Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə40/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
82
 
  Davam edən travma və nəzarət olma vəziyyətindən çıxdıqdan sonra yanılmalar; 
  Açıq-aşkar “təhlükəsiz” vəziyyətdə olsa da, narahatlığın davam etməsi;  
  Gözlənilə biləndən daha çox fasilələrə, istirahətə və yuxuya ehtiyac duyma;  
  Bərpa və xatırlama. Bir çox qurbanlar üçün bərpa müddəti olur, belə ki, onlar başlarına gələnləri 
nəzərdən  keçirirlər.  Qurbanlar  hadisələri  bir  daha  fikirləşirlər  və  başlarına  gələnlərlə  barışmağa, 
baş verənlərə izah tapmağa və ya hadisəni izah etməyə çalışırlar. 
UNODC Cinayət mühakimə sahəsində çalışan təcrübi işçilər üçün insan alveri əleyhinə əyani vəsait
Modul 3, səh.10 
 
İnsan  alveri  vəziyyətinin  təsiri  qurbanın  emosional  və  intellektual  imkanlarını  azaldır.  Bu,  onların 
hüquqi  proseslərdə  effektiv  şəkildə  iştirak  etmək  imkanına  təsir  göstərərək,  onun  ifadə  vermək 
imkanının qarşısını ala və ya hüquqi proseslərdə şahid kimi onların etibarlılığına və ya inamına təsir 
göstərə bilər. İnsan alveri qurbanlar arasında şüurlu şəkildə hərəkət etmə imkanlarına xələl gətirərək 
onların  cinayət  barəsində  təfsilatlı  dəlillər  vermə  dərəcəsinə  və  təqib  prosesində  əməkdaşlığa  dair 
necə qərar vermələrinə təsir göstərə bilər.
 151
 
 
4.2.1 Mədəniyyət 
Qurbanın  öz  mədəni  çərçivəsini  müəyyənləşdirmək  və  başa  düşmək  vacibdir.  Əsas  meyar 
mədəniyyətin individualist  və ya kollektivist olmasıdır. Müxtəlif  mədəniyyətlər  onun üçün səviyyəvi 
olan dəyərləri təcəssüm etdirir və bu dəyərlər mədəniyyətin individualist və ya kollektivist olmasını 
müəyyənləşdirir.  Qərbi  Avropa  kimi  individualist  mədəniyyətlərdə  fərdin  hüquqlarına  və  mustəqil 
hərəkətlərinə diqqət yetirilir və şəxsin loyallığı ilk növbədə onun özü ilə bağlıdır. 
Qarşılıqlı asılılığın vurğulandığı və qrupun rifahına və yaşayışa fərdin rifahından və yaşayışından üstün 
dəyər verildiyi Afrika, Asiya, Orta Şərq və bəzi Şərqi Avropa ölkələri kimi kollektivist mədəniyyətlərdə 
şəxsin  inkişafına  eyni  tərzdə  baxılır.  Əsasən  qrupun  və  ya  ailənin  nüfuzuna  diqqət  yetirilir  və  fərd 
kollektivə  aid edilir və loyallıq ilk növbədə qrupla bağlı olur. Fərdin utanc doğuran hərəkəti ailənin və 
qrupun utancı hesab olunur.  
Travma  anlamına  qurbanın  mədəniyyətində  onun  düşdüyü  hallara  necə  baxıldığı  əhəmiyyətli 
dərəcədə təsir göstərir. İnsan alverinə məruz qalan qadınlar öz ailələri və ya icmaları tərəfindən rədd 
edilməkdən və qınanmaqdan çəkinir. Özünü günahlandırma heç də bütün mədəniyyətlərdə birbaşa 
psixoloji  cavab  deyildir.  Bəzi  mədəniyyətlər  qadının  özünün  günahlandırmasını  dəstəkləyir  və  bunu 
gücləndirir. 
 
4.3  İnsan alverinin uşaqlara təsiri 
İnsan  alverinin  qurbanı  olmuş  uşaqlar  insan  alverçiləri  tərəfindən  insan  alveri  prosesinin  bütün 
mərhələlərində  baş  verən  zorakılıqla  asılı  vəziyyətə  salınır  və  fiziki  istismar  olunur.  Onlar  cinsi 
istismara  məruz  qalmış,  təcrid  edilmiş  və  ailədən  uzaqlaşdırılmış  və  azadlığı  məhdudlaşdırılmış  və 
məcburi əməyə cəlb edilmiş ola bilərlər. Onlar təhsildən məhrum edilmiş, uşaqlığı əlindən alınmış və 
pis qidalanmış ola və tibbi qayğıya ehtiyac duya bilərlər.  
                                                            
151
 Oğurlanmış təbəssümlər: 2006-cı il, Avropada insan alverinə məruz qalmış qadınlar və yeniyetmələr üçün 
fiziki və psixoloji sağlamlıqla bağlı fəsadlar, səh.22. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
83
 
İnsan  alverinin  qurbanı  olmuş  uşaqlar  yaşadıqları  hadisələr,  habelə  fiziki  xəsarətlər  nəticəsində 
travmaya  məruz  qala  bilərlər.  Uşaq  qurbanların  təxirəsalınmaz  və  uzun-müddətli  fiziki  və  psixoloji 
ehtiyaclarını təmin üçün onlara xüsusi qayğının göstərilməsi vacibdir. 
 
