İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
73
çıxarır.
134
QHT-lərin insan alverinin potensial qurbanlarına təklif edə biləcəyi xidmətlərə yaşamaq
üçün yer, tibbi xidmətlər, məsləhətlərin verilməsi, təhlükəsizlik, immiqrasiya ilə bağlı məsləhətlərin
və hüquqi məsləhətlərin verilməsini təmin etmə aiddir.
La Strada International
135
Beynəlxalq La Strada Birliyi, insan hüquqlarına hörmətlə yanaşılmasını təşviq etməklə dünyada insan
alveri hallarının olmaması üçün fəaliyyət göstərən aparıcı Avropa QHT şəbəkəsidir. Şəbəkə ilkin
səviyyədən başlayaraq fəaliyyət göstərən və təşviqat, qarşısını alma və insan alverinə məruz qalmış
şəxslərə, və risk altında olan qruplara öz hüquqlarını həyata keçirməyə imkan yaratmaq məqsədilə
sosial dəstək üçün tədbirlər həyata keçirən səkkiz müstəqil üzv təşkilatlardan ibarətdir
(Azərbaycanda üzv təşkilat yoxdur).
http://lastradainternational.org
3.12 Konfidensiallıq
İnsan alverinin qurbanları ilə bütün ünsiyyət məxfi saxlanılmalı və hər hansı məxfi məlumatlarla
təhlükəsiz şəkildə davranılmalıdır. İnsan alverinin qurbanlarına münasibətdə öhdəliklər daşıyan
qurumlar, bu şəxslərin onlar barəsində məlumatların toplanılmasının məqsədi və onlardan istifadə,
habelə onların özlərinin bu məlumatlara çıxış hüququ ilə bağlı tam məlumatlı olmalarını təmin
etməlidirlər. Onlar həmçinin qurbanın onun barəsində şəxsi məlumatların xüsusi məqsədlər və
istifadə üçün açıqlanmasına icazə verən yazılı və tam məlumatlı razılığı olmadıqda, şəxsi
məlumatların açıqlanmamasını təmin etməlidirlər.
136
İnsan alveri qurbanları ilə telefon, poçt xidməti və şəxsən aparılan bütün ünsiyyət təhlükəsiz və məxfi
olmalı və qurbanla bağlı məlumatlar, o cümlədən onların adı və yeri açıqlanmamalıdır. Qurbanın
toxunulmazlığı və konfidensiallıqla bağlı bütün tələblərə riayət olunmasını təmin etmək üçün
sistemlər mövcud olmalıdır.
Suzanne M. Leone, Zorlanan qurbanların şəxsiyyətlərinin qorunması: şəxsi həyatın toxunulmazlı və
ilkin düzəliş arasında tarazlıq, 27 New Eng. L. Rev. 883, 909-10 (1993)
Qurbanın özü barəsində informasiyaya nəzarət etmək hüququ “hər bir insanın dünyaya təqdim
etdiyi özünü formalaşdırmaq hüququnun əsas hissəsini təşkil edir. Kiminsə iradəsi əleyhinə onun
şəxsiyyəti barədə özəl faktların ictimaiyyətə açıqlanması, həmin faktları yalnız qohumları və ya
dostları ilə ən qərəzsiz şəkildə bölüşmək səylərinə zidd olaraq, ən ciddi pozuntudur (Laurens H.-
dən sitat, Amerika Konstitusiya Qanunu §12-14, at 650 (1st ed. 1978)); Birlik Platt Platta qarşı, 404
A.2d 410, 429(Ali Məhkəmə 1979). “Şəxsi həyatın toxunulmazlığı şəxsin öz münasibətlərini,
inamlarını, davranışını və rəylərini bölüşəcəyi və digərlərindən bunları qəbul edəcəyi vaxtı və
şəraiti, ən vacibi bunu hansı həcmdə edəcəyini müəyyənləşdirmək və seçmək azadlığından daha
134
Hoff, S.
Azərbaycanda insan alveri ilə mübarizə və onun qarşısının alınmasına dair layihə. İnsan alveri ilə
mübarizədə və insan alverinin (təxmin edilən) qurbanlarına dəstəyin göstərilməsində QHT-lərin rolu. 2011-ci il.
BMqT İnsan alveri qurbanlarına birbaşa yardım
üzrə əyani vəsait, 2007-ci il, səh.8
135
BMqT İnsan alveri qurbanlarına birbaşa yardım üzrə əyani vəsait, 2007-ci il, səh.8
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
74
çox ,lakin daha az bir şey deyildir”.
https://law.lclark.edu/live/files/15549-protecting-victims-privacy-rights---the-use-of
3.12.1 Uşaqlarla bağlı konfidensiallıq
BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının “Şəxsi həyatın toxunulmazılığı hüququ” ilə bağlı
16-cı maddəsində deyilir:
“Hər bir uşağın şəxsi həyatının toxunulmazlığı hüququ vardır. Qanun uşağın şəxsi həyatını, ailə
həyatını və mənzil toxunulmazlığını qorumalıdır”
AŞ Konvensiyasının “Şəxsi həyatın mühafizəsi” başlıqlı 11-ci maddəsində deyilir:
“2. Hər bir Tərəf ailə üzvlərinin axtarılması və ya uşağın rifahının və təhlükəsizliyinin təmin
olunması üçün lazım olan hallar istisna olmaqla, uşaq alveri qurbanının şəxsiyyətinin və ya
onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verən məlumatların kütləvi informasiya və digər
vasitələrlə aşkarlanmasına və yayılmasına yol verilməməsini təmin etmək üçün tədbirlər
görməlidir”.
Dövlətlər, uşaq qurbanların təhlükəsizliyini və onların ailələrinin təhlükəsizliyini təmin etmək
məqsədilə, onların şəxsi həyatını və şəxsiyyətini qorumaq üçün bütün zəruri tədbirləri görməlidirlər.
137
3.12.2 Məlumatların mühafizəsi
AŞ Konvensiyasının “Şəxsi həyatın mühafizəsi” başlıqlı 11-ci maddəsində deyilir:
“Hər bir Tərəf insan alveri qurbanının şəxsiyyətini və şəxsi həyatını mühafizə etməlidir. Onlar
barəsində olan şəxsi məlumatlar Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə
əlaqədar şəxslərin qorunması haqqında Konvensiyanın (AMS № 108) şərtlərinə uyğun qaydada
saxlanılmalı və istifadə edilməlidir”.
İnsan alverinin qurbanları ilə işləyən bütün qurumlar və təşkilatlar qurbanların şəxsi həyatlarını və
şəxsiyyətlərini qorumalıdırlar. Qurbanın şəxsi məlumatları müvafiq beynəlxalq hüquqi sənədlərdə
təsbit edilmiş şərtlərə uyğun olaraq saxlanılmalı və istifadə edilməlidir. Polisin məlumatlarında,
xüsusən də digər iştirakçılara yayımlandığı
təqdirdə, konfidensiallıq nəzərə alınmalıdır.
138
137
UNICEF 2006
İnsan alverinin uşaq qurbanlarının müdafiəsi üzrə tövsiyələr, səh.11
138
ATƏT 2011-ci il. İnsan alveri: potensial və təxmin edilən qurbanların müəyyənləşdirilməsi. İcma
siyasət
yanaşması. səh.26.