İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
51
“Konvensiya milli və ya transmilli səviyyələrdə olmasına, mütəşəkkil cinayətkarlıqla əlaqəli
olub-olmamasına baxmayaraq, insan alverinin bütün formalarına şamil edilir”.
Ölkə hüdudlarında insan alveri halları artmaqdadır və bu kimi hallar bütün dövlətlərdə baş
verməkdədir. İnsan alverinə məruz qalan uşaqların sayı da artmaqdadır. UNDOC-nin 2014-cü il üçün
Qlobal Hesabatında deyilir ki, insan alverinin 18 yaşadək olan qurbanları 2010-2012-ci illər ərzində
aşkar olunmuş qurbanların 30 faizindən çox hissəsini təşkil edir.
Ölkə hüdudlarında insan alveri üçün daha az hazırlıq və təşkilatçılıq tələb olunur və bu hallarda yol
sənədləri və məsrəf baxımından təyyarə biletləri tələb olunmur. Lakin bu, ya məlumatsızlıq, ya da
insan alverinin yalnız transmilli cinayət olduğuna dair fikirlərdən irəli gələrək insan alverinin
əhəmiyyət verilməyən sahəsidir və bu halların lazımi qaydada müəyyənləşdirilməsi və təqib olunması
vacibdir. Ölkə hüdudlarında insan alverinin həcmi lazımi qədər qiymətləndirilməmişdir və o
artmaqdadır və bunun qəbul edilməməsi qurbanları onları müdafiə və yardım almaq hüququnun
məhrum edir.
2.5 Miqrant qaçaqmalçılığı
UNODC-nin hesablamalarına görə, miqrantların Avropaya və Şimali Amerikaya qaçaqmalçılıq yolu ilə
aparılmasının iki əsas marşrutu bu növ qaçaqmalçılıqla məşğul olan şəbəkələrə ildə təxminən 7
milyard ABŞ dolları məbləğində gəlir gətirir.
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bildirmişdir ki, “2000-ci ildən bəri, ən azı 40.000 miqrant daha
yaxşı həyat axtarışında öz həyatını itirmişdir. Miqrant qaçaqmalçılığı minlərlə miqrantı qəbul edilməz
risklərə məruz qoyan və beynəlxalq sərhədlərin toxunulmazlığında problemlər yaradan artmaqda
olan qlobal bir cinayətdir”.
104
Təyinat kimi seçdikləri dövlətə qanuni şəkildə getmək üçün vasitələrə
malik olmayan bir çox miqrantlar, miqrant qaçaqmalçılığında səriştə toplamış cinayətkar qrupların
ovuna düşürlər”.
Miqrant qaçaqmalçıları dövlətin öz suverenliyini qorumaq və həm ölkə hüdudlarında, həm də öz
sərhədləri boyu cinayətkarlıqla və korrupsiya halları ilə mübarizə aparmaq potensialını təhlükə altına
alır. Mənbə, tranzit və təyinat ölkələrinin orqanları miqrant qaçaqmalçılığının qarşısını almaq üçün
effektiv şəkildə əməkdaşlıq etmədikləri halda, qaçaqmalçılar cinayətlər törətmək niyyətilə yeni
marşrutlar düşünmək üçün sadəcə belə ölkələrin bəzilərində, zəif cinayət təqibi tədbirlərindən
yararlana bilirlər.
105
2.5.1 Miqrant qaçaqmalçılığının anlayışı
Birləşmiş Millətlər Təşkilatının Mütəşəkkil Cinayətkarlıq Əleyhinə Konvensiyasına (2000-ci il) əlavə
olan Birləşmiş Millətlər Təşkilatının Yer, Dəniz və Hava ilə Miqrant Qaçaqmalçılığına qarşı
Protokolunun (miqrant qaçaqmalçılığı Protokolu) 3-cü maddəsində deyilir:
104
BMqT İmmiqrasiya və Sərhəd İdarəçiliyi Proqramları. Miqrant Qaçaqmalçılığı. https://www.iom.int/.../10-
IOM-IBM-FACT-SHEET-People-smuggling.pdf.
105
UNODC 2011
Miqrant qaçaqmalçılığı haqqında Protokolun yerinə yetirilməsi üçün beynəlxalq fəaliyyət
çərçivəsi, səh.3.