527
***
İnsanlar oxusun, səhvlər etməsin,
Doğrunun görsənməz yolunu görsün,
Nadandan qorunsun, məsləhət alsın,
Mən pisə öyüdçü, hamıya gəldim.
***
İnsanlar qavrasın, yaxşı öyrənsin,
Yaxşını pisdən, şəri xeyirdən seçsin,
Həyatı, əxlaqı, rasional seçsin,
Müşkülün həllini tapmağa gəldim.
***
Dünya, müccərəddir, yazıq, fağıra,
Xeyli ölçüb biçər, nicat tapmağa,
Fəndgir tez baş açar, keçər qabağa,
Fağıra məsləhət, xilaskar gəldim.
26 May 2007
--------------------------
Cəzb etmə və itələmə qanunu
Cəzb etmə - itələmə xassəsidir, hər şeyin:
Tərkibi çoxluq olub cəzb etməylə birləşər,
Şey oxşar xassəsilə digərilə birləşər.
Hər şey öz məskənini əlaqədə tanıyar,
Dartışıb birləşərək hissəciklər şey olar.
****
Hər bir şey yaşayarkən hadisələr törənər,
Ətrafla əlaqələr qurmasalar məhv olar,
Tək şeyin yaşaması üçün çoxluq lazımdır,
Müxtəlif çeşidlərdə xidmət, qayğı lazımdır.
Hər şey olur özü üçün, çoxdan xeyir alaraq,
Çoxun da üzvüsünün qayğısına qalaraq.
Cəzb etmə, itələmə səbəbidir, hər şeyin,
Bacarmaz yaşamağı çoxluq, təkcə olmasa,
Yarana bilməz, şeylər, bil ki, bunlar olmasa.
10 Avgust 2007
---------------
Mənafe
Dostluğun kökündə bir mənafe vardır,
Hamı güdər dostluqdan bir xeyir alsın.
Bir işə yaramasa bir adam əgər,
528
Onun heç dostu olmaz rahat yaşasın.
***
Yalnız sənin öz tayın sənə dost olar.
Hər təbəqədə dostluq tamam fərqlənər,
Zaman dəyişər, qüvvən sönər, azalar
Sənin dostların bir - bir qaçar, sərasər.
***
Dostluqdan sənə acı xatirə qalar,
Lakin yenidən sənin qüvvən qayıtsa,
Köhnə dostların gəlib yenə toplaşar,
Başlayar yeni dostluq, sən baş açınca.
***
Qadın da kişi ilə dostluğun qurar,
Öz istəyini ala bilməsə əgər,
Bütün bağı - bərəni qoparıb qırar ,
Bu məhəbbət də sönər, axırı gələr.
16 Avgust 2007
---------------------
Kəsilib ümidim
Kəsilib hər yerdən ümid, amanım,
Bilmirəm dövlətə necə inanım,
Deyir: “altı yüz min iş yaratmışam”,
Hanı? - mən mühəndis, işsiz qalalım?
Əlli beşə çatıb yaşım da artıq,
Işsiz keçdi səkkiz ilim, qocaldım,
Gəlməyəcək qanan məmur da artıq,
Düzə yasaq olub həyat, anladım.
Dostlar qaçır, zəyif olsa halımız,
Öz xeyrinə hamı tovlayır bizi,
Yem oluruq yada, sönsə şamımız,
Dünya bir dərd olub yandırır bizi.
Kapitalist yolu seçib hökumət,
İmkanı özünə, dostuna verib,
Xalqını saymadan, bu bir həqarət,
Bizə qul, tabeçi rolunu verib.
Sabaha ümidlər, zəruri sayğı,
Dövlətə inam yox,- qəddarlıq gəldi
Daha getdi düzlük, insana qayğı,
“Öz başını saxla”- zamanı gəldi.
529
İnsanlarda sönüb birliyə həvəs,
Heyf, xeyir- şərdən də hamı pul yığır,
Icma işi üçün vermir haya səs,
Tofid baxır, nadan mühitdən yığır.
Pullu hakim olub baxmaz xilqətə,
Kapitalizm yanmaz bizim millətə,
Salacaq bizləri yaman zillətə,
Sosializm lazımdır xalqa xidmətə.
Şənbə, 1 Dekabr 2007
--------------------
Dövlətə təhlükə
Məmur dedi Birinə ahvay edərək:
“Sabitliyi sən təmin edəsən gərək.
Güd, nə danışır qonşu, sizin binada,
Görüşək heç bilməsin aləm nəbada,
Əlbət işsizsən, kömək edərik layiq,
Verərik iş, himayə, işinə layiq”.
Yanında qohumu zəng, etdi qəfildən:
“Rüşvət istəyir məmur, getmişəm əldən,
Yaman dara düşmüşəm, yox əlac daha”,
Qohumu xilas edib məmur əjdaha.
Boynuna aldı, budur, idarə rüşvət.
Dindi bu kəs: “təhlükə, dövlətdir əlbət.
Əlavə bir dəlilə ehtiyac yoxdur,
Qonşudan dövlətə heç, təhlükə yoxdur,
Dövlət ayrılıb xalqdan, bir xilas yoxdur.
Eşidib, cavab verməz, cibini güdər,
Belə himayə, donos qəlbimə dəyər.
Yaradın kamil idarə, hamı yaşasın.
Nə rüşvətin versin, nə, himayə alsın.
***
Dövlətə gücdür polis, məhkəmə tamam,
Öz yazdığı münasib qanun, sərəncam.
Dövlətin heç nədən ki, qorxusu yoxdur,
530
Xalqın müdafiə üçün, heç nəyi yoxdur.
Köməksiz, məyus baxır, dövlət zülmündən,
Dayısız necə olsun, onun əlindən?”
Yanvar 2007
------------------
Quruluş
Necə qiymət verək bu dünyaya biz,
Heç nədən doymayır bizim gözümüz,
Nəyə yaxşı deyək, nəyə pis deyək,
Öz həyatımızı biz necə ölçək?
Rifah pilləkəni yaman uzundur,
Nə qədər dırmaşsaq o qurtarmayır,
Pilləkəndə hamı yerini tutub,
Çörək pilləsində çoxu toplaşıb,
Maşın pilləsi də seyrək tutulub,
Yüksək pillələrdə qurdlar oturub,
Hamını baslayıb rahat oturub,
Kapital qurluşu hakim olubdur,
Bu xalqın başına bəla olubdur,
Səkkizi füqarə, nökər olubdur,
Ikisi dövlətli, məmur olubdur,
Hökumət tam keçib işbaz əlinə,
Utanmadan deyir tərif özünə,
Zamanın mənası tamam dəyişib,
Haqq yada düşmür, ədalət ölüb,
Oğru, məmur xeyri hakim dəyərdir,
Bu vətəndaş üçün daim bir dərddir.
Bir yanında oğru başılar rəhmsiz,
Bir yanında kasıb -xəstə, ümidsiz,
Başda da oturub ağayi məmur,
Yaltaq dəmçilər də ortanı tutur,
Yaratdığı budur oğru - məmurun,
“Qarabağ bizimdir” – deyir – “əl vurun”,
Bundan başqa daha nə olacaqdı?
Onların qurduğu bu olacaqdı.
Başımıza belə kül atacaqdı.
17 Dekabr 2007
----------------------
Nizamı pozğun ölkədə
Elmsizlərə rütbə verər,
Dostları ilə paylaş: |