4.4 Qurbanlarla müsahibə aparma 
İnsan  alveri  qurbanları  ilə  müsahibə  aparma  araşdırmanın  mühüm  bir  hissəsidir  və  bu  müsahibəni 
aparanlar qurbanın hüquqlarına, seçimlərinə və müstəqilliyinə hörmətlə yanaşmalıdırlar. İnsan alveri 
qurbanları iştirakdan imtina edə bildiyi və onların qərar vermə imkanları məhdud olduğu üçün ardıcıl 
və uyğun dəyərləndirmədə çətinlik səbəbindən insan alveri qurbanları ilə müsahibə aparma çətin ola 
bilər.  Bu,  mümkün  müdaxilə  və  dəlillərdə  ziddiyyətlərin  olması  riskini  yaradır.  Müsahibənin  idarə 
olunması və  ifadələrin  diqqətlə idarə olunması vacibdir.  Müsahibənin  məqsədi insan alveri  qurbanı 
ilə həqiqətdə nəyin baş verdiyinə dair məlumat əldə etməkdən ibarətdir.  
İnsan alverinə məruz qalmış şəxslə müsahibə aparma bir sıra etik suallar və təhlükəsizlik məsələlərini 
qaldırır.  Müdahibə  üçün  “Zərər  Verməmə”  prinsipi  qəbul  edilməli  və  müsahibə  aparanlar  qurbanı 
tanımalı, ona hər hansı vədlər verməməli və qurbanın müstəqilliyinə və konfidensiallığına hörmətlə 
yanaşmalıdırlar.
 152
 Bu  prinsip,  əlaqədar  riskləri  nəzərə  aldıqda  insan  alveri  baxımından  xüsusilə 
vacibdir.  İnsan  alveri  qurbanı  üçün  vəziyyəti  daha  təhlükəli  edən  heç  bir  addımın  atılmaması  çox 
vacibdir.  Müsahibə  aparanlar  qurbanı  dinləməli,  ona  hörmət  göstərməli  və  əldə  olunan 
informasiyadan düzgün  məqsədlə istifadə etməlidir.  
İnsan  alverinin  qurbanları  risklərə  məruz  qalmış  olurlar  və  onlar  müsahibə  aparılarkən  hələ  də  risk 
altında ola bilərlər. Qurbanların müdafiəsi müsahibə aparan şəxsi narahat edən başlıca məqamlardan 
biri olmalıdır və qurbanın müdafiəsi üçün riayət edilməli mühüm prinsiplər vardır.
 153
 
İnsan  alveri  qurbanları  ilə  müsahibələr  insan  alveri  halları  ilə  bağlı  işlər  üzrə  təcrübəsi  olan  xüsusi 
təlim  keçmiş  şəxslər  (müsahibə  aparan  şəxslər)  tərəfindən  aparılmalıdır.  Müsahibə  aparan  şəxsin 
qurbanların  vəziyyətini  və  onların  nə  hissə  etmələrini  başa  düşməsi  və  qurbanın  əməkdaşlıq 
etməsinə nəyin və nə üçün mane olduğunu bilməsi vacibdir.  
İnsan alveri qurbanları ilə müsahibələrin aparılması mürəkkəb və çətin ola bilər, belə ki, onlar travma 
almış,  çaşqın,  ədavətli  ola  bilər  və  müsahibəni  aparanlara  inanmaya  bilərlər.  Onlar  müsahibənin, 
insan  alverçiləri  tərəfindən  qurbana  və  ya  onun  ailəsinə  qarşı  qisas  hallarını  da  əhatə  edə  bilən 
fəsadlarından  qorxa  bilərlər.  Qurbanlar  ölkədən  çıxarılacaqlarını,  həbs  ediləcəklərini  və  ya  təqib 
olunacaqlarını düşünə bilərlər və ya onlar şübhəli şəxs və ya qurban ola bilən digər şəxsləri qorumaq 
üçün həqiqəti deməyə bilərlər. 
Qurban-şahidlərlə müsahibə aparmaq üçün əlavə vərdişlər 
•  Sorğu-sual  etmə  vərdişləri  (xüsusilə  müdafiəsiz  vəziyyətdə  olan  qurban-şahidlərin  “dindirmə” 
vərdişlərindən fərqli şəkildə sorğu-sual edilməsinə dair hər hansı dəlillər);  
•  Müşahidə  bacarığı:  gərginlik,  narahatlıq,  qorxu  və  sairəni  görmək  və  bunu  aradan  qaldırmaq 
bacarığı; 
•  Peşəkar kimi qalmaqla qurbanla yaxşı münasibətləri inkişaf etdirmək bacarığı (məsələn, şəfqət 
göstərmə, zərəri qəbul etmə, təmkinli olma və s.);  
•  Qeyri-mühakimə, qeyri-günahlandırma möqveyini qəbul etmə bacarığı 
                                                            
152
 Bax, Əlavə 6. 
153
 Eyni mənbə. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə