İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
65
BMT-nin İnsan Alverinə dair Protokolun 2(b)-ci maddəsində deyilir ki, protokolun məqsədlərindən
biri:
“(b) İnsan alveri qurbanlarının insan hüquqlarına tam hörmətlə yanaşmaqla onları müdafiə
etmək və onlara yardım göstərməkdən ibarətdir”.
Bu müddəa, BMT-nin İnsan Alverinə dair Protokolunda
“İnsan alverinin qurbanlarına yardım və
onların müdafiəsi” üzrə öhdəlikləri müəyyənləşdirən 6-cı maddə ilə də dəstəklənir.
Qurbanlara yardımın vacibliyi AŞ Konvensiyası və Aİ-nin 2011/36/EU nömrəli Direktivində də qeyd
olunur. Bu beynəlxalq hüquqi sənədlərin hər ikisində, qurbanların insan hüquqlarını qorumaq üçün
məcburi müddəaları təmin etməklə insan alverinə qarşı mübarizə aparmaq öhdəliyi təsbit edilir. Bu
məcburi müddəalar həm transmilli, həm də daxildə, dövlətin sərhədləri hüdudlarında insan alverinə
məruz qalmış qurbanlara tətbiq edilir.
AŞ Konvensiyasının 1(b) maddəsində Konvensiyanın əsas məqsədlərindən biri qeyd olunur:
“insan alveri qurbanlarının hüquqlarının qorunması, qurbanların və şahidlərin müdafiə edilməsi
üzrə hərtərəfli çərçivənin işlənib hazırlanması, gender bərabərliyini təmin etməklə qurbanlara
və şahidlərə kömək göstərilməsi, habelə səmərəli istintaqın və mühakimənin təmin edilməsi”.
Direktivin 11-ci maddəsində “
İnsan alveri qurbanlarına yardım və dəstəyin” anlayışı verilir və 12-ci
maddə “
Cinayət araşdırmasında və proseslərində insan alveri qurbanlarının müdafiəsinin” anlayışı
verilir.
3.6 Qurbanların müdafiəsi
Qurbanların onların insan hüquqlarına hörmətlə yanaşılması hüququ vardır və onlar, öz
müqəddəratını təyin etmə hüququ ilə, müdafiə, təhlükəsizlik və fərdi qayğı ilə təmin edilməlidirlər.
Onlara tam məlumat verilməli, qurban tam və məlumatlı şəkildə razılığı alınmalı və onlara qarşı ayrı-
seçkiliyə yol verilməməlidir. Onların konfidensiallıq hüququna riayət edilməlidir. Qurbanların
müdafiəsi həmişə prioritet məsələdir və cinayət araşdırmasına başlamazdan əvvəl hüquq-mühafizə
işçiləri qurbanların müdafiəsiz vəziyyətlərdən çıxarılmasını və onların təhlükəsizliklərinin təmin
olunması üçün nəzarət altına alınmalarını təmin etməlidirlər.
124
Qurbanlar onların sosial, tibbi, fiziki, psixoloji və hüquqi ehtiyaclarının təmin edilməsi və onların
bərpasına yardımın göstərilməsi və bunun sürətləndirilməsi üçün müdafiəyə ehtiyac duyurlar. Bütün
mərhələlərdə onlara müəyyən imkanlar yaradılmalıdır. İlk olaraq, qurbanların gigiyena ehtiyaclarına,
o cümlədən onların geyim, qida və sanitar ehtiyaclarına diqqət yetirilməlidir. Tələb olunduqda,
onlara psixoloji və fiziki dəstək göstərilməli və vəziyyət barədə və onlarla bağlı nələrin olacağına dair
onlara davamlı şəkildə məlumat verilməlidir.
Qurbanın ehtiyaclarının təmin olunmasını təmin etmək məqsədilə ehtiyacların müəyyənləşdirilməsi
aparılmalıdır. Burada əsas ehtiyacların müəyyənləşdirilməsindən başlayaraq, sonra yardım və
xidmətlər üçün ehtiyacların müəyyənləşdirilməsi və yekunda qurbanların hüquqlarının həyata
keçirilməsi ilə bağlı ehtiyacların
müəyyənləşdirilməsi gəlməklə, üç səviyyəli qiymətləndirmə olur.
125
124
UNODC 2014
Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı ilə
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 71
125
Eyni mənbə. səh.71.