəsizliyini  təmin  etmək  üçün 
problemlər  mövcuddur.  Müdafiə  tədbirləri  ifadə  vermək  istəyində  olan  qurbanların  sayını  artıra  və 
insan  alveri  qurbanlarının  yenidən  travma  almasını  azalda  bilər.  İnsan  alverinin  və  məcburi  əməyin 
uğurlu şəkildə təqib olunması üçün şahidlərin effektiv şəkildə ifadə vermələri tələb olunur. 
Müəyyənləşdirildikdən  sonra  insan  alverinin  potensial  qurbanları  qurbanlara  dəstək  xidmətlərinə 
doğru  istiqamətləndirilməlidirlər.  Bu  göndərişlər  qurbanın  məlumatlı  şəkildə  razılığı  ilə  və  onun 
ehtiyacları  əsasında  olmalıdır.  Qurbanın  ehtiyaclarının  təmin  edilməsi  üçün  hüquq-mühafizə,  sosial 
təminat  xidmətləri,  QHT-lər  və  sairə  bu  kimi  insan  alveri  ilə  mübarizə  aparan  müxtəlif  iştirakçılar 
arasında əməkdaşlıq tələb olunur. BMT-nin İnsan Alverinə dair Protokolunda və AŞ Konvensiyasında 
vurğulanır ki, dövlət tərəfindən QHT-lər və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində, yardım, 
müdafiə və dəstək xidmətləri təmin olunmalıdır.
 129
  
Dövlətlər  AŞ  Konvensiyasının  12-ci  maddəsinə  uyğun  olaraq,  “səlahiyyətli  orqanı”  özündə 
birləşdirən istiqamətləndirmə sistemini işləyib hazırlamaq vəzifəsini daşıyırlar;  
 
“1. Hər bir Tərəf insan alveri qurbanlarının fiziki, psixoloji və sosial vəziyyətinin bərpasına yardım 
etmək  üçün  zəruri  olan  qanunvericilik  və  digər  tədbirləri  həyata  keçirməlidir.  Bu  yardım  ən  azı 
aşağıdakıları ehtiva etməlidir: 
a)  müvafiq  və  təhlükəsiz  mənzil  təminatı,  psixoloji  və  maddi  dəstək  və  s.  tədbirlər  vasitəsilə 
onların mövcudluğunu təmin edə biləcək yaşayış şəraiti; 
b)  təcili tibbi müayinə imkanları; 
c)  tərcümə xidmətləri (lazım olan hallarda); 
d)  onların  başa  düşdükləri  dildə,  xüsusilə  onların  qanuni  hüquqlarına  və  yararlana  biləcəkləri 
                                                            
127
 UNICEF 2006 İnsan alverinin uşaq qurbanlarının müdafiəsi üzrə tövsiyələr, səh.12. 
128
 ATƏT, Milli İstiqamətləndirmə Mexanizmləri. İnsan alverinə məruz qalan şəxlərin hüquqlarını müdafiə etmək 
üçün birgə səylər. Praktiki vəsait, 2004-cü il. 
129
 Kopik,  S.Simeunoviç-Patik,  B.  İnsan  alverinin  qurbanları,  red.  Vinterdik,  C.  və  İnsan  alveri,  beynəlxalq 
xüsusiyyətlərin, problemlərin və mürəkkəbliklərin araşdırılması 2012, səh.275.  


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
68
 
xidmətlərə dair məsləhətlərin və məlumatların verilməsi
e)  onların  hüquqlarının  və  mənafelərinin  cinayətkarların  mühakiməsi  prosesinin  müvafiq 
mərhələlərində təmsil olunmasına və nəzərə alınmasına yardım; 
f)  uşaqlar üçün təhsil imkanları. 
2. Hər bir Tərəf insan alveri qurbanının təhlükəsizlik və mühafizə ehtiyaclarını nəzərə almalıdır. 
3.  Əlavə  olaraq,  hər  bir  Tərəf  onun  ərazisində  qanuni  şəkildə  məskunlaşmış,  müvafiq  resursları 
olmayan və bu cür yardıma ehtiyacı olan insan alveri qurbanlarına lazımi tibbi və digər yardımlar 
göstərməlidir. 
4.  Hər  bir  Tərəf  onun  ərazisində  qanuni  şəkildə  məskunlaşmış  insan  alveri  qurbanlarına  peşə 
təlimi, təhsil və əmək bazarına çıxış imkanı verəcək qaydalar qəbul etməlidir. 
5.  Hər  bir  Tərəf  tələb  olunan  hallarda  və  öz  daxili  qanunvericiliyinə  əsasən,  insan  alveri 
qurbanlarına  yardım  məsələləri  ilə  məşğul  olan  qeyri-hökumət  təşkilatları,  digər  aidiyyəti 
təşkilatlarla  və  vətəndaş  cəmiyyətinin  digər  elementləri  ilə  əməkdaşlıq  etmək  üçün  tədbirlər 
görməlidir. 
6.  Hər  bir  Tərəf  insan  alveri  qurbanlarına  yardımların  onların  şahid  qismində  iştirak  etmələri 
şərtilə  göstərilməməsini  təmin  etmək  üçün  vacib  olan  qanunvericilik  və  digər  tədbirləri 
görməlidir. 
7.  Bu  maddədə  qeyd  olunan  müddəaların  yerinə  yetirilməsi  üçün  hər  bir  Tərəf  xüsusilə  həssas 
vəziyyətdə  olan  şəxslərin  və  uşaqların  mənzil,  təhsil  və  müvafiq  səhiyyə  xidmətləri  baxımından 
ehtiyaclarını  və  hüquqlarını  nəzərə  almaqla,  xidmətlərin  ümumi  razılıq  və  məlumatlandırma 
əsasında göstərilməsini təmin etməlidir”. 
 
Səlahiyyətli  orqanlar  insan  alverinin  qurbanlarını  müəyyənləşdirmək  üçün  təlim  keçmiş  və 
ixtisaslaşmış  və  müvafiq  dəstək  xidmətləri  ilə  işləməli  olan  təyin  edilmiş  şəxslərin  qruplarıdır. 
Səlahiyyətli  orqanlar,  AŞ  Konvensiyasının  12-ci  maddəsinə  uyğun  olaraq,  kiminsə  insan  alverinin 
qurbanı  olduğunu  güman  etmək  üçün  məntiqli  əsasların  mövcud  olub-olmadığına  dair  qərar 
verəcəkdir.  Bu qərar müsbət olduqda, insan alverinin qurbanı deportasiya olunmayacaq və onun AŞ 
Konvensiyasının  13-cü  maddəsində  nəzərdə  tutulan  “bərpa  və  düşünmə  müddətinə”  malik  olmaq 
hüququ  olacaqdır.  İnsan  alverinin  qurbanlarının  həmçinin  12-ci  maddənin  1-ci  və  2-ci  bəndlərində 
nəzərdə tutulan tədbirlərdən yararlanmaq hüququ olacaqdır (yuxarıda bax). 
1-ci maddə - Yaşayış üçün icazələr, insan alveri qurbanları üçün mövcud olan müdafiə statusları və 
milli proqramlar – Norveç. 
(i)  Uzadıla  bilməyən  və  daimi  yaşayış  icazəsi  üçün  əsas  yaratmayan  altı  aylıq  düşünmə 
müddəti (İmmiqrasiya Qaydaları, 8 – 3-cü maddə)”.  
Yaşayış üçün icazənin verilmə şərtləri 
Altı  aylıq  düşünmə  müddəti  verilərkən  (yuxarıda  (i)  alternativ)  cavabdeh  qurum  insan  alverinə 
işarə  edən  faktların  mövcud  olub-olmadığını  və  həmin  şəxsin  köməyi  və  təklif  olunan  sonrakı 
tədbirləri  qəbul  etməyə  hazır  olub-olmadığını  nəzərdən  keçirməlidir.    Əgər  şəxsin  qurban 
olmadığını göstərmək üçün faktlar mövcud olmadıqda, Norveçin İmmiqrasiya İdarəsi (UDİ), adətən 
icazəni,  xarici  vətəndaş,  vəkil,  yardım  agentliyi  və  ya  qeyri-hökumət  təşkilatı  (QHT)  tərəfindən 
təmin olunan faktlar əsasında verir. Polislə əməkdaşlığa dair heç bir şərt yoxdur. 
Avropa  Miqrasiya  Şəbəkəsi,  Beynəlxalq  müdafiə  və  məcburi  qaytarılma  prosedurlarında  insan 
alveri qurbanlarının müəyyənləşdirilməsi, 2014-cü il. 
   


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə