İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
67
İnsan alverinin uşaq qurbanlarının onların xüsusi hüquqlarına və ehtiyaclarına uyğun olaraq, həm
qurban, həm də uşaq kimi xüsusi müdafiə tədbirlərindən yararlanmaq hüququ vardır. Dövlət uşaqları
müdafiə etməli və onlara yardım göstərməli və onların təhlükəsizliyini təmin etməlidir.
127
3.8 Müxtəlif ölkələrdə istiqamətləndirmə sistemləri
AŞ Konvensiyasının məqsədlərindən biri insan alverinin qarşısını almaq və onunla mübarizə
aparmaqdır. Bura qurbanların müəyyənləşdirilməsi və müdafiəsi və onların hüquqlarının qorunması
aiddir. AŞ Konvensiyasının 111-ci Fəslində “
Gender bərabərliyinə zəmanət verməklə, qurbanların
hüquqlarını qorumaq və təşviq etmək üçün tədbirlər” nəzərdə tutulur. AŞ Konvensiyası çərçivəsində
ehtiva olunur ki, burada qurbanın müəyyənləşdirilməsi ilə başlayan və müdafiə və qurbanın
qaytarılmasını təmin edən bir proses olacaqdır.
İstiqamətləndirmə sistemi insan alveri qurbanlarının müəyyənləşdirilməsi və onların müvafiq
müdafiəsinin və onlara dəstəyin təmin olunması üçün bir çərçivədir. ATƏT, istiqamətləndirmə
sisteminə, dövlətlərə, vətəndaş cəmiyyəti ilə birgə, insan alverinə məruz qalmış insanları
müəyyənləşdirmək, müdafiə etmək və onların insan hüquqlarını təşviq etmək imkanı verən bir
əməkdaşlıq çərçivəsi kimi anlayış vermişdir.
128
İnsan alveri hallarının müəyyənləşdirilməsində və təqib olunmasında prokurorlar üçün bir sıra
məsələlər və həmçinin, məhkəmə proseslərində qurbanların təhlükəsizliyini təmin etmək üçün
problemlər mövcuddur. Müdafiə tədbirləri ifadə vermək istəyində olan qurbanların sayını artıra və
insan alveri qurbanlarının yenidən travma almasını azalda bilər. İnsan alverinin və məcburi əməyin
uğurlu şəkildə təqib olunması üçün şahidlərin effektiv şəkildə ifadə vermələri tələb olunur.
Müəyyənləşdirildikdən sonra insan alverinin potensial qurbanları qurbanlara dəstək xidmətlərinə
doğru istiqamətləndirilməlidirlər. Bu göndərişlər qurbanın məlumatlı şəkildə razılığı ilə və onun
ehtiyacları əsasında olmalıdır. Qurbanın ehtiyaclarının təmin edilməsi üçün hüquq-mühafizə, sosial
təminat xidmətləri, QHT-lər və sairə bu kimi insan alveri ilə mübarizə aparan müxtəlif iştirakçılar
arasında əməkdaşlıq tələb olunur. BMT-nin İnsan Alverinə dair Protokolunda və AŞ Konvensiyasında
vurğulanır ki, dövlət tərəfindən QHT-lər və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində, yardım,
müdafiə və dəstək xidmətləri təmin olunmalıdır.
129
Dövlətlər AŞ Konvensiyasının 12-ci maddəsinə uyğun olaraq, “səlahiyyətli orqanı” özündə
birləşdirən istiqamətləndirmə sistemini işləyib hazırlamaq vəzifəsini daşıyırlar;
“1. Hər bir Tərəf insan alveri qurbanlarının fiziki, psixoloji və sosial vəziyyətinin bərpasına yardım
etmək üçün zəruri olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir. Bu yardım ən azı
aşağıdakıları ehtiva etməlidir:
a) müvafiq və təhlükəsiz mənzil təminatı, psixoloji və maddi dəstək və s. tədbirlər vasitəsilə
onların mövcudluğunu təmin edə biləcək yaşayış şəraiti;
b) təcili tibbi müayinə imkanları;
c) tərcümə xidmətləri (lazım olan hallarda);
d) onların başa düşdükləri dildə, xüsusilə onların qanuni hüquqlarına və yararlana biləcəkləri
127
UNICEF 2006
İnsan alverinin uşaq qurbanlarının müdafiəsi üzrə tövsiyələr, səh.12.
128
ATƏT,
Milli İstiqamətləndirmə Mexanizmləri. İnsan alverinə məruz qalan şəxlərin hüquqlarını müdafiə etmək
üçün birgə səylər. Praktiki vəsait, 2004-cü il.
129
Kopik, S.Simeunoviç-Patik, B.
İnsan alverinin qurbanları,
red. Vinterdik, C. və İnsan alveri, beynəlxalq
xüsusiyyətlərin, problemlərin və mürəkkəbliklərin araşdırılması 2012, səh.275.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
68
xidmətlərə dair məsləhətlərin və məlumatların verilməsi;
e) onların hüquqlarının və mənafelərinin cinayətkarların mühakiməsi prosesinin müvafiq
mərhələlərində təmsil olunmasına və nəzərə alınmasına yardım;
f) uşaqlar üçün təhsil imkanları.
2. Hər bir Tərəf insan alveri qurbanının təhlükəsizlik və mühafizə ehtiyaclarını nəzərə almalıdır.
3. Əlavə olaraq, hər bir Tərəf onun ərazisində qanuni şəkildə məskunlaşmış, müvafiq resursları
olmayan və bu cür yardıma ehtiyacı olan insan alveri qurbanlarına lazımi tibbi və digər yardımlar
göstərməlidir.
4. Hər bir Tərəf onun ərazisində qanuni şəkildə məskunlaşmış insan alveri qurbanlarına peşə
təlimi, təhsil və əmək bazarına çıxış imkanı verəcək qaydalar qəbul etməlidir.
5. Hər bir Tərəf tələb olunan hallarda və öz daxili qanunvericiliyinə əsasən, insan alveri
qurbanlarına yardım məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatları, digər aidiyyəti
təşkilatlarla və vətəndaş cəmiyyətinin digər elementləri ilə əməkdaşlıq etmək üçün tədbirlər
görməlidir.
6. Hər bir Tərəf insan alveri qurbanlarına yardımların onların şahid qismində iştirak etmələri
şərtilə göstərilməməsini təmin etmək üçün vacib olan qanunvericilik və digər tədbirləri
görməlidir.
7. Bu maddədə qeyd olunan müddəaların yerinə yetirilməsi üçün hər bir Tərəf xüsusilə həssas
vəziyyətdə olan şəxslərin və uşaqların mənzil, təhsil və müvafiq səhiyyə xidmətləri baxımından
ehtiyaclarını və hüquqlarını nəzərə almaqla, xidmətlərin ümumi razılıq və məlumatlandırma
əsasında göstərilməsini təmin etməlidir”.
Səlahiyyətli orqanlar insan alverinin qurbanlarını müəyyənləşdirmək üçün təlim keçmiş və
ixtisaslaşmış və müvafiq dəstək xidmətləri ilə işləməli olan təyin edilmiş şəxslərin qruplarıdır.
Səlahiyyətli orqanlar, AŞ Konvensiyasının 12-ci maddəsinə uyğun olaraq, kiminsə insan alverinin
qurbanı olduğunu güman etmək üçün məntiqli əsasların mövcud olub-olmadığına dair qərar
verəcəkdir. Bu qərar müsbət olduqda, insan alverinin qurbanı deportasiya olunmayacaq və onun AŞ
Konvensiyasının 13-cü maddəsində nəzərdə tutulan “bərpa və düşünmə müddətinə” malik olmaq
hüququ olacaqdır. İnsan alverinin qurbanlarının həmçinin 12-ci maddənin 1-ci və 2-ci bəndlərində
nəzərdə tutulan tədbirlərdən yararlanmaq hüququ olacaqdır (yuxarıda bax).
1-ci maddə - Yaşayış
üçün icazələr, insan alveri qurbanları üçün mövcud olan müdafiə statusları və
milli proqramlar – Norveç.
“
(i) Uzadıla bilməyən və daimi yaşayış icazəsi üçün əsas yaratmayan altı aylıq düşünmə
müddəti (İmmiqrasiya Qaydaları, 8 – 3-cü maddə)”.
Yaşayış üçün icazənin verilmə şərtləri
Altı aylıq düşünmə müddəti verilərkən (yuxarıda (i) alternativ) cavabdeh qurum insan alverinə
işarə edən faktların mövcud olub-olmadığını və həmin şəxsin köməyi və təklif olunan sonrakı
tədbirləri qəbul etməyə hazır olub-olmadığını nəzərdən keçirməlidir. Əgər şəxsin qurban
olmadığını göstərmək üçün faktlar mövcud olmadıqda, Norveçin İmmiqrasiya İdarəsi (UDİ), adətən
icazəni, xarici vətəndaş, vəkil, yardım agentliyi və ya qeyri-hökumət təşkilatı (QHT) tərəfindən
təmin olunan faktlar əsasında verir. Polislə əməkdaşlığa dair heç bir şərt yoxdur.
Avropa Miqrasiya Şəbəkəsi, Beynəlxalq müdafiə və məcburi qaytarılma prosedurlarında insan
alveri qurbanlarının
müəyyənləşdirilməsi, 2014-cü il.