Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə20/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   16   17   18   19   20   21   22   23   ...   282

 

41

konkret  şeyin və ya toplunun  a, b, s, d, e  vəziyyətləri keçmişdə  və indi olmuşdursa , 



onun növbəti   i vəziyyəti gələcəkdə, elə konkret zamanda və yerdə baş verməlidir ki, 

həmin prosesin, şeyin müvazinəti – tamlığı, bütövlüyü ( 0)əldə edilsin. Başqa sözlə, elə i 

vəziyyəti almalıdır ki, hadisənin , prosesin , dəyişiliyin cızdığı  həyat yolunun (spesifik 

sinusoidin, dalğanın) zəruri nöqtəsi, mərhələsi (vəziyyəti) olsun. Demək, gələcəyi 



görmək, sistemin müvazinətləşməsini təmin edəcək və sinusoidə uyğun nöqtəni - 

gələcəkdə baş verməli olan şeyi , hadisəni tapmaqdır. Çünki gələcəkdəki şey -  istənilən 

şey ola bilməz, ancaq keçmiş-indi - gələcək xətti üzrə və gələcəkdə horizontal xətt üzrə 

tələb olunan tamlığı təmin edən müəyyən (definit) şey ola bilər. Məsələn, əgər bir məlum 

X hadisəsinin  yaranışı üçün 8 amil – tərkib hissə,  şərait  lazımdırsa, onun 6-sı artıq 

keçmişdə yaranmışsa ,qalan 2-si gələcəkdə meydana çıxan kimi tamlıq baş verəcək və X 

hadisəsi ( maddənin, canlının, insanın , növün, prosesin) – yaranışı baş verəcəkdir. 



Dünyanın tamlıq - bütövlük qanunu , eyni zamanda varlıq(var olmaq) və  dəyişiliklər 

qanunudur.  

    Tamlıq qanunu insanın  şəxsi subyektiv və obyektiv baxışları ilə  aşağıdakı  mənanı 

verir.  

    Tam,  sistem  quruluşuna malikdir, yəni bütöv formada yaşaya bilən və elementləri 

arasında qarşılıqlı əlaqəsi olan, buna görə də bütöv qala bilən şeyə –obyektə deyilir. 

    Tam  hər birinin ölçüləri olan müxtəlif keyfiyyətlərə,yerləşmə yerinə malik 

elementlərdən ibarətdir. Məsələn, Günəş  və sistemi , atom , molekula , rəqqas , stol, 

insan, bitki- hər dayanıqlı şey tamdır. Tamda bütün daxili qüvvələr öz arasında və ətraf 

mühitlə həmişə müvazinətləşmə prosesindədir. Bu hərəkət deməkdir. 

     İstənilən tam iki böyük hissəyə(sonra hər biri yenidən hissələrə ) ayrılır (reallıqda və 

ya mənaca). 

     Tamda  subyektiv  fikirlə deyilsə, həm yaxşı, həm pis cəhətlər var. Əgər tamdan  pis 

cəhətləri götürsək, o yenidən yaxşı və pis cəhətlərə bölünəcək, çünki pis , pis davranış, 

pisliklər - tamın zəruri hissəsidir, yəni pis olmasa, tam olmaz və ya yaxşı olmaz , 

məsələn, yazılmış  əsərlərə kitablara baxaq. Bunun hər bir hissəsi yaxşı yazılmış ola 

bilməz. Yaxşı, orta, pis –zəyif, aydın , mücərrəd və s. keyfiyyətlər hökmən var. Buradakı 

pis və yaxşı nisbi işlədilir,  əslində bu ifadələr tamda olan bir - birinə  əks keyfiyyətli 

hissələri  əks etdirir. Digər mənada, bu pis və yaxşı keyfiyyətləri şeylərə  əbədi xas olan 

keyfiyyətlər deyil. Sistem daxilində, yəni hər bir şeyin, icmanın, qurğunun,  kainat 

birliyinin daxilində element hökmən sistemin ümumi mənasına görə “ya pis, ya yaxşı” 

keyfiyyət; bu və ya digər - rol daşımağa məcburdur. Bu o deməkdir ki, adamların pis, 

yaxşı olması və ya görünməsi heç də onların elə olması demək deyil, bu dəyişən görünüş, 

sistemin ona təyin etdiyi rolun icrası nəticəsidir. Keçmiş bir filosofun dediyi kimi hər şey 

həm elədir, həm elə deyil. Hər şey bir şeylə müqayisədə yaxşıdırsa , üstündürsə, ağırdırsa, 

gözəldirsə, vicdanlıdırsa, digər şeylə müqayisədə pisdir, aşağıdır, çirkindir,  diktatordur.  

Bəzən insan doğrudan da, bilə bilmır ki, bu şey yaxşıdır, yoxsa pisdir və ya başa düşə 

bilmir ki, bu gün yaxşı olan insan sabah pis olmuşdur, və ya əksinə pis adam yaxşı 

olmuşdur. Bu məsələ rasional sistem nəzərriyyəsilə yaxşı izah olunur: Hər  şey sistemin 

ona verdiyi rolu icra edir. Sistem fasiləsiz dəyişir və elementlərə müxtəlif rollar təyin 

edir.  Sistemdə - icmada, dövlətdə, elementlər, insanlar sadəcə sistemin “tikinti 

materialıdır”, və ya “detalıdır”; burada insanların bir - birinə yaxşı, pis, oğru, düz, 

rüşvətxor, yalançı və s. deməsi və ittiham etməsi mənasızdır və heç nəyi dəyişə bilməz. 



 

42 


Əgər bu hallar varsa, demək, sistem yaradılışı bunu tələb edir və ya həvəsləndirir. Demək 

ittihamlar söyləmək, günahkarlar axtarmaq əvəzinə icma, dövlət sistemi tam dəyişməlidir. 

Orada xoşa gələn digər  əksliklər konstruksiya edilməlidir, hansı ki, sonra insanların 

həyatına pis təsir etməyəcəkdir. 

     Əgər  şeylərdə  mənfi xarakterli keyfiyyətləri toplayıb “– “ işarəsilə  işarə etsək və 

müsbət keyfiyyətləri toplayıb “+”  işarəsilə işarə etsək, onda  istənilən zamanda şeylərdə 

bu iki mahiyyətin  müvazinətləşmə prosesində olduğunu aşkar edərik.  Sadəcə hər bir A 

keyfiyyətinə  bərabər, lakin əks B keyfiyyəti taparıq , yəni bir şeydə  nə  qədər yaxşı 

keyfiyyət varsa , o qədər pis keyfiyyət var. 

    Şeylərdə belə əks işarəli və ya məzmunlu, istiqamətli, mənafeli və s. parametrinə görə 

əksliyi olan ən azı bir və cox,  lakin hər bir konkret obyekt ücün məlum sayda tarazlanmış 



cütlər (əks mənafeli iki dəyişən) var. Şeylərin bütün həyatı məhz öz əksi ilə əlaqədir

şeyi müəyyən etmək üçün onun əksini tapmaq və müəyyən etmək -  baxılan  şeyi 

öyrənmək üçün məntiqi yoldur.  Şeyin  əksi nə  qədər güclüdürsə,  şey də o qədər 

güclüdür. Bu  o deməkdir ki, hər hansı insanın məhsulu miqdarı və ya keyfiyyəti ona əks 

təsir edən (mane olan) qüvvənin nəticəsidir. Bu Nyutonun 3-cü qanununun - təsir,  əks 

təsirlərin bərabər olması - bütün şeylər üçün doğru olmasını göstərir. 

    Şeylərdə, hadisələrdə iki əks mənafe, əks hərəkət, əks məqsəd həmişə var. Əgər insan, 

onu yaşamağa mane olan problemlərdən qurtarsaydı, o necə olardı? O çox darıxardı və 

yaşamağa stimulu itirərdi. O doğrudan da,, özünə problem axtarmağa başlardı və elə bir 

axmaqlıq edərdi ki, həm özünü, həm  ətraf insanları  ağır vəziyyətə salardı. Onun, 

bekarçılıqdan inkişafı dayanardı, cəmiyyətdən uzaqlaşardı və məhvə doğru gedərdi . Siz 

hər biriniz həyatda belə adamlar görə bilərsiniz, onların bütün problemləri həll 

olunmuşdur, məhz bu amil onların axmaq olmasına və həyatda məna tapmamasına görə 

özlərini öldürməyə  və ya zərərli adətlərə qurşanmalarına, cəmiyyətdən uzaqlaşmağa 

aparır. Qədim Roma vətəndaşları  imperiyadan gələn  ərzaqla və mallarla ehtiyacını 

ödəyirdi . “Çörək və  əyləncə” prinsipi ictimai məqsəd olmuşdu. O, vaxtını  əyləncə ilə 

keçirir və qladiator döyüşlərinə baxırdı, yavaş - yavaş insani əxlaqını itirdi və o,  yalnız 

özünü insan hesab edirdi, qalan insanları heyvan, onları  əyləndirmək və yedizdirmək 

üçün alət hesab edirdi. O işləmirdi. Buna görə Roma tənəzzülə uğradı və imperiya dağıldı 

(Robert Theobald, 1997)

 

 . 


   Demək, şeylər yarananda cütlük prinsipi ilə yranırlar və bu cütlər   sürətlə  və ya yavaş-

yavaş formalaşırlar (qarşılıqlı  əlaqələr nəticəsində, məsələn, heyvanat aləmi, atom və s. 

cütlüklər). Süni sistemlərdə  də belə olur, məsələn, kollektiv, cəmiyyət, grup götürsək, 

lakin burada həm məqsədyönlü, həm də  təbii  əks cütlərin yaranması baş verir.. Makro 

dünyaya daxil olan Mikro dünyada hökmən cütlər var, məsələn atomda elektron və nüvə 

– mənfi və müsbət işarəli yüklər cütlüyü. Əgər süni olaraq (insanın məqsədi və fəaliyyəti 

nəticəsində) bir şey - sistem yaradılırsa,  hansı ki, burada qəsdən təklik prinsipi istifadə  

edilir, yəni yaradılan şeyin tək olması  məqsədi qarşıya qoyulursa,  nəticədə bu tək olan 

şey belə qalmır, bu şeyə qanunun təsiri nəticsində əks hissə, qüvvə , mənafe və s. təzahür 

edir. Cünki Tək heç vaxt dayanıqlı  deyil, onun əks hissəsi hökmən olmalıdır.  

      Məsələn, indi (1990 - 2007)formalaşmış  tək polyar siyasi bəşəriyyət  sistemi 

dayanıqlı ola bilməz və  belə cox qala bilməz.           

     Konqres  ABŞ-ı  21-ci əsrin hegemonu elan etmişdir, lakin ABŞ nahaq yerə düşünür 

ki, o hamıya ağa ola bilər və dünya onun iradəsilə, istəyilə  yaşamalıdır.    Bu  istək, 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə