Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə29/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
59
 
3.3 İnsan alverinin indikatorları 
İndikatorlar nailiyyət, dəyişiklik və ya icranı qiymətləndirmək üçün sadə və etibarlı əsası təmin edən 
kəmiyyət  və  keyfiyyətlə  bağlı  ölçüdür.
 117
 Onlar  vəziyyətin  əlamətlərini  üzə  çıxarır  və  hər  hal  üçün 
ayrı-ayrılıqda  istifadə  edilməli  olan  çevik  bir  alətdir.Bütün  və  ya  yalnız  bir  indikatorun  qənaətbəxş 
olması tələb edilmir: vacib məqam odur ki, indikatorlar şəxsin insan alverinin potensial qurbanı ola 
biləcəyi  potensial  vəziyyəti  göstərir.  İndikatorlar  sonra  daha  təfsilatlı  şəkildə  müəyyənləşdirmə  və 
əlavə indikatorlardan istifadə etmə imkanını verir. 
İndikatorlar insan alverinin bütün formalarına tətbiq edilə bilən “ümumi indikatorlara” və istismarın 
ayrı-ayrı növləri üçün “xüsusi indikatorlara” bölünür. İndikatorlar, həmçinin əsasən müşahidələr yolu 
ilə  aşkar  edilən  “obyektiv  indikatorlara”  və  əsasən  müsahibələr  və  araşdırma  yolu  ilə  aşkar  edilən 
“subyektiv indikatorlara” bölünür. Yadda saxlamaq lazımdır ki, bunlar yalnız indikatorlardır və tək və 
ya  birlikdə,  onlardan  heç  biri  şəxsin  yəqinliklə  insan  alverinə  məruz  qalması  demək  deyildir.Lakin 
indikatorların mövcudluğu əlavə araşdırmalara yol açacaqdır. 
Əksər  dövlətlərdə  qurbanların  yalnız  kiçik  bir  hissəsi  formal  olaraq  müəyyən  edilir  və  xeyli  hissəsi 
istismar vəziyyətində qalır. Cinsi istismar məqsədilə insan alveri Avropada və Mərkəzi Asiyada insan 
alverinin ən çox aşkar olunan formasıdır.
 118
 Bu onun üçün belə ola bilər ki, istismarın digər formaları, 
xüsusilə  də  məcburi  əməyə  məruz  qalan  əməkçi  miqrantlar,  ölkə  hüdudlarında  insan  alver  və  uşaq 
alveri halları müəyyən edilmir. 
 
3.3.1 Ümumi indikatorlar 
Bu  indikatorlar  yaşlı  insanların  alveri  ilə  bağlıdır  və  ümumi  olaraq  onu  göstərir  ki,  şəxs  potensial 
qurban  ola  bilər.  Şəxsin  insan  alverinin  qurbanı  olub-olmadığını  müəyyən  etmək  üçün  əlavə 
araşdırma,  müsahibə  və  xüsusi  indikatorlardan  istifadə  zəruri  ola  bilər.  Müşahidə  edilə  bilən 
indikatorlar  “obyektiv  indikatorlar”  olduğu  halda,  əmin  olmaq  məqsədilə  potensial  qurbanla 
müsahibə aparmaq üçün ehtiyac duyduğunuz hər hansı bir indikator isə “subyektiv indikatordur”.  
İnsan alveri qurbanının ümumi indikatorları.  
  
•  Şəxs(lər)in nəzarət altında olduğuna dair dəlillər;  
•  Öz iş mühitində hərəkətetmə və ya onu tərketmə imkanının olmamasına dair dəlillər; 
•  Zədə izləri və ya fiziki zorakılığın digər əlamətləri;  
•  Qorxu və ya depressiya;  
•  Yerli dili bilməmə;  
•  Bir ölkədən digər dövlətə, məsələn, Şərqi Avropaya, Cənubi Amerikaya, ABŞ-a, Afrikaya və ya 
Hindistana yenicə gətirilmə;  
•  Pasportun, immiqrasiya və ya şəxsiyyəti təsdiq edən digər sənədin olmaması; 
•  İşəgötürənlə birgə yaşama;  
•  Yoxsul yaşayış şəraiti;  
•  Sıx məkanda çoxlu sayda insanın olması;  
•  Hər hansı bir şəxslə təklikdə danışmaq imkanının olmaması;  
                                                            
117
 BMqT 2006, İnsan alveri əleyhinə təlim modulları, Qurbanların müəyyənləşdirilməsi və müsahibə üsulları
səh.16. 
118
 UNODC 2014 İnsan Alverinə dair Qlobal Hesabat səh.35. 
 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
60
 
•  Cavabların əvvəlcədən hazırlanmış və öyrədilmiş şəkildə verilməsi;  
•  Qorxu və narahatlığı büruzə vermə;  
•  Ödənişin olmaması və ya çox cüzi olması;  
•  Hakimiyyət orqanlarına inanmama;  
•  İş və ya ev ünvanını bilməmə;  
•  Qazanclarına çıxış imkanının olmaması;   
•  Tibbi xidmətlərə çıxış imkanının olmaması;   
•  Onların borc asılılığında olmalarını anlama;   
•  Cəmiyyətlə əlaqənin məhdud olması və ya olmaması;  
•  Saxta vədlər əsasında hərəkət etmiş olma;  
•  Öz ailələri və ya olduqları mühitdən kənardakı insanlarla məhdud əlaqəyə malik olma;  
•  Uzun müddətdə həddən artıq uzanan iş vaxtı; 
•  İstirahət günlərinin olmaması;  
•  Hakimiyyət orqanlarına təhvilverilmə ilə hədələnmə; 
•  İmmiqrasiya statusunun üzə çıxacağından qorxma.     
 
UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı 
ilə bağlı hallar üzrə standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 36 
 
3.3.2 Xüsusi indikatorlar 
Potensial  qurban  istismarın  xüsusi  bir  formasında  olduqda  bu  indikatorlar  tətbiq  oluna  bilər 
(İstismarın formalarının anlayışları 2.3.1, 2.3.2 və 3.3-cü maddələrdə verilir). 
Cinsi istismar   
Bu indikatorlara potensial qurbanın cinsi istismara cəlb edilib-edilməməsini yəqin etmək üçün 
baxılmalıdır.  
Cinsi istismarın indikatorları 
•  Yaşın 30-dan aşağı olması, baxmayaraq ki yaş yerə və bazara görə dəyişə bilər ;  
•  Bir fahişəxanadan digərinə getmə və ya müxtəlif yerlərdə işləmə; 
•  İşə, mağazaya gedərkən və gələrkən müşayiət olunma
•  İstismar edən şəxslərə “məxsus olmanı” göstərən döymə yazılara və ya digər işarələrə malik 
olma; 
•  Uzun sürən iş vaxtı və ya istirahət verildikdə belə günlərin sayının cüzi olması; 
•  İşlədiyi yerdə yaşama;  
•  Qrup şəklində, bəzən eyni dildə danışmayan başqa bir qadınla yaşama və ya harasa getmə;  
•  Çox cüzi sayda geyimə malik olma; 
•  Səciyyəvi olaraq qazanc üçün cinsi xidmətlər göstərərkən geyinilən növdə geyimlərə malik olma; 
•  Yerli dildə və ya müştərilərin dilində yalnız cinsi xidmətlərlə bağlı sözləri deyə bilmə; 
•  Heç  bir nağd vəsaitə malik olmama;  
•  Şəxsiyyəti təsdiq edən sənədi göstərə bilməmə;  
 
Aşağıdakılar da şəxslərin cinsi istismar üçün insan alverinə məruz qalmaları göstərə bilər;  
•  Ehtimal edilən qurbanların qorunmadan və / və ya zorla cinsi  əlaqəyə məcbur edilməsinə  dair 
dəlillər mövcuddur;  


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə