İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
71
3.9.2 Uşaqlarla bağlı müxtəlif ölkələrdə istiqamətləndirmə sistemləri
İnsan alveri qurbanlarının istiqamətləndirilməsi üzrə prosedurlar insan alverinin uşaq qurbanlarına
da tətbiq olunur, lakin burada uşağın vacib maraqlarının başlıca məsələ olması əsasdır. Dövlət insan
alverinin uşaq qurbanları üçün müdafiə və yardımı təmin etmək vəzifəsini daşıyır və bu müdafiə öz
ölkəsinə qayıda bilməyən uşaqlar üçün də davam etdirilməlidir.
AŞ Konvensiyasının 12-ci maddəsinə əsasən, dövlət, qurbanların öz yaşayışlarını təmin etməyə imkan
verən yaşayış səviyyəsinə malik olmaları üçün qanunvericiliklə bağlı və digər tədbirlər görməlidir və
bunlara yaşayış üçün təhlükəsiz yer də aiddir. Buna görə də, dövlət insan alverinin qurbanı olan
uşaqlar üçün sığınacaqları, habelə psixoloji və maddi yardımı təmin etmək vəzifəsini daşıyır. Bu
müdafiə yalnız hər hansı bir dövlətə aparılaraq insan alverinə məruz qalmış qurbanlara deyil, eyni
zamanda dövlətin hüdudlarında insan alverinə məruz qalan insanlara da şamil edilir.
AŞ-nin “Qurbanların müəyyənləşdirilməsi” başlıqlı 10-cu maddəsində deyilir:
“1. Hər bir Tərəf insan alverinin qarşısının alınması və onunla mübarizə, uşaqlar da daxil
olmaqla insan alveri qurbanlarının müəyyən edilməsi və onlara yardım göstərilməsi sahəsində
müvafiq təlim keçmiş və ixtisaslaşmış şəxslərin öz səlahiyyətli orqanlarına təyin edilməsini
təmin etməli və qadın və uşaq alveri qurbanlarının onların xüsusi vəziyyətini nəzərə alan
prosedurla müəyyən edilməsi və lazım gəldikdə, onlara bu Konvensiyanın 14-cü maddəsinin
müddəalarına əsasən ölkə ərazisində yaşayış icazəsi verilməsi üçün aidiyyəti orqanların bir-biri
ilə və həmçinin əlaqədar yardımçı təşkilatlarla əməkdaşlıq etməsini təmin etməlidir.
3. İnsan alveri qurbanının yaşı məlum olmadıqda və onun uşaq ola biləcəyi ilə əlaqədar
müəyyən əsaslar olduqda, onun uşaq olması ehtimal olunmalı və onun yaşı müəyyən
olunanadək ona münasibətdə xüsusi mühafizə tədbirləri görülməlidir.
4. Müşayiət edilməyən hər hansı uşağın insan alveri qurbanı olması müəyyən edildiyi andan hər
bir Tərəf aşağıdakı tədbirləri həyata keçirir:
a) uşağın, onun mənafeyinə uyğun şəkildə çıxış edəcək qəyyum, təşkilat və ya səlahiyyətli
orqan tərəfindən təmsil olunmasını təmin etmək;
b) onun şəxsiyyətini və milli mənsubiyyətini müəyyənləşdirmək üçün zəruri addımlar atmaq;
c) uşağın mənafeyinə uyğun olduğu təqdirdə, onun ailəsinin olduğu yeri müəyyənləşdirmək
üçün bütün lazımi tədbirləri görmək.
3.10 Repatriasiya
İnsan alveri vəziyyətindən xilas edildikdən sonra qurbanlar öz mənbə ölkələrinə qayıtmaq və yenidən
orada məskunlaşmaq istəyində ola bilərlər. Bu, yalnız könüllü əsaslarla olmalıdır. Lakin insan
alverinin qurbanları uzun müddətdə cəmiyyətə reinteqrasiya olunmaq və onların tibbi, maliyyə və
hüquqi problemlərinin həll edilməsi hüququna malikdirlər. Onların təhsil, peşə təlimi, gəlir əldə
etmək, məşğulluq və mənzillə təchiz olunmaq hüququ vardır.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
72
Bu, insan alveri qurbanlarının müdafiəsinin üçüncü mərhələsidir və qurbanın sosial mühitə
inteqrasiyası və öz normal həyatına qayıtması mürəkkəb bir proses ola bilər. Qurbanlar aydın və
kifayət
qədər informasiya ilə, həmçinin qayıdarkən yardımla təmin olunmalıdırlar.
133
BMT-nin İnsan Alverinə dair Protokolunun 8-ci maddəsində beynəlxalq
hüquqi sənədlərdə təsbit
edilmiş repatriasiya hüququ nəzərdə tutulur:
“1. Vətəndaşı insan alverinin qurbanı olan İştirakçı dövlət qəbul edən İştirakçı dövlətin ərazisinə daxil
olduğu zaman həmin dövlətdə daimi yaşamaq hüququ olan bu cür şəxsin geri qaytarılmasına yardım
edir və onun təhlükəsizliyinin təmin edilməsi məsələsinə lazımi qaydada diqqət yetirərək, əsassız və
səbəbsiz ləngitməyə yol vermədən onu qəbul edir”.
AŞ Konvensiyasının
“İnsan alveri qurbanlarının repatriasiyası və qaytarılması” başlıqlı 16-cı
maddəsində deyilir:
“16.5. Hər bir Tərəf aidiyyəti milli və beynəlxalq institutlar və qeyri-hökumət təşkilatları ilə
birgə repatriasiya proqramlarının təşkil olunması üçün vacib qanunvericilik və digər tədbirləri
həyata keçirməlidir. Bu proqramların məqsədi insan alveri qurbanlarının yenidən cinayətin
qurbanına çevrilməsinin qarşısını almaqdır. Hər bir Tərəf insan alveri qurbanlarının, xüsusilə
onların peşə qabiliyyətinə yiyələnməsi və peşə qabiliyyətlərinin təkmilləşdirilməsi yolu ilə,
qaytarıldıqları dövlətin cəmiyyətinə, həmçinin təhsil sisteminə və əmək bazarına yenidən
inteqrasiya olunmaları üçün əlindən gələni əsirgəməməlidir. Uşaqlarla bağlı olaraq bu
proqramlara təhsil hüququndan faydalanma imkanları, adekvat qayğının təmin olunması,
ailələr və yaxud müvafiq qayğı göstərən strukturlar tərəfindən onların qəbul olunması tədbirləri
daxil edilməlidir”.
3.10.1 Uşaqların repatriasiyası
AŞ Konvensiyasının
“İnsan alveri qurbanlarının repatriasiyası və qaytarılması” başlıqlı 16-cı
maddəsində deyilir:
“7.“Riskin və təhlükəsizlik dərəcəsinin qiymətləndirilməsi nəticəsində uşaq alveri qurbanlarının
geri qaytarılmasının onların mənafeyi baxımından məqsədəuyğun olmadığı müəyyən edildiyi
təqdirdə, uşaq alveri qurbanları həmin dövlətə geri qaytarılmamalıdır”.
3.11 Qeyri-hökumət təşkilatlarının rolu
İnsan alveri ilə mübarizə sahəsində, QHT-lər həyata keçirilən tədbirlərdə boşluqları doldurmalıdırlar.
Bütün iştirakçılar arasında əməkdaşlıq vacibdir. QHT-lər insan alveri ilə mübarizə sahəsində bütün
iştirakçılarla əməkdaşlıq etməlidirlər və digər iştirakçılara öz dəstəklərini təklif etməlidirlər. QHT-lər
insan alverinin qurbanlarının müəyyənləşdirilməsinə və lazımi dəstəyin, o cümlədən hüquqi, psixoloji
və sosial və ilkin dəstəyin göstərilməsinə və insan alverinə məruz qalmış şəxslərin təhlükəsiz şəkildə
istiqamətləndirilməsinə və (re)inteqrasiyasına dəstək göstərə bilərlər.
QHT-lər, həmçinin, insan alverinə məruz qalmış şəxslərin hakimiyyət orqanları ilə əməkdaşlığa dair
qərar vermələrində kömək edə bilərlər. Birbaşa sosial dəstək xidmətlərinə və insan alveri qurbanları
ilə birbaşa əlaqəyə görə, QHT-lər xidmət göstərdikləri tərəflərin inamını qazana bilərlər. Bu, çox vaxt
onlarda ifadə vermək istəyinin yaranmasına və məhkəmə də daha yaxşı şahidlərin olmasına gətirib
133
Kopik, S.Simeunoviç-Patik, B.
İnsan alverinin qurbanları,
red. Vinterdik, C. və İnsan alveri, beynəlxalq
xüsusiyyətlərin, problemlərin və mürəkkəbliklərin araşdırılması 2012, səh.278.