İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
63
• Mütəşəkkil cinayətkar dəstələrin
əməllərində iştirak etmə;
• Eyni milliyyətdən və etnik mənsubiyyəti olan üzvlərdən ibarət cinayətkar dəstələrə
mənsubolma;
• Eyni yaşlı himayəçisi olan uşaqlardan ibarət böyük qrupların üzvü olma;
• Kifayət qədər toplamama və ya oğurluq
etməməyə görə cəzalanma
• Cinayətkar dəstənin üzvləri ilə birgə yaşama;
• Təyinat ölkəyə cinayətkar dəstənin üzvləri ilə birgə getmə;
• Onların valideynləri olmayan yaşlı insanlarla dəstənin
üzvləri kimi bir yerdə yaşama;
• Gündəlik iri qruplar şəklində və böyük məsafələrdə hərəkətetmə
• Cinayətkar dəstələrlə bağlı cinayətkarlığın yeni formalarının meydana çıxması;
• Qurban olduğu ehtimal edilən qrupun müəyyən müddət ərzində bir sıra ölkələr boyu hərəkət
etdiyinə
dair dəlillər;
• Ehtimal edilən qurbanların başqa bir ölkədə dilənçiliyə və ya xırda cinayətkarlığa cəlb
olunmalarına dair dəlillər.
UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı
ilə bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 40
3.3.3 İstismarın indikatorları
İstismar halını müəyyənləşdirmə və istismar anlayışına aydınlıq gətirmək üçün istismarın indikatorları
mühüm əhəmiyyət daşıyır. Bu, xüsusilə, məcburi əmək üçün istismar hallarında uyğundur və belə
olan halda əməyin istismarını və məcburi əməyi fərqləndirmək çətin ola bilər. Buna görə də, insan
alveri indikatorlarından istifadə istismar halını müəyyənləşdirməyə kömək edə bilər.
121
Polşalı xadimə qadınla bağlı il: Ölkə: Niderland
Məhkəmə: Haaqa rayon məhkəməsi: Məhkum etmə tarixi: 5 oktyabr 2007-ci il:
İstismarın məqsədu: məcburi əmək və ya xidmətlər.
Bu işdə, müttəhim insan alverinə kömək etməkdə və təhrik etməkdə təqsirləndirirlir (ittiham nr.1)
Hollandiya Cinayət Məcəlləsinin 273f (1)(i)(iv) və (vi) maddəsi). Müttəhim bir neçə polşalı qadını
Niderlandda gəlmək və orada ev qulluqçusu kimi işləmək üçün cəlb etmiş və onlara xadimə kimi iş
təşkil etmişdir.
İzahlı Memorandumda deyilir ki, bu maddənin məqsədi üçün istismar dedikdə köləliyin müasir
formaları nəzərdə tutulur. Qanunverici orqan istismar konsepsiyası üzrə əlavə anlayışın verilməsini
məhkəmələrin öhdəsinə buraxmışdır. Bu məhkəmə belə bir fikirdədir ki, istismar konsepsiyasının
izahı, istismarın əlaməti ola biləcək bir sıra (bununla bitməyərək) indikatorların sadalandığı
Hollandiyalı Milli Məruzəçinin İnsan alverinə dair beşinci hesabatına uyğunlaşdırılmalıdır. Məhkəmə
belə bir rəy vermişdir ki, burada aldadılma, pis iş şəraiti və xeyli asılılıqları göstərən məqamlar vardır.
Buna baxmayaraq, Məhkəmənin qərarında əsas insan hüquqlarının pozulmasını təşkil edə biləcək
həddən artıq işlədilmə vəziyyəti ilə bağlı heç bir sual yoxdur.
Aİ-nin insan alveri əleyhinə vebsaytı. https://ec.europa.eu/anti-trafficking/legislation-and-case-law-
case-law/polish-cleaning-women-case_en
121
Hollandiyalı milli məruzəçinin insan alverinə dair beşinci hesabatı, səh.152-153.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
64
3.4 Uşaq alverinin müəyyənləşdirilməsi
Uşaq qurbanlar müəyyənləşdirilərkən, uşaq qurbanların xüsusi ehtiyaclarına cavab vermək, şərait
təhlükəsiz olduqda onları öz vətənlərinə qaytarmaq və “prosesin ləyaqətli tərzdə getməsini və qayğı
ilə və uşağın ən ümdə maraqlarına uyğun idarə olunmasını təmin etmək” məqsədilə səylərin sosial
işçi və ya uşaq müdafiə orqanları ilə əlaqələndirilməsi zəruri ola bilər.
122
3.4.1 Uşaq alverinin indikatorları
İnsan alverinin uşaq qurbanlarının indikatorları
• Valideynləri və ya himayəçiləri ilə əlaqənin olmaması;
• Qorxudulmuş görkəm və ya öz yaşında olan uşaqlar üçün səciyyəvi olan davranışa uyğun
gəlməyən tərzdə davranma;
• İşdən kənarda həmyaşıd dostların olmaması;
• Təhsilə çıxış imkanının olmaması;
• Oynamaq üçün vaxtın olmaması;
• Digər uşaqlardan ayrı və standarta
uyğun olmayan yerlərdə yaşama;
• “Ailənin” digər üzvlərindən ayrı yemək yemə;
• Yemək üçün yalnız qida tullantılarının verilməsi;
• Uşaqlar üçün uyğun olmayan
işə cəlb edilmə;
• Yaşlıların müşayiəti olmadan harasa getmə;
• Qohum olmayan şəxslərlə qrup şəklində harasa getmə;
• Adətən fiziki əmək və ya cinsi xidmətlər göstərmək üçün geyinilən və uşağın ölçüsünə
uyğunlaşdırılmış geyimin olması;
• Fahişəxanalar və fabriklər kimi qeyri-uyğun yerlərdə oyuncaqların, çarpayıların
və uşaq
geyimlərinin olması;
• Yaşlı insan tərəfindən müşayiətsiz uşağın “tapıldığının” iddia edilməsi;
• Taksi çağırmaq üçün telefon nömrələrini gəzdirən müşayiətsiz uşaqların aşkar olunması;
• Qanunsuz övladlığa götürülmə hallarının aşkar edilməsi.
UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı
ilə bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh.37
3.5 Qurbanlara yardım
Qurbanlara yardım, AŞ Konvensiyasının 4-cü maddəsindəki qurban anlayışına uyğun olaraq, insan
alveri nəticəsində istismarın bütün formalarının potensial qurbanları üçün təmin edilməlidir. İnsan
alverinin potensial qurbanları ilə inam yaradan münasibətlər qurularkən qurbana önəm verilən
yanaşma tətbiq edilərək, onlar müvafiq xidmətlərə yönəldilməli və onlara öz hüquqları barədə
məlumat verilməlidir. Hər bir potensial qurbana onun işi, hüquqları və mümkün növbəti addımlar
barədə tam məlumat verilməlidir.
123
122
UNODC 2014
Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı ilə
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 16
123
UNODC 2014
Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı ilə
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 16