69
Materiya çoxluğun maddə və hissəciklər formasında ölçüləri, parametrləri olan obyektiv
real növüdür.
Enerjetik Forma Xəyal – canlı materiyadan (insan və heyvanlardan) yaranan müxtəlif
formalarda reallaşan yaşıl işıq və ya konkret canlı xəyalı formasında aşkar olan,
müəyyən müddət ömrü olan, həmin canlıların xasiyyət, xarakterini daşıyan, qısa zamanda
və bəzən müşahidə edilən və itən real varlıq. Hələki, bir neçə əlamətləri məlumdur.Yaşıl
incə işığa bənzər növü idarə edilməzdir. İnsan ilə kontakta girərək söz işlətmədən
ideyalar, məlumatlar, tapşııqlar verə bilər. İnsana və heyvana oxşar növləri isə oxşadığı
canlının xarakterinə malikdir. İdarə edilə bilir. Elm tərəfindəm öyrənilməmişdir
Zaman və məkan – özbaşına mövcud deyil, onun parametrləri materiyanın xassələrilə
tam əlaqədar və asılıdır. Kainatdan kənar və ya materiyadan kənar mövcud deyil,
materiyal şeylər olduqda özlərinə zaman və məkan yaradırlar
Qeyd: Bu siyahı kateqoriyaların və onların təsvirinin hamısı deyil.
Dünyanın ən ümumi prinsipləri
1. Rasionallıq prinsipi. Hər şeyin, cismin, canlının olma forması ən
rasionl olma
formasıdır. Hər bir varlıq olduğu mühitdə daha rasional formada olmağa, rasional
üsulla yaşamağa çalışır. Müxtəlif mühitlərdə həmin varlığın müxtəlif rasional forma və
davranışlarını görə bilərik. Rasionaılıq ən sərfəli yaşama - olma üsuludur, formasıdır.
Rasional formanı və yaşama üsulunu hər şey öz potensialına və mühitin verdiyi imkanlara
görə seçir və mühit dəyişdikcə, bu olma formasını və yaşama üsulunu uyğun dəyişdirir -
səmərələşdirir(bacardığı qədər). Cansız təbiətdə bu, sürətlə - qismən, ani olursa, canlı
sistemlərdə bu, zaman ərzində proses kimi baş verir. Xüsusilə, insanda şüur və ağılın
olması rasional forma və davranışa həm kömək edir, həm zərər verir. Adətlər ənənələr
keçmiş inanclar, stereotip düşüncə, ictimai quruluş, şübhəsiz, formalaşır və rasional
seçimə, səmərələşməyə mane olur. Nəticədə insan tarix ərzində həmişə bu və digər səhvi
edir. Bunun qarşısını almaq üçün - həmişə rasional davranış seçmək üçün insanlar
futuroloji araşdırmalar, xüsusi şəxsi məsləhət vasitələri istifadə etməlidir. Əgər
soruşsalar ki, ən qısa formada dünyanı şeyləri idarə edən, dəyişiliklərin səbəbi nədir.
Buna cavab olaraq demək olar ki , Hər şeyi, dünyan, dəyişilikləri rasiuonallıq prinsipi
idarə edir. Şeylər, varlıqlar: cisim, insan və heyvanlar - hər şey həmişə dasha yaxşı
formada olmağa, yəni daha yaxşı yaşamağa çalışırlar - imkanlar axtarırlar. Onların
belə çalışmağı mühiti dəyişdirir və nəticədə mühitdə yeni imkan açılan kimi onlar bu
imkandan istifadə edirlər – yeni rasional formanı qəbul edirlər
2. Səbəbiyyət prinsipi. Hər bir yaranış, hadisə yalnız zəruri amillər, şərait olduqda baş
verə bilər. Bu prinsip səbəbiyyəti əks etdirir, yəni hər şeyin yaranma, olma səbəbi var.
3. Hər bir varlıqın məqsədi yaşamaqdır; həyat, yəni fəaliyyət və hərəkət yaşamaq üçün
çalışmaqdır. Yaşamaq üçün fəaliyyətin səbəbi yaşamağa mane olan qüvvələrə qarşı
durmaqdır. Mane olan qüvvələr olmasa həyat olmaz. Cəmiyyətdə mane olan amillər,
problemlər dərk edilməsə, aşkar olunmasa inkişaf (potensialın artımı) olmaz. Hər bir şeyə
mühitdən təsir qüvvələri təsir edir, bu həmin şeyin elə formada olması üçün zəruri
şərtdir. Sizə ona görə, öz əks qüvvələrinizi, mane olanları sevmək lazımdır. Mane təsirləri
olmasa heç şey yaşaya, qala bilməz.
4. Səlis, fasiləsiz dəyişiliklərin zəruriliyi. Hər bir varlıq, insan, cəmiyyət, quruluş,
fəaliyyət, maddi istehsal , cisim eyni biri - birindən geri qalmadan dəyişməli, paralel
70
inkişaf etməlidir. Süni olaraq dəyişiliyə mane olmaq, gecikdirmək, bir hissənin
dəyişiliyini sürətləndirmək digərini nəzərdən atmaq səhvdir və pis nəticələrə səbəb
olacaqdır.
Qeyd: bu son deyil, davam etdiriləcək
Rasional dünyabaxış fəlsəfəsinin qəbul etmədiyi ideyalar.
1) atomun yarandığı zərrəciklərin şüurlu olması,
2) fövqaladə - təbiətdən və kainatdan kənar qüvvələrin olması,
3) Tanrının ruh olması və adamlarla söhbət etməsi,
4) yaradanın qeyri - müəyyən Tanrı olması,
5) əxlaqın qeyri - müəyyən Tanrı tərəfindən yaradılması
6) dünya quruluşunun və qanunlarının, bütün varlığın, insanların qeyri - müəyyən
Tanrı tərəfindən qəfildən yaradılması,
7) bəzi insanların qeyri - müəyyən Tanrı tərəfindən seçilərək və onlara öldürmək,
genosid, dağıtmaq yolu ilə ictimai sistem qurmaq və onun özünə tabeçiliyini
yaratmaq əmrinin verilməsi,
8) energetik forma - xəyallara mələk, cin, şeytan , Allah adının verilməsi,
9) insanın günahkar doğulması və cənnətə və ya cəhənnəmə gedəcəyi,
10) Tanrının dünyadan kənarda olması
Qeyd : rasional fəlsəfə Tanrı və görünməz varlıqlar haqda yeni nəzəriyyə irəli sürür (bax
hissə 4, rasional ruhi aləm nəzəriyyəsi)
Dünyanın növləri. Dünya bütöv olub şərti olaraq iki hissədən ibarət baxıla bilər:
1. Madədən yaranan dünya və
2. Görsənməyən hissəciklərdən və onların yaratdığı müxtəlif sahələrdən, dalğa və kürəvi
formalı çoxluqlardan əmələ gələn dünya., material dünyadan daha çox həcmə və kütləyə
malikdir. Bu dünya axirət və ya ölümdən sonrakı dünya deyil. Burada habelə energetik
forma xəyallar yerləşir. Bu dünyanın məlumat daşıyıcı xassəsi olması fərz edilir. Hər bir
hissənin çoxluqları avtonom mövcuddur, bu iki dünya arasında asılılıq və ya tabelik
əlaqəsi müəyyən deyil.
Dünya haqda rasional nəzəriyyənin tətbiqi .
Bu nəzəriyyə insan həyatı və fəaliyyəti üçün aşağıdakı çox faydalı praktik imkanlar
yaradır:
1. Şeylərin, bitki və cisimləin, insanların, hadisələrin formulalar vasitəsilə yazıla
bilməsi.
2. Mühitin , şeylərin, cəmiyyətin dərk edilməsi və gələcəyinin proqnozlarının
verilməsi
3. Hər insanın və icmanın, dövlətin, biznesin öz gələcəyini dərk edərək özünü
düzgün - rasional idarə etməsi, rasional davranış seçməsi
4. Sağlam həyat seçməsinə stimul alması
5. Rasional həyat və fəaliyyət seçməsinə stimul alması
6. Əxlaqı və mədəni davranış üçün stimul alması
7. Əməkdaşlığın zəruri olmasını anlaya bilməsi
8. Hər bir insanın, cəmiyyətin digər insanın və cəmiyyətin özü kimi yaşama
hüququnun olmasını dərk etməsi
9. Sülh və razılaşmalar, qarşılıqlı anlama yolu ilə yaşaması